Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   57   58   59   60   61   62   63   64   ...   176

 
124 
məhkum  edir:  diri-diri  torpağa  gömür.  Kənd  növbəti  faciə  ərəfəsindədir:  hamilə 
Gənc qadını (Vəfa Rzayeva) vaxtından əvvəl doğuş sancısı tutmuşdur. Lakin hələ 
qar  uçqunu  təhlükəsi  sovuşmamışdır.  Doğmaq  olmaz:  yenicə  dünyaya  göz  açan 
körpə  də,  sancılardan  əziyyət  çəkən  ana  da  qışqıracaq.  Bu  isə  böyük  faciə  ilə  – 
uçqunla  nəticələnəcəkdir.  Hamı  təlaş,  həyəcan  içərisindədir.  Dünyanın  bütün 
kədəri,  qüssəsi,  hüznü  Gənc  qadının  –  Vəfa  Rzayevanın  çiyninə,  çöhrəsinə 
çökmüşdür.  O,  körpəsini  itirəcəyindən,  ailəsinin  dağılacağından  əndişələnir. 
İstedadlı aktrisa V.Rzayeva təbii ah-naləsi, təsirli, qırıq-qırıq ifadələri, hıçqırtıları, 
çırpıntıları ilə tamaşaçını sehrləyir, onu ətrafdan təcrid edir, öz təsir dairəsinə salır. 
O, Gənc qadının mənəvi-psixoloji durumunu, sarsıntı və iztirablarını yaşayır qədər 
məharətlə  ifa  edir:  tamaşaçını  fəlakətin,  faciənin  böyüklüyünə  inandırır.  Əslində, 
Gənc  qadını  təbiət  hadisəsi  –  uçqun  yox,  ətrafındakıların  qəddarlığı,  amansızlığı 
daha  çox  qorxudur.  V.Rzayeva  yaratdığı  bu  obrazla  öz  aktyorluq  istedadını  daha 
parlaq şəkildə  nümayiş  etdirdi.  Nəticədə Gənc  qadın  mükəmməl  və  özünəməxsus 
məziyyətləri ilə yaddaşlara həkk olundu. 
Gənc kişi (İlyas Əhmədov) həyat yoldaşının və gələcək övladının xilası üçün 
vurnuxur,  atasına  (Əməkdar  artist  Kazım  Abdullayev),  anasına  (Əməkdar  artist 
Mətanət  Atakişiyeva),  əvəçi-mamaçaya  (İradə  Həsənova),  baş  hakimə  (Əməkdar 
artist  Sadıq  İbrahimova)  –  hər  kəsə  yalvarır,  yaxarır.  Lakin  kəndin  qanunları 
müdhiş, hakimin hökmü qətidir: hamilə qadın diri-diri tabuta qoyulmalı və torpağa 
basdırılmalıdır.  Səhnədə  gərginlik,  tamaşaçıda  həyəcan  son  həddə  çatır: 
mühafizəçilər  (Elnar Qarayev,  Elnur  Qədirov)  hökmün  icrasına  başlayırlar:  Gənc 
qadının ağzını əski parçaları ilə tıxayır, əl-qolunu bağlayırlar. Bu zaman Gənc kişi 
tüfəngi  əlinə  alır,  tətiyi  çəkmək  üçün  hazır  vəziyyətə  gətirir  və  qərarın  icrasının 
dayandırılmayacağı təqdirdə atəş açacağını bildirir. Hər kəs bunun daha ağır nəticə 
verəcəyini – dərhal uçqun olacağını düşünür. Odur ki, heç kim tərpənmir, hər kəs 
atəş  açmaması  üçün  Gənc  kişiyə  yalvarır.    O  isə  fikrində  qətidir.  Hökmün  icrası 
dayandırılmasa,  atəş  açılacaq.  Bu  zaman  Gənc  qadının  sancıları  yenə  başlayır. 
Gənc kişinin tələbi ilə onu doğdurmaq üçün qonşu otağa aparırlar. Həyəcanlı anlar 
yenidən  başlanır.  Dünyaya  gələcək  körpənin  qışqırtısı  da  uçquna  səbəb  ola  bilər. 
Odur ki, onu ana bətnindən çıxan kimi boğmaq, qışqırmağa macal verməmək təklif 
edilir. Gənc kişi isə buna da imkan vermir. O biri otaqdan doğulan uşağın qışqırığı 
gəlir,  hamı  dəhşətlə  yerə  sərilir,  uzanır,  uçqunu  gözləyir,  lakin  faciə  baş  vermir, 
uçqun olmur. Tamaşanın lap əvvəlindən təbii hərəkətləri və danışıq tərzi ilə diqqəti 
çəkən  yaşlı  kişi  (Əməkdar  artist  Telman  Əliyev)  nəvəsinin  əlindən  tüfəngi  alır, 
dünyaya yenicə göz açan nəticəsi ilə fəxr etdiyini uca səslə bildirir və dayanmadan 
atəş  açır.  Beləcə,  kəndin  illərdən  bəri  formalaşan  ehkamlarına,  zərərli  adətlərinə, 
həm  də  qorxu  və  həyəcan,  təlaş  dolu  günlərinə  son  qoyulur.  Yaşlı  kişi  müəllifin 
uğurlu tapıntısıdır. Rejissor da bu obrazdan əsərin ideyasını qabartmaq, tamaşaçıya 
çatdırmaq  üçün  məharətlə  istifadə  etmişdir.  Əslində,  Yaşlı  kişi  səhnədə  cərəyan 
edən  hadisələri  idarə  edir,  istiqamətləndirir,  qardaşının  qətli  ilə  bağlı  fasilələrlə 
davam etdirdiyi rəvayəti ilə Gənc kişinin üsyanına, etirazına təbii zəmin hazırlayır: 
Uçqun təhlükəsi törətdiyinə – bağırmaq istədiyinə görə mühakimə edilən və qətlə 
yetirilən  qardaşının  faciəsini  göz  yaşları  ilə  ətrafındakılara  söyləyən  Yaşlı  kişi 
mühafizəçilərin  üstünə  cumur,  məhkəməni  ittiham  edir.  Tamaşaçı  hər  an  onun 


 
125 
indicə  bağıracağını  gözləyir.  Onun  qəlbində  kükrəyən  etiraz  hissləri  Gənc  kişidə 
üsyan kimi təzahüratını tapır. 
Maraqlı  və  diqqətçəkəndir  ki,  tamaşada  ənənəvi  baş  qəhrəman,  yaxud 
epizodik  rollar  kimi  bölgü  aparmaq  qeyri-mümkündür:  tamaşanı  hətta  çox  az 
görünən  mühafizəçilərsiz,  yaxud  demək  olar  ki,  heç  səsi  belə  çıxmayan 
hakimlərsiz  (Əməkdar  artistlər  Firuz  Xudaverdiyev,  Məzahir  Cəlilov)  təsəvvür 
etmək  çətindir.  Səhnədə  sözün  həqiqi  mənasında  bir  ansambl  işləyirdi,  bitkin  və 
bütöv bir kollektiv çalışırdı. 
Baş hakim  rolunu  Sadıq  İbrahimov özünəməxsus ifa  edir.  Geyimi,  ədaları, 
amansızlığı,  yalançı  humanizmi,  riyakarlığı  ilə  yadda  qalan  baş  hakim  tamaşanı 
daha baxımlı, daha məzmunlu edir. S.İbrahimov – baş hakim ətrafındakılara hakim 
kəsilmək  üçün  dim-dik  yerişdən,  amiranə  göstərişlərdən,  kəskin  baxışlardan,  qəti 
hökmlərdən  ustalıqla  istifadə  edir.  Tamaşaçının  gözləri  qarşısında  tipik  ədalətsiz, 
yekəxana,  zalım  və  qorxaq  hakim  obrazı  canlanır.  Tamaşada  digər  obrazlar  kimi 
gah  gəlinindən,  gah  ərindən  giley-güzar  edən  yaşlı  qadın  (Əməkdar  artist  Səidə 
Quliyeva),  arvadını  yaxşı  gəlin  və  yaxşı  qaynana  olmamaqda  qınayan,  zəif 
xarakterli  kişi  də  (Əməkdar  artist  Kazım  Abdullayev)  təbii  və  səmimi  simaları, 
özünəməxsus xarakterləri ilə tamaşasında böyük təəssürat oyadır. 
«Uçqun»  Bakıya  qışda  gəldi  –  2007-ci  ilin  son  ayında.  Və  ilin  Bakıda 
keçirilən və yaddaqalan mədəni hadisələrdən birinə çevrildi. Azərbaycan-Türkiyə 
ədəbi-mədəni  əlaqələrinin  inkişafında,  möhkəmləndirilməsində  növbəti  uğurlu 
addım kimi də tarixə düşdü. 
Müstəqilliyin  ilk  illərindən,  hələ  ondan  bir  qədər  də  əvvəl  Xalq  yazıçıları 
İlyas  Əfəndiyevin,  Bəxtiyar  Vahabzadənin,  Elçinin,  Anarın  əsərləri  və  səyləri 
sayəsində  Azərbaycan-Türkiyə  ədəbi-mədəni  əlaqələri  yaranmağa  və  inkişaf 
etməyə  başlamışdı.  Qardaş  ölkədə  Azərbaycan  dramaturqlarının  əsərlərinin 
oynanılması bu işin daha  canlı və həyəcanlı olmasını, həyata  keçirilməsini təmin 
edirdi.  Son  vaxtlar  teatr  sahəsindəki  əməkdaşlıq  xüsusi  ilə  diqqəti  çəkir.  Xalq 
yazıçısı  Elçinin  «Qatil»  pyesinin  İstanbul  Böyük  Bələdiyyə  Teatrı  tərəfindən 
Azərbaycan  Musiqili  Dram  Teatrının  səhnəsində  çox  böyük  uğurla  oynanılması 
dediklərimizə parlaq misaldır. Tuncər Cücənoğlunun «Uçqun» əsərinin tamaşası da 
Azərbaycan-Türkiyə  teatrları  arasında  əməkdaşlığın  bundan  sonra  da  davam 
etdiriləcəyindən,  daha  da  möhkəmləndiriləcəyindən  xəbər  verirdi.  «Uçqun» 
tamaşası  bitdikdən  sonra  tamaşaçıların  və  yaradıcı  heyətin  alqışları  ilə  səhnəyə 
qalxan T.Cücənoğlu çox həyəcanlı görünürdü, amma ürəyindən keçənləri söyləyə 
bildi: 
-  Mənim  əsərlərim  dünyanın  onlarca  ölkəsinin  səhnəsində  oynanılıb.  Lakin 
rejissor Bəhram Osmanovun quruluşunda o daha möhtəşəm idi… 
Beləliklə, Akademik Milli Dram Teatrında oynanılan «Uçqun» Azərbaycan-
Türkiyə mədəni əlaqələrin inkişafına da təkan verən uğurlu bir addım oldu. 
 
“525-ci qəzet”, 11 dekabr 2007 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə