24
nazik haşiyə də diqqəti cəlb edir.
Azərbaycanda sonralar, xüsusilə orta əsrlərdə dekorativ-tətbiqi sənətin bütün
sahələrində geniş istifadə olunan bu motiv "eşmə" və "buruq" adı ilə məşhur olmuşdur.
Ziviyədə əldə edilmiş döşlüyün üzərində bu motivin belə bitkin işlənməsi, onun qədim
naxışlardan biri olduğunu təsdiq edir.
Qızıl döşlüyün üzərindəki canlı təsvirlər içərisində insan başlı, aslan bədənli
fiqurlar xüsusilə diqqəti cəlb edir.
Bunlar öz ümumi görünüşü, kompozisiyası və işləmə üslubu ilə Qədim
Assuriyada II Sarqonun sarayının girişində qoyulmuş, tarixdə "Şedu" adı ilə məşhur
olan heyvanları xatırladır. Qeyd etmək lazımdır ki, elə bu heykəllər də e.ə. VIII-VII
əsrlərdə yaradılmışdır. Bütün bunlar Azərbaycan mədəniyyətinin qədim Şərq
ölkələri ilə bu dövrdə sıx əlaqədə inkişaf etdiyini bir daha göstərir.
Tehranın arxeoloji muzeyində elə həmin vaxtlar bu ərazidən tapılmış
gümüşdən düzəldilmiş bir neçə sənət nümunələri də vardır. Bu tipli
sənət nümunələri
içərisində biri xüsusilə diqqəti cəlb edir. Haqqında bəhs etdiyimiz gümüş qab hündür
güldan formasındadır. Onun üzərində qabarıq səpkidə piyada və atlı döyüşçülərin
vuruşma səhnəsi, at, öküz və aslana oxşar heyvanların və onları qovan insanın qızıla
tutulmuş qabarıq təsvirləri vardır. Bütün bu təsvirlər "heyvan üslubu"na xas olan bir
səpkidə, yəni dinamik hərəkətdə verilmişdir.
Mərkəzi Asiyadan Qara dənizin şimal sahillərinədək yayılmış bu sənət
üslubu çoxdandır ki, sənətşünaslıq elminin qarşısında duran maraqlı problemlərdən