Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə76/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   72   73   74   75   76   77   78   79   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
137 
 
təhlillər  aparılaraq  Vergi  Məcəlləsinə  və  bir  sıra 
qanunvericilik  aktlarına  dəyişikliklər  edilməsi 
barədə konkret təkliflər verilə bilər.  
Vergi  Məcəlləsinə  edilmiş  dəyişikliklər 
sırasında  fiziki  şəxslərin  əmək  haqlarına  verilən 
güzəştlərin  əhatə  dairəsinin  genişləndirilməsini 
göstərmək olar. Ölkədə aparılan sosial-iqtisadi si-
yasətə uyğun olaraq hər il ölkə üzrə yaşayış mini-
mumu  və  əmək  haqları  davamlı  olaraq  artırılır. 
Vergi  qanunvericiliyində  buna  qədər  qüvvədə 
olan  güzəştlərin  tətbiqi  mexanizmi  elə  idi  ki,  ay-
lıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin 
əmək  haqlarının  artırılması  nəticə  olaraq  həmin 
şəxslərin  güzəşt  dairəsindən  çıxmasına  səbəb 
olurdu. Nəticə etibarilə muzdlu işçi həmin artım-
dan bəhrələnmirdi. Vergi Məcəlləsinə edilmiş də-
yişikliyə  əsasən  əsas  iş  yerində  aylıq  gəliri  2500 
manatadək  və  illik  gəliri  30.000  manatadək  olan 
fiziki  şəxslərin  gəlirlərinin  müvafiq  olaraq  ölkə 
üzrə  yaşayış  minimumunun  1  və  12  mislinədək 
olan  hissəsinə  gəlir  vergisindən  vergi  güzəştinin 
tətbiqi  nəzərdə tutulur  və  nəticə etibarilə  bundan 
sonra  işçi  əmək  haqqı  artımından  tam  bəhrələ-
nəcək. 
Sözügedən  dəyişiklik  ölkədə  həyata  keçi-
rilən  sosial  siyasətə  uyğun  olaraq  əhalinin  gəlir-
lərini  artırmaqla  onların  maddi  rifahının  yaxşı-
laşmasına müsbət təsir göstərəcək və əmək haqla-
rının  leqallaşmasını  təşviq  edəcək.  Bu  vergi  gü-
zəştindən  həm  dövlət  sektorunda,  həm  də  özəl 
sektorda çalışan 500 mindən artıq insan faydalana 
biləcək.  Birbaşa  vergilərin  bir  növündən  güzəşt 
əldə edərək faydalanan insanlar digər birbaşa ver-
gilər  üzrə  fəal  ödəyiciyə  cevrilirlər.  Söhbət  bələ-
diyyələrə ödənilən Torpaq və Əmlak  vergisindən 
gedir.  Birbaşa  vergilər  vergi  ödəyicilərinin  bila-
vasitə gəlirlərindən və əmlaklarından müvafiq də-
rəcələrlə alınan vergilərdir.  
Fikrimcə keniş şaxəli dəyişikliklərlə yanaşı 
hələ də fiziki şəxslərin bir sıra gəlirlərinin vergiyə 
cəlb  edilməsində  catışmazlıqlar  vardır.  Xüsusilə 
xidmət  sahələrində  müəyyən  ödənişlər  vergidən 
yayınır.  Məsələn  ustalıqla,  dayəliklə,  repetitor-
luqla,  şou-biznes  fəaliyyəti  ilə  məşqul  olan  fiziki 
şəxslərin vergiyə cəlb edilməsində cətinliklər var. 
Həmin fiziki şəxslərə  patent tipli Sadələşdirilmiş 
vergi  tətbiq  etmək  olar.  Belə  ki,  2005-ci  ildən 
nəqliyyat  sektoruna  patent  tipli  Sadələşdirilmiş 
vergi  tətbiq  etməklə  həmin  fəaliyyət  üzrə  vergi-
tutmada cətinliklər aradan qaldırılmışdır. 
Beləliklə  vergi  qanunvericiliyinin  təkmil-
ləşdirilməsi  dövlətin  və  bələdiyyələrin  maliyyə 
təminatının  mühüm  şərti  olmaqla  əsasən  fiskal 
xarakter daşımaqla bölgü və nəzarət işinin keyfiy-
yətini  artırır.  Hər  il  ölkə  iqtisadiyyatının  inkişaf 
dinamikasından, təbii sərvətlərin dünya bazarında 
qiymətindən  asılı  olaraq  qeyri-neft  sektorunun 
inkişafı  ücün  vergi  qanunvericiliyində  dəyişiklər 
edilir.  Bu  dəyişikliklər  yerli  vergiləridə  əhatə 
etməklə  birbaşa  olaraq  bələdiyyə  büdcələrinin 
gəlirlərinin  artmasına  səbəb  olur.  Gəlir  vergisi 
üzrə  güzəştlərin  həcmi  artırılmaqla  faydalanan 
şəxsləri  bələdiyyələrə  vergi  ödəməkdə  fəallaşdı-
rır.  Həmcinin  inşaat  sektorunun  inkişafı  bələdiy-
yələrə  ödənilən  Mədən  vergisinin  həcminin  art-
masına səbəb olacaqdır. 
 
 
ƏDƏBİYYAT 
 
1. A.Musayev. “Vergi mədəniyyəti” Bakı: 2010.  
2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”. Azərbaycan Respublikasi Vergi Məcəlləsinin  
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında 
11.07.2000-il tarixli Azerbaycan Respublikasının Qanunu  
3. M.C.Hüseynov. İqtisad elmlər doktoru “Vergilər və vergitutma” ADAU-n mühazirələri:  
4. X.Ə.Hüseynov. “Maliyyə” Dərslik. Bakı: 2007.  
5. D.Bağırov, M.Həsənli. “Maliyyə” Dərslik. Bakı: 2011.  
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 
2015 ci il tarixli Azərbaycan Respublikasının Qanunu. 
 


   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
138 
 
Tax legislation is an important condition for the state  
and municipal financial provision 
 
Диссертант V.A.Mammadli  
                                                              Azerbaijan State Agrarian University  
         
SUMMARY 
 
Key words: municipal, self-governance, financial guarantee, tax rate, budget, taxation 
 
In this article,the tax policy of the state in tax legistation have been analyzed by the former.The 
recent  changes  to  the  tax  legislation  and  its  practical  application.  Changes  aimed  at  promating  
entrepreneurship and investment performance. 
Increased application of the Tax Code simplified tax regime.Increasing the income tax benefits 
resulting  from the increase in incomes was the former.In particual,the mining tax rates are increasing. 
The article is the improvement of tax legislation has been analyzing the effect of improving the 
financial security of local self-gevernment. 
 
Налоговое законодательство вляется важным условием для государственного и 
муниципального финансового обеспечения 
 
Candidate for a degree В.А.Mамедли  
Азербайджанский государственный аграрный университет 
 
                                                                  РЕЗЮМЕ 
Kлючевые  слова:  муниципалитет,  самоуправление,  финансовая  гарантия,  налоговые 
ставки, бюджет, налогооблажение. 
 
В  этой  статье  были  проанализированы  налоговая  политика  государства  в  налоговом 
законодательстве,  последние  изменения  в  налоговом  законодательстве  и  их  практическое 
применение,  изменения,  направленные  на  содействие  развитию  предпринимательства  и 
производительности инвестиций. 
В    Налоговом    кодексе  имел  место  более  широкое  применение  упрощенного  налога. 
Увеличение  налоговых  льгот,  приводит  к  увелечению  доходов  населения.В  частности, ставки 
Промыслового налога  растет. 
В  статье  проанализировано  влияния  налогового  законодательства  для  улучшения 
финансового самосовершенствованию. 
    
 
 
 
 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə