19
ərazisini zəngin və təbii muzey adlandırmışdır.
Bu
dövrdə
tuncdan
düzəldilmiş məmulatlar öz dəqiq
işlənməsi və bəzən çox orijinal
formalarda
olmalarına
baxmayaraq, əsasən bəzəksiz idi.
Düzdür, nadir hallarda da olsa,
bu dövrə aid şeylərin üzərində
biz müxtəlif həndəsi xətlərə,
bəzən günü, ulduzu, ayı, hətta
heyvan təsvirini andıran rəsmlərə
də rast gəlirik. Lakin bunlar
dulusçuluq sənəti nümunələri
üzərində rast gəlinən rəsmlərdəki
bəzək rolu deyil, daha çox
simvolik mahiyyət daşıyırdı.
Bu dövrə aid abidələr
içərisində öz orijinal forması və
dəqiq işlənməsi ilə 1930-cu ildə
Qarabağın Dolanlar kəndindən
tapılmış ikibaşlı tunc maral
fiqurunu göstərmək olar. Maral
stilizə edilmiş səpkidə - boynu
nazik,
ayaqları
yoğun
düzəldilməsinə
baxmayaraq,
kompozisiyasının
orijinal
quruluşuna görə güclü təsir bağışlayır. Maral hər iki tərəfdən çənəsindən tutmuş
qarnının altınadək uzun zəncirlərlə bənd edilmişdir. Zəncirlərin aşağı hissəsini zərif
formalı zınqırovu andıran hissəciklər təşkil edir ki, bu da maralın haradansa
asılaraq istifadə edildiyini göstərir.
Qeyd etmək lazımdır ki, bu dövrdə metal çox çətin şəraitlərdə və az
miqdarda icra edildiyindən ondan çox nadir hallarda adi məişət məmulatları
düzəldirdilər. Qədimlərdə metalı əsas etibarilə dini xarakter daşıyan bədii sənət
əsərlərinin düzəldilməsində istifadə edirdilər. Məhz elə buna görə yuxarıda qeyd
etdiyimiz əsərin həyatda daha çox dini xarakter daşıyan predmet olduğu inandırıcıdır.
Çox güman ki, maral bu dövrdə bu ərazidə yaşayanların pərəstiş etdikləri totem
imiş.
Tuncdan düzəldilmiş qədim dövr sənət abidələrimiz içərisində öz bədiiliyi
və sənətkarlığı baxımdan diqqəti cəlb edən əsərlərdən biri də kəmərlərdir. Qarabağ,
Qazax, Gədəbəy və s. yerlərdən əldə edilmiş bu tunc kəmərlər üzərindəki rəsm və
naxışları ilə insanı valeh edir.
20
Qarabağın Xocalı kəndindən tapılmış kəmərin qiymətli cəhəti ondan
ibarətdir ki, burada zərgərliyin bir
neçə üsulundan böyük məharətlə
istifadə edilmişdir. Kəmərin bəzək
kompozisiyası əsas etibarilə üç
hissəyə bölünür: orta, yuxarı və aşağı
kənar hissələri. Kəmərin yuxarı və
aşağı kənarları eyni şəkildə təkrar
edilir və hərəsi üç naxışdan ibarətdir.
Beləliklə, kəməri spiralı andıran böyük
orta zolaq və onu hər iki tərəfdən örtən
dalğavari
naxışlar
tamamlayır.
Kəmərin ən maraqlı hissəsi
onun ortasında yerləşən rəsmləridir.
Burada bir öküz, yeddi guşəli ulduz
və bəzi həndəsi fiqurlar təsvir
olunmuşdur. Plastik bir ritmlə yeriyən
bu heyvan fiquru bütün kəmərə
dairəvi hərəkət verir və bəzək
kompozisiyasını canlandırır.
Qazax bölgəsindən tapılmış
e.ə. I minilliyə aid edilən tunc kəmər
də üzərindəki rəsmlərilə diqqəti cəlb
edir. Kompozisiya etibarilə kəmər
üzərində
nisbətən
sərbəst
yerləşdirilmiş təsvirlərdə qurda bənzər
vəhşi heyvan və balıq şəkilləri verilmişdir.
Təsvirlərinin çoxluğu və məzmunu baxımından Gədəbəydən tapılmış
kəmər daha çox diqqəti cəlb edir.
Tunc kəmərlərimizin tarixi, bədii xüsusiyyət və məzmunu ilə məşğul
olmuş alimlərimiz C.Xəlilov, N.Rzayev və başqaları Gədəbəydən tapılmış kəməri
indiyədək Azərbaycan ərazisindən tapılmış tunc kəmərlərin ən gözəl
nümunələrindən sayırlar.
Cızma üsulu ilə bəzədilmiş Gədəbəy kəmərinin üz hissəsində elə bil ki,
bir-birini izləyən beş heyvan təsviri verilmişdir. Sol tərəfdən birinci, üçüncü və
beşinci yerdə üstündə günəşin, svastika şəklində rəmzi təsviri verilmiş aslan
fiqurları cızılmışdır.
Araşdırmalar göstərir ki, uzaq keçmişlərdə Azərbaycanda, başqa Şərq
ölkələrində olduğu kimi aslan rəsmi günəş və odun rəmzi kimi təsvir olunurdu.
Aslan üzərində ucları düzbucaq şəklində əyilmiş xaçşəkilli dini nişanın
verilməsi də buna işarədir.
Tunc kəmər üzərində bundan əlavə iki naməlum tək-buynuzlu heyvan
21
təsvirləri də vardır. Bu heyvanı hər yerdə ilan rəsmi müşayiət edir. İlan rəsmi
özlüyündə axirət dünyasının simvolu olduğu üçün bu heyvan da yeraltı ölülər
dünyasının rəmzi kimi qəbul edilir. Beləliklə, biz kəmər üzərində iki heyvanın:
günəşi, işığı təmsil edən aslanla, qaranlıq dünyanın rəmzi olan təkbuynuzlu heyvanın
mübarizəsi səhnəsini görürük.
Kəmər üzərində bundan əlavə suyun, bolluğun keçmişdə rəmzi sayılan qoşa
spiraldan ibarət rəsmlər də
vardır.
Həmin
işarələr
məhsuldarlığı, xoşbəxt həyatı
təmsil edir və onu, kəməri
bəd nəzərlərdən də hifz
edirmiş. Bu işarələr ikiqat
şəkildə kəməri haşiyələyir.
Təbii belə kəməri
uzaq
keçmişlərdə
qəbilə
başçıları və ya ölüm-dirim
döyüşlərində qalib gələn,
fərqlənən igidlər qoşayardı.
Metaldan
düzəldilmiş sənət nümunələri
içərisində elələri vardır ki,
onların üzərində olan bəzək və
təsvirlərlə biz o dövrdəki
insanların adət-ənənələri, dini
görüşləri və geyimləri ilə
yaxından tanış ola bilirik. Belə
sənət nümunələri içərisində
Mingəçevirdən tapılmış e.ə.
VIII-VII
əsrlərə aid başı
möhürlü tunc üzüklər xüsusilə
diqqəti
cəlb
edir.
Bu
möhürlərin üzərindəki şirlə
vuruşan adam, nizə və qalxanlı döyüşçü və oda sitayiş edən şəxsin təsvirləri hər
şeydən əvvəl, o zamankı dövrün geyimləri və insanların adətləri haqqında bizdə
təsəvvür yaradır. Maraqlı burasıdır ki, burada təsvir olunan geyim, silah və məişət
əşyalarının eynisinə yunan alimi Strabonun (e.ə. 63-19) Qafqaz əhli haqqında
verdiyi məlumatlarında da rast gəlirik.
Həmin dövrdə İran Azərbaycanında bədii metal emalı daha yüksək
səviyyəyə çatmışdır.
Bu inkişaf İran Azərbaycanında axır 30-40 il ərzində aparılan arxeoloji
qazıntılar zamanı aşkar edilmiş zərgərlik sənəti nümunələrində özünü göstərə
bilmişdir.
Dostları ilə paylaş: |