Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə83/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   79   80   81   82   83   84   85   86   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
150 
 
UOT 334 
REGİONLARIN İNKİŞAF ETDİRİLMƏSİNDƏ PROQRAM-MƏQSƏDLİ 
YANAŞMALARIN ROLU  
İqtisad üzrə fəlsəfə doktoru X.N.Cavadzadə 
Azərbaycan Dövlət Aqrar Universiteti 
Açar  sözlər:  regional  siyasət,  regional  inkişafın  dövlət  strategiyası,  regional  inkişaf  fondu, 
regional proqramlar, məqsədlər sistemi, informasiya sistemi və i.a. 
   
Regionların  iqtisadiyyatının  idarə  olunma-
sının düzgün təşkili Azərbaycanda həmişə aktual 
olmuş və onun həll edilməsinə səy göstərilmişdir. 
Lakin son illərdə, xüsusilə də 2004-cü ildən sonra 
ölkəmizdə  əsaslandırılmış  regional  siyasət  yeri-
dilməsi  və  regional  iqtisadiyyatın  idarə  olunması 
məsələləri həm nəzəri-metodoloji, həm də təcrübə 
baxımından  xüsusi  aktuallıq  kəsb  etməyə  başla-
mışdır. Bu isə təsadüfi deyildir. Başqa sözlə, bu, 
bir tərəfdən ölkəmizdə müasir dövrdə demokratik 
cəmiyyət  quruculuğundan,  onun  dünya  iqtisadiy-
yatına  inteqrasiyasının  güclənməsindən  və  döv-
lətin  ərazi  idarəetmə  sisteminin  inkişafından,  di-
gər  tərəfdən  isə  respublika  regionlarının  təbii-iq-
lim  şəraitində  və  sosial-iqtisadi  inkişaf  göstərici-
lərində kəskin fərqlərin olmasından irəli gəlir. 
Bütün  bu  reallıqları  nəzərə  alan  Azərbay-
can  dövləti  regionların  inkişaf  etdirilməsi  və  de-
məli,  onların  arasındakı  mövcud  fərqlərin  aradan 
qaldırılması,  ölkə  iqtisadiyyatında  tarazlığın  tə-
min olunmasına xüsusi diqqət yetirir. Bunun bariz 
nümunəsi kimi «Azərbaycan Respublikası region-
larının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı 
(2004-2008-ci  illər)»ni  misal  göstərmək  olar.  Bu 
proqramın qəbul olunmasını zəruri edən səbəblər 
1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən son-
ra  ölkəmizdə  iqtisadiyyatın  inkişaf  etdirilməsi 
sahəsində  bir  sıra  nailiyyətlərin  qazanılmasına 
baxmayaraq, ölkədə, xüsusilə də regionların inki-
şafı  və  əhalinin  məşğulluğu  sahəsində  həll  edil-
məmiş bir sıra problemlər qalmaqda davam edir-
di.  Digər  tərəfdən,  tarixən  Azərbaycan  iqtisadiy-
yatının inkişafı  və  ərazi təşkilində  kəskin  ziddiy-
yətlər olmuş və bunun nəticəsində uzun bir müd-
dət  ərzində  Abşeron  iqtisadi  rayonu  ilə  (Bakı  şə-
həri də daxil olmaqla) Azərbaycanın digər iqtisa-
di  rayonları  arasında  məhsuldar  qüvvələrin  inki-
şaf  səviyyəsində  kəskin  fərqlər  meydana  gəlmiş-
dir. Müstəqillik illərində bir sıra obyektiv səbəb-
lərlə əlaqədar olaraq  Abşeron iqtisadi rayonu ilə 
digər  iqtisadi  rayonlar  arasındakı  fərqlər  nəinki 
azalmış, əksinə bir qədər də artmışdır [1,s.12-13]. 
Azərbaycan  Respublikasının  Prezidenti  İl-
ham  Əliyev  2003-cü  il  noyabrın  17-də  Nazirlər 
Kabinetinin  ölkəmizdə  prezident  seçkilərindən 
sonra ilk iclasında «Biz müstəqil Azərbaycanı son 
on ildə yaradılmış möhkəm təməl üzərində zəngin 
və  qüdrətli  dövlətə  çevirəcəyik»  mövzusunda 
söylədiyi  nitqində  demişdir:  «Azərbaycanın  hər-
tərəfli  inkişafına  nail  olmaq  üçün  regional  proq-
ramlar  həyata  keçirilmişdir.  Sizə  bildirməliyəm 
ki,  Azərbaycanın  iqtisadi  potensialının  üçdə  iki 
hissəsi  Bakıda  və  Abşeron  yarımadasında  for-
malaşmışdır.  Bu,  onu  göstərir  ki,  regionlarda 
iqtisadi  inkişaf  ləng  gedir.  Əlbəttə,  bunun  da 
obyektiv  səbəbləri  vardır.  Amma  bu  istiqamətdə 
dönüş yaratmaq üçün regional proqramlara böyük 
diqqət  yetirilməlidir.  Azərbaycan  təkcə  Bakıdan 
və  Abşerondan  ibarət  deyildir.  Azərbaycanın  hər 
bir  regionu  inkişaf  etməlidir,  hər  bir  bölgəsi 
inkişaf etməlidir ...» [2, s. 9]. 
2004-2008-ci illərdə Azərbaycan Respubli-
kası  regionlarının  sosial-iqtisadi  inkişafına  dair 
Dövlət Proqramında məhz iqtisadiyyatın inkişafı-
nı  sürətləndirməyə  imkan  verən  amillər,  habelə 
dövlət  siyasəti  və  dövlət  dəstəyinin  əsas  istiqa-
mətləri göstərilmişdir. Proqramda ölkəmizin ayrı-
ayrı  bölgələrində  mövcud  potensialdan  səmərəli 
istifadə olunmaqla iqtisadiyyatın müxtəlif sahələ-
rinin  inkişaf  etdirilməsi,  ya  istehsal  müəssisələri 
yaradılması, yaxud da mövcud olanların fəaliyyə-
tinin  genişləndirilməsi,  ixracyönümlü  məhsul 
istehsalının  stimullaşdırılması,  yerli  sahibkarlığı 
inkişaf  etdirməklə  əhalinin  həyat  səviyyəsinin 
daha da yüksəldilməsi, ölkə iqtisadiyyatının dina-
mik  inkişaf  etdirilməsinə  nail  olunması  məqsədi 
qoyulmuşdu. 
Qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün 
regionlarda mövcud olan müəssisələrin fəaliyyəti-
nin  bərpa  olunması  və  yeni  istehsal  sahələrinin 
yaradılması, yerli resurslardan istifadənin səmərə-
liliyinin artırılması, zəruri infrastrukturun yaradıl-
ması, mövcud olanların isə daha da inkişaf etdiril-
məsi, aqrar bölmədə islahatların sürətləndirilməsi, 
bu  məqsədlə  regionlarda  müxtəlif  servis  mərkəz-
lərinin  yaradılması,  toxumçuluq  bazasının  geniş-
ləndirilməsi,  texnika  ilə  təminatın  yaxşılaşdırıl-
ması  və digər tədbirlərin həyata keçirilməsi, yeni 
iş  yerlərinin  yaradılmasının  stimullaşdırılması, 
əhalinin  kommunal  xidmətlərlə  təmin  olunma-
sının yaxşılaşdırılması və s. vəzifələr qarşıya qo-
yulmuşdu.  


   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
151 
 
Beləliklə, regional siyasət ölkə iqtisadiyya-
tının inkişaf etdirilməsi və sahələr arasında taraz-
lığın  təmin  olunmasında  çox  mühüm  rol  oynayır 
və buna görə də Azərbaycan dövlətə ona çox bö-
yük əhəmiyyət verir [3, s. 281-285]. 
2004-2008-ci  illəri  əhatə  edən  Azərbaycan 
Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı 
Dövlət  Proqramının  yerinə  yetirilməsi  makro-
iqtisadi  səviyyədə  yüksək  artım  sürətinə  nail 
olunmasına  təsir  göstərmiş  və  nəzərdə  tutulmuş 
tədbirlərin həyata keçirilməsi nəticəsində əhalinin 
həyat  səviyyəsinin  yüksəlməsində  mühüm  rol 
oynamışdır.  Həmin  dövrdə  bütün  makroiqtisadi 
göstəricilər  yüksək  sürətlə  artmışdır.  Belə  ki, 
ÜDM-in  real  həcmi  2,6  dəfə,  onun  hər  nəfərə 
düşən  həcmi  5,0  dəfə  yüksəlmişdir.  2008-ci  ilin 
yekunlarına  görə  ÜDM-də  qeyri-dövlət  bölməsi-
nin payı 84,5% təşkil etmişdir. Ölkə sənayesində 
2,5  dəfə,  kənd  təsərrüfatında  isə  25,2%  artım  ol-
muşdur.  2003-cü  illə  müqayisədə  2008-ci  ildə 
əhalinin gəlirləri 4,0 dəfə artmışdır. 2003-cü ildə 
ölkə  əhalisinin  təxminən  45%-i  yoxsulluq  şərai-
tində yaşayırdısa, 2008-ci ilin sonuna bu kateqori-
yadan olan əhalinin yalnız 13,2%-i yoxsulluq sə-
viyyəsində  olmuşdur.  Beləliklə,  ölkədə  formalaş-
mış  əlverişli  iqtisadi  mühit  Dövlət  proqramının 
uğurla yerinə yetirilməsini təmin etmişdir. 
Lakin bunlarla yanaşı, qeyd etmək lazımdır 
ki,  ölkəmizin  iqtisadi  rayonlarının  sosial-iqtisadi 
inkişafını  səciyyələndirən  göstəricilər  arasında 
çox mühüm fərqlər qalmaqda davam edirdi. Odur 
ki, başlanmış işlərin davam etdirilməsi ilə əlaqə-
dar  olaraq  «Azərbaycan  Respublikası  regionları-
nın  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı 
Dövlət Proqramı» qəbul edilmişdir. 
Bu proqramın əsas məqsədinin ölkədə iqti-
sadiyyatın  qeyri-neft  bölməsinin  inkişaf  etdiril-
məsinin  sürətləndirilməsinə,  istehsalın  şaxələn-
dirilməsinə,  tarazlı  regional  və  tarazlı  sosial-
iqtisadi inkişafa yönəldilməsindən, əhalinin həyat 
səviyyəsinin  daha  da  yüksəldilməsinə  nail  olun-
masından  ibarət  olduğu  müəyyən  edilmişdir.  Bu 
məqsədə  nail  olmaq  üçün  bir  sıra  vəzifələr  qar-
şıya  qoyulmuşdu.  Bunlara  qeyri-neft  bölməsinin 
sürətli inkişafının təmin edilməsi, infrastrukturun 
və  sahibkarlıq  mühitinin  daha  da  yaxşılaşdırıl-
ması, iqtisadiyyatın inkişafına daha çox investisi-
ya  cəlb  edilməsi  işinin  davam  etdirilməsi,  ixrac-
yönümlü  məhsulların  istehsalının  stimullaşdırıl-
ması,  əhalinin  məşğulluq  səviyyəsinin  yüksəl-
dilməsi və s. aiddir. Sahəyə birbaşa subsidiyaların 
ayrılması, emal müəssisələrinin yaradılmasına in-
vestisiyaların cəlb edilməsi, qeyri-xammal sənaye 
sahələrinin,  turizmin  inkişaf  etdirilməsi  proq-
ramda  həyata  keçirilməsi  nəzərdə  tutulan  ən  ak-
tual  və  prioritet  problem  kimi  qarşıya  qoyulmuş-
dur.  
Bu vəzifələr də uğurla yerinə yetirilmişdir. 
Bu  tədbirlərin  həyata  keçirilməsi  ölkəmizin  so-
sial-iqtisadi  inkişafında  vacib  mərhələ  olmaqla, 
onun iqtisadi inkişafında və «2008-2015-ci illərdə 
Azərbaycan Respublikasında yoxsulluğun azaldıl-
ması və davamlı inkişaf Dövlət Proqramı» çərçi-
vəsində  nəzərdə  tutulan  məqsədlərə  nail  olun-
masında, eləcə də ölkə əhalisinin rifahının yaxşı-
laşdırılmasında  mühüm  rol  oynamışdır.  Rəsmi 
statistik  məlumata  görə  2014-cü  ildə  ölkəmizdə 
yoxsulluq  həddi  129,6  manata,  yoxsulluq  səviy-
yəsi isə 5,0%-ə bərabər olmuşdur [4, s. 162]. 
Regionların  sosial-iqtisadi  inkişafına  dair 
qarşıya məqsəd qoyularkən iqtisadi sistemin idarə 
edilməsinin  informasiya  xarakterini  unutmaq  ol-
maz. Bu sahədə idarəetmə vəzifələrinin həlli pro-
sesində  obyektiv  və  subyektiv  amillər  arasındakı 
nisbətin müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb 
edir. Obyektiv reallıq təsərrüfatçılıq edən subyek-
tə informasiya sisteminin köməyilə verilir. Bu da 
öz  növbəsində  məqsədin  arzu  olunan  vəziyyətə 
çevrilməsi  üçün  məqsədyönlü  stimulun  işlənib 
hazırlanmasına  imkan  verir.  Bunu  1-ci  sxemdən 
də aydın görmək olar.  
Əslində  tədqiqatçılar  hər  bir  region  üçün 
üçpilləli  məqsədlərin  səmərəli  olmasının  müm-
künlüyünü qeyd edirlər. Bu üçpilləli məqsəd aşa-
ğıdakılardan ibarətdir:  
1) Ümumi iqtisadi məqsədlər;  
2)  İstehsal  sahəsində  qarşıya  qoyulan 
məqsədlər; 
3) İdarəetmə məqsədləri. 
Ümumi  iqtisadi  vəzifələri  yerinə  yetirmək 
üçün istehsal sahəsində məqsədlər müəyyən edilir 
və  bunlar  idarəetmə  ilə  əlaqədar  məqsədlərə  nail 
olunması üçün yollar axtarılmasını zəruri edir [5, 
s.81]. 
Bunlar nəzərə alınmaqla 2014-2018-ci illə-
ri  əhatə  edən  Azərbaycan  Respublikası  regionla-
rının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramında 
ölkədə  istehsalın  genişləndirilməsi,  rəqabət  qabi-
liyyətli  iqtisadiyyatın,  infrastrukturun,  əlverişli 
investisiya mühitinin yaradılmasına və investisiya 
qoyuluşunda  daxili investisiyaların xüsusi çəkisi-
nin  artırılmasına  nail  olunması  kimi  çox  mühüm 
vəzifələr  qarşıya  qoyulmuşdur.  Emal  müəssisələ-
rinin yaradılması və ya onların şəbəkəsinin geniş-
ləndirilməsi,  sahəyə  birbaşa  subsidiyaların  ayrıl-
ması, turizmin daha da inkişaf etdirilməsi qarşıda-
kı  illərdə  Proqramda  həyata  keçirilməsi  nəzərdə 
tutulan ən aktual və prioritet problemlərdir. 
  


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə