Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə85/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   81   82   83   84   85   86   87   88   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
154 
 
UOT 334.7 
AZƏRBAYCANDA KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN İNKİŞAF ETDİRİLMƏSİ 
 
                                                                                                        G.R.Xəlilova 
                                                                                          Gəncə Texniki Kolleci    
 
Açar  sözlər:  sahibkar,  sahibkarlıq  fəaliyyəti,  bazar  iqtisadiyyatı,  vergi,  kredit,    investissiya, 
dövlət dəstəyi 
 
Bu gün sahibkar dedikdə, iqtisadi yaradıcı, 
təşkilati  qabiliyyətlərə,  mürəkkəb  bazar  konyuk-
turası şəraitində düzgün qərar qəbul etməyə, ağıllı 
risk  etməyə  qadir  olub  iqtisadi  fəaliyyəti  həyata 
keçirən təşəbbüskar insanlar başa düşülür. Sahib-
karlıq  iqtisadi  münasibətlərin  konkret  təzahür 
forması olub, cəmiyyətin maddi və mənəvi poten-
sialının  artmasına  zəmin  yaradır.  Sahibkarlıq 
fəaliyyəti  daha  çox  iqtisadi  azadlıqla-sahibkar 
azadlığı  və  qarşılıqlı  təsərrüfat  əlaqələri  ilə  bir-
başa  bağlıdır.  Bu  azadlıqlar  sahibkarlara  iqtisadi 
resurslara  malik  olmaq  və  bu  əsasda  müəyyən 
məhsul istehsalını və xidmət göstərilməsini təşkil 
etmək, kommersiya fəaliyyəti göstərmək, öz tərəf 
müqabillərini  tapmaq  və  müqavilələr  bağlamaq, 
maliyyə,  kredit,  investisiya  əməliyyatlarını  apar-
maq, azad rəqabətə qoşulmaq imkanı verir [1]. 
Bazar  iqtisadiyyatının  əsas  hərəkətverici 
qüvvəsi  olan  sahibkarlıq  həmişə  çalışır  ki,  möv-
cud iqtisadi resurslardan qənaətlə, səmərəli istifa-
də  edərək  dünya  standartlarına  uyğun  rəqabət 
qabiliyyətli  məhsul  istehsalını  artırsın,  rəqabət 
bazarında öz təklifi ilə çıxış edə bilsin və nəticədə 
yüksək mənfəət götürsün. Deməli, milli iqtisadiy-
yatı  formalaşdırmaq  və  inkişaf  etdirmək  üçün 
sağlam  sahibkarlıq  mühitinin  yaradılması,  insan-
ların sahibkarlıq ruhunda tərbiyə olunması və sa-
hibkarlıq  fəaliyyətinin  öncül  inkişaf  istiqamətlə-
rinin müəyyənləşdirilməsi zəruridir [5]. 
Sahibkarlığın  inkişafı  bir  tərəfdən  məhsul 
bolluğu  yaratmaqla  daxili  istehlak  bazarının  for-
malaşmasına  səbəb  olur  və  sağlam  rəqabət  üçün 
geniş  imkanlar  açır,  digər  tərəfdən  isə  işsizlik 
kimi  kəskin  sosial-iqtisadi  problemlərin  həllini 
sürətləndirir  və  dövlət  büdcəsinin  zənginləş-
məsinə kömək edir [3]. 
Azərbaycan  Respublikasinda  sahibkarligin 
inkişafi ilə əlaqədar müəyyən işlər görülüb: Anti-
inhisar  Siyasəti və Sahibkarliga Kömək Komitəsi 
və  həmin  komitənin  nəzdində  Sahibkarlıga  Kö-
mək Milli Fondu yaradilib, ”Sahibkarliq fəaliyyə-
ti haqqinda” Qanun,” Sahibkarlıgin inkişafi sahə-
sində  dövlət  siyasətinin  əsas  istiqamətləri”  və 
“Azərbaycan Respublikasinda kiçik və orta sahib-
karlığa Dövlət Köməyi Proqramı” qəbul edilib[2].  
Sahibkarlıq  fəaliyyəti  haqqinda  Azərbay-
can  Respublikasinin  Qanunu  bütün  mülkiyyət 
formalarının  bərabərliyi  prinsiplərinin  həyata  ke-
çirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçil-
məsi  və  iqtisadi  qərarlar  qəbul  edilməsi  əsasında 
təşəbbüskarligin  və  işgüzarligin  geniş  vüsət  al-
ması üçün əlverişli şəraitin yaradilmasina  yönəl-
dilmişdir. Özəlləşdirmə və aqrar islahatlar inamla 
həyata  keçirilir,  müxtəlif  mülkiyyət  formaları 
inkişaf  etdirilir,  sahibkarlığın  fəaliyyəti  dövlət 
tərəfindən tənzimlənir.  
Bazar  iqtisadiyyatının  hərəkətliyini  və  di-
namikliyini  təmin  edən  azad  rəqabətin  formalaş-
ması  və  inkişafında  kiçik  və  orta  sahibkarlığın 
özünəməxsus yeri var və onun əsas ünsürlərindən 
biri hesab edilir. Belə ki, bazar prinsipləri əsasın-
da  fəaliyyət  göstərən  iqtisadi  sistemin  təkminləş-
məsi  istiqamətində  tənzimləyici  siyasət  aparan 
hökumətimiz kiçik və orta sahibkarlığın təşəkkülü 
və  inkişafı  ilə  bağlı  bir  çox  məqsədyönlü  və  sis-
temli tədbirlər həyata keçirir[4]. 
  Dövlət yenicə işgüzarlıq fəaliyyətinə baş-
lamış sahibkarlara maliyyə baxımından köməklik 
göstərir.  Bir  çox  hallarda  sahibkarlar  üçün  tələb 
olunan  infrastruktura  və  eləcə  də  sahibkarlığa 
xidmət edən, köməklik göstərən bir çox struktur-
ların yaradılmasını öz üzərinə götürür.  Azərbay-
canda kiçik və orta sahibkarlığın inkişafının Döv-
lət Proqramı (2002- 2005 –ci illər) bu istiqamətdə 
həyata  keçirilən  dövlət  tədbirlərinin  sistemliliyi-
nin  təmin  edilməsində  mühüm  rol  oynayaraq  öl-
kədə sahibkarlığın inkişafına böyük təkan vermiş-
dir.  Yeni  iqtisadi  sistemə,  sosial  yönümlü  bazar 
iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq  Azər-
baycanda  həyata  keçirilən  iqtisadi  islahatların 
əsas  istiqamətlərindən  biri  də  sahibkarlıq  fəaliy-
yətinin  formalaşması  və  inkişafı  ilə  bağlıdır.  Bu 
sahədə  həyata  keçirilən  hüquqi,  təşkilati,  iqtisadi 
və  s.  tədbirlərin  nəticəsində  bir  sıra  müsbət  nəti-
cələr  əldə edilmişdir.  Belə ki,  1998-ci  ildə  Ümu-
mi Daxili Məhsulun 55 %-i özəl bölmənin payına 
düşmüşdür. 1998-ci ilin əvvəlində respublikamız-
da  dövlət  qeydiyyatından keçmiş  12  mindən  çox 
kiçik müəssisə, 11,6 mindən çox kəndlifermer tə-
sərrüfatı,  mindən  çox  kooperativ,  2  minə  yaxın 
müştərək  və  xarici  müəssisə  yaranmış  və  fəa-


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə