Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə2/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   2   3   4   5   6   7   8   9   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 

 
AQRONOMLUQ, EKOLOGİYA VƏ AQROTEXNOLOGİYA 
  
UOT 633-511:631.  
BİTKİ SIXLIĞININ PAMBIQ SORTLARININ STRUKTUR  
GÖSTƏRİCİLƏRİNƏ TƏSİRİ 
 
Aqrar elmlər üzrə elmlər doktoru N.Y.Seyidəliyev 
                                Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Açar sözlər: pambıq, toxum, lif, bitki sıxlığı,  pambıq sortları, Inkişaf fazaları,  əsas gövdənin 
hündürlüyü,  qozaların  sayı,  bir  qozadan  çıxan  xam  pambığın  çəkisi,  məhsuldarlıq  və  lifin  texnoloji 
göstəriciləri 
 
Respublikamızda  aqrar  sahə  iqtisadiyyatı-
nın aparıcı sahələrindən biri olan pambıqçılıq aq-
rar islahatından sonra müvəqqəti tənəzzülə uğrasa 
da,  hazırda  fermer  təsərrüfatlarında  da  ildən-ilə 
pambıq istehsalının artırılmasına xüsusi fikir veri-
lir.  Son  dövürlər  bu  qiymətli  bitkinin  ölkə  üzrə 
istehsalı 100 min tondan da az  olmuşdur. Lakin 
bununla  belə,  toxuculuq  sənayesinin  daima  artan 
tələbatını  ödəmək  üçün,  müasir  tələblərə  cavab 
verəcək  yüksək  məhsuldarlığa    malik  olan  yeni 
sortların yaradılması və onların müxtəlif  aqrotex-
niki  şəraitdə  öyrənilməsi  olduqca  vacibdir.  Tor-
paq iqlim şəraitindən asılı olaraq hər hansı sortun 
və ya hibridin genetik-irsi xüsusiyyətlərinin sabit 
saxlanılması, yəni uzun illər boyu yüksək məhsul 
verməsi  üçün  tələb  olunan  aqrotexniki  tədbirlərə 
düzgün  əməl  edilməlidir.  Qeyri-normal  aqrotex-
niki  şəraitdə  hətta  mədəni  sort  və  hibridlər  bir 
neçə nəsildən sonra xarab olub sıradan çıxır. Belə 
bir  strateji  əhəmiyyətə  malik  olan  bitkinin  məh-
suldarlığının  və  lif  keyfiyyətinin  yüksəldilməsi 
istiqamətində  çox  şaxəli  elmi  tədqiqat  işləri  apa-
rılır.  Məhsulun  keyfiyyətinin  yüksəldilməsində 
sortun  xüsusi  payı  vardır.  Son  dövrlərdə  pambıq 
əkən  fermerlər  öz  təsərrüfatlarının  təbii  iqlim 
şəraitində  daha  yüksək  məhsul  verən  sortların 
seçilməsində xeyli çətinlik çəkirlər [1...5]. 
 Sort  ayrıca  götürülmüş  bitkinin  məhsul-
darlığını artırmaqla ən ucuz vasitə olmaqla, hazır-
da elə güclü bioloji idarə etmə amilinə çevrilmiş-
dir ki, onsuz əkinçilikdə elm və texnikanın nailiy-
yətinin tətbiqinə, yeni-yeni səmərəli sistemə, kim-
yalaşmasına  və  s.  kapital  qoyuluşunu  optimallaş-
dırmaq mümkün deyildir. Sort müasir kənd təsər-
rüfatı  bitkilərinin  istehsalında  intensiv  texnolo-
giyanın həyata keçirilməsində bioloji özəl rolunu 
oynayır. Onun yüksək və keyfiyyətli məhsul ver-
məsinə,  tətbiq  edilən  aqrotexniki  tədbirlər  daha 
çox təsir göstərir. Bu da hər hansı bir sortun uzun 
müddət  öz  bioloji  və  morfoloji  xüsusiyyətlərini 
qoruyub saxlamağa imkan yaradır  [6]. 
Aqrotexniki  tədbirlərin  optimal  müddətdə 
yerinə yetirilməsi bütün hallarda onun inkişaf fa-
zalarına  müsbət  təsir  göstərir.  Elmi  tədqiqat  işi 
Beyləqan  rayonunun  “İlqar”  kəndli  fermer  təsər-
rüfatında aparılmışdır. 
Bitki  sıxlığının  pambıq  sortlarında  əsas 
gövdənin hündürlüyünə təsiri. Pambıq bitkisin-
də  budaqların  əmələ  gəlməsi  və  əsas  gövdənin 
normal  şəkildə  formalaşması  tətbiq  olunan  aqro-
texniki tədbirlərdən daha çox asılıdır. Orta Asiya 
alimlərinin  apardıqları  tədqiqatlar  nəticəsində  bir 
daha  sübut  edilmişdir  ki,  gübrə  normaları,  bitki 
sıxlığı  və  suvarma  rejimi  optimal  müddətdə  və 
normada  tətbiq  olunduqda  budaqların  sayı  daha 
çox olur  [7].  
1 saylı cədvəldən göründüyü kimi müxtəlif 
bitki sıxlığının pambıq sortlarında  əsas gövdənin 
hündürlüyünə təsiri müxtəlif olmuşdur. 
Sortların  müxtəlif  inkişaf  fazalarında  nəti-
cələr aşağıdakı kimi olmuşdur. Gəncə-2 sortunda 
qönçələmə fazasında 100 min/ədəd bitki sıxlığın-
da 36 sm və 160 min/ədəd bitki sıxlığında 34 sm; 
çiçəkləmə fazasında 100 min/ədəd bitki sıxlığında 
66  sm  və  160  min/ədəd  bitki  sıxlığında  62  sm; 
yetişmə  fazasında  100  min/ədəd  bitki  sıxlığında 
113 sm və 160 min/ədəd bitki sıxlığında 113 sm 
olmuşdur [7].  
Gəncə-8 sortunda qönçələmə fazasında 100 
min/ədəd bitki sıxlığında 33 sm və 160 min/ədəd 
bitki  sıxlığında  30  sm;  çiçəkləmə  fazasında  100 
min/ədəd bitki sıxlığında 56 sm və 160 min/ədəd 
bitki  sıxlığında  52  sm;  yetişmə  fazasında  100 
min/ədəd bitki sıxlığında 98 sm və 160 min/ədəd 
bitki sıxlığında 94 sm olmuşdur. 
Gəncə-78  sortunda  qönçələmə  fazasında 
100  min/ədəd  bitki  sıxlığında  44  sm  və  160 
min/ədəd  bitki  sıxlığında  39  sm;  çiçəkləmə  faza-
sında 100 min/ədəd bitki sıxlığında 69 sm və 160 
min/ədəd bitki sıxlığında 64 sm; yetişmə fazasın-
da  100  min/ədəd  bitki  sıxlığında  122  sm  və  160 
min/ədəd bitki sıxlığında 119 sm olmuşdur. 


   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 

 
Gəncə-110  sortunda  qönçələmə  fazasında 
100  min/ədəd  bitki  sıxlığında  36  sm  və  160 
min/ədəd  bitki  sıxlığında  33  sm;  çiçəkləmə  faza-
sında 100 min/ədəd bitki sıxlığında 56 sm və 160 
min/ədəd  bitki  sıxlığında  56  sm;  yetişmə  faza-
sında  100  min/ədəd  bitki  sıxlığında  105  sm  və 
160 min/ədəd bitki sıxlığında 103 sm olmuşdur. 
AzNİXİ-195 sortunda qönçələmə fazasında 
100  min/ədəd  bitki  sıxlığında  37  sm  və  160 
min/ədəd  bitki  sıxlığında  34  sm;  çiçəkləmə  faza-
sında 100 min/ədəd bitki sıxlığında 64 sm və 160 
min/ədəd  bitki  sıxlığında  59  sm;  yetişmə 
fazasında  100  min/ədəd  bitki  sıxlığında  104  sm 
və 160 min/ədəd bitki sıxlığında 97 sm olmuşdur. 
100 min/ədəd bitki sıxlığı olan variantlarda 
sortların  əsas  gövdəsinin  hündürlüyü,  160 
min/ədəd  bitki  sıxlığı  olan  variantlarda  sortların 
əsas  gövdəsinin  hündürlüyünə  nisbətən  hündür 
olmuşdur.
                                                                                                                                   
