ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016,
№
1
156
Cədvəl
Kiçik sahibkarlıq subyektlərinin
istehsal etdiyi məhsulun
iqtisadiyyatın müxtəlif sahələri üzrə bölgüsü.
İqtisadiyyatın sahələri üzrə kiçik sahibkarların
istehsal etdiyi məhsul həcmi
2013
2014
Milyon
manat
%
Milyon
manat
%
cəmi
6 072,6
100
5 951,7
100
o cümlədən:
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
127,1
2,1
251,6
4,2
sənaye
505,6
8,3
654,7
11,0
Tikinti
1 422,9
23,4
416,3
7,0
ticarət; nəqliyyat vasitələrinin təmiri
1 985,8
32,7
2 209,2
37,1
nəqliyyat və anbar təsərrüfatı
684,7
11,3
717,3
12,0
turistlərin yerləşdirilməsi və ictimai iaşə
465,0
7,7
550,7
9,3
informasiya və rabitə
91,8
1,5
131,8
2,2
daşınmaz əmlakla əlaqədar əməliyyatlar
18,0
0.3
32,4
0,5
təhsil
4,9
0,1
7,3
0,1
əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 12,5
0,2
21,3
0,4
digər sahələr
754,3
12,4
959,1
16,2
Kiçik sahibkarlıq subyektləri tərəfindən
əsas kapitala ümumi investisiyalar da həmçinin
azalmışdır. Son iki ildə müvafiq olaraq 531 627,2
və 486 343,5 min manat təşkil etmişdir. O cüm-
lədən kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçı-
lıq üzrə müvafiq olaraq 89 963,5 və 52 412,0 min
manat, sənaye üzrə - 244 765,8 və 251 895,3 min
manat, tikinti üzrə-2 400,3 və 12 796,5 min ma-
nat, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə - 54
564,5 və 56 981,9 min manat, nəqliyyat və anbar
təsərrüfatı üzrə-1 615,8 və 2 947,8 min manat təş-
kil etmişdir[6].
Məlumdur ki, qərb ölkələrinin iqtisadiyya-
tında sahibkarlıq strukturları çoxdan fəaliyyət
göstərirlər və böyük rola malikdirlər. Buna görə
də, həmin ölkələrdə müvafiq dövlət siyasəti əsa-
sən milli sahibkarlığın inkişafına, onun rəqabət
qabiliyyətinin güclənməsinə və artırılmasına yö-
nəldilmişdir. Belə ki, kiçik müəssisələr mürəkkəb
bazar konyukturası və risk şəraitində fəaliyyət
göstərir, buna görə də onların fəaliyyətlərinin da-
vamlılığı çox vaxt dövlət dəstəyinin səviyyəsində
və formalarında asılı olur. Son nəticədə kiçik sa-
hibkarlara dövlət dəstəyi onların fəaliyyət şəraiti
ilə orta və iri müəssisələrin fəaliyyət mühitini
müəyyən mənada tarazlaşdırır, beləliklə də onla-
rın hər biri üçün bərabər fəaliyyət şəraiti təmin
edilir. Hazırda inkişaf etmiş bazar ölkələrində
dövlət tərəfindən kiçik sahibkarlığa kömək edən
bir çox iqtisadi subyektlər üçün, o cümlədən kiçik
sahibkarlığa kömək fondları, investisiya və lizinq
şirkətləri, kredit və sığorta təşkilatları, rekalam və
informasiya müəssisələri və s. üçün də bir sıra
vergi güzəştləri həyata keçirilir.
12 oktyabr 1992-ci ildə “Azərbaycan Res-
publikası Sahibkarlığa Kömək Milli Fondunun
Əsasnaməsi”nin təsdiq edilməsi ilə sahibakarlığa,
o cümlədn kiçik və orta
biznesə dövlət büdcəsinin
vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk ma-
liyyə qurumunun əsası qoyulmuşdur. Lakin,
2001-ci ilədək bu kreditlərin sahibkarlıq subyekt-
lərinə çatdırılması mexanizmi düzgün işləmə-
diyindən, dövlət büdcəsi vəsaiti hesabına verilən
güzəştli kreditlərin istifadəsində yaranmış prob-
lemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək
Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisa-
diyyatının inkişafının prioritetləri və mərhələləri
üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və
bu fəaliyyətin genişləndirilməsinin təmin edil-
məsi məqsədilə Heydər Əliyevin 2002-ci il 27
avqust tarixli Fərmanı ilə “Azərbaycan Respub-
likası Sahibkarlığ Kömək Milli Fondu haqqında
Əsasnamə”-nin və “Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin
istifadəsi Qaydaları”-nın təsdiq edilməsi ilə Sa-
hibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və
sahibkarlıq subyektlərinin investisiya layihə-
lərinin güzəştli şərtlərlə maliyyələşdirilməsi me-
xanizminin yenidən qurulması bu maliyyə quru-
munun inkişafında dönüş nöqtəsi olmuşdur. Bu
qaydaların tətbiqi güzəştli kreditlərin verilməsin-
də olduqca əhəmiyyətli rol oynamışdır. Sahib-
karlıq subyektlərinə aşağı faizlə milli valyutada
kreditlərin verilməsinə başalanılması, həmçinin
kreditlərin müddətinin ilk üçdə iki hissəsinədək
güzəşət dövrünün müəyyən edilməsi və kredit fai-
zinin aşağı olması sahibkarlıq subyektlərində bu
ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016,
№
1
157
kreditlərdən istifadəyə böyük marağın yaranması-
na səbəb olmuşdur.
Müasir şəraitdə Azərbaycanda kommersiya
banklarının kreditlərindən istifadə imkanları re-
gionlarda fəaliyyət göstərən sahibkarlar üçün
məhdud səviyyədədir. Bir tərəfdən bankların kre-
dit faizləri çox yüksək olması ilə fərqlənir, xüsu-
sən bankların əksəriyyəti qısamüddətli kreditə
üstünlük verdiyi üçün belə faiz dərəcələrinin re-
gionlarda verilmiş kreditlərin qaytarılma vəziyyə-
tinə necə təsir etdiyi aydın görünür, o biri tərəf-
dən kreditlə bağlı tələb olunan girov amili re-
gionlarda təminat səviyyəsinin çox aşağı olduğu
bir şəraitdə burada fəaliyyət göstərən sahibkarla-
rın bank kreditindən istifadə imkanlarını minimu-
ma endirir. Bütün bu proseslər, ölkədə kreditləş-
dirmənin həcmini genişləndirmək və onun səmə-
rəli təşkilini həyata keçirmək üçün xüsusən bank
islahatlarının təkminləşdirilməsini zərurətə çevir-
məkdədir.
Sahibkarlığın inkişafı ilə əlaqədar ən mü-
hüm məsələlərdən biri də budur ki, bütün region-
larda müasir dövrün tələblərinə uyğun olaraq
mövcud potensialdan daha səmərəli istifadə et-
məklə qeyri-neft sektorunun davamlı inkişafı, in-
frastukturun daha da yaxşılaşdırılması, müasir
texnalogiyalar tətbiq olunmaqla yeni istehsal və
emal müəssisələrinin yaradılması, iqtisadiyyatın
ənənəvi sahələrinin müasir üsullarla inkişafına
nail olunması üzrə kompleks tədbirlər həyata ke-
çirilsin. Qeyd edilmiş bu problemlərin aradan qal-
dırılması sahibkarlıq fəaliyyətinin zəngin poten-
sial imkanlarından Azərbaycanının yüksək iqti-
sadi inkişafı üçün istifadə edilməyə imkan verə-
cəkdir.
ƏDƏBİYYAT
1.
Musayev, Vaqif Rəsul oğlu. Sahibkarlığın əsasları: dərs vəsaiti / V. Musayev, İ. Seyfullayev;
elmi red. Ş. Ə.
Səmədzadə; red. X. M. Yaqubov/. Bakı: Çaşıoğlu, 2000, 371 s.
2.
Sahibkarlıq fəaliyyəti haqqında sənədlər toplusu. nəşrə məsul : Ş. Xuduoğlu. Bakı: Qanun,
2006, 236 s
3.
İmanov, Əzizağa Şirinəli oğlu. Kiçik sahibkarlıq : monoqrafiya: dərs vəsaiti / Ə. Ş. İmanov ;
red. A. B. Abbasov/ Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı: “Elm”, 2009, 368 s.
4.
Qasımov, Sücayət Şükür oğlu.Sahibkarlığı necə inkişaf etdirməli / S. Ş. Qasımov. Bakı:
2006, 185 s. :
5.
Məhərrəmov, Amil Məmmədəli oğlu. Sahibkarlıq : nəzəriyyədən praktikaya: monoqrafiya.
Bakı: Nurlar NPM, 2009, 360 s.
6.
http://www.stat.gov.az
Development of small and medium enterprises in Azerbaijan
G.R.Xəlilova
Ganja Technical College
SUMMARY
Key words: entrepreneur, entrepreneurship, market economy, taxes, loans, investment
The article is devoted to the development of small and medium enterprises in Azerbaijan. It
reveals the essence of entrepreneurial activity, it analyzes the current state of entrepreneurship in the
country and evaluate its positive and negative sides, and also put forward proposals for the further
development of small and medium enterprises in the country.
Развитие малого и среднего предпринимательства в Азербайджане
Г.Р.Халилова
Гянджинский Технический Колледж
РЕЗЮМЕ
Ключевые слова: предприниматель, предпринимательства, рыночная экономика,
налоги, кредиты, инвестиции
Статья посвящена вопросам развития малого и среднего предпринимательства в
Азербайджане. В ней раскрывается сущность предпринимательской деятельности,
анализируется современное состояние предпринимательства в стране и оцениваются его
положительные и отрицательные стороны, а также выдвинуты предложения по дальнейшему
развитию малого и среднего предпринимательства в стране.