Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə75/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   71   72   73   74   75   76   77   78   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
136 
 
hər bir vergi növü üzrə proqnoz tapşırıqlarının ye-
rinə  yetirlməsi  sürətlənir.  Vergi  nəzarətinin  vəzi-
fəsi vergi yoxlamaları vasitəsilə vergi qanunveri-
ciliyinə  əməl  edilməsinə  nəzarət  etməkdən  iba-
rətdir.  
Neft gəlirlərinin azalması ilə büdcəyə vergi 
daxilolmalarının  azalmasına  baxmayaraq,  büdcə-
mizin  sosial  yönümlüyünün  saxlanılması,  nis-
bətən aztəminatlı təbəqələrə, kiçik  və orta sahib-
karlara  göstərilən  dövlət  dəstəyinin  artırılması, 
ümumi  biznes  mühitinin  yaxşılaşdırılması  istiqa-
mətində  görülən  tədbirlər  büdcəyə  vergi  daxilol-
malarının  artırılmasını  tələb  edir.  Ona  görə  də 
vergitutma  bazasının  genişləndirilməsi,  mövcud 
vergi  potensialından  daha  səmərəli  şəkildə  isti-
fadə  olunması  üçün Vergilər  Nazirliyi  tərəfindən 
ciddi vergi-büdcə təhlilləri aparılıb, müvafiq döv-
lət  qurumları  ilə  razılaşdırlmaqla  Vergi  Məcəl-
ləsinə və bir sıra qanunvericilik aktlarına dəyişik-
liklər edilməsi barədə konkret təkliflər verilib. Bu 
dəyişikliklər  Milli  Məclisdə  geniş  müzakirə  olu-
naraq,  2015-ci  ilin  dekabrın  7-də  Azərbaycan 
Respublikasının  prezidentinin  fərmanı  ilə  təsdiq 
edilib.  Son  dəyişikliklər  respublikada  sahibkarlı-
ğın  və  investisiya  fəaliyyətinin  təşviqinə  yönəl-
mişdir.  Belə  ki,  Sadələşdirilmiş  verginin  tətbiqi 
sahələri artırılaraq inşaat sektorunda  sadələşdiril-
miş  vergitutma  rejimindən  istifadə  olunur.  Nəti-
cədə  inşaat  sektoru  canlanacaq,  xüsusilə  mənzil 
tikintisinin həcmi sürətlə artacaq [6].   
Bu sahədə vergitutmada bir sıra problemlər 
var  idi.  Tikinti-quraşdırma  işləri  ilə  məşqul  olan 
şəxslər cəkdikləri xərclərə görə Əlavə dəyər ver-
gisini əvəzləşdirə bilmir və nəticədə satış dövriy-
yəsindən  ƏDV-i ödəyirdilər. Buda sonda mənzil-
lərin  qiymətinin  artmasına  səbəb  olurdu.  İnşaat 
sektorunun  canlanması  dolayı  yolla  bələdiyyələ-
rin maliyyə təminatının yaxşılaşdırılmasına səbəb 
olacaq. Tikinti şirkətlərinin istifadə etdiyi yerli ti-
kinti materialları üzrə bələdiyyələrə vasitəli vergi 
olan  Mədən  vergisi  ödənir.Vasitəli  vergilər-məh-
sulların  qiymətinə,  məhsul  satışı  dövriyyəsinə,  iş 
və xidmətlərə əlavə kimi tətbiq edilir. İnşaat işləri 
ilə Mənzil sayının artması fiziki şəxslərin Əmlak 
vergisinin vergitutma obyektlərinin artmasıdır.  
Vergi  Məcəlləsin  216.2-ci  maddəsinə  edi-
lən  dəyişikliyə  əsasən  Mədən  vergisi  dərəcələri 
(qeyri-filiz  faydalı  qazıntıları  üzrə)  optimallaşdı-
rılmışdır. Məsələn yerli əhəmiyyətli tikinti mate-
riallarına  aid  edilən  kərpic-kiramid  gilləri,  tikinti 
qumları və cınqıl xammalının hər kubmetri ücün 
vergi  dərəcəsi  2  (iki)  dəfə  artırılmışdır.  Bu  dəyi-
şiklik  yerli  özünüidarəetmənin  maliyyə  təminatı-
nın yaxşılaşmasına səbəb olacaqdır.          
Qanunvericiliyə  edilən  digər  dəyişikliyə 
görə daşınmaz əmlakın təqdim edilməsindən əldə 
edilən gəlirlərin vergiyə cəlb edilməsi mexanizmi 
indi daha da sadələşdirilib və bu sahədə də vergi 
yükü əhəmiyyətli şəkildə azaldılıb.     
Vergi  Məcəlləsinin  dəyişiklikdən  əvvəl 
qüvvədə  olan  müddəalarına  əsasən,  mənzillərin 
və  digər  daşınmaz  əmlakların  təqdim  edilməsin-
dən  sadə  dildə  desək,  satılmasından  əldə  olunan 
gəlirlər təqdim edən şəxs tərəfindən vergi orqan-
larına müvafiq bəyannamə təqdim olunmaqla ver-
giyə cəlb edilirdi. Bir çox hallarda təqdim edilən 
belə  daşınmaz  əmlakların  alınmasına,  tikintisinə, 
təmirinə  çəkilən  xərcləri  təsdiq  edən  sənədlərin 
olmaması,  bu  əməliyyatlardan  əldə  edilən  gəlir-
lərin vergiyə cəlb edilməsində çətinliklər və nara-
zılıqlar yaradırdı. 
Vergi  Məcəlləsinə  edilmiş  dəyişikliklərlə, 
daşınmaz  əmlakın  təqdim  edilməsi  (satılması) 
üzrə  müqavilələri  təsdiq edən  notariuslar tərəfin-
dən  ödəmə  mənbəyində  sadələşdirilmiş  verginin 
tutulması,  1  bank  günü  ərzində  dövlət  büdcəsinə 
ödənilməsi və aylıq bəyannamənin vergi orqanına 
təqdim  edilməsi  nəzərdə  tutulur.  Nəticədə  daşın-
maz  əmlakın  təqdim  olunmasından  gəlir  əldə 
edən  şəxslərin  vergi  uçotuna  alınması  və  onlar 
tərəfindən müvafiq bəyannamənin vergi orqanına 
təqdim edilməsi zərurəti aradan qalxır. 
Fiziki  şəxsin  azı  5  il  ərzində  yaşayış  yeri 
üzrə  qeydiyyatda  olduğu  yaşayış sahələrinin  təq-
dim  edilməsi,  daşınmaz  əmlakın  hədiyyə,  maddi 
yardım  və  miras  formasında  Vergi  Məcəlləsinin 
13.2.7-ci maddəsində nəzərdə tutulan ailə üzvləri 
tərəfindən verilməsi, daşınmaz əmlakın dövlət eh-
tiyacları  üçün  alınması,  əmlakın  ər  və  arvad  ara-
sında  verilməsi,  keçmiş  ər-arvad  arasında  boşan-
ma prosesində verilməsi vergidən azad edilməklə 
xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşa-
yış  sahələrinin  təqdim  edilməsini  həyata  keçirən 
şəxslər  hər  kvadratmetr  sahəyə  görə  15  manat 
ödəyəcəklər.  Yəni  şəxslər  yaşayış  və  qeyri-yaşa-
yış  sahələrini  satdıqda  və  ya  bağışladıqda  vergi 
ödəməli olacaqlar. 
Vergi  yaşayış  və  qeyri-yaşayış  sahəsinin 
ümumi sahəsindən tutulacaq və bu zaman hesab-
lanmış məbləğə Vergi Məcəlləsində təsbit edilmiş 
zona əmsalları tətbiq olunacaq. 
Fiziki şəxsin əmlak vergisinin obyekti olan 
yaşayış  və  qeyri-yaşayış  sahələrinin  satışı  ilə 
bağlı  gəlir  vergisinin əvəzinə  tətbiq  edilən  Sadə-
ləşdirilmiş  vergini  yerli  vergilərə  aid  etməklə 
dövlət bələdiyyələrin maliyyə təminatını yaxşılaş-
dıra bilər. Bununlada yerli maliyyə sahəsində Sa-
dələşdirilmiş  vergitutma  rejiminə  kecid  başlayar. 
Bu  məqsədlə  Vergilər  Nazirliyi  tərəfindən  ciddi 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə