Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə92/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   88   89   90   91   92   93   94   95   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
165 
 
lər  arasında  2005-ci  ilə  qədər  mənfi  saldo  olub. 
2006-cı ildən isə vəziyyət dəyişməyə başlayıb. 
Azərbaycana  gələn  xarici  turistlərin  sayı 
ildə  orta  hesabla  10-11%  artır.  Əgər  2002-ci ildə 
Azərbaycana  428  min  xarici  turist  səfər  edibsə, 
artıq 2007-ci və 2008-ci illərdə bu göstərici 1 mil-
yonu  üstələyib.  Eyni  zamanda,  2007-ci  ildə  tu-
rizm sahəsində formalaşan gəlirlərin məcmu həc-
mi təxminən 177 milyon ABŞ dolları, 2008-ci ilin 
ilk  yarısında  isə  96,5  milyon  dollar  təşkil  edib. 
Əgər 2002-ci ildə Azərbaycanda 94 otel və meh-
manxana tipli obyekt fəaliyyət göstərirdisə, 2015-
ci  ildə  həmin  göstərici  554-yə  çatıb.  Azərbaycan 
turizm  sektorunun  əsas  inkişaf  dövrü  son  6-7  ilə 
təsadüf  edir.  Azərbaycanın  turizmdən  götürdüyü 
gəlir  hələlik  qənaətbəxş  deyil.  Kiçik  bir  Kipr 
Türk  Cumhuriyyəti  bu  sahədən  ildə  2  milyard 
dollar  qazandığı  halda,  ölkəmizdə  bu  rəqəm  100 
milyon dollardır. Azərbaycana gələn turistlərin 93 
faizinin  hava  nəqliyyatından  istifadə  edir.  Azər-
baycan  bir  turistdən  cəmi  600-700  dollar  qazana 
bilir. Azərbaycanda 6000-dən çox tarixi abidənin 
olmasına  baxmayaraq,  onların  əksəriyyəti  yaxşı 
vəziyyətdə deyil. Bu isə yaxın gələcəkdə turizmin 
inkişafına ciddi maneədir. Azərbaycanda xristian-
lığa, islama aid müxtəlif ziyarətgahlar var. Onları 
bərpa edib, xeyli gəlir götürmək olar. 
 Bahalı xidmətlər, qeyri-peşəkar xidmət xa-
rici  turistlərinin  ölkəyə  cəlb  edilməsi  üçün  Azər-
baycanda  bir  sıra  kompleks  tədbirlər  həyata  ke-
çirilməlidir. Belə ki, ilk növbədə mövcud qiymət 
və tariflər turistlər üçün optimal həddə endirilmə-
lidir,  yeni  çarter  aviareysləri  açılmalıdır,  əlavə 
investisiyalar yatırılmalıdır və s. Ölkənin mövcud 
turizm  potensialından  və  bu  sektorda  sahibkarla-
rın  imkanlarından  hələ  yetərincə  istifadə  edilmə-
yib.  Problemlər  Azərbaycanda  istirahətin  xarici 
ölkələrlə  müqayisədə  baha  başa  gəlməsi,  xidmə-
tin səviyyəsinin yüksək olmaması və ən əsası tu-
rist  cəlb  etmək  üçün  lazımi  işlərin  görülməməsi 
ilə  xarakterizə  edilir.  Məsələn,  Azərbaycanda 
otellərdə  lüks  şəraitli  "VİP"  nömrələrdə  sutkalıq 
qiymət 1000 manatdan 2 min manata qədər dəyi-
şir.  Halbuki  Amerikada  1  həftəlik  səyahət  bizim 
vətəndaşa gediş-gəliş xərcləri də daxil olmaqla 5-
6  min  dollardan  artıq  etmir.  Birləşmiş  Ərəb 
Əmirliklərində istirahətin qiyməti 1500 dollardır. 
Şimali  Kiprdə  isə  belə  istirahət  təxminən  1000 
dollara başa gəlir. Türkiyədə Antalya kimi tannin-
mış turizm bölgəsində istirahət xərci 600-700 dol-
lardır.  Əcnəbilər  Azərbaycana  istirahətdən  çox, 
səyahət  etməyə  gəlirlər.  Azərbaycanda  turistlərin 
ümumi  sayında  hər  il artım  müşahidə  edilir.  He-
sablamalara görə, 2008-ci ilin altı ayı  ərzində öl-
kəmizə  783  min  nəfər  xarici  vətəndaş  gəlib  ki, 
onların  da  70-90  faizi  turist  olub.  Bu  da  2007-ci 
ilin  analoji  dövrü  ilə  müqayisədə  200  min  nəfər 
çoxdur.  Əgər  həmin  il  Azərbaycana  900  min  tu-
rist istirahətə gəlibsə, 2008-ci ildə həmin göstərici 
bir milyonu ötüb. Ümumiyyətlə, 2002-ci illə mü-
qayisədə iki dəfə artım müşahidə edilib. Turistlər 
daha çox cənub bölgəsinə üz tuturlar. Qeyd edək 
ki,  Azərbaycanda  ən  çox  sovet  dövründən  qalan 
turizm zonalarına-Nabran və Qubaya maraq daha 
çoxdur. Cənub bölgəsi turistlərin bugünki zövqü-
nə  uyğun  qurulub.  Məsələn,  Lerik  rayonundakı 
istirahət  bazası  2008-ci  ilin  yay  mövsümündə 
bütün  günləri  dolu  olub,  turistlər  burada  böyük 
həvəslə  istirahət  ediblər.  Eyni  zamanda  Masallı 
bölgəsində, Şamaxı, Şəki, Qaxda da bir çox irəl-
ləyişlər var. 
Əvvəlki  illərlə  müqayisədə  Azərbaycanda 
son  5  il  ərzində  həm  turist  xidməti,  infrastruktur 
sahəsində, həm də regionlardakı turizm xidmətinə 
uyğun  olan  əlavə  sahələrin  inkişafı  ilə  bağlı 
sahibkarların  turizm  fəaliyyətinə  marağının  art-
masında çox böyük irəliləyişlər var. Eyni zaman-
da artıq Azərbaycanın turizm sənayesinə də xari-
cilərin  investisiya  qoymaq  arzusu  var.  Həm  döv-
lət, həm də Məniyyət və Turizm Nazirliyi tərəfin-
dən  aparılan  siyasət  nəticəsində  istər  yerli  sahib-
karlar  arasında,  istərsə  də  xaricdən  investorların 
turizm biznesinə marağı artıb. Regionların sosial-
iqtisadi  inkişafı  proqramı  çərçivəsində  Azərbay-
canın  müxtəlif  bölgələrində  turizmin  inkişafı  ilə 
bağlı layihələr həyata keçirilib. 
 Sahibkarlar üçün qısamüddətli turizm döv-
rü Azərbaycanda turizmin və bu sahədə fəaliyyət 
göstərən sahibkarların  ən böyük problemlərindən 
biri  turizm  günlərinin  sayının  az  olmasıdır.  Elə 
qiymətlərin  yüksək  olması  da  konkret  olaraq  bu 
məsələylə bağlıdır. 11 iqlim qurşağının 9-u ölkə-
mizdə mövcud olsa da, bu amil hələ ölkəmizdə il 
boyu  turizmin  inkişafına  o  qədər  də  imkan  ver-
mir.  Çünki  turizm  günlərinin  sayı  çox  olmadan 
turizmin  geniş  vüsətli,  davamlı  və  stabil  inkişa-
fına  nail  olmaq  qeyri-mümkündür.  Gərək  ölkədə 
ilin  bütün  fəsillərinə  cavab  verən  bir  turizm  in-
frastrukturu qurulsun ki, turizm günlərinin də sayı 
çoxalsın.  Çünki  turizm  şirkətləri  ancaq  2-3  ay 
işləyirlər. İstər-istəməz şirkət də böyük bir obyekt 
saxlayan  özəl  sektor  olduğu  üçün  onun  xərcləri 
çoxdur. Şirkət, sahibkar ilboyu büdcə xərclərinin 
hamısını bir fəslin üstünə salır. Bu isə qiymətlərin 
baha  olmasına  gətirib  çıxarır.  Məhz  bu  hallar 
qiymətlərin  artma  istiqamətində  qalmasına  kö-
məklik göstərir. Fikrimizcə, həm dövlətin dəstəyi-
lə,  həm  də  sahibarkarların  köməyi  ilə  ilin  bütün 
fəsillərinə uyğun turizm infrastrukturu yaradılma-
lıdır.  Bununla  belə,  ilk  növbədə  qış  turizminin 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə