163
çıxarılır. Mətbuatda, xüsusi ilə «Kommunist» qəzetində M.Cəlilin və onun
jurnalının indiki mühitin tələbatını ödəmədiyi, dilinin bərbad olduğu yazılır,
«Molla Nəsrəddin»ə hücumlar səngimir, güclənir, Kommunist Partiyası jurnalın
«Allahsız» adı ilə nəşrini tövsiyə edir. M.Cəlil Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinə yazdığı məktubda buna etiraz edir.
Tarix elmləri doktoru Ataxan Paşayev Mirzə Cəlilə edilən haqsızlıqlar
barədə yazır: «Türk dillərinin saflığı və latın əlifbasına keçid ideyalarının əsas
carçılarından biri M.Cəlil 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilmiş I
türkoloji qurultaya dəvət olunmamışdır. Əsərləri nəşr ediləndə, tamaşaya
qoyulanda onların mətnlərinə elə müdaxilələr olunurdu ki, M.Cəlilin təbirincə
desək, müəllif çox vaxt özü öz əsərini tanıya bilmirdi. Onun adı Azərbaycan
ədəbiyyatının «cığırdaşları» siyahısına salınmışdı (A.Paşayev. Açılmamış
səhifələrin izi ilə. Səh.434. «Azərbaycan» nəşriyyatı, Bakı, 2001, 536 səh.).
M.Cəlilin ünvanına ittihamlar, böhtanlar, təhqirlər ara vermir, onu siyasi
cəhətdən geri qalmış, bisavad adlandırırlar. Professor Bəşir Əhmədov haqlı olaraq
Mirzə Cəlili ilk repressiya qurbanlarından biri adlandırmışdır (B.Əhmədov. «Molla
Nəsrəddin» niyə bağlandı. «Ədəbiyyat qəzeti», 1 fevral 1991). Ədibə olan təzyiqlər
onu əldən salır, ürəyində ağrılar başlayır, sol əli və sol ayağı iflic olur, yorğan-
döşəyə düşür.
Bu arada jurnalın 25 illiyinin təntənə ilə qeyd olunmaması da Mirzə Cəlili
sarsıdır. Fiziki, maddi-mənəvi əziyyətlər Mirzə Cəlili o həddə çatdırır ki, ədib
Azərbaycan Sovet Sosialist Respublikası Xalq İctimai Təminat Komissarlığına
ərizə ilə müraciət edir. Orada deyilir: «Ərz olsun ki, yazıçılığa və müəllimliyə
qədəm qoyduğumdan indi qırx il tamam olur və 23 il bundan əvvəl Tiflisdə türk
mətbuatı sahəsində Molla Nəsrəddin dövrü başlamışam». Daha sonra M.Cəlil
jurnalın xidmətlərini diqqətə çatdırır və sonda yazır: «Bununla bərabər yavaş-yavaş
bədəncə yoruluram, səbəb budur ki, indi mənim 60 yaşım var və digər tərəfdən
özümü də külfət basıbdır. Ümidvaram ki, Azərbaycan İctimai Təminat
Komissarlığı mənim əhvalımı nəzərə alıb, mən müstəhəq olduğum pensiyanı mənə
verməklə,
bundan
sonra
mənim
zindəganlığımı
təmin
edə.
Cəlil
Məmmədquluzadə». (ARDA, f.411, siy.3, iş.339, v.2).
Bəs Mirzə Cəlilə laqeydlik, inamsızlıq, bir qədər də dəqiq desək, düşmən
münasibət haradan qaynaqlanırdı?! Ən əvvəl, quruluşun mahiyyəti, daha sonra isə
ötən əsrin 20-30-cu illərində ölkədə baş verən ictimai-siyasi proseslərin xaotik
xarakteri, mürəkkəbliyi çoxlarının taleyini tükdən asılı etmişdir: yalnız
əksinqilabçılar, «qolçomaqlar», «mülkədarlar» yox, yazıçı və şairlər, elə
inqilabçıların özləri də hər an böhtanın, şərin, donosun güdazına gedə bilərdilər və
gedirdilər. Əslində, M.Cəlil nə Şura hökumətinə, nə də Moskvaya qəlbən heç vaxt
inanmamış, bel bağlamamışdı. Bunu ədibin «Mətbuat bayramı, yaxud tacgüzarlıq»
adlı məqaləsində («Molla Nəsrəddin», 5 may 1927, № 19) kəskin şəkildə yazdığı
«…Molla Nəsrəddin» məcmuəsinin Moskvaya heç bir dəxli yoxdur. «Molla
Nəsrəddin»i nə Moskva yaradıbdır və nə də Şura hökuməti yaradıbdır» - kimi
cümlələri də təsdiq edir. Filologiya elmləri doktoru İslam Ağayev yuxarıda adı
çəkilən məqaləsində göstərir ki, M.Cəlilin Sovet dövrü yaradıcılığında toxunduğu
problemlərə, o cümlədən ölkənin varidatının Rusiya tərəfindən talanması
164
mövzusuna görə «siyasi dairələrin təzyiqinə məruz qalırdı» və o ciddi mənəvi
sarsıntılar keçirirdi.
Mirzə Cəlilin Sovet dövrü həyatını akademik İ.Həbibbəyli «ictimai-siyasi
gedişatdan asılı olaraq bir müddət ümid və inamla, qaynar fəaliyyətlə, sonra isə
tədricən şübhə və sarsıntılarla, ziddiyyətlərlə şərtlənən xüsusi bir dövr» kimi
xarakterizə edir və Mirzə Cəlilin həyat və fəaliyyətinin «dramatik final»ı
adlandırır. (Göstərilən əsəri, səh.384).
«Dramatik final»a aparan yol isə professor Əziz Mirəhmədovun təbirincə
desək, «çox mürəkkəb, gərgin hadisələrlə dolu 1917-1921-ci illərdən…dramatik
bir dövr»dən keçir (Əziz Mirəhmədov. Dahi yazıçının ədəbi irsi. Cəlil
Məmmədquluzadə. Əsərləri, 6 cilddə, I cild (müqəddimə), səh.30, Bakı,
Azərbaycan Dövlət Nəşriyyatı, 1983, 311 səh.).
«Dramatik dövr»ün, gərginliyin son həddi Cəlil Məmmədquluzadənin
mühacirəti – ölkədən çıxması, İrana üz tutması ilə nəticələnir. Xalq
Cümhuriyyətinin süqutundan – Azərbaycanda Sovet hakimiyyətinin bərqərar
olmasından bir müddət sonra – 1920-ci il iyun ayının ilk günlərində «Mirzə
Ələkbər Məmmədquluzadə Naxçıvandan Kəhrizliyə gəlir, «ümumi vəziyyət
ağırdır» - deyə müvəqqəti olaraq İrana köçməyi Mirzə Cəlilə məsləhət görür və
təkid edir» (Qulam Məmmədli. Molla Nəsrəddin (Cəlil Məmmədquluzadənin həyat
və fəaliyyətinin salnaməsi), səh.379, Bakı, 1966, Azərbaycan Dövlət Nəşriyyatı,
564 səh.). Mirzə Cəlil, Həmidə xanım, Mirzə Ələkbər, Məmmədsadıq, bir sözlə,
bütün ailə üzvləri Kəhrizlidən çıxıb Araz çayına tərəf yola düşürlər. Ölkəni tərk
etmək, başqa sözlə desək, mühacirətə getmək qərarına gələn «Mirzə Cəlil hazırlıq
və səfər zamanı fikirli, qaradinməz və qaşqabaqlı olmuşdur» (yenə orada, səh.380).
Ehtiyat üçün silahlanan Mirzə Cəlil və Həmidə xanım yolboyu ölkəni tərk etməyə
məcbur olan, köç edən bəylərə rast gəlirlər. Sərhədə yaxınlaşdıqca köçə
qoşulanların sayı artır.
Xeyriyyəçilik, maarifçilik fəaliyyəti, eyni zamanda qətiyyəti, cəsarəti,
sədaqəti, mübarizliyi, iti, çevik zəkası ilə Avropalı qadınların da həsəd apara
biləcəyi
Həmidə
xanım Məmmədquluzadənin ömür-gün yoldaşı Cəlil
Məmmədquluzadənin həyatı, yaradıcılığı ilə əlaqədar qələmə aldığı «Mirzə Cəlil
haqqında xatirələrim» adlı əsərinin onların Kəhrizlidən İrana köçməsinə dair
hissəsini bir mühacir haqqında hekayə adlandırmaq olar. Həmidə xanım bu əsəri
Sovet dövründə qələmə alsa da (rejim və ideologiyanın təbiəti Xalq Cümhuriyyəti
dövrünü tənqid etməyi, Sovet quruluşunu tərifləməyi tələb edirdi), həqiqəti
söyləməyə xeyli dərəcədə nail olmuşdu: Sovet istilası kütləvi üsyanlara, etirazlara
səbəb olurdu. Bunun da nəticəsi kimi rejim cəza tədbirləri həyata keçirirdi, insanlar
təzyiqlərə, təqiblərə məruz qalır, qətlə yetirilir, edam olunur, xaricə üz tuturdular.
«Camaat vahimə içərisində yaşayır», «aranın qarışmasından istifadə edən quldur-
qaçaq hər tərəfdə müxtəlif hadisələr törədir, özbaşınalıq hökm sürürdü». Belə bir
şəraitdə Mirzə Cəlil qardaşı Mirzə Ələkbərin təkidli təklifi ilə İrana köçməyə
razılıq verir. Həmidə Məmmədquluzadə Mirzə Ələkbərin dili ilə xüsusi vurğulayır:
«…ara sakitləşəndən sonra qayıdıb gələrik Vətənə». Deməli, M.Cəlilgil Vətəni
tərk edirlər, mühacirətə yola düşürlər. Yola düşənlərin mənəvi-psixoloji gərginliyi,
narahatçılığı hər sətirdə hiss edilir: «yorulmuş, üzülmüş, əldən düşmüş, ac uşaqlar
Dostları ilə paylaş: |