Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə81/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   77   78   79   80   81   82   83   84   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
147 
 
mış  və  verilmiş  maşınların  dəyəri  66,6  milyon 
manat və ya 239,7% artmışdır. 
Azərbaycan  Respublikasının  Prezidenti  İl-
ham  Əliyev  cənabları  Azərbaycan  Respublikası 
Nazirlər  Kabinetinin  2010-cu  ilin  sosial-iqtisadi 
inkişafının  yekunlarına  və  2011-ci  ildə  qarşıda 
duran  vəzifələrə  həsr  edilmiş  iclasında  demişdir: 
«Aqrolizinq … kənd təsərrüfatının inkişafına bö-
yük  dəstəkdir,  bu  sahədə  də  dövlətin  müdaxiləsi 
və siyasəti əlbəttə ki, həlledicidir. Əgər indi Azər-
baycanda traktor istehsal olunmasaydı, vəsait kə-
nara gedəcəkdi… İndi texnikanın bir hissəsi artıq 
Azərbaycanda istehsal olunur». 
Lakin ölkəmizdə kənd təsərrüfatı məhsullar 
istehsalçılarının maddi-texniki təchizat səviyyəsi-
nin  yüksəldilməsi  sahəsində  həyata  keçirilən 
məqsədyönlü  tədbirlərin  əhatə  dairəsinin  geniş-
lənməsinə  və  onun  daha  da  möhkəmləndirilməsi 
sahəsində  kifayət  qədər  tədbirlərin  görülməsinə 
baxmayaraq texnikadan istifadə göstəriciləri bir o 
qədər  də  yaxşılaşmamışdır.  Bunları  2-ci  cəd-
vəldəki  göstəricilərdən  daha  aydın  görmək  olar 
[2, s. 75-78]. 
2-ci  cədvəldəki  məlumatlardan  aydın  gör-
mək  olur  ki,  dövlət  tərəfindən  bir sıra  tədbirlərin 
görülməsinə baxmayaraq ölkəmizin kənd təsərrü-
fatının  texniki  təchizat  səviyyəsi  bir  o  qədər  də 
yaxşı deyildir. Belə ki, 1990-cı ilə nisbətən 2014-
cü  ildə  əkin  sahəsinin  hər  1000  hektarına  düşən 
traktorların sayı 46,4%, taxıl kombaynlarının sayı 
71,2%, qarğıdalıyığan kombaynların sayı dəfələr-
lə, kartofyığanların sayı 66,7%, çuğunduryığanla-
rın  sayı  44,8%,  pambıqyığan  maşınların  sayı  isə 
73,4% azalmışdır. Bu isə bir kombayna düşən bit-
ki  əkinləri  sahəsinin  müvafiq  olaraq  244,4%; 
149,6 dəfə; 178,8%; 81,7% və 3,7 dəfə artmasına 
səbəb  olmuşdur.  Bu  dövrdə  bir  traktora  düşən 
əkin  sahəsi  39  hektardan  70  hektara  çatmış,  ya-
xud  da  31  hektar  və  ya  79,5%    artmışdır.  Müqa-
yisə üçün deyək ki,  bir traktora düşən əkin sahəsi  
Kanadada  63  hektara,  ABŞ-da  38  hektara,  Fran-
sada 14 hektara, Almaniyada isə 11 hektara bəra-
bərdir. Texniki təchizatın  aşağı  səviyyədə  olması 
yüksək  məhsuldarlıqlı  və  yüksək  rentabelli  tex-
nologiyalardan istifadə edilməsini, əmək  məhsul-
darlığının  yüksəlməsini,  yerli  kənd  təsərrüfatı 
məhsullarının  rəqabət  qabiliyyətinin  təmin  olun-
masını ləngidən əsas amildir. Mütəxəssislərin he-
sablamalarına  görə  bu  səbəb  üzündən  dünyada 
hər  il  15  milyon  ton  taxıl,  7  milyon  ton  güd,  1 
milyon tondan çox ət itkisinə yol verilir.  
Məlum olduğu kimi, kənd təsərrüfatı texni-
kasının əsas istehsalçıları ABŞ, Almaniya, Fransa 
və  İtaliyadır. Dünyada dörd  ən iri şirkət kənd tə-
sərrüfatı  texnikasının  40%-ə  qədərini  istehsal 
edir.  Burada  ən  yüksək  xüsusi  çəkiyə  ABŞ-ın 
John Deere şirkəti (18%) malikdir. Bundan sonra 
Case New-Holland -11%, AGCO -7%, Claas -4% 
şirkətləri  gəlir.  Bu  barədə  3-cü  cədvəldəki  mə-
lumatlara  əsasən  daha  ətraflı  təsəvvürə  malik 
olmaq olar. 
* Yalnız kənd təsərrüfatı texnikasının əsas 
istehsalçıları  onun  beynəlxalq  şirkətləri  üzrə 
2009-cu ilin məlumatları verilmişdir. 
Kənd təsərrüfatı texnikasının istehsalı sahə-
sində  dünya  liderləri  ilə  yanaşı,  bir  sıra  «adi» 
oyunçular da fəaliyyət göstərirlər. Bunlara Alma-
niyanın  yemyığan  maşınların  istehsalı  sahəsində 
ixtisaslaşmış, «Felle», «Krone», «Welger» şirkət-
lərini, 
Norveçin  «Kveerneland»,  Fransanın 
«Kuhn»,  Avstriyanın  «Pottinger»  şirkətləri  və  s. 
misal göstərmək olar. 
Müstəqil  Dövlətlər  Birliyi  (MDB)  ölkələ-
rində kənd təsərrüfatı texnikası bazarında həlledi-
ci  subyektlərdən  biri  Rusiya  Federasiyasının 
«Rostselmaş» kombayn zavodudur. Zavodda əsas 
etibarilə taxıl və yemyığan kombaynlar, qoşqular, 
kənd  təsərrüfatı  traktorları  istehsal  olunur.  Bun-
dan  başqa,  ölkədə  «Traktor  zavodları  konserni», 
habelə  mühərrikin  gücü  250  a.q.-dən  çox  olan 
kənd təsərrüfatı traktorları istehsal olunan «Peter-
burq traktor zavodu» fəaliyyət göstərir. Adları çə-
kilən şirkətlərdə istehsal edilən məhsulların 92%-i 
ölkənin öz daxilində istifadə olunur. 
MDB  ölkələri  içərisində  liderlik  edən  şir-
kətlər sırasında «Minsk traktor zavodu» (kənd tə-
sərrüfatı  traktorlarının  30-dan  çox  modelini  is-
tehsal edir, Rusiya Federasiyasının ərazisində üç, 
Azərbaycanın ərazisində isə bir yığma müəssisəsi 
vardır)  və  «Qomselmaş»  istehsalat  birliyi  (taxıl 
və yemyığan kombaynlar istehsal edir) xüsusi yer 
tutur.  Ukraynada  isə  «Xarkov  traktor  zavodu» 
fəaliyyət göstərir [3]. 
Uzaq  və  yaxın  xarici  ölkələrdə  kənd təsər-
rüfatı  texnikası  istehsalı  sahəsində  məşhur  olan 
şirkətləri qeyd etməkdə məqsədimiz ondan ibarət-
dir ki, perspektivdə onlarla inteqrasiya əlaqələrinə 
girmək və iş birliyi qurmaqla (artıq bir neçə ildir 
ki, Minsk traktor zavodu ilə Gəncə avtomobil za-
vodu  arasında  qarşılıqlı  əlaqə  şəraitində  kənd  tə-
sərrüfatı  üçün  traktorlar  istehsal  olunur)  ya  onla-
rın  filiallarını  və  ya  yığma  müəssisələrini  yarat-
maq  və  yaxud  da  vaxtilə  Mingəçevirdə  və  Zə-
yəmdə  fəaliyyət  göstərən  kənd  təsərrüfatı  üçün 
texnika istehsal edən zavodun işini bərpa etməklə 
ölkəmizin  bu  sahədə  tələbatının  ödənilməsində 
dönüş yaratmaq olar. 
 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə