Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə86/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   82   83   84   85   86   87   88   89   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
155 
 
liyyət  göstərmiş,  85,7  min  adam  hüquqi  şəxs  ya-
ratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş-
dur.  2014-cü  ildə  isə  ÜDM-in  81,9%  özəl  böl-
mənin  payına  düşmüşdür.  O  cümlədən  sənayedə 
86,1%,  tikintidə  -  843%,  kənd  təsərrüfatında  – 
99,8%, sosial və sair xidmətlər sahəsində - 55,2% 
olmuşdur [6]. 
Son illərdə Azərbaycanda  sahibkarlığın in-
kişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən 
olmuşdur.  Bu  istiqamətdə  ardıcıl  olaraq  dövlət-
sahibkar  münasibətlərinin  inkişaf  etdirilməsi,  sa-
hibkarlığa  dövlət  dəstəyi mexanizmlərinin  geniş-
ləndirilməsi,  biznes  mühitinə  dair  qanunverici-
liyin və inzibati prosedurların təkminləşdirilməsi, 
sahibkarların  işgüzar  əlaqələrinin  inkişafı  və 
müxtəlif növ xidmətlərin göstərilməsi kimi komp-
leks  tədbirlər  həyata  keçirilir.  Sahibkarlıq  sub-
yektlərinin  qeydiyyatında  “bir  pəncərə”  prinsipi-
nin  tətbiqi  təmin  edilmiş  və  onların  onlayn  qey-
diyyatına başlanılmışdır. Sahibkarların investisiya 
layihələrinin maliyyələşdirilməsinin səmərəli me-
xanizmi formalaşdırılmışdır.  
Bununla  belə,  bu  gün  respublikamızda  sa-
hibkarlıq fəaliyyəti qarşısında heç bir problem ol-
madığını,  sahibkarlıq  mühitinin  isə  tamamilə  qə-
naətbəxş olduğunu iddia etmək olmaz. Hal-hazır-
da həm respublika əhalisinin sayı ilə münasibətdə 
fəaliyyət  göstərən  özəl  müəssisələrin  kəmiyyəti, 
həm  də  burada  çalışan  əmək  qabiiyyətli  əhalinin 
payı  digər  ölkələrə  nisbətən  xeyli  azdır;  mövcud 
özəl  müəssisələrin  əksəriyyəti  ticarət,  vasitəçilik 
və  xidmətlə,  çox  az  hissəsi  isə  istehsal  sahibkar-
lığı  ilə  məşğul  olurlar;  özəl  müəssisələrin  əksər 
hissəsi Bakı şəhərində toplanmışdır.  
Belə  ki,  2014-cü  idə  ölkədə  olan  186 898 
sahibkarlıq  subyektindən  70 253  bakı  şəhərində, 
13 824 isə Abşeron iqtisadi rayonunda yerləşirlər. 
Ölkədə  kiçik  sahibkarlıq  subyektlərinin  istehsal 
etdiyi 5 951,7 milyon manatlıq ümumi məhsuldan 
3 505,8  milyon  manatı  Bakı  şəhərində,  272,  4 
milyon  manatı  Abşeron  iqtisadi  rayonunda isteh-
sal olunmuşdur [6]. 
   Qərb  ölkələrinin  təcrübəsi  göstərir  ki, 
özəl  bölmənin,  xüsusilə  sahibkarlığın  inkişafı 
dövlətin daimi himayəsi və fəal köməyi sayəsində 
baş verir. Sahibkarlıq fəaliyyətinin dövlət tənzim-
lənməsinin  əsas  istiqamətlərinə  hüquqi  təminat, 
maliyyə və onun tənzimlənməsi, infrastruktur, el-
mi-kadr  təminatı,  xarici-iqtisadi  sahibkarlıq  fəa-
liyyətinin gücləndirilməsi və onun tənzimlənməsi, 
sahibkarlıq faəliyyətinin dövlət tənzimlənməsinin 
stimullaşdırılması və s. aiddir [5]. 
Son  illərdə  respublikamızda  sahibkarlığın 
inkişafı  üçün  istər  qanunvericilik  bazasının  yara-
dılmasında, istərsə də, ümumiyyətlə sahibkarlığın 
inkişafına  dair  dövlət  siyasətinin  formalaşmasın-
da dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsin-
dən  istifadə  edilməkdədir.  Bu  ölkədə  sahibkarlı-
ğın inkişafı sahəsində nəzərə çarpacaq nəticələrin 
əldə edilməsinə şərait yaratmışdır.  
Bütün  bu  müsbət  meyillərlə  yanaşı  Azər-
baycanda  sahibkarlığın  inkişafının  xarakterik  cə-
hətlərindən  biri  sahibkarlıq  fəaliyyəti  növlərinin 
əsasən ölkənin paytaxtında və Abşeron regionun-
da  cəmlənməsi  və  respublikanın  ayrı-ayrı  böl-
gələrində  eyni  dərəcədə inkişaf  etməməsidir.  Re-
gionlarda  sahibkarlıq  fəaliyyəti  paytaxta  nisbətən 
zəif  inkişaf  etmişdir.  Yuxarıda  verilən  rəqəmlər-
dən məlum olur ki, kiçik sahibkarlıq subyektləri-
nin 37,5% Bakı şəhərində yerləşir, kiçik sahibkar-
ların istehsal etdiyi məhsulun isə 59% onların pa-
yına  düşür.  Bakı  istisna  olmaqla,  qalan  regionla-
rın gəlirləri, büdcə gəlirlərinin cəmi 3-7 % təşkil 
edir [6]. 
Sahibkarlıq respublikanın ayrı-ayrı bölgələ-
rində  eyni  dərəcədə  inkişaf  etmədiyinə  görə  bu 
vəziyyəti düzəltmək üçün  regionlarda sahibkarlı-
ğın  inkişafına  əlverişli  mühit  yaradılmalı,  vergi 
dərəcələri  sahəvi  regionlar  üzrə  diferensiasiya 
edilməli, vergi sisteminin sadələşdirilməsi proses-
ləri davam etdirilməlidir.  
Kiçik  sahibkarlığın  inkişafı  regionlar  üzrə 
kəskin  fərqləndiyi  kimi  sahələr  üzrə də fərqlənir. 
Aşağıda  verilən cədvəldən göründüyü kimi kiçik 
sahibkarlıq subyektləri daha çox ticarət və nəqliy-
yat  sahələrində  inkişaf  edib.  Bu  sahələrdə  kiçik 
sahibkarlıq  subyektlərinin  istehsal  etdiyi  məh-
sulun kiçik sahibkarların istehsal etdiyi məhsulun 
həcmində xüsusi çəkisi son illərdə  44-50%% təş-
kil etmişdir. Ən az xüsusi çəkiyə təhsil və səhiyyə 
sahəsində  fəaliyyət  göstərən  kiçik  sahibkarlıq 
subyektləri malikdir. Onların bir yerdə xüsusi çə-
kidi  1%  azdır.  Kənd  təsərrüfatı  sahəsində  fəaliy-
yət  göstərən  sahibkarların  xüsusi  çəkisi  2014-cü 
ildə 4,2% olmuşdur, bu da onun keçən illə müqa-
yisədə 2 dəfə artmasını göstərir. 
İqtisadiyyatın  inkişafına  güclü  təsir  edən 
amillərdən  biri  və  demək  olar  ki  ən  başlıcası  in-
vestissiya qoyuluşlarıdır. Hər hansı bir sahəni in-
kişaf  etdirmək  üçün  həmin  sahəyə  investissiya 
qoyuluşlarını  artırmaq  lazımdır.  Statistik  araşdır-
malar göstərir ki, son iki ildə  əsas kapitala yönəl-
dilmiş investisiyaların həcmi azalmışdır. 2013-cü 
ildə  onların  həcmi  bütün  mənbələr  üzrə  21448,2 
milyon manat, o cümlədən daxili mənbələrdən 21 
890,6  milyon  manat  təşkil etmişdir.  2014-cü  ildə 
isə  müvafiq  olaraq  13  178,9  və  12  715,0  milyon 
manat təşkil etmişdir [6]. 
 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə