Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə19/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   15   16   17   18   19   20   21   22   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
38 
 
F.culmorum, F.nivale, F.avenaceum və s.), Bipo-
laris  spp.  –  16-20%  və  Septoria  spp.  –  15-35% 
təşkil edirdi. Kif göbələkləri – müvafiq olaraq 15-
20 % və 10-17 %. 
Payızlıq buğdada kök çürüntüləri, torpağın 
səthi  becərilməsi  zamanı  olduğu  kimi,  torpağın 
laylarda becərildiyi zaman da ciddi problem yara-
dır.  Səthi  becərmə  zamanı  p.Fusarium  (F.grami-
nearum,  F.heterosporum,  F.nivale,  F.monilifor-
me,  F.sporotrichioides,  F.oxysporum,  F.avena-
ceum,  F.culmorum)  növləri  ilə  zədələnmə  16-
40%, xəstəliyin 80-83 fazada Sadoks şkalası üzrə 
qızğın inkişafı – 10-30 %, p.Helminthosporium – 
16-20%,  xəstəliyin  qızğın  inkişafı  –  10%, 
p.Septoria  (S.nodorum,  S.tritici)  –  15-35  %,  xəs-
təliyin qızğın inkişafı – 10-12 %,  kif göbələkləri 
ilə  (Alternaria  spp.,  Cladosporium  spp.,  Penicil-
lium spp., Trichoderma spp.), bakteriyaların pato-
gen növləri ilə (Xanthomonas spp., Pseudomonas 
spp.) – 10-17 % qeydə alınmışdır. 
Cücərtilərin  meydana  çıxdığı,  yetişmə  və 
məhsulu  saxlama  mərhələsində  rütubətin  çox  ol-
duğu və temperaturun aşağı olduğu zaman Alter-
naria  tenuis,  Actinomyces  griseus,  Aspergillus 
candidus, Penicillium glaucum, Trichoderma spp. 
növləri də təhlükə törədir. Ümumi patogen komp-
leksdə onlar 19 % təşkil edir. Onların mənfi rolu-
nu  həmişə  aqrotexniki  üsulların  təkmilləşdiril-
məsi ilə aradan qaldırmaq olmur [4]. 
Torpaqda  qara  (Xanthomonas  translucens
və  bazal  (Pseudomonas  aureofaciens)  bakterioz-
ların  törədiciləri  də  mövcuddur.  Patogen  komp-
leksdə onların hissəsi 10-17% təşkil edir [5]. 
2014-2015-ci  illər  ərzində  torpağın  səthi 
becərilməsi  zamanı  kök  çürüntüləri  səbəbli  məh-
sul itkisi 12-15%-lə 20-26% arasında, laylarla be-
cərildiyi  zaman  isə  6-7%-lə  12-15%  arasında  ol-
muşdur.  Bunun  üçün  də  texnologiyadan  asılı  ol-
mayaraq becərilən bitkilərin toxumlarını dərman-
layaraq becərilməsi mütləqdir. 
Dərmanların  seçimi  və  onun  məsarif  nor-
ması  toxumların  reproduksiyasından,  toxum  ma-
terialının  və torpağın  fitoekspertizasının  nəticələ-
rindən,  keçən  mövsümün  fitosanitar  şəraitindən, 
dərmanın funqisid təsirinin spektoru və dərəcəsin-
dən, onun dərman formasından, iqtisadi əlverişli-
liyindən  (dərmanın  effektivliyinin  və  dəyərinin 
nisbətindən)  asılıdır. 
Bir təsiredici maddə əsasında olan dərman-
lar  funqisid  aktivliyin  daha  məhdud  diapazonuna 
malikdirlər. Bunun üçün də, vial-TT, vinsit, forte, 
dividend  star,  selest  top  kimi    çox  komponentli 
dərmanları tətbiq etmək lazımdır [6]. 
2014-2015-ci  illərdə  aparılan  tədqiqatların 
nəticələrinə  görə  Şəki-Zaqatala  bölgəsində  bizim 
tərəfimizdən,  kök  çürümələrinin  və  sürmə  xəstə-
liklərinin törədicilərinin kompleksinə qarşı effekt-
li  dərmanların  perspektivli  çeşidləri  müəyyənləş-
dirilib  tövsiyə  edilərək  fermerlər  tərəfindən  is-
tifadə edilmişdir.  
Dividend  star  1  l/t  (bərk  sürməyə  qarşı  ef-
fektivliyi  –  98-100%,  tozlu  sürməyə  qarşı  –  95-
100%, bərk sürməyə qarşı – 99-100%, kök və kök 
boğazı  çürüntülərinə  qarşı:  fuzarioz-qelmintos-
porioz–40-70%, fuzarioz – 30-60%, ofiobolezno-
rizoktorioz  –  30-45%,  helmintosporioz–65-75%, 
toxumların kiflənməsi və çürüməsinə qarşı – 30-
80%, qara rüşeymə qarşı – 62%, fuzarioz qarlı ki-
fə qarşı – 40-50 %) [7]. 
Həmin  vəziyyət  yarpaq-gövdə  xəstəliklə-
rində  də  müşahidə  olunmuşdur.  Aparılmış  tədqi-
qatların  təhlili  göstərir  ki,  payızlıq  buğda  əkinlə-
rində  torpağın  enerji  qoruyucu  (səthi)  üsullarla 
becərilməsi, sünbülün qaralması və fuzariozu, qa-
ra  rüşeym,  kök  çürümələri  (fuzarioz,  helmintos-
porioz,  sklerotinioz)  və  bakterioz  kimi  yoluxucu 
mənbələrin  toplanmasına  səbəb  olur.  Tədqiqat-
larla müəyyən edilmişdir ki, payızlıq buğda əkin-
lərinin zədələnməsi: sünbülün fuzariozu ilə - 2-17 
%,  unlu  şehlə  -  3-23%,  qonur  pasla  –  6-26.4  %, 
sarı pasla – 20-27 % təşkil etmişdir. 
Baxmayaraq  ki,  torpağın  laylarla  ənənəvi 
becərilməsi  yoluxucu  mənbələrin  ehtiyatını  və 
infeksiya ocaqlarını 2-3 dəfə azaltmış, bu göstəri-
cilər  onsuzda  yüksək  olaraq  qalmışdır.  Payızlıq 
buğda  əkinlərinin  zədələnməsi  sünbülün  fuzario-
zu  ilə  -  5-7%,  unlu şehlə  -  5-20%,  qonur  pasla – 
10-24  %,  xəstəliklər  nəticəsində  taxıl  itkisi  7%  -
16% təşkil etmişdir. 
Sürmə xəstəlikləri (Tilletia tritici, Ustillago 
tritici) payızlıq buğda üçün daimi təhlükə yaradır. 
Bərk  sürməyə  yoluxmanın  orta    intensivliyi  0.2 
ilə  0.3%  arasında  dəyişir,  tozlu  sürməyə  yolux-
manın orta  intensivliyi 0.12-0.3% təşkil edir. Hər 
tərəfdə  və  hər  il  əkinlərdə  qonur  pas  (Puccinia 
recondita) (zədələnmənin  intensivliyi  17-19,3%), 
sarı pas (inkişafın intensivliyi 16,5%-dən 17,8%-
dək), unlu şeh (Blumeria graminis) – 18-,6-20,3% 
qeydə alınmışdır.  
2014-2015-ci  illərdə  buğdanın  xəstəlikləri-
nə  qarşı  aparılmış  mübarizədə  funqisidlərin  bio-
loji  və  təsərrüfat  səmərəliliyinin  müqayisəli  qiy-
mətləndirilməsi  aparılmışdır.  Dənli  bitkilərin  bir 
çox  xəstəlikləri  boruya  çıxma  mərhələsində  (32-
39 m.) inkişaf edir. Bunun üçün də ilk fungisidin 
tətbiqi  bu  mərhələdə  -  xəstəliklərin  ilkin  əlamət-
ləri  görünəndə  aparılmış,  ikincini  –  sünbülləmə 
zamanı (54-59 m.) olmuşdur (Cədvəl). 
Alto-super  (0,4  l/ha)  fungisidinin  payızlıq 
buğda əkinlərində tətbiqi zamanı sarı pas xəstəli-


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə