Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə88/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   ...   84   85   86   87   88   89   90   91   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
158 
 
DAXİLİ İSTEHLAK BAZARININ TƏNZİMLƏNMƏSİNDƏ  
DÖVLƏTİN ROLU 
 
İqtisadçı Z.B.Bayramova 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Açar sözlər:istehlak ,təlabat,rəqabət, dövlət, tənzimlənmə, idxal, ixrac 
 
Bazar  iqtisadiyyatı  istehsalın  intensivləş-
məsinə xidmət edən  liberal iqtisadi mühiti forma-
laşdırsa  da,  bir  sıra  mühüm  sosial,  ekoloji  prob-
lemlərin  lazımi  səviyyədə  həllini  təmin  etmir. 
Keçən  əsrin  əvvəllərindən  etibarən  iqtisadiyyata 
dövlət  müdaxiləsinin  zəruriliyi  ilə  yanaşı,  onun 
əhatə  dairəsi  və  səmərəliliyi  məsələləri  dövri 
olaraq  müzakirə  olunur.  Qloballaşma  prosesinin 
sürətlənməsi  iqtisadiyyatın  dövlət  tənzimlənməsi 
məsələlərini 
aktuallaşdırmaqla 
xalis  bazar 
münasibətlərinin  yaratdığı  rəqabət  mühitinə 
xüsusi  diqqət  tələb  edir.  Bu  aspektdən  yanaşsaq, 
həyata  keçirilən  tənzimləyici  tədbirlər  sərbəst 
bazar  mühitini pisləşdirməməli, iqtisadi fəallığın 
daxili motivasiyasını zəiflətməməlidir. 
Ölkənin  inkişaf  səviyyəsindən  asılı  olaraq 
daxili  istehlak  bazarının  dövlət  tənzimlənməsinin 
əsas istiqamətləri müxtəlif ola bilər. Bu istiqamət-
də qeyd olunması vacib olan prioritetlərə aşağıda-
kılar  aid  edilməlidir:  istehlakçı  və  istehsalçı  ma-
raqlarının konsensusu meyarları üzrə daxili baza-
rın  nizamlanması,  kənd  təsərrüfatı  məhsullarının 
dövlət tərəfindən alqı-satqısının həyata keçirilmə-
si, kənd təsərrüfatı istehsalçılarının bazar qiymət-
ləri  barəsində  operativ  məlumatlandırılması,  ər-
zaqla etibarlı təminatın iqtisadi və ekoloji meyar-
ları  baxımından  xarici  iqtisadi  əlaqələrin  tənzim-
lənməsi, tarif və qeyri-tarif vasitələrinin tətbiqi ilə 
səmərəli  dövlət  müdaxiləsinin  həyata  keçirilməsi 
və idxalın subsidiyalaşdırılması, kəndin sosial in-
kişafının təmin edilməsi üçün məqsədli maliyyə-
kredit dəstəyinin reallaşdırılması. 
Hazırda  istehlak  bazarın  tənzimlənməsi 
prosesində  bir  məsələni,  ilk  növbədə  bazarda  tə-
ləb və təklifin tarazlaşdırılmasında yaranan çətin-
likləri, ölkəyə idxal olunan məhsulların qiymətlə-
rinin  səviyyəsini,  nəticədə  yerli  istehsalçıların 
əmtəələrinin  qiymətlərini  özlərinin  iqtisadi  ma-
raqlarına  uyğun  gəlib-gəlməməsindən  asılı  olma-
yaraq bazarın tələbi səviyyəsində müəyyən etmə-
yə  məcbur  olmasını  qeyd  etmək  yerinə  düşərdi. 
Deməli,  kənd  təsərrüfatının  mövcud  iqtisadi  və-
ziyyətə  düşməsinin  əsas  səbəblərindən  biri  də 
istehsala  çəkilən  xərclərin  qiymətqoyma  prosesi 
zamanı yuxarıda göstərilən səbəblər üzündən heç 
də  həmişə lazımi  səviyyədə  qiymətləndirilməmə-
si,  həmçinin  kənd  təsərrüfatı  istehsalında  istifadə 
olunan  maddi-texniki  resursların  qiymətləri  ilə 
aqrar  bölmə  məhsullarının  qiymətlərinin  artımı 
arasındakı tarazlığın pozulmasıdır [1]. 
Məlumdur  ki,  qiymət  siyasətində  əsas  mə-
sələlərdən  biri  də  istehsal  və  emal  müəssisələri 
arasındakı  qarşılıqlı  iqtisadi  əlaqələrin  təşkili  sə-
viyyəsi  ilə  bağlıdır.  Bu  əlaqələrin  səmərəliliyinin 
təmin olunması məqsədilə son dövrlər kənd təsər-
rüfatı məhsullarının dövlət tədarük təşkilatları va-
sitəsilə  alınması  ləğv  edilməklə  istehsal  və  emal 
müəssisələrinə tam iqtisadi sərbəstlik verilmişdir. 
Lakin  bu  tədbir  azad  qiymətlərlə  satışın  təşkili 
təcrübəsinin  olmadığı  bir  şəraitdə  həyata  keçiril-
diyindən  istehsalçılar  öz  məhsullarının  qiymətlə-
rini müəyyən etməkdə ciddi çətinliklərlə qarşılaş-
malı  olurlar.  Bundan  başqa,  əmtəə  istehsalçıları-
nın qiymətqoyma prosesində sərbəstlik əldə etmə-
si  bazar  infrastrukturunun  lazımi  səviyyədə  for-
malaşmadığı bir şəraitdə baş verdiyindən, həmçi-
nin,  istehsalın  həcminin  azalması  və  material-
texniki  resursların  qiymətlərinin  həddən  artıq 
yüksəlməsi  səbəbindən  kənd  təsərrüfatı  məhsul-
ları  qiymətlərinin  düzgün  əsaslandırılmasında 
problemlər yaranmışdır. 
Hazırda  qiymətlərin  tənzimlənməsi  aşağı-
dakı üsulla həyata keçirilir: 
-  qiymətlərin  son  səviyyəsinin  müəyyən 
edilməsi; 
- tətbiq olunan preyskurant qiymətlərin son 
hədd güzəştlərinin və əmsallarının müəyyən edil-
məsi; 
-  pərakəndə  satış  qiymətlərinin  son  həddi-
nin müəyyən edilməsi
-  birdəfəlik  qiymət  artırmalarının  son  həd-
dinin müəyyən edilməsi; 
- inhisar qiymətlər üzərində dövlət nəzarəti; 
- dövlət müəssisələri tərəfindən qiymət qo-
yuluşu ilə bazar qiymətlərinin tənzimlənməsi. 
Qiymətlərin  dövlət  tənzimlənməsi  inhisar-
laşma dərəcəsinin və inhisarların qiymətlərə təsi-
rinin  zəifləməsi,  milli  inhisarların  mənafelərinin 
bir-birinə  ziddiyyətlilik  dərəcəsinin  daha  az  ol-
duğu sahələrdə geniş tətbiq olunur. Bu qadağalar 
kənd  təsərrüfatı  və  emal  sənaye  sahələrində  və 
enerji sahəsinə də tətbiq olunur. 
 


   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
159 
 
Cədvəl 1 
Kənd təsərrüfat məhsullarının istehsalçı qiymətləri indeksi 
(əvvəlki ilə nisbətən faizlə) [3] 
 
 
 
 
 
Mənbə:www.stat.gov.az 
 
İstehlak  bazarının  tənzimlənməsi  sistemi-
nin  səmərəliliyinin  yüksəldilməsi  ölkə  əhalisinin 
etibarlı ərzaq təminatının əsas amillərindəndir. Bu 
baxımdan,  risklərin  idarə  edilməsi  mexanizminin 
təkmilləşdirilməsi  həlledici  əhəmiyyətə  malikdir. 
Milli  iqtisadiyyatın,  o  cümlədən,  istehlak  bazarı-
nın  tənzimlənməsi  tələb,  təklif  və  qiymətlərin 
tənzimlənməsindən  keçir.  Bu  baxımdan,  bazarın 
dövlət  səviyyəsində  tənzimlənməsi  istiqamətləri 
kimi  müvafiq  mənbələrdə  əsasən  aşağıdakılar 
təqdim olunur: 
-  pul siyasəti (pulların emissiyası, kredit, o 
cümlədən ipoteka siyasəti və s.) 
-  əhalinin  məşğulluğunun  və  gəlirlərinin 
tənzimlənməsi; 
- davamlı sosial siyasətin həyata keçirilmə-
si  (təhsilin,  mədəniyyətin,  tibbin,  idmanın,  dinin 
inkişaf  etməsi  və  yayılması  üçün  tədbirlər  siste-
minin reallaşdırılması; 
-  xarici  iqtisadi  əlaqələr  və  xarici  ticarətdə 
qarşılıqlı  güzəştlər  sisteminin,  yükdaşıma  tariflə-
rinin,  beynəlxalq  sertifikatların,  lisenziyaların, 
idxal  və  ixrac  əməliyyatları  və  əlaqələrinin  tən-
zimlənməsi [2]. 
Kənd  təsərrüfatı  və  emal  sənaye  sahələri 
üçün  əsas  xammal  bazası  olduğundan  bu  sahədə 
istehsal  olunan  məhsulların  qiymətlərinin  ərzaq 
və qeyri-ərzaq xalq istehlakı mallarının qiymətlə-
rinin formalaşmasında həlledici rolu nəzərə alına-
raq əmtəə məhsullarının satınalma qiymətləri üzrə 
dövlətin  tənzimləmə  mexanizmi  yaradılmalıdır. 
Bunu  inkişaf  etmiş  xarici  ölkələrin  təcrübəsi  də 
sübut edir. Məhz bu bu aspektdən yanaşsaq, res-
publikamızda istehlak bazarının dövlət tərəfindən 
tənzimlənməsi  mexanizminin  təkmilləşdirilməsi 
istiqamətində aşağıdakı tədbirlərin həyata keçiril-
məsini məqsədəuyğun hesab etmək olar: 
- aqrar sahədə inhisarçı mövqe tutan müəs-
sisə  və  təsərrüfatların  məhsullarının  qiymətləri 
dövlət  tənzimlənmə  mexanizminin  təşkil  edilmə-
si; 
- kənd təsərrüfatı əmtəə məhsullarının alışı 
üçün təminatlı və məqsədli qiymətlərin müəyyən 
edilməsi; 
-  istehlak  bazarına  məhsul  təklif  edən  
müəssisələrə    vergi  güzəştlərinin  tətbiq  edilməsi 
və unifikasiya olunması; 
-  kənd  təsərrüfatı  maddi-texniki  resurslarla 
təminatda  güzəştli  kreditlərlə  və  lizinq  yolu  ilə 
köməklik  göstərilməsi  mexanizminin  təşkil  edil-
məsi; 
-  ərzaq təminatını təmin etmək üçün əmtəə  
intervensiyalarına və tədarük yolu ilə məhsulların 
alışına imkan yaradılması; 
- daxili istehlak bazarında təlabatın ödənil-
məsində  mühüm  rol  oynayan  strateji  məhsulların 
istehsalçılarına  dövlət  tərəfindən  subsidyalar  və 
digər maliyyə yardımlarının  verilməsi və s. 
 
ƏDƏBİYYAT  
1. Salahov S.V. Aqrar sahənin dövlət tənzimlənməsi. Bakı: 2004, s. 504. 
2Quliyev E.A., Mehrəliyev İ.I. Müasir dövrdə xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi-
nin xüsusiyyətləri. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: "Kooperasiya", 2011, 424 s. 
3. www.stat.gov.az 
 
 
İllər 
2008 
2011 
2012 
2013 
2014 
Cəmi kənd təsərrüfatı  
112.5 
100.3 
107.1 
109.6 
114,8 
Bitkilik məhsulları  
114.4 
97.1 
102,6 
103,1 
101,2 
O cümlədən dənli bitkilər 
133.7 
89.7 
92.7 
100,4 
103,2 
Kartof 
97.4 
95.4 
74,0 
116,5 
92,6 
Tərəvəz 
102.1 
99.5 
103,4 
87,7 
92,5 
Meyvə  
102.5 
104.4 
106,7 
108,6 
105,1 
Heyvandarlıq məhsulları  
112.5 
100.4 
101,4 
104,2 
105,5 
O cümlədən iribuynuzlu qaramal Diri 
quşlar 
121.0 
107.0 
103,8 
104,2 
102,2 
Süd 
106.3 
83.1 
109.5 
100.7 
101,4 
Yumurta 
130.5 
112.3 
124,1 
109,9 
104,6 
Balıq və s. Balıqçılıq məhsulları  
107.8 
74.6 
98,6 
102,5 
101,7 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə