Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə77/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   73   74   75   76   77   78   79   80   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
139 
 
KƏND TƏSƏRRÜFATI BAZARLARININ TƏSNİFLƏŞDİRİLMƏSİ  
VƏ ONLARIN XARAKTERİSTİKASI  
                                                                               
İqtisad üzrə fəlsəfə doktoru Ş.N.Xurşudov 
Gəncə Dövlət Universiteti 
 
Açar  sözlər:  ərzaq  bazarları,  bazar  rəqabəti,  təkmil  rəqabətli  bazar,    inhisar  rəqabətinin 
mövcud olduğu bazar,  oliqopoliya,  inhisar, monopsoniya, sistemli yanaşma 
    
İqtisadi nəzəriyyənin metodologiyasına uy-
ğun  olaraq  kənd  təsərrüfatı  bazarları  dedikdə, 
kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  tədavülü 
prosesində,  habelə  iqtisadiyyatın  bu,  çox  mühüm 
bölməsini  əmək  və  maddi resurslarla təmin  edən 
sahələrdə  fəaliyyət  göstərən  subyektlər  arasında 
meydana  çıxan  iqtisadi  münasibətlər  sistemi 
nəzərdə tutulur. 
İqtisadçıların  fikrincə,  bazarın  bir-birinə 
bənzəməyən  aşağıdakı  dörd  tipi  vardır:  1)  azad 
rəqabətin  mövcud  olduğu  bazar;  2)  inhisar  rə-
qabətinin  mövcud  olduğu  bazar;  3)oliqopoliya 
bazarı;  4)  xalis  inhisarın  mövcud  olduğu  bazar. 
Kənd  təsərrüfatına  xas  olan  başlıca  xüsusiyyətlər 
onun  məhsullarının  azad  rəqabət  bazarına  aid  ol-
duğunu  deməyə  əsas  verir.  Bu,  həm  də  onunla 
əlaqədardır  ki,  kənd  təsərrüfatı  bazarları  üçün 
aşağıdakılar  səciyyəvidir.  Bu  bazarlarda:  a)  çox-
saylı müstəqil əmtəə istehsalçıları fəaliyyət göstə-
rirlər;  b)  ayrı-ayrı  əmtəə  istehsalçıları  qiymətlərə 
təsir etmək iqtidarında deyillər; c) demək olar ki, 
eynitipli  (yekcins)  məhsullar  satılır;  ç)  iqtisadi 
subyektlər bu bazarlara asanlıqla daxil ola və ora-
dan çıxıb gedə bilirlər.  
Lakin  bunlarla  yanaşı,  kənd  təsərrüfatı  ba-
zarlarına  asanlıqla  daxil  olmağı  məhdudlaşdıran 
bir sıra maneələr vardır ki, bunlara da aşağıdakı-
ları aid etmək olar:  
-  bazar  münasibətlərinin  yüksək  səviyyədə 
inkişaf  etmiş  olduğu  ölkələrin  təcrübəsi  və  son 
illərdə  ölkəmizin  kənd  təsərrüfatında  gedən 
proseslər  göstərir  ki,  ərzaq  bazarlarında  inhisar-
çılıq meyilləri güclənmişdir;  
-  kənd  təsərrüfatında  başlıca  təbii-iqtisadi 
resurs  olan  torpaq  bazarlarının  özünəməxsus  xü-
susiyyətləri  vardır.  Bu,  özünü  hər  şeydən  əvvəl 
onda göstərir ki, torpaq kənd təsərrüfatında başlı-
ca istehsal vasitəsidir və onun əvəzedicisi olmadı-
ğına görə müəyyən məhdudiyyətlər meydana çıx-
mışdır;  
-  iqtisadiyyatın  digər  sahələrinə  nisbətən 
kənd təsərrüfatında istehsal amillərinin çevikliyi – 
istənilən vaxt çox qısa zaman kəsiyində iqtisadiy-
yatın digər sahələrinə «keçirilməsi»- nisbi məna-
da aşağı səviyyədədir;  
-  kənd  təsərrüfatı  məhsulları  istehsalçıları-
nın bu sahənin məhsullarını emal edən və reallaş-
dıran  müəssisələrlə  münasibətləri  uzunmüddətli 
müqavilələr  əsasında  qurulur  ki,  bu  da  onların 
bazar mexanizmlərindən asılılıqlarını nisbi məna-
da azaldır;  
- kənd təsərrüfatı məhsulları cəmiyyət üçün 
sox  böyük  əhəmiyyətə  malik  olduğuna  görə  o, 
dövlət tərəfindən tənzimlənməsi zəruri olan sahə-
lərə daxildir. 
İqtisadiyyatın  aqrar  bölməsində  bazar  mü-
nasibətlərinin  ən  mühüm  məsələsi  təkrar  istehsa-
lın  yüksək  sürətlə  davam  etdirilməsinə  imkan 
verən  rentabellik  səviyyəsi  təmin  olunmaqla, 
kənd  təsərrüfatı  məhsullarına  olan  tələbatın  ödə-
nilməsi üçün məhdud miqdarda resurslardan mak-
simum dərəcədə səmərəli istifadə olunmasını təş-
kil  etmək  məqsədilə  bazar  mexanizmlərinin  necə 
tətbiq edilməsidir.  
Mövcud  olan  resurslardan  səmərəli  istifa-
dəni və buna uyğun olaraq səmərəli təkrar istehsal 
sistemini təşkil etmək üçün təsərrüfat subyektləri 
aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: 
1)  hansı  kənd  təsərrüfatı  məhsullarının 
istehsal olunması və bazara çıxarılmasını elmi cə-
hətdən əsaslandırmalı? 
2) ayrı-ayrı məhsullardan nə qədər istehsal 
olunmalı və istehsal prosesinə mövcud resurslar-
dan nə qədər cəlb edilməli?  
3)  bu  məhsullar  necə  istehsal  olunmalı, 
istehsal necə təşkil olunmalı, hansı texnologiyalar 
tətbiq edilməlidir  ki,  bazarda  rəqabət  qabiliyyəti-
nə malik olunsun?  
4)  bu  əmtəələri  kimin  üçün,  bazarın  hansı 
seqmentləri  (hansı  istehlakçılar)  üçün  istehsal  et-
məli,  istehsal  olunmuş  məhsulları  istehlakçılar 
arasında necə bölüşdürməli?  
5)  istehsalın  rəqabət  qabiliyyətliliyini  və 
iqtisadi  səmərəliliyini  qoruyub  saxlamaqla  geniş 
təkrar istehsalın zəruri sürətini təmin etmək üçün 
texnologiyalarda və məhsulların çeşidindəki yeni-
liklər,  istehlakçıların  zövqlərindəki,  resursların 
strukturu  və  onların  qiymətlərindəki  dəyişiklik-
lərlə  əlaqədar  olaraq  daim  dəyişən  şəraitə  necə 
uyğunlaşmalı? [1, s. 54-55]. 


   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
140 
 
Aqrar  bazarlar  iqtisadiyyatın  bu  başlıca 
məsələlərinin  necə  və  hansı  prinsiplər  əsasında 
həll edilməsi ilə fərqlənirlər.  
İqtisadiyyatın  aqrar  bölməsinin  innovasiya 
təmayüllü  inkişafı  yuxarıda  göstərilən  məsələ-
lərin, müvafiq bazar strukturlarının formalaşdırıl-
masının,  bazar  mexanizmlərinin  dövlət  tənzimlə-
məsi ilə əlaqələndirilməsinin həll olunmasına sis-
temli  yanaşılmasını  zəruri  edir.  Bu  yanaşmanın 
aktuallığını  əsas  etibarilə  qarışıq  sistemin  fəaliy-
yət  göstərdiyi  bazar  iqtisadiyyatının  yüksək  sə-
viyyədə  inkişaf  etmiş  olduğu  ölkələrin  təcrübəsi 
də sübut edir. Odur ki, qarşıya qoyulan bu vəzifə-
lərin  bazar  münasibətlərinin  yüksək  səviyyədə 
inkişaf  etdiyi  ölkələrdə  necə  həll  edilməsini  nə-
zərdən keçirək.  
Birinci  vəzifə  tələbin  təhlil  olunması  əsa-
sında  həll  edilir.  İstehsal  proqramları  bazar  qiy-
mətləri bütün istehsal xərclərinin ödənilməsinə və 
mənfəət  əldə  olunmasına  imkan  verən  məhsul-
ların istehsalı nəzərə alınmaqla işlənib hazırlanır. 
İkinci  vəzifə  həll  olunarkən  tələblə  təklif 
arasındakı nisbət müəyyənedici rol oynayır. Tələ-
bin  artması  əmtəələrin  qiymətlərinin  yüksəlmə-
sinə,  mənfəətin  artmasına  səbəb  olur  və  deməli, 
istehsalın genişləndirilməsinə işarə verir. Tələbin 
azalması,  əksinə  istehsalın  həcminin  azalmasına 
səbəb olur.  
Üçüncü vəzifənin həll edilməsi üçün bazar 
rəqabəti  öyrənilir.  Bazarda  rəqabətin  güclənməsi 
əmtəə  istehsalçılarını  innovativ  texnologiyalara  
keçilməsi  ilə  istehsal  xərclərinə  qənaət  edilməsi 
yollarını  axtarmağa,  istehsalın  təşkili  formalarını 
təkmilləşdirməyə,  məhsulların  çeşidini  dəyişdir-
məyə  və  mahiyyət  etibarilə  rəqabət  qabiliyyətini 
yüksəltmək  üçün  digər  tədbirləri  həyata  keçir-
məyə məcbur edir. 
Dördüncü vəzifə istehlakçıların alıcılıq qa-
biliyyəti  nəzərə  alınmaqla  bazarın  müvafiq  seq-
mentinin  seçilməsi  və  tədqiq  olunması  əsasında 
həll  edilir.  Bununla  əlaqədar  olaraq  bazarda 
əmtəəlik  məhsullar  istehlakçıların  gəlirlərindən 
və  üstünlükvermə  qabiliyyətlərindən  asılı  olaraq 
bölüşdürülür. 
Beşinci vəzifənin həll edilməsində qiymət-
lər  həlledici  rol  oynayır.  Qiymətlər  resursların 
istehsal  sahələri  arasında  bölüşdürülməsinin  də-
yişməsinə səbəb olur. 
Kənd  təsərrüfatı  bazarlarının  təsnifləşdiril-
məsi  (bazar  modelləri)  sistemi  H.Ştakelberq  tə-
rəfindən  təklif  olunmuşdur  və  demək  olar  ki, 
hamı  tərəfindən  qəbul  edilmişdir.  Bazarlar  müx-
təlif  əlamətlər,  ilk  növbədə  rəqabətin  məhdud-
laşdırılması  dərəcəsinə  görə  təsnifləşdirilir.  Bu 
zaman  bazarda  mövcud  olan  satıcıların  və  alıcı-
ların  sayı  əsas  götürülür,  başqa  sözlə,  «çoxsaylı-
bir  neçə-bir»  satıcılar  (alıcılar)  formulundan  isti-
fadə  olunur.  Bu  tənsifləşdirmə  kənd  təsərrüfatı 
üçün də səciyyəvidir. Bunu 1-ci cədvəldən də ay-
dın görmək olar. 
 
                                                                                                                     Cədvəl 1 
Bazar modelləri  
Satıcılar 
Alıcılar  
çoxsaylı 
Bir neçə  
Bir  
Çoxsaylı  
Polipoliya (tam rəqabətli)  
Oliqopoliya 
Monopsoniya  
Bir neçə 
Oliqopoliya  
Ikili oliqopoliya 
Məhdud monopsoniya 
Bir 
İnhisar  
Məhdud inhisar  
İkili inhisar  
 
Kənd  təsərrüfatı  bazarlarının  təsnifləşdiril-
məsi aşağıdakı əlamətlər üzrə də aparıla bilər:  
-  coğrafi  əlamətə  görə-yerli,  milli,  dünya 
kənd təsərrüfatı bazarları;  
-  kənd  təsərrüfatı  məhsullarının  növlərinə 
görə  –  taxıl,  ət,  süd,  pambıq,  tərəvəz,  kartof  ba-
zarları və i.a. 
-  alqı-satqı  proseslərinin  təşkilinə  görə  – 
topdansatış, pərakəndə satış bazarları və i.a.  
- iqtisadi təyinatlarına görə – ərzaq məhsul-
ları  bazarları,  maddi-texniki  resusrlar  və 
xidmətlər bazarı və i.a. 
-  keyfiyyət  əlamətlərinin  məcmusuna  görə 
–  təkmil  və  təkmil  olmayan  bazarlar;  mütəşəkkil 
və  mütəşəkkil  olmayan  bazarlar;  sərbəst  və  tən-
zimlənən bazarlar və i.a. 
Aşağıdakı şərtlərin yerinə yetirildiyi bazar-
lar təkmil bazarlar adlandırılır:  
- eynitipli məhsulların satıldığı bazarlar;  
- bazar münasibətlərinin bütün iştirakçıları-
nın bərabərhüquqlu olmaları;  
-  sövdələşmələrin  aparılmasında  satıcılarla 
alıcılar arasında heç bir məkan fərqi nin mövcud 
olmaması;  
- sövdələşmə aparılarkən müvəqqəti fərqlər 
(məhsullar  bütün  satıcılar  tərəfindən  eyni  vaxtda 
satışa qoyulur) mövcud olmaması;  
-  bütün  iştirakçılar  üçün  informasiyaların 
tam şəffaflığının təmin olunması [2, s. 19-21]. 
Bu  şərtlərdən  hər  hansı  birinin  yerinə 
yetirilmədiyi bazarlar təkmil olmayan bazar hesab 
edilir. 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə