Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə87/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   83   84   85   86   87   88   89   90   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
156 
 
                    Cədvəl 
Kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsulun  
 iqtisadiyyatın müxtəlif sahələri üzrə bölgüsü. 
İqtisadiyyatın sahələri üzrə kiçik sahibkarların 
istehsal etdiyi məhsul həcmi 
2013 
2014 
Milyon 
manat 

Milyon 
manat 

cəmi 
6 072,6 
100 
5 951,7 
100 
o cümlədən: 
 
 
 
 
kənd təsərrüfatı,  meşə təsərrüfatı və  balıqçılıq 
127,1 
2,1 
251,6 
4,2 
sənaye 
505,6 
8,3 
654,7 
11,0 
Tikinti 
1 422,9 
23,4 
416,3 
7,0 
ticarət; nəqliyyat vasitələrinin təmiri   
1 985,8 
32,7 
2 209,2 
37,1 
nəqliyyat və anbar təsərrüfatı 
684,7 
11,3 
717,3 
12,0 
turistlərin yerləşdirilməsi  və ictimai iaşə 
465,0 
7,7 
550,7 
9,3 
informasiya və rabitə  
91,8 
1,5 
131,8 
2,2 
daşınmaz əmlakla əlaqədar əməliyyatlar 
18,0 
0.3 
32,4 
0,5 
təhsil 
4,9 
0,1 
7,3 
0,1 
əhaliyə səhiyyə və sosial xidmətlərin   göstərilməsi  12,5 
0,2 
21,3 
0,4 
digər sahələr 
754,3 
12,4 
959,1 
16,2 
 
