A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə25/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   21   22   23   24   25   26   27   28   ...   61
id55880

Təbrizdə Göy məscid. 
Azərbaycanda kərpic memarlığının ən nadir 
abidələrindən biri 1465-ci ildə, Təbrizdə kəclə tikilmiş Göy məscid binasıdır. Bu 
tikintidə biz abidənin memarı Məhəmməd əl-Bəvvabın oğlu Nemətullanın yaradıcılıq 
xüsusiyyətlərilə rastlaşırıq. Burada bir çox yüzilliklər ərzində yetkinləşmiş bədii memarlıq 
üslubunun, məscid planının ustalıqla düşünülmüş yığcam və monolitliyinin, 
kompozisiya kamilliyinin, Azərbaycan memarlığında geniş yayılmış motiv və 
formaların yüksək bədii tərzdə yaradılmasının, zəngin memarlıq bəzəyindəki 
nəfisliyin şahidi oluruq. 
Nə vaxtsa geniş memarlıq kompleksindən ibarət olan bu tikinti bizə 
əzəmətli bir məscid xarabalığı şəklində gəlib çatmışdır. Vaxtilə 52 m uzunluğunda 
olmuş baş fasadın qarşısında geniş həyət yerləşmişdi, ortasında hovuz olan bu həyət 
arkadalı hasarla çəpərlənmişdi. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, 
binalarına Azərbaycanın başqa dini binalarında rast gəlmirik. 
Məscid planının kompozisiya mərkəzində yerləşdirilmiş kvadrat salon (16x16 
m) nə vaxtsa sferik formalı günbəzlə örtülü olmuşdur. Salon geniş eyvanlar 
vasitəsilə günbəzlərlə örtülü kvadrat otaqlarla əlaqələndirilmişdi. Nisbətən böyük 
olan iki künc otaqları baş fasadın yan tərəflərini bağlayaraq dar keçidlər vasitəsilə 
iki minarə ilə əlaqədar imiş. Mərkəzi salonun arxasında, baş kompozisiya oxu 
üstündə bir qədər kiçik (9x9 m) günbəzli salon yerləşmişdi. Divarında mehrab olan 
bu otaq ibadətgah, məbəd vəzifəsini görürmüş. 
Təbrizin Göy məscidi, başlıca olaraq özünün fasad və interyerlərinin nəfis 
və ecazkar bəzəklərilə şöhrət tapmışdır. Bu memarlıq dekorasiyalarında tətbiq edilmiş 
bədii üsul və vasitələr olduqca çox olmuşdur. Baş fasadda, kiçik salonun 
kürsülüyündə və oyma mərmər şəbəkələrdə tətbiq edilən daş hissələrlə yanaşı 
binanın bəzəyində yüksək dərəcədə bədiiliyə malik keramik dekorlardan da geniş 
surətdə istifadə edilmişdir. Burada biz keramik bəzəklərin iki növü ilə rastlaşırıq. 
Onlardan biri böyük ölçülü kaşı lövhələrdən, ikincisi isə xırda, standart formada 
kəsilmiş, mozaika tipli kaşı bəzəyindən ibarət idi. 
Əvvəlki dövrə nisbətən bu binada keramik bəzəyin rəng qamması xeyli 
genişlənmişdir. Burada, əvvəlki kimi yenə də şirlə işlənmiş süd rəngli dümağ yazılar 
firuzəyi rəngli, mürəkkəb formalı nəbati naxışlar tünd-göy rəngli yerlikdə 
verilirdi. Ustalar göy rəngin bənövşəyindən başlamış firuzəyi rəngə qədər bütün 
çalarlarından məharətlə istifadə etmişlər. Kaşı bəzəklərində göy şirdən başqa açıq-
yaşıl, qara, sarı şirlərdən də istifadə edilmişdir. Göy və firuzəyi kaşı lövhələrin 
üzərində naxışlar cızmaqla bədii kompozisiyanın rəng qamması saxsının üzə çıxmış 
qırmızı rəngi hesabına daha da zənginləşdirilirdi. Məscidin böyük günbəzini 
bəzəmiş əlvan naxışlar çox orijinaldır. Kiçik salonun günbəzinin tünd-göy rəngi 
üzərində ağ ulduzlar, böyük salonun günbəzinin yaşıl-göy yerliyi üzərində isə 
çiçəklər rəsm edilmişdi. 
XIV əsrdə Təbrizdə olmuş İbn Batuta bu şəhərdəki abidələrin bədii 


59 
keramik dekorlarının Əndəluzun və Şimali Afirika memarlığındakı kaşı bəzəklərindən 
üstün olduğunu qeyd etmişdir. 
Məscidin kufi və nəsx xətlərilə yazılmış yazıları onun memarlıq bəzəyinin 
mühüm cəhətlərindəndir. Dini məzmunlu yazılar ya medalyonların daxilində 
yerləşdirilmiş, ya da ki, bordyur formasında nümayiş etdirilmişdir. Göy məscidin 
keramik dekorları ona dünya şöhrəti qazandırmışdır. 
Bu dövrün görkəmli abidələrindən biri də Şirvan-Abşeron məktəbinə aid 
olan 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə