16
Bunlar əsasən müxtəlif mahiyyətlər daşıyan qab şəklində və kiçik
heykəllər formasında düzəldilirdi.
Araşdırmalar göstərir ki, dulusçular fiqurlu qabların düzəldilməsində daha
yüksək nailiyyətlər əldə etmişlər.
Bu dövrdə fiqurlu qablar, əsasən, yaxşı yoğurulmuş və bəzən də
üyüdülmüş gildən hazırlanırdı. Onların üzəri hamar və bəzəkli olurdu.
Tunc dövrünə aid olan fiqurlu keramikalar içərisində quş, heyvan, ev və
araba modellərinə xüsusilə tez-tez təsadüf edilir.
1947-ci ildə Mingəçevirdə Kür çayının sol və sağ sahilində aparılan qazıntı
işləri zamanı aşkar edilmiş 2-4 təkərli evə oxşar araba modelləri xüsusilə diqqəti
cəlb edir.
Bu modellərin uzunluğu 18-20 sm, hündürlüyü isə 10-18 sm-dir. Araba
modellərinin içəriyə doğru girinti-çıxıntısı, üzərində isə dalğavari xətt və nöqtələri
vardır. Oturacaqlarının hər iki tərəfində ox verilmişdir. Onlara da təkərlər bənd
olunmuşdur. Bu gildən düzəldilmiş araba modelləri Azərbaycanda həm nəqliyyat
vasitələrinin tarixini öyrənmək üçün, həm də eyni zamanda yanmköçəri həyat
formasının meydana gəlməsini aydınlaşdırmaq üçün qiymətli tarixi materialdır.
Güzəranları alaçıqları xatırladan bu tip arabalarda keçən köçəri tayfalar
haqqında sonralar (XIII-XIV əsrlər) Orta Asiya və Azərbaycanda olmuş əcnəbi
səyyahlar qiymətli məlumatlar vermişlər.
Fiqurlu keramikalar e.ə. I minillikdə də öz inkişafını davam etdirmişdir. Bu
dövrdə fiqurlu keramikalar daha çox zoomorf qablar formasında olmuşdur. Bu
dövrün fiqurlu keramikaları əvvəlki dövrlərə nisbətən daha mürəkkəb olmuşdur.
17
Maral, keçi, xoruz, tovuz quşu formalı qablarla yanaşı, bu dövrdə qorelyef
şəkilli quş, heyvan təsvirlərinə də rast gəlinir.
Bu hallarda quşun və ya heyvanın qabarıq təsviri qabların gövdə, qulp və
ağız hissələrində olurdu.
Alimlərin fikrincə, qablardakı bu təsvirlər bədii yox, daha çox simvolik
mənalar kəsb etmişdir.
Onlar qablara bədxah ruhların daxil olmaması üçün əhali arasında
yayılmış totem xarakteri daşıyan quş, heyvanların təsviri ilə bəzədilirdi.
Tunc dovründə çoxfiqurlu cilalı qara keramik kompozisiyalar da
hazırlanmışdır. Onların ən qədim nümunəsini Mingəçevir dulusçuları yaratmışlar. Bu
qapaqlı qabın çiyinlərini sağ və soldakı iki quş qabartması bəzəyir. Onlar bir-birinə
paralel vəziyyətdə görünür. Quş fiqurlarının hər iki tərəfindəki boşluqda isə iki quş
başı verilir. Bu qabın boğazı günəş təsviri, gövdəsi isə şaquli düzülmüş dilimlərlə
bəzənmişdir. Dairəvi kompozisiyada bu girinti kannelyurlar gövdəni dilimlərə
parçalayaraq ona yeni plastik gözəllik verir. Qabın oturacağı sxematik şəkilli üç quş
başından ibarətdir. Qabın diş-diş naxışlarla bəzənmiş qapağı isə bir-birinə əks
istiqamətli iki quş fiqurunun birləşməsindən yaradılmışdır. Qabın ağzı və qapağı
oval şəklindədir. Dekorativ planda həll edilmiş bu kompozisiya dinamik səciyyə
daşıyır və təsvir motivlərinin zənginliyi və plastik kompozisiya orijinallığı etibarilə
dövrün nadir nümunəsidir. Bu qabın göyü təmsil edən quş fiqurları ilə bəzənməsi
onun bolluq, xeyir və bərəkət, yağıntı etiqadı və ayinlərilə əlaqədar olduğunu
aydınlaşdırır.
18
Azərbaycanın müxtəlif bölgələrindən tapılmış, üzərində ilanın cızma, yaxud
da qabarıq təsviri olan qara və boz gil qablar da tunc dövründə geniş yayılmış ölülərə
pərəstiş və axirət dünyası təsəvvürlərilə bağlı olmuşdur. İlan ölülərin, əcdadların
ruhunu təmsil etmişdir. Həmin qablarda qəbrə qoyulmuş yeməli və içməli şeylər
ölülərin ruhlarına xidmət etməli imiş. Ona görə də bu qablarda ilan təsvirləri qabın
ağzına doğru istiqamətlənmiş bir şəkildə təsvir edilirdi.
Naxçıvan, Xanlar, Sarıtəpə (Qazax bölgəsi), Mingəçevir kimi qədim
yaşayış yerlərinin qəbiristanlıqlarından ilan təsvirli çoxlu gil qab tapılmışdır.
Xanlardan tapılan bir qabın üstündə onun ağzına tərəf sürünən ilan təsviri
cızılmışdır. Digər qabın gövdəsinə qabarıq ilan təsviri yapılmış, onun göz və
bədənində ağ maddə həkk edilmişdir. Bir-birinə birləşdirilmiş qoşa Sarıtəpə qabının
qulpunda da qabın ağzına tərəf sürünən qabarıq ilan təsviri vardır. Qədim
əcdadlarımız ölülərin ruhunu ilan şəklində təsəvvür edirdilər. Onlar elə güman
edirdilər ki, ölülərin ruhları ilan cildində qabların gövdəsinə sarılaraq, onların
ağzından içəri girib qabın içindəki şeyləri yeyəcək. Məhz belə dini təsəvvürə uyğun
olaraq qabların üzərində ilan təsvirləri yaradılırdı.
Qədim Azərbaycanda dulusçuluqla yanaşı ən çox inkişaf etmiş sənətlərdən
biri də metalişləmə sənəti idi.
Azərbaycanda eneolit dövründə mis kəşf edildikdən sonra metal ibtidai icma
cəmiyyətinin iqtisadi, təsərrüfat, ictimai və mədəni həyatında görkəmli rol oynamağa
başlayır. Bu zaman başqa metallar da tapılıb müəyyənləşdirilir. Misal üçün, qurğuşun,
qalay, marqanes metallarının
kəşfi Azərbaycan tarixində yeni
və mütərəqqi bir dövrün, tunc
dövrünün
başlanması
ilə
bağlıdır.
Azərbaycan
ərazisində qazıntılar zamanı
tapılmış
maddi-mədəniyyət
nümunələri
göstərir
ki,
əcdadlarımız hələ e.ə. II
minillikdə tuncdan zərif formalı
qablar,
xəncərlər,
baltalar,
kəmərlər və s. zinət şeyləri
düzəldib
öz
həyat
və
məişətlərində
istifadə
edirlərmiş.
Bəşəriyyət tarixində
"tunc dövrü" adlanan bu dövr
Azərbaycana, 4 min il bundan
əvvəl olduğuna baxmayaraq çox zəngin maddi mədəniyyət nümunələri vermişdir.
Məhz buna görə də məşhur rus alimi, akademik İ.İ.Meşşaninov Azərbaycanın
Dostları ilə paylaş: |