Kiçik  sahibkarlıq  subyektləri  tərəfindən 
əsas  kapitala  ümumi  investisiyalar  da  həmçinin 
azalmışdır. Son iki ildə müvafiq olaraq 531 627,2  
və 486 343,5  min manat təşkil etmişdir. O cüm-
lədən kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçı-
lıq üzrə müvafiq olaraq 89 963,5 və 52 412,0 min 
manat, sənaye üzrə - 244 765,8  və 251 895,3 min 
manat,  tikinti üzrə-2 400,3 və 12 796,5 min ma-
nat, ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə - 54 
564,5 və 56 981,9 min manat, nəqliyyat və anbar 
təsərrüfatı üzrə-1 615,8 və 2 947,8 min manat təş-
kil etmişdir[6]. 
Məlumdur  ki,  qərb  ölkələrinin  iqtisadiyya-
tında  sahibkarlıq  strukturları  çoxdan  fəaliyyət 
göstərirlər  və  böyük  rola  malikdirlər.  Buna  görə 
də,  həmin  ölkələrdə  müvafiq  dövlət  siyasəti  əsa-
sən  milli  sahibkarlığın  inkişafına,  onun  rəqabət 
qabiliyyətinin  güclənməsinə  və  artırılmasına  yö-
nəldilmişdir. Belə ki, kiçik müəssisələr mürəkkəb 
bazar  konyukturası  və  risk  şəraitində  fəaliyyət 
göstərir, buna görə də onların fəaliyyətlərinin da-
vamlılığı çox vaxt dövlət dəstəyinin səviyyəsində 
və  formalarında  asılı  olur. Son  nəticədə  kiçik  sa-
hibkarlara  dövlət  dəstəyi  onların  fəaliyyət  şəraiti 
ilə  orta  və  iri  müəssisələrin  fəaliyyət  mühitini 
müəyyən  mənada  tarazlaşdırır,  beləliklə  də  onla-
rın  hər  biri  üçün  bərabər  fəaliyyət  şəraiti  təmin 
edilir.  Hazırda  inkişaf  etmiş  bazar  ölkələrində 
dövlət  tərəfindən  kiçik  sahibkarlığa  kömək  edən 
bir çox iqtisadi subyektlər üçün, o cümlədən kiçik 
sahibkarlığa kömək fondları, investisiya və lizinq 
şirkətləri, kredit və sığorta təşkilatları, rekalam və 
informasiya  müəssisələri  və  s.  üçün  də  bir  sıra 
vergi güzəştləri həyata keçirilir.  
12  oktyabr  1992-ci  ildə  “Azərbaycan  Res-
publikası  Sahibkarlığa  Kömək  Milli  Fondunun 
Əsasnaməsi”nin təsdiq edilməsi ilə sahibakarlığa, 
o cümlədn kiçik və orta biznesə dövlət büdcəsinin 
vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk ma-
liyyə  qurumunun  əsası  qoyulmuşdur.  Lakin, 
2001-ci ilədək bu kreditlərin sahibkarlıq subyekt-
lərinə  çatdırılması  mexanizmi  düzgün  işləmə-
diyindən,  dövlət  büdcəsi  vəsaiti  hesabına  verilən 
güzəştli  kreditlərin  istifadəsində  yaranmış  prob-
lemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək 
Milli  Fondunun  fəaliyyətinin  Azərbaycan  iqtisa-
diyyatının  inkişafının  prioritetləri  və  mərhələləri 
üzrə  həlli tələb  olunan  vəzifələrlə uzlaşdırılması, 
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və 
bu  fəaliyyətin  genişləndirilməsinin  təmin  edil-
məsi  məqsədilə  Heydər  Əliyevin  2002-ci  il  27 
avqust  tarixli  Fərmanı  ilə  “Azərbaycan  Respub-
likası  Sahibkarlığ  Kömək  Milli  Fondu  haqqında 
Əsasnamə”-nin  və  “Azərbaycan  Respublikası 
Sahibkarlığa  Kömək  Milli  Fondunun  vəsaitinin 
istifadəsi  Qaydaları”-nın  təsdiq  edilməsi  ilə  Sa-
hibkarlığa  Kömək  Milli  Fondunun  fəaliyyəti  və 
sahibkarlıq  subyektlərinin  investisiya  layihə-
lərinin  güzəştli  şərtlərlə  maliyyələşdirilməsi  me-
xanizminin  yenidən  qurulması  bu  maliyyə  quru-
munun  inkişafında  dönüş  nöqtəsi  olmuşdur.  Bu 
qaydaların  tətbiqi  güzəştli  kreditlərin  verilməsin-
də  olduqca  əhəmiyyətli  rol  oynamışdır.  Sahib-
karlıq  subyektlərinə  aşağı  faizlə  milli  valyutada 
kreditlərin  verilməsinə  başalanılması,  həmçinin 
kreditlərin  müddətinin  ilk  üçdə  iki  hissəsinədək 
güzəşət dövrünün müəyyən edilməsi və kredit fai-
zinin  aşağı  olması  sahibkarlıq  subyektlərində  bu 


   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
157 
 
kreditlərdən istifadəyə böyük marağın yaranması-
na səbəb olmuşdur.  
Müasir şəraitdə Azərbaycanda kommersiya 
banklarının  kreditlərindən  istifadə  imkanları  re-
gionlarda  fəaliyyət  göstərən  sahibkarlar  üçün 
məhdud səviyyədədir. Bir tərəfdən bankların kre-
dit faizləri çox yüksək olması ilə fərqlənir, xüsu-
sən  bankların  əksəriyyəti  qısamüddətli  kreditə 
üstünlük  verdiyi  üçün  belə  faiz  dərəcələrinin  re-
gionlarda verilmiş kreditlərin qaytarılma vəziyyə-
tinə  necə  təsir  etdiyi  aydın  görünür,  o  biri  tərəf-
dən  kreditlə  bağlı  tələb  olunan  girov  amili  re-
gionlarda  təminat  səviyyəsinin  çox  aşağı  olduğu 
bir  şəraitdə  burada  fəaliyyət  göstərən  sahibkarla-
rın bank kreditindən istifadə imkanlarını minimu-
ma  endirir.  Bütün  bu proseslər,  ölkədə  kreditləş-
dirmənin  həcmini  genişləndirmək  və  onun  səmə-
rəli  təşkilini  həyata  keçirmək  üçün  xüsusən  bank 
islahatlarının  təkminləşdirilməsini  zərurətə  çevir-
məkdədir.  
Sahibkarlığın  inkişafı  ilə  əlaqədar  ən  mü-
hüm məsələlərdən biri də budur ki, bütün region-
larda  müasir  dövrün  tələblərinə  uyğun  olaraq 
mövcud  potensialdan  daha  səmərəli  istifadə  et-
məklə qeyri-neft sektorunun davamlı inkişafı, in-
frastukturun  daha  da  yaxşılaşdırılması,  müasir 
texnalogiyalar  tətbiq  olunmaqla  yeni  istehsal  və 
emal  müəssisələrinin  yaradılması,  iqtisadiyyatın 
ənənəvi  sahələrinin  müasir  üsullarla  inkişafına 
nail olunması üzrə kompleks tədbirlər həyata ke-
çirilsin. Qeyd edilmiş bu problemlərin aradan qal-
dırılması  sahibkarlıq  fəaliyyətinin  zəngin  poten-
sial  imkanlarından  Azərbaycanının  yüksək  iqti-
sadi  inkişafı  üçün  istifadə  edilməyə  imkan  verə-
cəkdir.
 
ƏDƏBİYYAT 
1.
 
Musayev, Vaqif Rəsul oğlu. Sahibkarlığın əsasları: dərs vəsaiti / V. Musayev, İ. Seyfullayev; 
elmi red. Ş. Ə. Səmədzadə; red. X. M. Yaqubov/. Bakı: Çaşıoğlu, 2000, 371 s.  
2.
 
Sahibkarlıq fəaliyyəti haqqında sənədlər toplusu. nəşrə məsul : Ş. Xuduoğlu.  Bakı:  Qanun, 
2006, 236 s 
3.
 
İmanov, Əzizağa Şirinəli oğlu. Kiçik sahibkarlıq : monoqrafiya: dərs vəsaiti / Ə. Ş. İmanov ; 
red. A. B. Abbasov/ Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı: “Elm”, 2009, 368 s. 
4.
 
Qasımov,  Sücayət  Şükür  oğlu.Sahibkarlığı  necə  inkişaf  etdirməli  /  S.  Ş.  Qasımov.  Bakı: 
2006, 185 s. : 
5.
 
Məhərrəmov,  Amil  Məmmədəli  oğlu.  Sahibkarlıq  :  nəzəriyyədən  praktikaya:  monoqrafiya. 
Bakı: Nurlar NPM, 2009, 360 s. 
6.
 
http://www.stat.gov.az 
 
Development of small and medium enterprises in Azerbaijan 
G.R.Xəlilova 
Ganja Technical College 
SUMMARY 
Key words: entrepreneur, entrepreneurship, market economy, taxes, loans, investment 
The  article  is  devoted  to  the  development  of  small  and  medium  enterprises  in  Azerbaijan.  It 
reveals the essence of entrepreneurial activity, it analyzes the current state of entrepreneurship in the 
country  and  evaluate  its  positive  and  negative  sides,  and  also  put  forward  proposals  for  the  further 
development of small and medium enterprises in the country. 
 
Развитие малого и среднего предпринимательства в Азербайджане 
Г.Р.Халилова 
Гянджинский Технический Колледж  
РЕЗЮМЕ 
Ключевые  слова:  предприниматель,  предпринимательства,  рыночная  экономика, 
налоги, кредиты, инвестиции  
Статья  посвящена  вопросам  развития  малого  и  среднего  предпринимательства  в 
Азербайджане.  В  ней  раскрывается  сущность  предпринимательской  деятельности, 
анализируется  современное  состояние  предпринимательства  в  стране  и  оцениваются  его 
положительные  и  отрицательные  стороны,  а  также  выдвинуты  предложения  по  дальнейшему 
развитию малого и среднего предпринимательства в стране.  
 
 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə