56
keyfiyyətlərini qeyd etməklə yanaşı, onun nöqsanlarını da deməkdən çəkinmir.
Ceyhun bəy bəzən faktların azlığını, bəzən də hadisələr arasında əlaqələrin
olmadığını xüsusilə vurğulayır. Həm də böyük mədəniyyət, mərifət sahibi olan
Ceyhun bəy bunu A.Bakıxanovla yox, dövrün, dövranın obyektiv, subyektiv
amilləri ilə bağlayır. Müəllif A.Bakıxanovun bir etirafını təqdim etməklə onu
oxucunun nəzərində daha da yüksəldir. C.Hacıbəyli yazır: «Bununla belə, müəllif
etiraf edir ki, «onun sadə gücü və mümkünatı müqabilində girişdiyi iş çox ağırdır;
məhz buna görə o, öz oxucusundan, başqasının səhvini müdafiə etməyin tərifəlayiq
keyfiyyət olduğunu xatırladaraq öz şəxsi çatışmazlıqlarına görə iltifat istəyir».
Kitabın müqəddiməsində o, haqlı olaraq deyir: «Nə səlnamə, nə xronika, nə adət,
nə də abidələr bizə Qafqazda baş verən tarixi hadisələri bütün dolğunluğu ilə
tanıda bilər. Çoxsaylı basqınlar, arasıkəsilməyən müharibələr, viranlar tarixçilərin
istifadə edə bildiyi sənədlərdən daha çoxunu yoxa çıxarıb. Qonşu xalqların
səlnamələri və ənənələri bu mövzuda bizi məmnun edən heç bir şey özündən təsvir
etmir. Bununla belə, «işin çətinliyi onu görməyə cəhd etməkdən boyun qaçırmağa
bəhanə vermir» ərəb atalar sözünü yadıma salaraq bütün məkan daxilində material
toplamağa, pərakəndə faktları müqayisə və analiz etməyə, abidə və mətnlərin
vasitəsi ilə ənənələri yoxlamağa çalışdım. Beləliklə, səlnamələr, sənədlər, pul
sikkələri, əlyazmalar və sələflərin və müasirlərin cürbəcür şəhadətlərini ələ
keçirərək, tarixçinin başlıca vəzifəsinə uyğun gəlməyə səy edərək bu əsəri
yaratmağa nail oldum: faktları elə ardıcıllıq və metodla göstərmək ki, dindaşlarıma
və əcnəbilərə qarşı qərəzsizliyi tam saxlayım və unutmayım ki, bəşər övladı
bütövlükdə vahid bir ailə təşkil edir və Yer kürəsi ümumi vətəndir».
01.01.1994
Ceyhun Hacıbəylinin əsərləri ana dilində
«Azərbaycan mühacirət ədəbiyyatının və publisistikasının görkəmli
nümayəndəsi, adı Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağayev, Əkbər ağa Şeyxülislamov kimi məşhur ictimai-
siyasi xadimlərlə bir sırada çəkilən Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1891-ci il
fevralın 2-də Şuşada anadan olmuşdur. O, ibtidai təhsilini Şuşada Haşımbəy
Vəzirovun ikisinifli rus-tatar məktəbində alır, sonra Bakıda realnı məktəbdə
oxuyur. Dövrünün məşhur milyonçusu, xeyriyyəçi Murtuza Muxtarovun maddi və
mənəvi dəstəyi ilə 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsinə qəbul
olunur. 1909-cu ilin yayında təhsilini davam etdirmək üçün Parisə gedir. Əvvəl
Sorbon Universitetində, sonra Ali Politexnik Elmlər Məktəbində təhsilini davam
etdirir. 1915-ci ildə təhsilini başa vuran Ceyhun bəy Vətənə qayıdır».
Bu sətirlər tədqiqatçı-tərcüməçi Mirzəbala Əmrahovun tərtib etdiyi «Ceyhun
Hacıbəylinin seçilmiş əsərləri» adlı kitaba (Bakı, «Elm», 2006) yazdığı «Ön
söz»dən götürülmüşdür. Kitabda C.Hacıbəylinin mühacirətdə fransız dilində
qələmə aldığı 4 hekayəsi – «Müəzzinin lənəti», «Baş tutmayan ziyarət», «Stalinin