Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə90/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   86   87   88   89   90   91   92   93   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
162 
 
Bu,  ölkədə  torpaqların  meliorativ  vəziyyətinin 
aşağı  olması  ilə  əlaqədardır  ki,  bu  da  öz  növbə-
sində  yüksək  və  sabit  məhsul  götürülməsini  ən-
gəlləyən başlıca səbəblərdən biridir.  
Aqrar  bölmədə  istehsalın  intensivləşdiril-
məsi bu sahənin maddi-texniki resurslarla təchizat 
sisteminin  təkmilləşdirilməsində  əhəmiyyətli  rol 
oynayır.  Digər  tərəfdən  qeyd  etmək  lazımdır  ki, 
aqrar  sahədə  maddi-  texniki  resurslar  bazarının 
müasir  tələblərə  uyğun  şəkildə  formalaşması  aq-
rar-sənaye kompleksi sistemində sahələr arasında 
inteqrasiyanın  təşkilindən  bilavasitə  asılıdır. 
Məlum olduğu kimi, aqrar sahədə istifadə olunan 
maddi-texniki resurslar kənardan satın alınır. De-
məli, kənd təsərrüfatının maddi-texniki resurslara 
olan  tələbatının  ödənilməsi  bu  sahədə  istehsalın 
sənaye əsaslarında qurulmasını, daha dəqiq desək
onun mexanikləşdirilməsi və avtomatlaşdırılması-
nı zəruri edir. Bunlar isə aqrar sahədə əməyin tex-
nika ilə silahlanmasının yüksəlməsinə səbəb olur.  
Bazar  münasibətlərinin  yüksək  səviyyədə 
inkişaf etmiş olduğu ölkələrdə, xüsusilə də ABŞ, 
Fransa,  İngiltərə,  Almaniya,  İtaliya,  Hollandiya, 
Kanada,  Yaponiya  və  s.  ölkələrdə  əkinçilikdə 
əməyin texniki təchizat səviyyəsi sənayeyə nisbə-
tən yüksəkdir. Bu isə əmək məhsuldarlığının yük-
səldilməsinin əsasını təşkil edir. Bu ölkələrin təc-
rübəsinin ümumiləşdirilməsi belə bir nəticə çıxar-
mağa imkan verir ki, ölkəmizdə kənd təsərrüfatı-
nın xüsusiyyətləri nəzərə alınmaqla iqtisadiyyatı-
mızın  bu  çox  mühüm  sahəsində  istehsalın  inten-
sivləşdirilməsi səviyyəsinin yüksəldilməsi obyek-
tiv  zərurətdir  və  bununla  əlaqədar  olaraq  məhsul 
istehsalçılarının dövlət dəstəyinə ciddi ehtiyacları 
vardır. Bu məqsədlə, həmin ölkələrin topladıqları 
müsbət  təcrübədən  istifadə  edilməsi  məqsədəuy-
ğun olardı.  
Bizə elə gəlir ki, yeni yaradılmış təsərrüfat-
çılıq formalarının heç də hamısının müasir texniki 
vasitələri satın almaq imkanı olmadığına görə on-
lara  müxtəlif  üsullarla  texniki  xidmət  göstərmək 
lazımdır.  Aqrar  sahədəki  texniki  xidmət  müəs-
sisələrinin fəaliyyəti azad bazar iqtisadiyyatı prin-
siplərinə  uyğun  gəlməli,  onun  tələblərinə  cavab 
verməli,  iqtisadi,  təşkilati,  texniki  və  texnoloji 
sərbəstlik təsərrüfatçılığın əsas prinsipləri olmalı-
dır.  İstehsalçılarla  texniki  xidmət  müəssisələri 
arasındakı  bütün  münasibətlər  könüllülük  prin-
siplərinə  əsaslanmalı,  bu  prosesdə  müqavilə  mü-
nasibətlərinə üstünlük verilməli, texniki xidmətlər 
və təmir işləri üzrə qiymətlər tərəflərin razılığı ilə  
müəyyən olunmalıdır.  
Doğrudur,  ölkəmizin  kənd  təsərrüfatında 
fəaliyyət göstərən iqtisadi subyektlərin texnika və 
maddi  resurslarla  təmin  olunmasında  “Aqroli-
zinq”  ASC  çox  mühüm  rol  oynayır.  Lakin  qeyd 
etmək lazımdır ki, ölkəyə özəl şirkətlər vasitəsilə 
maddi-  texniki  resursların gətirilməsi  və  ya  onun 
artırılması  müsbət  nəticələr  verə  bilər.  Bunun 
üçün  hüquqi  baza  təkmilləşdirilməlidir.  Bunlarla 
yanaşı, bizə elə gəlir ki, ölkədə  mükəmməl  mad-
di-texniki  resurslar  bazarının  formalaşdırılması 
üçün  kənd  təsərrüfatı  təyinatlı  texnika,  gübrə, 
zərərvericilərə  qarşı  mübarizə  vasitələri  istehsal 
edən müəssisələrin işlərinin bərpa olunması və ya 
yenidən  təşkili  də  müsbət  nəticələr  verə  bilər. 
Bunu  ona  görə  deyirik  ki,  Azərbaycanda  vaxtilə 
müxtəlif növ gübrələr (kalium, fosfor və s.) isteh-
sal olunurdu. Keçid prosesləri ilə əlaqədar ölkədə 
baş  verən  ümumi  tənəzzül  nəticəsində  gübrə 
istehsalı da dayandırılmış, gübrə satın alınması işi 
isə  yaxşı  təşkil  olunmamışdı.  Bunun  nəticəsində 
son dövrlərədək sahələrə verilən mineral və üzvü 
gübrələrin miqdarı xeyli azalmışdı [3, s.215]. 
Dünya  təcrübəsi  gösrərir  ki,  kənd  təsərrü-
fatı  texnikasını  satın  almaq  üçün  kiçik  torpaq 
mülkiyyətçilərinin  vəsaiti  azlıq  edir,  onlar  bunu 
kredit hesabına satın almağa cəhd göstərdikdə isə 
çox ağır yükün altına girmiş olurlar. Bəzi hallarda 
isə  kiçik  torpaq  sahələrinə  xidmət  göstərən  sub-
yektlər  inhisarçı  mövqeyinə  yiyələnməklə  həmin 
təsərrüfatları  çıxılmaz    vəziyyətə  salmağa  cəhd 
göstərirlər.  Bunlara  əsas  etibarilə  göstərilən  xid-
mətlərə  görə  qiymətlərin  yüksək  müəyyən  olun-
ması, texnoloji əməliyyatların optimal müddətlər-
də  və  lazımi  keyfiyyətdə  yerinə  yetirilməməsi 
aiddir. Ona görə də inkişaf etmiş ölkələrdə dövlət 
tərəfindən  kiçik  torpaq  sahiblərinin  subsidiyalaş-
dırılması təcrübəsindən geniş istifadə olunur.  
Beləliklə,  kənd  təsərrüfatında  istehsalın 
intensivləşdirilməsi  ilə  onun  maddi-texniki  re-
surslara olan tələbatının ödənilməsi səviyyəsi ara-
sında  qarşılıqlı  əlaqə  vardır.  Belə  ki,  təsərrüfat-
ların maddi-texniki resurslarla təchiz olunması sə-
viyyəsinin  yüksəldilməsi  istehsalın  intensivləş-
dirilməsinə, bu isə öz növbəsində məhsul istehsa-
lının  artmasına,  ölkədə  ərzaq  təhlükəsizliyinin 
təmin olunmasına təsir göstərə bilər. 
 
ƏDƏBİYYAT  
1.
 
Экономика  и  управление  аграрным  производством.  Учебное  пособие  для  студентов 
высших учебных заведений. Ростов- на- Дону, 000 «Мини Таип», 2008, 714 с. 
2.
 
V.Abbasov.  Aqrar  sahədə  iqtisadi  tənzimləmənin  aktual  problemləri.  Monoqrafiya.  Bakı: 
2012, 423 s. 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə