Xatirə abidələri. XII əsrdə olduğu kimi XIII-XV əsrlərdə də Azərbaycan
memarlığının inkişafında xatirə abidələri son dərəcə əhəmiyyətli mövqe tuturdu.
XII əsrdə müəyyənləşən bürcvari türbələr XIII-XIV əsrlərdə Azərbaycanda geniş
surətdə tikilirdi.
Bərdə, Qarabağlar, Xaçıntürbətli, Salmas, Xiyav, Füzuli bölgəsi Aşağı
Veysəlli kəndində tikilən abidələr, Zəngilan bölgəsindəki abidələr dövrün maraqlı
xatirə tikintiləridir. XII əsr qülləvari türbələrilə XIV əsrin qülləvari türbələri
arasında nə fərq vardır? Bunların bədii-memarlıq ideyasında böyük dəyişiklik nəzərə
çarpmır. Bu abidələrin tikilməsində əsas məqsəd hakim zümrəyə mənsub şəxslərin
xatirəsini əbədiləşdirmək idi. İrəlidəki fəsildə müfəssəl izah etdiyimiz kimi, islam
dininin ehkam məhdudiyyətləri nəticəsində heykəl yaratmaq qadağan olunduğundan
hakim zümrəyə mənsub şəxsiyyətlər öz xatirələrini əbədiləşdirmək üçün memarlıq
vasitələrindən istifadə edirdilər. Beləliklə, yaradılmış qülləvari türbələr öz mahiyyəti
etibarilə qəbir tikintisindən daha çox, memarlıq, memorial abidə səciyyəsini
daşıyır.
Belə tikintilərin üzərində təsvir
motivləri verilmədiyi üçün şəxsiyyətlərin
xatirəsi kitabələr vasitəsilə əbədiləşdirilir,
abidənin görkəmli yerlərində dəfn edilən
şəxsin adı çəkilir, onun yüksək şəxsi
keyfiyyətləri qeyd olunur.
Abidələrin
bədii-memarlıq
təsvirini
artırmaq
üçün
müvafiq
vasitələrdən və kompozisiya üsullarından
geniş şəkildə istifadə edilir. XIV əsrdə
tikilmiş bir sıra qülləvari türbələr üçün
səciyyəvi olan cəhət onların xarici
səthlərinin çox rəngli olması, həcmli portal
baştağ quruluşlarında naxışvari hörgüdən
bir kompozisiya vasitəsi kimi istifadə
edilməsi idi.
53
Bu dövrün ən qiymətli türbələrindən bir neçəsi haqqında ətraflı məlumat
verək.