A zərbaycan türklərinin



Yüklə 19,52 Mb.
Pdf görüntüsü
səhifə215/226
tarix26.08.2018
ölçüsü19,52 Mb.
#64801
1   ...   211   212   213   214   215   216   217   218   ...   226

 480

və  əsilzadələr (azatk), həmçinin elbəyin özü möhürü ilə  təsdiq edir.

1108

 

Göründüyü kimi, sənədə imza atanların  əksəri dövlət adamlarıdır və bu 



sırada türk dövlətçilik gələnəyində mühüm yer tutan buyuruq  (÷Çõñá·) 

titulunu daşıyan adamın da olması təbiidir. Alban elbəyi III Vaçaqanın ça-

yı  ayaqyalın keçməsi  əsərdə  ağelun  (³·»ÉáõÝ)  şəklində yazılmışdır.

1109


 

Qədim dillər üzrə tanınmış mütəxəssis olan tarixçi Y. Yusifov M. Kalan-

katlının işlətdiyi bu deyimin doğru olaraq, azər türkcəsində  ayaqyalın 

sözü olduğunu yazmış və bunu təsdiq edən etnoqraf Q. Ə. Qeybullayev 

ziyarət vaxtı icra olunan bu etnoqrafik gələnəyi geniş şərh etmişdir.

1110


  

«Alban tarixi» çöpçü, tabaq (sac), türgən (çapar), tudun, şad, tarxan 

kimi bir neçə xəzər-azər sözünü saxlasa da, bəzi adlar və sözlər hay dili 

tələffüzünə uyğun verildiyindən onları mətndə seçmək bir qədər çətinləşir. 

Belə ki, Aluen məclisinə qatılan rahib Polos (äûÕáë) «göyçaylı» kimi 

verilmiş və Göyçay adı bəzi nüsxələrdə geogçay//gevgçay (·»õ·×³Û) və 



gegaçay (·»·³×³Û) şəklində yazılmışdır (I. 26). Toponimlərdən biri də 

əsərdə Tərtər çayının vadisində clax (çÕ³Ë) kimi verilən Çaylaq adıdır, 

burada Tərtər adı da trtu (ïñïáõ) şəklində yazılmışdır (I. 28; II. 29-30). 

Böyük Aran toponimi isə ayrı-ayrı nüsxələrdə  metsaran  (ٻͳñ³Ý) və 



metsiran  (Ù»ÍÇñ³Ý) formalarında verilmiş, Qatarvəng və ya Qoturvəng 

monastr adı da katarovanq  (ϳï³ñá í³Ýù) və  kotoroyvanq  (ÏáïáñáÛ 

í³Ýù) şəkillərində yazılmışdır (II. 5, 29).  

«Alban tarixi» kitabında qoyunçuluqla bağlı hay (qrabar) dilinə türk-

lərdən keçmiş koy, qoç, qoçqar, pənir sözləri də əks olunmuşdur. Qırğız 

                                                 

1108

 Kalankatlı, I. 26;  «Alban tarixi» əsərinin ayrı-ayrı nüsxələrində həmin qanunu təs-



diqləyənlərin adı müxtəlif formalarda yazılmışdır: «Bu sənədə möhür basdılar: elbəyin 

fərmandarı Mutsin (Mutsik), minbaşı Mirharik (Mirhorik), boy başçıları: Marut (Maruk, 

Maru), Tirazq (Tirazd, Tirolq), Sparakos (Sprakos, Asparakos), Şama (Ğama), Bakur, 

Aradan, Arces (Arşes), Qoç (kac) Vartan, Girdımanın sahibi Xors Bermusayn (Bermu-

san, Germanosan), Xosken (xoskean) buyuruq və Alban elinin digər nahapet və azatları. 

Alban elbəyi Vaçaqan da bu qanunu öz mbhürü ilə təsdiq etdi» (Kalankatlı, 1983, 94); 

Mətndəki «xoskean buyuruq» sözlərindən birincisi əgər şəxsadı deyilsə, onda həmin sö-

zün hayca «sözçü» anlamına uyğun bütöv deyim «sözçü buyuruq» olur. 

1109

 Əlyazmanın bəzi nüsxələrində bu deyim ³·»É»³õÝ [aqeleaun] və ³·»ÉáõÝ [aqelun] 



şəklində yazılmışdır (Kalankatlı, 1983, 74); Bu deyimdə ayaqyalın > aqyelun > aqelun 

fonetik dəyişmələri hay dilinin özündə getmişsə, onda ayaqyalın sözünün hay (qrabar) 

dilinə keçdiyini düşünmək olar. Lakin bu da mümkündür ki, əsəri qrabara tərcümə edən 

ayaqyalın sözünün anlamını bilmədiyindən onu ilkin mətndə olduğu kimi saxlamışdır. 

1110


  Юсифов, 1974; Ãåéáóëëàéåâ, 1990, 51. 


 

481 


elində qıpçaq (azıq) boyunun yaşadığı Koçkor bölgəsinin adında görünən 

qoçqar sözü Alban bəyi Xoçkorikin (koçkar-ik) adında da vardır.

1111


 Qoç 

sözü isə Qoç Koroğlu deyimində olduğu kimi kac (ù³ç) şəklində «qoçaq, 

cəsur» anlamında Kaç Vaçaqanın adına qoşulmuşdur. V. Qukasyan Aluen 

qanununda keçən «qoyun» anlamlı voçxar (áã˳ñ) sözünün hay dilində 

qoçkar > xoçkar > voçxar fonetik dəyişmələrinə uğramasını yazmışdır.

1112


 

Tərcüməçi hayca «Qoyun buynuzu» anlamlı  Yelcur xoyi (ºÕçÇõñ ËáÛÇ) 

dağadında türklərin koy (qoyun) sözünü xoy (ËáÛ) şəklində işlətmişdir və 

pendir sözü də panir (å³ÝÇñ) şəklində yazılmışdır.

1113

 

 



Bəzi tədqiqatçılara görə Alban elində işlənən dillərdən biri də guya 

pers dili imiş. Lakin o dövrün alban yazarı M. Kalankatlı çox aydın yazır 

ki, Alban elinin katolikosu Viro pers şahı Xosrovun sarayında nəzarət al-

tında 25 il yaşadığı üçün pers dilini öyrənə bilmişdi.

1114

 Beləliklə, islama-



qədər minil davam etmiş Alban elini quran və azər xalqının, azər dilinin 

formalaşmasında önəmli çəkisi olan albanların türklüyü şübhə doğurmur. 

Alban boyadı isə təkcə qədim Azərbaycanda deyil, doğu türklərin içində 

də yayğın idi. Vaxtilə tanınmış qazax alimi Çokan Valixanov da yazırdı: 

«Albanlar Böyük jüzün əsas boylarındandır».

1115


 

Göründüyü kimi, Güney Qafqazda alban boylarının qurduğu Türk 

eli on əsrdən artıq yaşadı və bu uzun zaman axarında dövlətin qalxan və 

zəifləyib enən dövrləri də yaşandı. Alban elinin yarandığı çağda Azərbay-

canın quzey və güney vilayətlərinin vahid dövlətə çevrilməsi üçün şərait 

yaranmışdı. Arazdan quzeydə  və güneydə yaşayan protoazər boylarının 

arasında siyasi sınırlar yox idi, onların bir-birilə sıx etnik əlaqələri vardı 

Əgər m.ö. IV əsrdə İskəndərin yürüşündən sonra güneydə yaranan Azər-

biqanla quzeydə yaranan Alban//Aran elləri ayrı-ayrı dövlətlər kimi yox, 

vahid dövlət kimi ortaya çıxsaydı, formalaşması bir neçə əsr geri düşən 

azər xalqı ayrı bir tarix yaşaya bilərdi. Ancaq hər bir insanın alın yazısı 

olduğu kimi, xalqların da yaşam haqqını, yaşam tarixini, yaşam taleyini 

bəlirləyən var. Doğrusunu isə dünyanı yaradan Uca Tanrı bilir. 

(III Bitiyin sonu

                                                 

1111


  Qəbələ yepiskopu və Vaçaqanın saray keşişi Manas (qıpçaq) adını daşıyırdı. 

1112


  Гукасян-Асланов, 1986, 28-29. 

1113


  Kalankatlı, III. 21; I. 26. 

1114


  Eyni qaynaq, II. 14. 

1115


  Валиханов, II t. 1985, 377. 


Yüklə 19,52 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə