ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016,
№
1
154
UOT 334.7
AZƏRBAYCANDA KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İNKİŞAF ETDİRİLMƏSİ
G.R.Xəlilova
Gəncə Texniki Kolleci
Açar sözlər: sahibkar, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatı, vergi, kredit, investissiya,
dövlət dəstəyi
Bu gün sahibkar dedikdə, iqtisadi yaradıcı,
təşkilati qabiliyyətlərə, mürəkkəb bazar konyuk-
turası şəraitində düzgün qərar qəbul etməyə, ağıllı
risk etməyə qadir olub iqtisadi fəaliyyəti həyata
keçirən təşəbbüskar insanlar başa düşülür. Sahib-
karlıq iqtisadi münasibətlərin konkret təzahür
forması olub, cəmiyyətin maddi və mənəvi poten-
sialının artmasına zəmin yaradır. Sahibkarlıq
fəaliyyəti daha çox iqtisadi azadlıqla-sahibkar
azadlığı və qarşılıqlı təsərrüfat əlaqələri ilə bir-
başa bağlıdır. Bu azadlıqlar sahibkarlara iqtisadi
resurslara malik olmaq və bu əsasda müəyyən
məhsul istehsalını və xidmət göstərilməsini təşkil
etmək, kommersiya fəaliyyəti göstərmək, öz tərəf
müqabillərini tapmaq və müqavilələr bağlamaq,
maliyyə, kredit, investisiya əməliyyatlarını apar-
maq, azad rəqabətə qoşulmaq imkanı verir [1].
Bazar iqtisadiyyatının əsas hərəkətverici
qüvvəsi olan sahibkarlıq həmişə çalışır ki, möv-
cud iqtisadi resurslardan qənaətlə, səmərəli istifa-
də edərək dünya standartlarına uyğun rəqabət
qabiliyyətli məhsul istehsalını artırsın, rəqabət
bazarında öz təklifi ilə çıxış edə bilsin və nəticədə
yüksək mənfəət götürsün. Deməli, milli iqtisadiy-
yatı formalaşdırmaq və inkişaf etdirmək üçün
sağlam sahibkarlıq mühitinin yaradılması, insan-
ların sahibkarlıq ruhunda tərbiyə olunması və sa-
hibkarlıq fəaliyyətinin öncül inkişaf istiqamətlə-
rinin müəyyənləşdirilməsi zəruridir [5].
Sahibkarlığın inkişafı bir tərəfdən məhsul
bolluğu yaratmaqla daxili istehlak bazarının for-
malaşmasına səbəb olur və sağlam rəqabət üçün
geniş imkanlar açır, digər tərəfdən isə işsizlik
kimi kəskin sosial-iqtisadi problemlərin həllini
sürətləndirir və dövlət büdcəsinin zənginləş-
məsinə kömək edir [3].
Azərbaycan Respublikasinda sahibkarligin
inkişafi ilə əlaqədar müəyyən işlər görülüb: Anti-
inhisar Siyasəti və Sahibkarliga Kömək Komitəsi
və həmin komitənin nəzdində Sahibkarlıga Kö-
mək Milli Fondu yaradilib, ”Sahibkarliq fəaliyyə-
ti haqqinda” Qanun,” Sahibkarlıgin inkişafi sahə-
sində dövlət siyasətinin əsas istiqamətləri” və
“Azərbaycan Respublikasinda kiçik və orta sahib-
karlığa Dövlət Köməyi Proqramı” qəbul edilib[2].
Sahibkarlıq fəaliyyəti haqqinda Azərbay-
can Respublikasinin Qanunu bütün mülkiyyət
formalarının bərabərliyi prinsiplərinin həyata ke-
çirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçil-
məsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında
təşəbbüskarligin və işgüzarligin geniş vüsət al-
ması üçün əlverişli şəraitin yaradilmasina yönəl-
dilmişdir. Özəlləşdirmə və aqrar islahatlar inamla
həyata keçirilir, müxtəlif mülkiyyət formaları
inkişaf etdirilir, sahibkarlığın fəaliyyəti dövlət
tərəfindən tənzimlənir.
Bazar iqtisadiyyatının hərəkətliyini və di-
namikliyini təmin edən azad rəqabətin formalaş-
ması və inkişafında kiçik və orta sahibkarlığın
özünəməxsus yeri var və onun əsas ünsürlərindən
biri hesab edilir. Belə ki, bazar prinsipləri əsasın-
da fəaliyyət göstərən iqtisadi sistemin təkminləş-
məsi istiqamətində tənzimləyici siyasət aparan
hökumətimiz kiçik və orta sahibkarlığın təşəkkülü
və inkişafı ilə bağlı bir çox məqsədyönlü və sis-
temli tədbirlər həyata keçirir[4].
Dövlət yenicə işgüzarlıq fəaliyyətinə baş-
lamış sahibkarlara maliyyə baxımından köməklik
göstərir. Bir çox hallarda sahibkarlar üçün tələb
olunan infrastruktura və eləcə də sahibkarlığa
xidmət edən, köməklik göstərən bir çox struktur-
ların yaradılmasını öz üzərinə götürür. Azərbay-
canda kiçik və orta sahibkarlığın inkişafının Döv-
lət Proqramı (2002- 2005 –ci illər) bu istiqamətdə
həyata keçirilən dövlət tədbirlərinin sistemliliyi-
nin təmin edilməsində mühüm rol oynayaraq öl-
kədə sahibkarlığın inkişafına böyük təkan vermiş-
dir. Yeni iqtisadi sistemə, sosial yönümlü bazar
iqtisadiyyatına keçidlə əlaqədar olaraq Azər-
baycanda həyata keçirilən iqtisadi islahatların
əsas istiqamətlərindən biri də sahibkarlıq fəaliy-
yətinin formalaşması və inkişafı ilə bağlıdır. Bu
sahədə həyata keçirilən hüquqi, təşkilati, iqtisadi
və s. tədbirlərin nəticəsində bir sıra müsbət nəti-
cələr əldə edilmişdir. Belə ki, 1998-ci ildə Ümu-
mi Daxili Məhsulun 55 %-i özəl bölmənin payına
düşmüşdür. 1998-ci ilin əvvəlində respublikamız-
da dövlət qeydiyyatından keçmiş 12 mindən çox
kiçik müəssisə, 11,6 mindən çox kəndlifermer tə-
sərrüfatı, mindən çox kooperativ, 2 minə yaxın
müştərək və xarici müəssisə yaranmış və fəa-