A z ə r b a y c a n diLİ VƏ t a r I x I



Yüklə 6,93 Mb.
Pdf görüntüsü
səhifə17/61
tarix27.06.2023
ölçüsü6,93 Mb.
#119037
1   ...   13   14   15   16   17   18   19   20   ...   61
id55880

Urmiyada Dairəvi türbə. 
Urmiyadakı 1184-cü il tarixli Dairəvi türbə öz 
ümumi quruluşu etibarilə Marağadakı Dairəvi türbəni xatırlatsa da, bu abidə daxili 
planı etibarilə Marağadakı türbədən fərqlidir. Türbənin daxili dördbucaqlı günbəzlə 
örtülü türbələrdən gələn bir quruluşdadır. Türbənin daxilinin belə həll edilməsi 
görünür ki, günbəzli türbələrdən gələn ənənəvi təsirin nəticəsidir. Bu təsir özünü 
türbənin xarici görünüşündə də göstərir. Burada türbənin giriş portalı türbənin dairəvi 
həcminə tabe deyildir. Həm hündürlüyü, həm eni, həm də dərinliyi etibarilə türbənin 
kompozisiyasında baştağ özü əsas yer tutur. Türbənin silindrik gövdəsi bürcvari 
xüsusiyyətini itirmişdir. 
Bir daha qeyd etmək lazım gəlir ki, xatirə abidələri nəzərdən keçirdiyimiz 
dövrdə geniş yayılmışdır. Dağılıb getmiş şəhərlərdə, Beyləqanda, Şəmkirdə və hətta 
Naxçıvandakı qəbiristanlıqda çoxlu miqdarda xatirə abidələrin olması haqqında 
mənbələr məlumat verir. 
Şirvan-Abşeron memarlıq məktəbi. 
Nəzərdən keçirdiyimiz dövr 
Azərbaycan memarlığının üçüncü əhəmiyyətli məktəbi olan Şirvan-Abşeron memarlığı 
üçün də səmərəli fəaliyyət dövrü idi. Şirvanşahlar dövlətinin Kəsranilər sülaləsi zamanı 
möhkəmlənməsi və beləliklə, inşaat üçün əlverişli şərait yaranması yerli memarlıq 
məktəbinin çiçəklənməsi üçün zəmin yaradır. Şirvan dövlətinin ərazisi təbii inşaat 
daşı ilə zəngin olduğu üçün bu ərazidə hələ qədim dövrdən başlayaraq əhəng daşı 
bir inşaat vasitəsi və binaların bəzəyində oyma şəklində tətbiq edilən yeganə 
material idi. 
Təbiidir ki, Şirvan-Abşeron memarlığının üslub xüsusiyyətləri daş və onun 
üzərində tətbiq edilən ornamental oymanın birlikdə təsiri əsasında formalaşmışdır. 
Gözəl yerli daşın diqqətlə yonulması və onun səthinin hamarlanması Şirvan 
tikililərinin hörgüsünə xüsusi bir görkəm verir. Belə hörülmüş səthlərin üzərində 
yerləşdirilən zərif daş oymaları kompozisiyanın gözəçarpan nöqtələrində mər-
kəzləşdirilir və öz bədiiliyilə diqqəti cəlb edir. Şirvan memarlığının belə bir 
istiqamətdə inkişafı burada kompozisiyaların sadəliyini müəyyənləşdirmiş, əsas 
diqqət isə ayrı-ayrı ünsürlərin dürüst şəkildə işlənməsinə verilmişdir. 
Bu dövrün ən qiymətli abidələrindən biri Bakıda, İçərişəhərdə yüksələn 

Yüklə 6,93 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə