161
müxtəlif tədqiqatçıların M.Cəlilin İrana köçü hadisəsini ədibin mühacirəti kimi
dəyərləndirdiyinə diqqət çəkilərək, bədii və sənədli əsərlərdə bu səfərin mühacirət
kimi təqdim edildiyi vurğulanaraq və nəhayət, Mirzə Cəlil kimi on minlərlə
qafqazlının İrana, o cümlədən Xoy, Mərənd, Təbrizə «fərar» etməsi, orada mühacir
kimi məskunlaşması barədə «Molla Nəsrəddin»in materiallarına istinad edilərək
əsaslandırılmışdır.
«Molla Nəsrəddin» jurnalının nəşrə başlaması ilə ictimai fikrə təsir forması
dəyişir, yeniləşir, başqa sözlə desək, xalqımızın ictimai, ədəbi-mədəni, mətbu
həyatında bir dirçəliş, dönüş yaranır, bununla da, mətbuat öz tarixinin yeni inkişaf
mərhələsinə qədəm qoyur. Professor Əziz Şərif «Molla Nəsrəddin»in təsir dairəsi
və gücündən bəhs edərkən yazırdı ki, elə bir az-çox əhəmiyyətli siyasi və ya
ictimai hadisə olmamışdır ki, jurnal ona səs verməsin və demokratik ictimaiyyəti
maraqlandıran elə bir problem olmamışdır ki, onu qabaqcıl, mütərəqqi mövqedən
işıqlandırmasın (Əziz Şərif. Cəlil Məmmədquluzadə. C.Məmmədquluzadənin rus
dilində iki cildlik seçilmiş əsərlərinə müqəddimə, Bakı, 1966, I cild, səh.10).
Bu səbəbdəndir ki, istər jurnalın fəaliyyəti dövründə, istərsə də ondan
sonrakı illərdə «Molla Nəsrəddin» cəmiyyətin – onun bütün təbəqə, ideoloji və
siyasi qüvvələrinin maraq dairəsində olmuşdur. «Molla Nəsrəddin» bütünlükdə
ictimai hadisələri, ədəbi cərəyanları, ayrı-ayrılıqda fərdləri, o cümlədən ətalət,
cəhalət daşıyıcılarını, nadanları, məmurları, yüksək çinli partiya və dövlət
xadimlərini, onların əməllərini «nəzərdən qaçırmadığı» kimi, jurnal da, onun naşir
və redaktoru C.Məmmədquluzadə də, necə deyərlər, öz «payını» alırdı.
Münasibətlər mürəkkəb, fərqli və ziddiyyətli olmuşdur. Çar üsuli-idarəsi zamanı
da, İran istibdadı dönəmində də, sovet dövründə də «Molla Nəsrəddin» təqiblərə,
təzyiqlərə, sıxıntılara tuş gəlmişdir. Birinci nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə
çapdan çıxan «Molla Nəsrəddin»in çapının dəfələrlə qadağan edilməsinə və digər
səbəblər üzündən fasilələrlə buraxılmasına baxmayaraq, M.Cəlil ömrünün
sonunadək jurnalın Tiflisdə (1907-1917) 370 nömrəsinin, Təbrizdə (1921) 8
nömrəsinin və Bakıda (1922-1931) 398 nömrəsinin (cəmi 776 nömrə) nəşrinə nail
olmuşdur.
Böyük Məhəmməd Hadinin yazdığı «Ucundadır dilimin həqiqətin böyüyü,
nə qoydular deyəyim, nə kəsdilər dilimi» - dilemması qarşısında qalan Sovet
tədqiqatçıları «Molla Nəsrəddin» jurnalının, Cəlil Məmmədquluzadənin xüsusi ilə
sovet dövrü fəaliyyətini yumşaq ifadə ilə desək, bəzən malalamağa məcbur
olmuşlar, bir sıra faktları təhrif etmiş, bəzən saxtalaşdırmış, hadisələrə
özünəməxsus «bəzək» vurmuş, bəzən sadəcə susmuş, olayların üstündən sükutla
keçmişlər. Buna görə kimisə bu gün qınamaq, kiməsə irad tutmaq fikrindən uzağıq.
Bir sıra müəlliflər isə eyhamlarla Mirzə Cəlilin, «Molla Nəsrəddin» jurnalının
sovet hakimiyyəti illərində fəaliyyətinin ağır, məşəqqətlərlə dolu olduğuna işarələr
vurmuşlar.
Məmmədquluzadəşünaslığa və «Molla Nəsrəddin»şünaslığa böyük töhfə
verən, əslində sahəni keyfiyyət baxımından yeni mərhələyə qaldıran AMEA-nın
həqiqi üzvü İsa Həbibbəyli haqlı olaraq mövcud nöqsanların «son illərə qədər
hakim olan ideoloji tələblərdən» qaynaqlandığını, bir çox tədqiqatların yanlış
istiqamətdə yazıldığını, buna görə də, «sinfi xarakterli böyük tarixi faktların
162
yığımına çevrildiyini» qeyd edir və göstərir ki, ötən əsrin 80-ci illərindən etibarən
keçmiş ictimai-siyasi proseslərə və tarixi hadisələrə obyektiv elmi münasibət ifadə
etməyin reallaşması sözün həqiqi mənasında yazıçını əhatə edən mühitin hərtərəfli
tədqiqinə münasib imkan yaratmışdır (ətraflı bax: İsa Həbibbəyli. Cəlil
Məmmədquluzadə: mühiti və müasirləri. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,
1997, «Ön söz», səh.3-26).
Filologiya elmləri doktoru İslam Ağayev M.Cəlilin həyat və yaradıcılığı ilə
bağlı indiyədək qələmə alınanları yüksək dəyərləndirməklə yanaşı, bu irsin müasir
tələblər baxımından yenidən araşdırılmasını vacib hesab edir. O yazır: «Bu gün
C.Məmmədquluzadənin ədəbi irsi müstəqil Azərbaycan Respublikasının böyük
tarixi yaddaşı olaraq qalır. …XX əsrin ilk illərindən başlayaraq Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağayev, Firudin bəy Köçərli, Seyid Hüseyn, sonrakı
illərdə Əli Nazim, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, Mir Cəlal Paşayev,
Əziz Şərif, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Abbas Zamanov və ondan sonrakı
nəsil tərəfindən dəfələrlə tədqiq və təhlil edilmişdir. Lakin bütün bunlara
baxmayaraq, C.Məmmədquluzadənin ədəbi-ictimai irsi yeni tarixi şəraitdə yeni
tədqiq və təhlilə möhtacdır» (İ.Ağayev. C.Məmmədquluzadə və XX əsrin əvvəlləri
Azərbaycan ədəbi-ictimai fikri. «Ədəbiyyat qəzeti», 26 iyun 2009). Bu yerdə Söz
Azadlığını Müdafiə Fondunun rəhbəri, Xalq şairi Musa Yaqubun jurnalla bağlı
«Təbriz nəşri yeni və ciddi araşdırmaya möhtacdır» (Musa Yaqub. «Molla
Nəsrəddin» - Təbriz 1921. Transliterasiya edən və çapa hazırlayan, f.e.n. Elmira
Qasımova, «Ön söz»ün müəllifi Tahir Aydınoğlu, redaktor Məmməd Kazımoğlu,
Bakı, «Adiloğlu» nəşriyyatı, 2006, 80 səh. Annotasiya) – fikrini təqdir etməklə,
xüsusi vurğulamaq istərdik ki, həm mövzu, həm sənətkarlıq baxımından Təbriz
nəşrlərinin müasir tələblər nöqteyi-nəzərindən dərindən və hərtərəfli araşdırılması,
dəyərləndirilməsi aktualdır, əhəmiyyətlidir.
C.Məmmədquluzadə və onun jurnalı haqqında həm çar Rusiyası dövrünü,
həm İrandakı mühacirət dönəmini, həm də Sovet hakimiyyəti illərini əhatə edən ən
dəqiq, ən səhih məlumat isə rəsmi məxəzlərdir, tarixi sənədlərdir, əlahəzrət və
inkarolunmaz faktlardır. «Molla Nəsrəddin» jurnalının nəşrinə, onun mətbəəsinin
və litoqrafiyasının dəyişdirilməsinə icazə almaq haqqında Mirzə Cəlilin çox sayda
ərizəsi, rəsmi dairələr tərəfindən jurnalın ayrı-ayrı nömrələrinin qadağan olunması,
redaktorun məsuliyyətə cəlb edilməsi haqqında yazışmalar çar Rusiyası dövründə
«Molla Nəsrəddin» jurnalının nə qədər çətin şəraitdə buraxıldığını əyani şəkildə
göstərir. Çar Rusiyası dövründə və İranda mühacirətdə ikən olduğu kimi, Sovet
hakimiyyəti illərində də Mirzə Cəlilin sıxıntıları azalmaq bilmir. İrandan Bakıya
döndükdən qısa müddət sonra qardaşı Mirzə Ələkbər vərəm xəstəliyinə, həyat
yoldaşı Həmidə xanım tif kimi ağır mərəzə düçar olurlar. 1922-ci il noyabrın 7-də
M.Ə.Sabirin Bakıda heykəlinin açılış mərasiminə M.Cəlili dəvət etmirlər. Bir
müddət sonra Mirzə Cəlil özü xəstələnir. 1925-ci ildə Məmməd Səid Ordubadiyə,
Məmmədəli Sidqiyə ünvanladığı məktublarda xəstələndiyindən şikayətlənir və
«Molla Nəsrəddin» jurnalını çıxartmaqdan «bilmərrə əl çəkmək, evdə oturmaq»
üçün bunu çoxdan bəhanə kimi axtardığını qeyd edir. 1928-ci ildə ədibin həyat
yoldaşı Həmidə xanım yerli hökumət tərəfindən səsdən məhrum edilir. Onun
Ağdam qəzasından sürgün olunması və əmlakının müsadirə edilməsi barədə qərar
Dostları ilə paylaş: |