                                                                                                                                    Cədvəl 1 
Bitki sıxlığının pambıq sortlarında əsas gövdənin hündürlüyünə təsiri 
 
Bitki sıxlığının pambıq sortlarında qoza-
ların sayına və bir qozadan alınan xam pambı-
ğın kütləsinə təsiri. Bitki sıxlığından asılı olaraq 
pambıq  sortlarının  təsərrüfat  göstəriciləri  onların 
genetik,  bioloji  və  morfoloji  xüsusiyyətləri  bir-
birindən fərqlənir. Pambığın qozası onun meyvəsi 
hesab olunur və o, yalnız yetişdikdə açılır. 
Sənaye  sortlarında  ən  iri  qozalar  orta  lifli-
lərdə  (xam  pambığın  kütləsi)  5-8  qrama  qədər 
olur.  Zəriflifli  pambıqlarda  qozaları  nisbətən  xır-
da (1.8-4.0 qrama qədər) olur. Qozaları iriliyi xa-
rici şəraitdən, aqrotexnikadan və qozaların bitkidə 
yerləşmə  yerindən  asılı  olaraq  bir  qədər  dəyişə 
bilir.  Sortlarda  çox  vaxt  kolun  aşağı  və  yuxarı 
hissəsindəki  budaqların  qozaları  daxili  budaqlar-
dakına nisbətən xeyli xırda olur. 
Pambığın  növ  və  sortundan  asılı  olaraq 
yetişməmiş  qozaların  rəngi  açıq-yaşıl,  tünd  yaşıl 
və  ya  qırmızı  rəngdə  olur.  Hər  bir  qozadakı 
yuvaların sayından asılı olaraq orta hesabla 25-50 
-ə qədər toxum olur. O, yetişdikdən sonra quruyur 
və  açılır.  Bitki  sıxlığının    bitki  orqanlarına  təsiri 
müxtəlifdir.  100 və 160 min/ha bitki sıxlığı olan 
variantlarda pambıq sortlarının toxumları,  heç də  
ümumi  inkişaf  dinamikasına,  sortun  təsərrüfat 
əlamətlərinə  görə  eyni  nəticəyə  malik  olmur. 
Müxtəlif bitki sıxlıqları  eyni sort daxilində həm 
müsbət, həm də mənfi nəticə verir. Sortun poten-
sial  və  genetik  xüsusiyyətlərindən  asılı  olaraq  da 
dəyişkənlikləri fərqli olur. 
Pambıq sortlarının genotipindən, bioloji və 
morfoloji xüsusiyyətlərindən asılı olaraq bitki sıx-
lığının bir kolda əmələ gələn qozaların sayına və 
qozadan  alınan  xam  pambığın  kütləsinə  təsiri 
müxtəlif olmuşdur. 
Cədvəldəki  göstəricilərdən  aydın  olur  ki, 
ən  çox  qoza  bütün  sortlarda  100  min/ədəd  bitki 
sıxlığı olan variantlardan əldə olunmuşdur.  
Gəncə-2  sortunda  100  min/ədəd  bitki  sıx-
lığı  zəminində  bir  kolda  olan  qozaların  sayı  14 
ədəd, bir qozadan çıxan xam pambığın kütləsi 6.1 
qram,  160  min/ədəd  bitki  sıxlığı  zəminində  bir 
kolda  olan  qozaların  sayı  10  ədəd,  bir  qozadan 
çıxan xam pambığın kütləsi 5.6 qram olmuşdur.  
Gəncə-8  sortunda  100  min/ədəd  bitki 
sıxlığı zəminində bir kolda olan qozaların sayı 12 
ədəd, bir qozadan çıxan xam pambığın kütləsi 6.3 
qram, 160 min/ədəd bitki sıxlığı zəminində isə bir 
kolda  olan  qozaların  sayı  8  ədəd,  bir  qozadan 
çıxan xam pambığın kütləsi 5.5 qram olmuşdur. 
S/s 
Variantlar 
Müşahidə vaxtları 
 
Sortlar 
 
Bitki sıxlığı 
min/ədədlə 
Qönçələmə fazası 
(sm-lə) 
Çiçəkləmə fazası 
(sm-lə) 
Yetişmə fazası 
(sm-lə) 

Gəncə-2 
100 
36 
66 
115 
160 
34 
62 
113 

Gəncə-8 
100 
33 
56 
98 
160 
30 
52 
94 

Gəncə-78 
100 
44 
69 
122 
160 
39 
64 
119 

Gəncə-110 
100 
35 
56 
105 
160 
34 
556 
103 

AzNİXİ-195 
100 
36 
64 
104 
160 
34 
59 
97 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə