Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   66   67   68   69   70   71   72   73   ...   85

 
 
251
Şairin «Xanlar» pyesində yaratdığı ana obrazı – Qızyetər həm də qonaqpərvər 
bir Azərbaycan qadını kimi yadda qalır. O, mənsub olduğu xalqın övladıdır. Bu 
xalqın isə rus çarizminin idarə üsulu ilə bir yerə sığmayan qaydaları vardır: 
 
...Bir qayda vardır eldə, obada;  
Qonaq əziz olar, qaçaq olsa da.  
Onu ələ vermək namərdlik olar. (130, 187) 
Rus candarmları onu döyür, təhqir edirlər. Lakin ölümcül hala düşən Qızyetərin 
polad iradəsini sındıra bilmirlər. Onun dediyi sözlər olduqca təbii səslənir və bu 
fədakar azərbaycanlı qadını xeyli ucaldır: 
               
   Fələyin zindanı kürəyimdədir,  
               Zamanın zənciri biləyimdədir,  
               Qonağın yerini soruşursunuz?  
               Yarın ürəyimi, ürəyimdədir... (130, 191) 
 
Xalqın həyat tərzində və məişətində baş verən dəyişikliklər də Səməd Vurğunun 
nəzərindən qaçmamışdır. Bu baxımdan «Muğan» poemasında  şairin pambıqçı  qızla 
söhbəti maraqlıdır. Pambıqçı  qız  şairin «Bəs sənin yoxdur ipək paltarın?» sualına 
belə cavab verir: «Elə geyirəm ki, yeri gələndə». Söhbətdən məlum olur ki, indi kənd 
adamlarının iş və bayram paltarları ayrı-ayrıdır. 
Əlbəttə, xalqımıza aid adətlərin heç də hamısı ürəkaçan deyil. Xalqın həyatında, 
məişətində insanı alçaldan, onu mütiliyə, qul olmağa çağıran adətlər də olmuşdur və 
onların bəziləri indi də yaşamaqdadır. 
Şair «Talıstan» poemasında insanları «azca aşım, ağrımaz başım» fikri ilə 
yaşamağa səsləyən adətləri pisləyir, nə  qədər acı da olsa, xatırladır ki, xalqımızın 
tarixində «qıllı börkə», «sarı kürkə» bit düşən səhifələr var. Keçmiş məişətimizdəki 
bu cür  


 
 
252
uyğunsuzluqlar bir sıra xəstəliklər gətirmiş, bəzən də neçə-neçə insan ömrünü 
yarımçıq qoymuşdur. 
Şair öz əsərlərində karvanların talanması, evlərə basqın edilməsi, cindarlıq və 
yalançı falçılıq («Talıstan»), azyaşlı  qızların  ərə verilməsi («Macəra»), ailədə  qız 
uşağının dünyaya gəlişinin pis qarşılanması, qadına kobud münasibət, onun öz ərinin, 
hətta yad kişinin ayağını yuması («Bəsti»), ər tərəfindən döyülməsi («Anamın dərdi») 
kimi adətləri tənqid edir, bu cəhətlərin xalqımızın həyatında o qədər də kök 
atmadığını göstərir və tədricən aradan çıxmasını alqışlayırdı. 
Yüksək vətənpərvərlik ruhlu əsərlərin yaradılmasını bir vəzifə kimi qarşıya 
qoyan Səməd Vurğun özü bu mövzuda dəyərli  ədəbi nümunələr yazdığı kimi, 
Azərbaycan dilinin saflığı uğrunda da mübarizə aparır, eyni zamanda öz əsərlərində 
dilimizin imkan və zənginliklərini təcəssüm etdirirdi. Şair dilin əhəmiyyəti, bədii dil, 
ədəbi dil, əlifba məsələləri barədə  dəyərli fikirlər söyləmiş, Azərbaycan dilinin 
inkişafı və saflaşması naminə səmərəli fəaliyyət göstərmişdir. 
S.Vurğun dilimizin zənginləşməsində  və inkişafında xalq ədəbiyyatını  əvəzsiz 
mənbə hesab edirdi. Şair göstərirdi ki, həyat həqiqətləri, insanların sevinc və 
iztirabları xalq ədəbiyyatında tapıldığı kimi, Azərbaycan türkcəsinin gözəl ifadə 
nümunələri, yaşamış olduğumuz iqtisadi, ictimai həyatımızın bədii obrazları, 
xalqımızın müxtəlif dövrlərdəki bədii zövqləri də  zəngin el ədəbiyyatında istənilən 
qədər vardır. 
S.Vurğun hələ 1935-ci ildə yazmışdır: «Bu günkü şerimizin xalis Azərbaycan 
türkcəsi uğrunda apardığı mübarizədə  şübhə yoxdur ki, el ədəbiyyatının böyük 
yardımları ola bilər. Vaqif kimi böyük bir sənətkarın bu gün belə sevilərək 
oxunmasına səbəb onun geniş xalq kütləsi dili ilə, onların zövqü ilə yazması 
olmamışdırmı? Hələ  də özünü yabançı dillər təsirindən qurtarmamış  şairlərimiz, 
Azərbaycan türkcəsini bu ədəbiyyat vasitəsilə öyrənməlidirlər; onu yaradan geniş 
kütlələrlə üzvi surətdə bağlanmalıdırlar». (135, 26) 


 
 
253
Məhz buna görə də şair ana dilini bu mənbələrdən – folklordan, M.P.Vaqif, Aşıq 
Ələsgər, C.Məmmədquluzadə  və M.Ə.Sabirdən öyrənməyi öz həmkarlarına tövsiyə 
edirdi. S.Vurğun Aşıq  Ələsgərdən öyrənməyi bu el sənətkarının xalis Azərbaycan 
türkcəsində yazılmış  şerlərində bir açıqlıq, saflıq və  təbiiliyin olması, milli ifadə 
formaları  və milli obrazların çoxluğu ilə  əsaslandırırdı.  Şair bu işdə  aşıq 
ədəbiyyatının əvəzsiz rolunu və əhəmiyyətini qəsd etməklə yanaşı, öz əsərlərində rus 
və  əcnəbi sözlərini işlədərək süni surətdə dilə «yenilik» gətirmək istəyənləri ciddi 
tənqid edirdi. «Azərbaycan türkcəsi yaratmaq uğrunda apardığımız mübarizədə el, 
aşıq  ədəbiyyatından istifadə etməliyik. Bizim bəzi yazıçılarımız bəzi rus və  əcnəbi 
sözləri işlədərək ortaya bir «yenilik» çıxarmaq istəyirlər. Lakin bunlar bir yenilik 
deyil, bunlar bizim şerimizi korlamaq, şerimizin sahib olduğu gözəl Azərbaycan 
türkcəsini pozan, onu varvarizmə aparan təşəbbüslərdir ki, biz bunlarla ciddi 
mübarizə etməliyik». (135, 27) 
S.Vurğun Azərbaycan dilinin müasir vəziyyətindən bəhs edərkən onu da 
unutmurdu ki, dilimiz bu səviyyəyə asanlıqla və birdən-birə  gəlib çatmamışdır. O, 
tarixin müxtəlif mərhələlərində klassik şerimizin bəzən zəmindən uzaqlaşdığına, 
böyük sənət nümunələrinin yad dillərdə, xüsusən fars dilində yazıldığına təəssüflənir 
və həm də bunun səbəblərini açıqlayırdı. Şair deyirdi: «Müxtəlif dövrlərdən bir-birini 
təqib edərək gələn ərəb, monqol, fars, rus və osmanlı istilaları altında mütəmadiyən 
əzilən, öz milli mədəniyyətini və dilini bəzən büsbütün itirən, bəzən də inkişaf 
etdirməyə imkanı olmayan Azərbaycan öz şairlərinin simasında qəzəl və  mərsiyə 
ədəbiyyatına keçərək milli şer və sənət formalarından uzaqlaşmağa məcbur olmuşdur. 
Heç də təsadüfi deyildir ki, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Xaqani kimi bir sıra 
böyük və dahi sənətkarlarımız öz ana türk dillərini buraxaraq, bütün zəngin 
yaradıcılıqlarını o zamanın hakim fars dilində verməyə məcbur olmuşlar». (136, 21) 
Səməd Vurğun həmin sənət nümunələrinin məcburiyyət qar- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə