A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə22/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   18   19   20   21   22   23   24   25   ...   61
id55880

Şıxbabalı türbəsi. 
Yaradılma tarixi etibarilə ən qədim binalardan birisi 
Füzuli bölgəsinin Şıxbabalı kəndindəki türbədir. Abidənin üzərindəki kitabədən 
onun 1272-ci ildə tikildiyi aydınlaşır. Bu türbə səkkizbucaqlı, yuxarısı çatmatağ 
şəkilli günbəzlə örtülmüş bir abidədir. Türbənin yeraltı sərdabə hissəsi vardır. 
Şıxbabalı türbəsi özünəməxsus səciyyəvi memarlıq cəhətinə malik olmaqla 
bərabər, eyni zamanda çox az memarlıq abidəsi məlum olan bir dövrə aid olması 
cəhətdən də diqqəti cəlb edir. Türbənin günbəzinin quruluşu xüsusilə maraqlıdır. 
Ümumiyyətlə, Azərbaycan türbələrində günbəzlər ikiqat olduğu halda Babı 
günbəzi bir qatdır və özü də yalnız bir sıra daşdan düzülmüşdür. Nəticədə də 
Şıxbabalı türbəsinin günbəzi olduqca yüngül, adətən müasir konstruksiyaları 
xatırladan bir şəkildədir. Maraqlıdır ki, ikiqatlı və çox əsaslı şəkildə qurulmuş bir çox 
türbələrin günbəzləri bizim zamana qədər tamamilə dağıldığı halda Şıxbabalı 
türbəsinin bu yüngül quruluşlu günbəzi dövrümüzə qədər öz şəklini mühafizə edə 
bilmişdir. Türbənin xarici səthlərində memarlıq bölgüləri tətbiq edilmişdir. Bu 
səthlərdə düzbucaqların yuxarı hissəsi stalaktitli taxçaların kənar cizgisini xatırladan bir 


56 
boğaz şəklində verilmişdir. Şübhəsiz ki, bu forma ancaq Naxçıvanda Möminə xatın 
türbəsinin səthində olan stalaktitli batıqların kənar xəttinə oxşadılması yolu ilə 
meydana çıxmışdı. Ümumiyyətlə, Şıxbabalı türbəsinin xarici görünüşündə kərpic 
memarlığının təsiri görünür. Qeyd etdiyimiz türbənin oturacaq hissəsindəki bəzi 
daşların hörgüdə yerləşdirilməsi kərpicdən quraşdırılan naxışlı hörgünü xatırladır. 
Xaçıntürbətli abidəsi. 
Kür-Araz çayları arasındakı inşaat, xüsusilə XIV 
əsrin başlanğıcında daş türbələrinin geniş şəkildə yayılması ilə əlamətdar idi. Bu 
inşaat içərisində, xüsusilə 3 abidə diqqəti daha çox cəlb edir. Onlardan birincisi nadir 
təsadüf edilən bir səciyyəyə malik türbədir. Ağdam rayonunun Xaçıntürbətli 
kəndində yerləşən bu abidə nisbətən alçaq bir kürsülük üzərində yüksələn sək-
kizbucaqlı gövdədən ibarət olub, səkkizbucaqlı piramidaşəkilli günbəzlə örtülüdür. 
Bu abidənin əsas məziyyəti onun həcmində deyil, bu ənənəni quruluşun 
özünəməxsus bir şəkildə həll edilməsidir. Xaçıntürbətli 
abidəsində 
yeraltı 
hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca 
bir əlamətdir. 
Abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də 
xaricindəki səthlərin işlənilməsi binaya təkrarolunmaz bir fərdi xüsusiyyət verir. 
Xaçıntürbətli abidəsinin giriş qapısı üzərindəki kitabədən, onun 1314-cü ildə ustad 
Şahbənzər tərəfindən Musa oğlu Kutlunun qəbri üstündə tikildiyi göstərilir. 
Xaçıntürbətli abidəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili 
günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan 
batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanmışdır. 
Xaçıntürbətli abidəsinin ümumi kompozisiya görünüşündə əhəmiyyətli bir 
ünsür də onun piramidaşəkilli günbəzinin üzlüyünü təşkil edən daş-tavalardan 
düzəldilmə örtükdür. 
Xaçıntürbətli abidəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri 
də son dərəcə diqqəti cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirlərini xüsusilə 
qeyd etmək olar. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan 
nümunələr Bakıda, Bayıl qəsrinin (XIII əsr) üzərində də var. 
Xaçıntürbətli abidəsinin daxili stalaktit biçimli günbəzi Şirvan memarlığının 
daşdan oyma stalaktit kompozisiyalarını xatırladır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə