A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə23/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   19   20   21   22   23   24   25   26   ...   61
id55880

Məlikəjdər türbəsi. 
Yenə bu dövrə aid olan son dərəcə maraqlı abidələrdən 
biri də Laçın rayonunun Cicimli kəndindəki Məlikəjdər adı ilə tanınan türbədir. Bu 
türbənin əsas, fərqi onun məhz həcm quruluşundadır. Planda səkkizbucaqlı 
quruluşda olsa da, Cicimli türbəsi xaricdən həndəsi bir həcm kimi deyil, tamamilə 
başqa bir plastik şəkildə qavranır. Çünki türbənin divarları şaquli xətlərlə həll edilmə-
miş, abidənin tilləri əyri xətlə işlənmiş, türbənin silueti yumşaq cizgilərlə 
çərçivələnmişdir. Cicimli türbəsinin ümumi şəkli parabolanı xatırladır. Bu 
parabolanın səthləri arasındakı tillər oyma çıxıntılar ilə işlənmişdir; nəticədə 
abidənin ümumi görünüşü köçəri, türk dilli xalqlar arasında geniş yayılmış yurd 
quruluşunu xatırladır. 
Beləliklə, bu abidənin memarlıq səciyyəsində ənənəvi səkkizbucaqlı 


57 
türbədən uzaqlaşaraq, tamamilə fərdi bir memarlıq surətinin yarandığı görünür. Heç 
də təəccüblü deyildir ki, bunun ümumi görünüşü, obrazı köçəri xalqların yurdunu 
xatırladır. Yaşayış tikintiləri ilə başqa tikintilər, xüsusilə xatirə tikintiləri arasında 
mənşə etibarilə əlaqə olması memarlıq tarixində təsadüf edilən, daha doğrusu geniş 
yayılmış bir hadisədir. Cicimli türbəsinin maraqlı bir xüsusiyyəti də onun giriş 
qapısından yuxarı və giriş qapısının sağ və sol tərəflərində yonulmuş daş oymalardır. 
Bu daş oymalarının hər 3 halda öküzü təsvir etdiyi aydınlaşdırılmışdır. Son dərəcə 
ekspressiv vəziyyətdə rəsm edilmiş bu öküz təsvirləri abidənin bədii 
xüsusiyyətlərini daha da zənginləşdirir və eyni zamanda Azərbaycanda heyvan 
təsvirlərinin bu vaxta qədər ehtimal etdiyimizdən daha genış yayıldığını göstərir. 
Cicimli abidəsinin üzərində kitabə olmadığından, onun nə vaxt inşa edildiyini 
dəqiq surətdə demək olduqca çətindir. 
Cicimli abidəsini ilk dəfə görmüş və nəşr etmiş İ.Şeblikin bu binanın 
Səlcuqilər dövrünə aid olduğunu qeyd edir, bu da onun tarixini, təxminən XII əsrə və 
yaxud XIII əsrin əvvəllərinə aparır. 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə