Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə98/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   94   95   96   97   98   99   100   101   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
174 
 
HUMANİTAR 
 
AQRAR SAHƏDƏ İSTEHSAL STURUKTURUNUN MODERNLƏŞMƏSİNDƏ 
 QANUNVERİCİLİK: TARIXİ VƏ XÜSUSİYYƏTLƏRİ 
 
                                                Hüquq üzrə fəlsəfə doktoru  Ə.Ə.Kazımov, 
                                                                     baş müəllim M.A.Məmmədov 
                                                        Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Açar sözlər:  qanunvericilik, aqrar sahə, fermer, ərzaq  təhlükəsizliyi, azad rəqabət  
 
Kənd  təsərrüfatının  inkişafı  Azərbaycan 
Respublikasının  ərzaq  təhlükəsizliyinin  təmin 
olunması və əhalinin ərzaq malları ilə etibarlı tə-
minatı problemləri hazırda aktual əhəmiyyət kəsb 
edir  və  aqrar  münasibətlərin  hüquqi  tənzimlən-
məsində  xarici  təcrübənin  yaradıcılıqla  istifa-
dəsini mütəmadi nəzərdən keçirilməsini və özünü 
doğrultmuş  üsulların  təcrübədə  tətbiqini  tələb 
edir

[1,2].
 
Bizim  ölkəmizin  təbii-iqlim  şəraitinin  xü-
susiyyətləri aqrar istehsalın inkişafı üçün əlverişli 
olmasına baxmayaraq son yüz illiyin çox saylı so-
sial-iqtisadi  silkələnmələri  ilə  subyektiv  çətinlik-
lər  yaradır.  Müharibələri,  kütləvi  kollektiv-
ləşdirməni  fərdi  kəndli  təsərrüfatlarının  ləğvini, 
sonra  isə  kolxoz  və  sovxozların  ləğvi  ilə  həyata 
keçirilən aqrar islahat və bazar iqtisadiyyatına ke-
çid-bütün  bunlar  iqtisadiyyatın  aqrar  sahəsində 
son 20 ildə kənd təsərrüfatı istehsalçılarının əksə-
riyyətinin  müflislik  həddində  fəaliyyət  göstərmə-
sinə gətirib çıxardı.  
Dövlətin  həyata  keçirdiyi  tədbirlər  o  cüm-
lədən  məhsul  istehsalçılarına  bir  başa  maliyyə 
yardımı vəziyyəti bir qədər dəyişməyə imkan ya-
ratdı.  Ancaq  kənd  təsərrüfatının  dirçəldilməsi 
üzrə planlı hərəkətlər ilk növbədə aqrar qanunve-
riciliyin  təkmilləşdirilməsi  zəruridir.  Kənd  təsər-
rüfatı  sahəsində  münasibətlərin  hüquqi  tənzimlə-
mənin  imkanları  və  istiqamətləri  hüquq  ədəbiy-
yatında mütəmadi tədqiq olunur.  
Aqrar qanunvericiliyin vəziyyəti və inkişaf 
perspektivlərinin  nəzəri  tədqiqi  zamanı  tez-tez 
sual ortaya çıxır ki, bəs xaricdə bu problemlər ne-
cə  həll  olunur.  İş  burasındadır  ki,  əksər  xarici 
dövlətlər  Azərbaycandan  fərqli  olaraq  fermer  tə-
sərrüfatlarının  və  kənd  təsərrüfatı  kooperativlə-
rinin  inkişaf  etdirilməsində  çox  illik  təcrübəyə 
malikdirlər.  İnkişaf  etmiş  ölkələrdə  əhalinin 
ekoloji  təmiz  qida  məhsulları  ilə  təmin  olunması 
kənd  təsərrüfatı  məhsullarının  keyfiyyətinə  və 
təhlükəsizliyinə  nəzarət  getdikcə  daha  böyük 
əhəmiyyət kəsb edir
 
[1]. 
Bununla  yanaşı  iqlim  dəyişkənliyi  proses-
lərinin,  təbiət  kataklizmlərinin  (quraqlıq,  su  bas-
malar)  baş  verməsi  ərzaq  ehtiyatlarının  yaradıl-
ması zərurəti barədə düşünməyə vadar edir.  
Kənd Təsərrüfatının inkişafı üçün qanunve-
ricilik bazasının yaradılması ABŞ-ın iqtisadi siya-
sətində mühüm yer tutur.  
1980-ci  ildə  kənd  təsərrüfatı  birinci  yerə 
çıxmışdır. Belə ki, ona dövlət tərəfindən daha çox 
diqqət yetirilirdi. Həm ölkədə, həm də dünya səh-
nəsində  baş  vermiş  yeni  hadisələr  kənd  təsərrü-
fatının və ərzaq təhlükəsizliyinin təmin olunması 
problemlərinin həllinə yanaşma bəzi əvvəlki prin-
siplərinə  yenidən  baxılmasına  gətirib  çıxardı.  Bu 
problemlər  ABŞ  Konqresi  üçün  çox  vaciblərdən 
biri  oldu  və  o  dövrdə  qəbul  olunmuş  qanunlarda 
öz əksini tapdı.  
Ötən əsrin 80–ci illərinə qədər bütün kənd 
təsərrüfatı qanunvericiliyi ailə fermerçiliyinə yar-
dım göstərilməsinə yönəldilmişdi. “ABŞ-ın ərzaq 
təhlükəsizliyi haqqında” 1985- ci il Qanunu kənd 
təsərrüfatının inkişafının yeni mərhələsinin hüqu-
qi  əsasını  qoydu.  Bu  qanun  dövlətin  ABŞ  üçün 
strateji  əhəmiyyəti  olan  kənd  təsərrüfatına  iqtisa-
diyyatın  xüsusi  sahəsi  kimi  münasibətini,  habelə 
ölkənin büdcə  hesabına  kənd  təsərrüfatının  geniş 
maliyyələşdirilməsinin  saxlanılmasına  götürdüyü 
kursu təsdiq etdi.  
Bu normativ hüquqi akt kənd təsərrüfatının 
inkişafına yanaşmada  yeni baxışları leqallaşdırdı. 
Qanunvericilikdə  təsbit  olunmuş  əvvəlki    siyasi 
xətdən fərqli olaraq bu qanunda aşağıdakı iki əsas 
istiqamət  müəyyənləşdirilirdi.:1  Ölkənin  kom-
mersiya kənd təsərrüfatının  stabilləşdirilməsi. Bu 
isə  dövlətin  iri  təsərrüfatları  inkişaf  etdirilməsinə 
istiqamətlənməsi  demək  idi.  2.  Kənd  yerlərində 
sosial sabitliyin saxlanmasını nəzərə alaraq qanun  
kənd  rayonlarında  lazımi  səviyyəni  təmin  olun-
ması, habelə kənd təsərrüfatının dövlət tərəfindən 
subsidiyalaşdırılmasının yeni mexanizminin tətbi-
qi  və  orta  fermerlərə    yardım  göstərilməsini  nə-
zərdə tutur. 
1990- cı ildə qəbul olunmuş “kənd təsərrü-
fatı  məhsulları  təminatının  müdafiəsi  haqqında” 
qanun fermerlərin və bütövlükdə cəmiyyətin kənd 
təsərrüfatının mühüm məsələlərinin həllinə yönəl-


   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
175 
 
miş səylərini birləşdirdi. Kənd təsərrüfatı bitkilə-
rinin  istehsal  həcminin  tənzimlənməsi  proqram-
ları qəbul edildi. Kənd təsərrüfatı xərcləri ABŞ-ın 
kənd  təsərrüfatının  inkişafının  sabitləşdirilməsi 
üçün  uzunmüddətli    investisiyalar  kimi  nəzərdən 
keçirilməyə başlandı.  
1996-cı  ilə  “kənd  təsərrüfatının  təkmilləş-
dirilməsi  və  islahatı  haqqında”  qanununun  qəbul 
olunması  ilə  fermerlər  kənd  təsərrüfatı  istehsalı 
həcmlərinin planlaşdırılmasında daha çox sərbəst-
lik  əldə  etdilər.  Bu  Proqram  2002-  ci  ilə  qədər 
qüvvədə olmuşdur.     
Almaniyada  hazırda  mövcud  olan  iqtisadi 
quruluş  sosial bazar təsərrüfatı adlandırılır. Onun 
əsas prinsipləri aşağıdakılardan ibarətdir: 1.İsteh-
sal  vasitələri  üzərində  xüsusi  mülkiyyət,  ancaq 
bununla  yanaşı  kapitaldan  istifadəyə  görə  sahib-
karın  gücləndirilmiş  hüquqi  məsuliyyəti  də  qa-
nunla nəzərdə tutulur. 2. Azad rəqabət və dövlətin 
təsiri  ilə  bazarın  açıqlığı.  3-cü  sabit  valyutanın 
“təmin  olunması  və  sabit  təsərrüfat  siyasəti”.  4. 
Ölkədə və Avropa İttifaqı çərçivəsində iqtisadiy-
yatda  inteqrasiya  proseslərinə  dəstək.  5.  Bazarın 
neqativ təsirindən əhalinin müdafiəsi sistemi. 
“ADR –də kənd təsərrüfatının sosial və  iq-
tisadi  bazar  iqtisadiyyatına  struktur  adaptasiyası 
haqqında    “qanunda    özəlləşdirmə  məsələsi  önə 
çəkilir. Bu qanunda göstərilir ki, torpaq üzərində 
və istehsalatda xüsusi mülkiyyət bərpa olunacaq-
dır.  Eyni  zamanda  qeyd  olunur  ki,  Almaniyanın 
Şərq regionunda  kənd təsərrüfatı müəssisələrinin 
təşkilati-hüquqi  formaları  onun  qanunlarına  uy-
ğun  olaraq  təşkil  edilməlidir.  Bu  qanunun  əsas 
müddəaları  aşağıdakıları  ehtiva  edir:  rəqbət  pro-
sesində  bütün  mülkiyyət  formaları  üçün  bərabər 
imkanların yaradılması; rəqabət qabiliyyətli kənd 
təsərrüfatı  məhsulu  istehsalı  üçün  bünövrənin 
yaradılması;  məhsul  istehsalçılarına  yardım  üçün 
güzəştli  kreditlər  verilməsi;  şərqi  alman  istehsalı 
olan məhsulların ixracının stimullaşdırılması üzrə  
tədbirlərin müəyyənməşdirilməsi; kənd təsərrüfatı 
məhsullarının  alınması  üçün  subsidiyaların  veril-
məsi .  
Fransanın kənd təsərrüfatında təsərrüfatçılı-
ğın  iki  əsas  üsulu  geniş  yayılmışdır:  birbaşa  və 
dolayı. Birinci halda kənd təsərrüfatı təyinatlı tor-
paqlar  onun  mülkiyyətçisi  tərəfindən  becərilir. 
İkinci halda isə becərməni təsərrüfatı bir və ya bir 
neçə  torpaq  mülkiyyətçisindən  icarəyə  götürmüş 
şəxs həyata keçirir. Son 100 il ərzində kənd təsər-
rüfatı sahələri bir başa təsərrüfatçılıq metodu əsa-
sında  becərilir.  Fransanın  kənd  təsərrüfatında  tə-
sərrüfatçılığın kollektiv formaları da müəyyən yer 
tutur.  Onlar  kənd  təsərrüfatı  istehsalı  prosesinə 
əsaslı  təsir  göstərirlər.  Kollektiv  təsərrüfatların 
içərisində kooperativlər mühüm yer tutur.  
Fransada kənd təsərrüfatı istehsalının təşki-
linin digər kollektiv formaları da mövcuddur: fak-
tiki  cəmiyyətlər,  kənd  təsərrüfatı  istehsalının  və-
təndaş cəmiyyətləri və kənd təsərrüfatı istehsalçı-
larının  birlikləri.  Onlar  müəyyən  kənd  təsərrüfatı 
məhsullarının istehsalı və satışını müvafiq müqa-
vilələr əsasında təmin edirlər.   
Aqrar  hüquq  münasibətlər  Fransada  kənd 
təsərrüfatı  da  müxtəlif  mülkiyyət  firmalarının 
mövcudluğunu,  kənd  təsərrüfatı  müəssisələrini 
idarə olunmasını müxtəlif formalarının  mümkün-
lüyünü, icarə münasibətlərinin inkişafının, iri fer-
mer  təsərrüfatlarına  istiqaməti  təsbit  edən    Aqrar 
Məcəllənin tətbiqi ilə tənzimlənir. Son illərdə Bö-
yük Britaniyada aqrar sahənin sənaye kapitalı ilə 
Birləşməsi  təmayülü  müşahidə  olunur;  İri  aqrar 
sənayesi  kompleksləri  yaradılır;  ayrı-ayrı  ərzaq 
məhsullarının istehsalı təmərküzləşir.  
Bu  ölkədə  torpaq  üzərində  mülkiyyət  hü-
ququnun  təmin  olunması  və  zəmanətlər  sistemi-
nin,  rentaya  nəzarət  və  kompensasiya  şərtləri 
1990-cı  ildə  qəbul  edilmiş  “Kənd  təsərrüfatı  tor-
paq mülkiyyətçiliyi haqqımda” Aktla tənzimlənir. 
Böyük Britaniyada aqrar münasibətlərin in-
kişafında  fermerlər,  torpaq  mülkiyyətçiləri  və 
muzdlu işçilər  iştirak  edirlər.  Əksər hallarda  Bri-
taniya  ferması  ailə  biznesidir.  Fermerlər  kopera-
tivlərdə birləşirlər. Kooperasiyanın həyata keçiril-
diyi əsas formalar aşağıdakılardan ibarətdir:  
1.
 
Dövlət  kooperativ  kredit  sistemi  onları 
kənd  təsərrüfatı  məhsullarının  satış  və  emalı  və 
təsərrüfatlara  istehsal  vasitələrinin  çatdırılması 
üzrə ənənəvi kooperativlər təmsil edirlər.  
2.
 
 Universal  xarakterli  iri  kooperativ  bir-
likləri .  
3.
 
Regional  milli  əhəmiyyətli  şaquli  və 
üfiqi  inteqrasiya  əsasında  yaradılmış  kooperativ 
birliklərin  . 
4.
 
Ortaqlığa  əsaslanan  istehsalat  koopera-
tivləri  
İsraildə torpaq münasibətləri “Torpaq mül-
kiyyətçiliyi  haqqında  əsas  qanunla  tənzimlənir. 
Bu  ölkədə  aqrar  sahənin  inkişafı  mərhələlərinə 
müraciət etsək görərik ki, əvvəlcə Rusiyada olan 
yahudilər ölkənin Avropa hissəsi əhalisindən top-
lanmış  vəsaitlərlə  Fələstin  torpaqlarını  almağa 
başladılar.  Alınan torpaqların  şəxsi  mənsubiyyəti 
yox idi. (Bu torpaqlar İsrailə köçüb gəlmiş  ailələr 
üçün  alınırdı.)  BU  məqsədlə  Yahudi  Milli  fondu 
yaradıldı  ki,  həmin  fondda  bütün  kreditlər,  alın-
mış  torpaqlar  və  bütün  digər  daxilolmalar  cəm-
lənmişdi. Yahudi Milli Fondu Nizamnamə əsasın-
da  fəaliyyət  göstərir.  Nizamnaməyə  görə  toplan-


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə