A z ə r b a y c a n diLİ VƏ t a r I x I


Olcaytıı Xudabəndin türbəsi



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə20/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   16   17   18   19   20   21   22   23   ...   61
id55880

Olcaytıı Xudabəndin türbəsi. 
Planda səkkiztərəfli həcmi, əzəmətli plastik 
quruluşu, daxili bəzəkləri və cəsarətli mühəndis quruluşuna görə Olcaytu 
Xudabəndə məqbərəsi orta əsr memarlığında çox əhəmiyyətli bir mövqeyə malikdir. 
Tədqiqatçılar türbənin əsas günbəzinin ətrafında yerləşən, bir növ kontrfors vəzifəsini 
daşıyan minarə şəkilli qurğuları, mərkəzi günbəzin ikiqat quruluşunu diqqətlə 
öyrəniblər. Günbəzin ikiqat quruluşundakı diqqəti cəlb edən cəhət bu iki qatın 
arakəsmə şəklindəki qurğularla bir-birinə bağlanmasıdır. Sonralar İtaliyada intibah 
dövründə təsadüf etdiyimiz bu quruluş, bəzi tədqiqatçıların, xüsusən O.Şüazinin 
dediyinə görə, məhz Olcaytu Xudabəndə türbəsi ilə əlaqədardır. Olcaytu 
Xudabəndə türbəsi ilə Mərvdəki Soltan Səncər türbəsinin kompozisiya quruluşu və 
ümumi dekorativ həlli tamamilə fərqli olsa da, mənşə etibarilə onların arasında 
müəyyən əlaqə vardır. Biz bu əlaqəni xüsusən Mərv türbəsinin mərkəzi günbəzini 


54 
əhatə edən tağlı eyvan quruluşu ilə Olcaytu Xudabəndə türbəsindəki mərkəzi günbəzin 
ətrafındakı minarəni xatırladan dayaqların ideya etibarilə eyni olmasında görürük. 
Olcaytu Xudabəndə türbəsinin daxili bəzəklərində gəcdən oyma və kaşı ilə örtülmüş son 
dərəcə zəngin təsvirləri olan ornament quruluşu diqqəti cəlb edir. 
Bərdə türbəsi. 
Vaxtilə XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, 
onlardan biri bizim dövrümüzə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli 
Bərdə qülləvari türbəsi adı ilə daxil olan Bərdə türbəsinin nə vaxt və kim tərəfindən 
tikildiyi abidənin üzərindəki kitabələrdən aydındır. Bərdə türbəsi hələ XIX əsrdən 
tədqiqatçıların diqqətini cəlb edir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur 
şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 
1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfındən nəşr edilmişdir. Akademik Dorn 
eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. 
Bərdə türbəsi qülləvari türbələrə xas olan quruluşda olub yeraltı və yerüstü 
hissələrdən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə 
hissəsini, yəni meyitin basdırıldığı hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə 
günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırma ornamentlə bəzədilmişdir. 
Sərdabəyə şimal tərəfdən dromos quruluşlu yol vasitəsilə daxil olurmuşlar. 
Türbənin yerüstü hissəsi isə 3 əsas memarlıq bölgüsündən əmələ gəlir: 
daşdan hörülmüş kürsülük, dairəvi gövdə və çadırvari günbəz. Sahəsi etibarilə ən 
çox yer tutan bəzək ünsürü silindrik gövdəni örtən və firuzəyi kaşıdan quraşdırılmış 
kitabədir. Kürsülükdən başlayaraq yuxarıdakı haşiyəyə qədər 8 metr yarımlıq bir 
hissəni örtən və firuzəyi kaşı ilə qırmızı kərpicin əlaqələndirilməsindən yaranan bir 
kompozisiyadan əmələ gələn bu kitabə 200 dəfədən artıq "Allah" sözünü naxış 
şəklində təkrarlayır.Türbənin gövdəsini örtən yazılı səthdən sonra ornament, daha 
sonra bir metr hündürlüyündə geniş kitabə qurşağı yerləşir. Bu kitabənin yeri qara rəngli 
kaşıdan, yazılar isə ağ rəngli kaşılardan quraşdırılmışdır. Kitabə qurşağından sonra 
günbəzə keçid təşkil edən 3 yaruslu stalaktit kəməri yerləşdirilmişdir. Bu stalaktitlərin 
daxili səthləri rəngli həndəsi ornamentlə örtülü olmuşdur. Stalaktit qurşaqdan sonrakı 
konusşəkilli günbəzin səthinin də qırmızı və firuzəyi kaşıdan ibarət həndəsi ornamentlə 
örtülü olduğu müəyyənləşir. 
Öz quruluşu və bəzəyi etibarilə Bərdə türbəsinin ən maraqlı kompozisiya 
ünsürlərini şimal və cənub tərəflərdə yerləşmiş iki portal (baştağ) təşkil edir. Ümumi 
sxemi etibarilə bir-birinə uyğunlaşsalar da, bu iki baştağ bir-birindən bir qədər 
fərqlənir. 
Şimal portalında, stalaktit qurşağından yuxarıdakı bu kitabə son dərəcə 
bədii şəkildə yerinə yetirilmişdir. Kitabənin abidənin belə gözəçarpan bir yerdə, 
demək olar ki, əsas kompozisiya mərkəzində yerləşdirilməsi memarın yüksək 
ictimai mövqeyinə dəlalət edir. Kitabənin məzmunu belədir: "Əməli Əhməd bin 
Eyyub əl-Hafiz, Əlbənnayi ən-Naxçıvani". 
Beləliklə, Bərdə kitabəsi Naxçıvan memarlarının hələ XIV əsrdə məsul 
binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan 
memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir 


55 
sənət nümunəsidir. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə