Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə78/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   74   75   76   77   78   79   80   81   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
141 
 
Mütəşəkkil  bazarlarda  qiymətlər  müəyyən 
qaydalara  uyğun  olaraq  əmələ  gəlir,  yaxud  da 
xüsusi  müəssisələr  (birjalar,  hərraclar) tərəfindən 
tənzimlənir.  Bütün  digər  hallarda  söhbət  qeyri-
mütəşəkkil  bazarlardan-yerli,  birja  və  hərraclar-
dan gedir. 
Bəzi  istehsalçıların  və  alıcıların  bir  sıra 
bazarlara  daxil  olmalarına  hüquqi  tənzimləmələr 
və  ya  iqtisadi  şərtlərlə  məhdudiyyətlər  qoyulur. 
Bu bazarlara daxil olmaqda bəzi çətinliklər əmələ 
gəlir və bunlara məhdudiyyətli bazarlar deyilir.  
Əmtəələrin  qiymətləri  yalnız  bazar  iştirak-
çıları  tərəfindən  formalaşdırılırsa,  bu  bazarlar 
azad  bazarlar  adlandırılır.  Dövlətin  qiymətlərin 
əmələ gəlməsinə bilavasitə müdaxilə etdiyi bazar-
lara tənzimlənən bazarlar deyilir. 
Məqalənin  əvvəlində  qeyd  edildiyi  kimi, 
kənd təsərrüfatı bazarlarının xüsusiyyətləri ondan 
ibarətdir  ki,  sahədə  mövcud  olan  şərait  mükəm-
məl  rəqabət  bazarlarının  formalaşmasının  təmin 
olunmasına yaxındır. 
Kənd təsərrüfatı üçün maddi-texniki resurs-
lar  bazarı  aqrar-sənaye  kompleksinin  birinci  sfe-
rasında  formalaşır.  Bu  bazarın  əsası  əmtəə  isteh-
salçıları,  kənd  təsərrüfatı  maşınqayırması,  gübrə-
lərin  istehsalı  ilə  məşğul  olan  müəssisələr,  enerji 
daşıyıcıları  və  yem  istehsalı  strukturlarıdır.  Aq-
rar-sənaye  kompleksinin  birinci  sferasına  daxil 
olan sahələr aşağıdakı spesifik xüsusiyyətlərə ma-
likdir:  
-  bu  sferaya  daxil  olan  sahələrin  hamısı 
oliqopoliya  strukturları  ilə  səciyyələnir,  başqa 
sözlə, bazarda bir neçə iri firma hökmranlıq edir. 
Oliqopoliya  üçün  aşağıdakılar  xarakterikdir:  a) 
məhsul  istehsalının  həcmi,  qiymət  siyasəti  və 
onun  üzərində  nəzarətin  həyata  keçirilməsi  üçün  
firmalar  arasında  qarşılıqlı  razılaşmalar  olur;  b) 
təbii-texnoloji  inhisar  mövcuddur;  c)  oliqopoliya 
strukturlarına  daxil  olmaqda  çox  ciddi  maneələr 
vardır.  
Belə  bir  fakta  xüsusi  diqqət  yetirmək  la-
zımdır ki, bazarda kənd təsərrüfatı ilə inhisarlaş-
dırılmış  sahələrin  maddi-texniki  resurslar  bazar-
ları rəqabət aparırlar. Bu isə sənaye məhsulları ilə 
kənd təsərrüfatı məhsullarının qiymətləri arasında 
qeyri-bərabərliyin əmələ gəlməsinə səbəb olur. 
Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına 
xidmət göstərən bazarlara təmir-texniki, arqokim-
yəvi, informasiya-məsləhət, auditor və meliorativ 
xidmət  göstərən  aqroservis  xidmətləri  sistemi 
daxildir  [3, s. 237-240]. 
Marketinq  sahəsində  fəaliyyət  göstərən 
bazarlar  istehsal  olunan  məhsulların  xarakterinə 
və firmaların rəqabətdə davranışlarına görə aşağı-
dakı  tiplərə  bölünür:  ərzaq  məhsulları  istehsalı 
üçün  xammal  bazarları;    yüksək  səviyyədə  emal 
olunan  ərzaq  məhsulları  bazarları;  aşağı  səviy-
yədə emal olunan nisbətən yekcins məhsullar ba-
zarları; ərzaq xidməti bazarları.  
Ərzaq  məhsulları  istehsalı  üçün  bazarlar 
unüyütmə-yarma, şəkər və şəkər tozu istehsal olu-
nan sahələr üçün səciyyəvidir. Onları məhsulların 
nisbi  mənada  yekcinsliyi,  standartlaşdırılması, 
əmtəələrin iri partiyalarla satışı səciyyələndirir. 
Yüksək  dərəcədə  emal  olunan  ərzaq  məh-
sulları  bazarlarında  reallaşdırılan  məhsullara 
yekcins  olmayan  və  bir-birindən  yüksək  səviy-
yədə  fərqlənən  məhsullar  (hər  bir  məhsul  növü 
üzrə  müxtəlif  keyfiyyətli  geniş  çeşiddə  əmtəələr 
mövcud  olur)  aiddir.  Başqa  sözlə,  bu  bazarlarda 
istehlak  üçün  geniş  çeşiddə  məhsullar  mövcud 
olur.  Bu  bazarlara  bir  qayda  olaraq  oliqopoliya 
bazarları deyilir. 
Aşağı səviyyədə emal edilən nisbi mənada 
yekcins  məhsullar  bazarlarına  (tərəvəz,  ətdən 
hazırlanmış yarımfabrikatlar və i.a.) daxil olmaq-
da ciddi maneələr olmur. Bu bazarlarda qiymətlər 
rəqabət  bazarlarındakı  prinsiplər  əsasında  forma-
laşır. 
Ərzaq  xidməti  bazarlarına  ictimai  iaşənin 
bütün  tipləri-  kiçik  bufetlərdən  və  qəlyanaltılar-
dan  tutmuş  ən  bahalı  restoronlaradək  –  daxildir. 
Bu  bazarlar  spesifikliyi  və  yekcins  olmaması  ilə 
fərqlənir. Ərzaq xidməti bazarları bir neçə səviy-
yədə  təşkil  oluna  bilər.  Bu  bazarlar  adətən  yerli 
(çörək məhsulları, təzə süd, süd məhsulları üzrə), 
regional (ət məhsulları, tərəvəz və meyvə üzrə) və 
milli  (spesifik  və  idxal  olunan  məhsullar  üzrə) 
səviyyələrdə təşkil olunur. 
Qeyd  etmək  lazımdır  ki,  aqrobiznesin 
inkişaf  etmiş  olduğu  ölkələrdə    ərzaq  bazarları 
inhisar  rəqabəti  bazarlarına  aiddir.  Bu  bazarlarda 
hökmran mövqe tutan firmalar fəaliyyət göstərir-
lər. Ərzaq bazarlarında qiymət rəqabəti ilə yanaşı, 
qeyri-qiymət  rəqabəti  də  çox  böyük  əhəmiyyətə 
malikdir.  Odur  ki,  firmalar  bu  üsulların  hər  iki-
sindən imkan daxilində daha yaxşı istifadə etmə-
yə çalışırlar. 
 
ƏDƏBİYYAT  
 
1. Məmmədli O.Q., İsmayılov M.İ., İsmayılov F.İ. İqtisadi nəzəriyyə. Ali məktəblər üçün dərs 
vəsaiti. Bakı:  “MBM” nəş., 2010,  888 s. 


   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
142 
 
2  Сельскохозяйственные  рынки.  Коллектив  авторов.  Учебник  для  студентов  высших 
учебных  заведений.  Под.  ред.  д.э.н.,  профессора  А.М.Гатаулина.  М.:  изд.  РГАУ-
МСХА имени К.А.Тимирязева. 2013,  627 с.  
3  Экономика  и  управление  аграрным    производством.  Учебное    пособие  для  студентов 
высших учебных заведений. Ростов-на-Дону, ООО, «Мини Тайп» 2008, 714 с. 
 
 
Classification of agricultural markets and their characteristics 
 
Doctor of Philosophy in Economics Ş.N.Xurşudov 
Ganja State University
 
 
SUMMARY 
 
Key words: food markets, market competition, the market is perfectly competitive, the market is 
monopolistic competition, oligopoly, monopoly, monopsony, a systematic approach  
 
According to the methodology of the economic theory of agricultural markets  are a system of 
economic  relations  between  subjects  of  the  market  in  the  field  of  agricultural  and  food  products,  as 
well as human and material resources in agricultural production. 
Features  a/s  market  due,  first  of  all,  the  terms  of  the  reproduction  process  in  agriculture.  The 
economic processes of reproduction are interwoven with natural processes. The central question of the 
market economy in relation to the agricultural sector of the economy - how to use market mechanisms 
to  organize  the  most  efficient  use  of  scarce  productive  resources  industry  to  meet  the  demand  for 
agricultural products. All these issues are addressed in this article. 
 
 
Классификация сельскохозяйственных рынков и их характеристики 
 
Доктор философии по экономики Ш.Н.Хуршудов 
Гянджинский государственный университет 
 
РЕЗЮМЕ 
 
Ключевые слова: продовольственные рынки, рыночная конкуренция, рынок совершенной 
конкуренции,  рынок  монополистической  конкуренции,  олигополия,    монополия,  монопсония, 
системный подход   
 
Согласно  методологии  экономической  теории  сельскохозяйственные  рынки  пре-
дставляют  собой  систему  экономических  отношений  между  субъектами  рынка  в  сфере 
обращения  сельскохозяйственной  и  продовольственной  продукции,  а  также  трудовых  и 
материальных ресурсов сельскохозяйственного производства.  
Особенности  с/х  рынков  обусловлены,  прежде  всего,  условиями  воспроизводственного  
процессы  в  сельском  хозяйстве.  Экономические  процессы  воспроизводства  здесь  переп-
летаются  с  естественными  процессами.  Центральный  вопрос  рыночной  экономики  примени-
тельно к аграрному сектору экономики – как использовать рыночные механизмы, чтобы орга-
низовать максимально эффективное использование ограниченных производственных ресурсов 
отрасли,  чтобы  удовлетворить  спрос  на  сельскохозяйственные  продукты.  Все  эти  вопросы 
рассматривается в данной статье.            
         
 
 
 
 
 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə