25
biri sayılır. Skif, Hun, Avar, Xəzər, türk tayfalarının qərbə doğru axını nəticəsində
yayılmış yüksək ekspressiyaya malik olan bu üslubun Azərbaycan ərazisinin ən
ucqar yerlərində belə qədim sənət əsərlərimiz üzərində əksi xüsusi maraq doğurur.
Ziviyə dəfinəsinə daxil olan Manna sənətinin nadir inciləri 1947-ci ildə
Ziviyə təpəsində gizlədilmiş tunc qabın içində yerli əhali tərəfindən tapılaraq taraş
edilmişdir. Urmiya gölünün cənub-şərqində, Saqqızın 40 km-liyində yerləşən
Ziviyənin qədim sənət abidələrinin bir hissəsini toplaya bilmiş fransız alimi A.Qodar
1950-ci ildə "Ziviyə dəfinəsi" adlı əsər nəşr etdirmişdir. A.Qodar e.ə. VIII əsrə aid
olan bu zərgərlik əsərlərinə əsasən hesab edir ki, Midiya "heyvan stilinin" vətənidir
və bu stil e.ə. VI əsrdən başlayaraq skif çöllərinə yayılmağa başlamışdır.
A.Qodarın bu fikrini əsaslandıran rus şərqşünası İ.M.Dyakonov "Heyvan stilinə"
misal olaraq yuxarıda yad edilən qızıl sinəbəndin təsvirlərini göstərib qeyd edir ki,
Ziviyə dəfinəsinin əsas əsərləri "yaradılanda skiflər və hətta kimmerlər də Yaxın
Asiyada görünməmişdilər".
Bütün bu qeyd olunan faktlar onu göstərir ki, e.ə. I minillikdən başlayaraq
Azərbaycan sənəti dar, yerli çərçivədə yox başqa ölkələrin mədəniyyəti ilə sıx
əlaqədə inkişaf etmişdir.
Bu cəhətləri biz xüsusilə bundan sonra yaradılan sənət əsərlərimizin bədii
və texnoloji xüsusiyyətlərində açıq-aydın görə bilirik.
Bu dövrdə yerli ustalar nəinki başqa ölkələrin yüksək sənət praktikası,
hətta estetik norma və qanunları ilə də qarşılaşırlar.
E.ə. I minillikdə kamilləşmiş sənət üslubumuz tək bu dövr üçün xarakterik
olmayaraq, sonralar da inkişaf etmiş, feodalizm dövründə öz yüksək mərhələsinə
çatmışdır.
İLK ORTA YÜZİLLİKLƏRDƏ İNCƏSƏNƏT
VII yüzilliyin ikinci yarısında Azərbaycan Xilafətin tərkibinə daxil edilir.
Azərbaycanda islam dininin yayılması xalqın taleyində dönüş oldu, onun mənəvi-
mədəni inkişafına təkan verdi. İslamaqədərki mədəniyyətin məzmunu dəyişərək yeni
keyfiyyət kəsb etdi. Azərbaycan mədəniyyəti ümumislam mədəniyyəti ilə qovuşdu.
Ölkənin şimali və cənubunun xilafətin tərkibində birləşdirilməsi siyasi sabitlik üçün
zəmin yaratdı, xalqın birləşməsinə kömək etdi.
IX əsrin ortalarında xilafətin əsaslarının sarsılması Azərbaycanda yeni feodal
dövlətinin yaranması üçün əlverişli şərait yaratmışdı. Feodal dövlətlərinin
qüvvətlənməsi və inkişafı ilə əlaqədar olaraq Azərbaycanın iqtisadi və mədəni əlaqələri
xeyli güclənmişdi. Yaxın, Orta Asiya və Avropa ölkələri ilə geniş ticarət əlaqələri
ölkənin iqtisadiyyatının canlanmasına, inkişaf yoluna düşməsinə səbəb olurdu.
Xarici ölkələrlə və ölkə daxilində şəhərlərarası ticarət əlaqələri orta əsr
26
Azərbaycan şəhərlərinin inkişafına, onların çoxlu əhalisi olan iri şəhərlərə çevrilməsinə
şərait yaradırdı. IX əsrdən başlayaraq böyük bazar meydanları olan yeni tipli iri şəhərlər
formalaşırdı. Bərdə, Bakı, Gəncə, Şamaxı, Beyləqan, Naxçıvan, Ərdəbil, Təbriz, Marağa,
Urmiya və digər şəhərlər ölkənin təsərrüfat həyatında böyük əhəmiyyəti olan ticarət
və sənətkarlıq mərkəzləri kimi məşhur idilər.
İri şəhərlərin əhalisinin əsasını sənətkarlar təşkil edirdi. Müxtəlif sənətkarlıq
sahələrinin şəhərlərdə mərkəzləşməsi və istehsal edilən məmulatın ticarəti ölkənin
iqtisadiyyatının inkişafı üçün xüsusi əhəmiyyətə malik idi. Feodal hakimiyyətdən asılı
olan sənətkarlar şəxsi və mülki təhlükəsizliklərini qorumaq üçün həmkar (eyni peşə
sahibi) adı ilə məşhur təşkilatlarda cəmləşirdilər. Onlara baş usta (ustad) rəhbərlik
edirdi. Həmkarlar orta əsr şəhərlərinin siyasi və iqtisadi həyatında çox böyük rol
oynamaqla bərabər həm də peşəyə tam mənasında yiyələnməkdə, peşənin sirlərinin
mühafizə edilib saxlanılmasında və nəsildən-nəslə keçirilməsində çox böyük
əhəmiyyətə malik idi.
Əsasən qala divarları və şəhər ətrafında yerləşən sənətkarlıq
emalatxanalarında metal, gil, şüşə, yun və s. materiallardan müxtəlif sənətkarlıq
məhsulu istehsal edilirdi. Sənətkarlığın müxtəlif sahələrinin inkişafı üçün mövcud
xammalın böyük əhəmiyyəti var idi. Ticarət yolları üzərində yerləşən orta əsr
Azərbaycan şəhərləri nadir xammalın alınması və istehsal edilən məhsulun ticarəti
üçün çox əlverişli şəraitə malik idilər. Toxuculuq bu dövrün ən inkişaf etmiş sənət
sahələrindən idi. X əsrin ərəb coğrafiyaşünaslarından əl-Müqəddəsi və Məsudinin
verdiyi məlumata görə, Azərbaycan sənətkarları satış üçün yun və pambıqdan çoxlu parça
və geyim hazırlayırdılar. Gəncədə istehsal edilən yun parçalar xüsusilə məşhur idi.
Şamaxı, Bərdə, Şəki, Gəncə ipək istehsalı mərkəzləri kimi şöhrət qazanmışdı. Təbriz
xalçalarının sorağı çox uzaq ölkələrdən gəlirdi.
Orta əsr dekorativ sənət nümunələrinin ən çox yayılmış və inkişaf etmiş
27
sahələrindən birini dulusçuluq sənəti təşkil edirdi. Məişətlə sıx bağlı olan bu sənət
növü demək olar ki, Azərbaycanın bütün şəhər və kəndlərində istehsai edilirdi. VIII-
X əsr dulusçuluq sənəti əsasən bir istiqamətdə inkişaf etmişdir. Bu da məişət
məmulatı istehsalı ilə əlaqədar olmuşdur. Məişət və təsərrüfatla sıx bağlı olan şirsiz
saxsı məmulatı ilə yanaşı yüksək bədii keyfiyyətli, müxtəlif dekorativ üslublu və
mürəkkəb dekorlu şirli saxsı məmulatı paralel olaraq inkişaf etmişdir.
ŞİRSİZ SAXSI MƏMULATI
Şirli keramika məmulatının texnoloji və bədii cəhətdən formalaşıb inkişaf
etdiyi dövrə qədər orta əsr əhalisinin məişətində şirsiz saxsı məmulatının xüsusi rolu
olmuşdur.
Ucuz materialı və çox da mürəkkəb olmayan texnoloji prosesinə görə VIII-
X əsrlərdə şirsiz məişət keramikası şirli keramikaya nisbətən daha çox istehsal
edilirdi. Sənətkar ustalar tərəfindən əsasən dulus təkərində hazırlanan bu dövr şirsiz
keramika məmulatı başlıca olaraq məişət və təsərrüfatda istifadə edilirdi. Sadə
formalı bu qabların bəzəyində adi bəzək üsulları tətbiq edilir və onlar adi dekor
motivləri ilə bəzənirdi. Bakı, Beyləqan, Şabran, Şamaxı, Mingəçevir və digər orta
əsr şəhərlərindən məlum olan şirsiz keramika öz forma, bəzək üsulları və ümumi
dekor quruluşunu uzun əsrlər boyu saxlamış, demək olar ki, çox az dəyişilmişdir.
Sırf məişət və təsərrüfatla bağlı olduğundan onların materialı və bəzəyi çox vaxt
səliqəsiz və kobud işlənmişdir.
IX əsrdən başlayaraq şirsiz keramika məmulatının keyfiyyəti xeyli
yaxşılaşmağa başlayır və onların bədii görünüşü müxtəlif dəyişikliyə məruz qalır. Bu
dövrün keyfiyyətli gildən hazırlanmış nazik divarlı qabları plastik formalarına, dəqiq
işlənmələrinə görə xüsusilə seçilirlər. IX əsrdən başlayaraq, keramika məmulatının
bəzəyində müxtəlif dekor vasitələrindən daha geniş istifadə edilirdi.
IX-X əsrin yarımşar formalı iki və ya dörd lentvari qulpları olan qazanlar,
qabarıq gövdəsi oturacağa doğru nazikləşən iri küplər, mərkəzində qulpu olan disk
formalı qazan qapaqları, səhəng, kuzə, kasa, nimçə və digər sadə formalı məişət
məmulatının dekorunda əsasən bir neçə xarakter bəzək üslubundan istifadə edilirdi.
Dekorativ vasitə kimi cızma bəzək üslubu xüsusilə geniş yayılmışdı və
əsasən qabların boğaz və çiyin hissələrində şaquli, ya da dalğavari naxışlarla
cızılırdı. Tək, paralel zolaqlar, yaxud da daraq dişlərinin izini xatırladan dalğavari
naxışlar xüsusilə səciyyəvidir. Nadir qab nümunələrində cızma bəzəyi ritmik surətdə
təkrarlanan batıqlar, çox da dərin olmayan oyuqlar əvəz edir.
Dostları ilə paylaş: |