132
sında əks etdirməyə, yeni insanları, yeni ictimai münasibətləri öyrənməyə
çalışmamış, öz şüurundakı köhnə anlayış və təsəvvürlərə əsaslanaraq uydurma
obrazlar yaratmışdır».(107)
Qeyd etdiyimiz kimi, Səməd Vurğun «Quluzadənin müəllifin ünvanına uydur-
duğu bir sıra böhtanlara, ucuz və əsassız ittihamlara cavab» olaraq «M.Quluzadənin
«ədəbi səyahəti» adlı məqalə yazmışdır. Şair bu yazıda «Aygün» poeması və müəllif
barədə deyilmiş tənqidi fikir və mülahizələrin əsassızlığını özünəməxsus dərin
məntiqlə sübuta yetirmiş, tənqidçinin uydurduğu böhtan və ittihamları rədd etmişdir.
Burada tənqidçinin hər bir iradına əsaslandırılmış cavab verilmişdir.
Səməd Vurğun M.Quluzadənin şairə təbii istedaddan daha çox yüksək mədə-
niyyət və dolğun məzmun gərək olması barədə tənqidçi Belinskinin fikirlərini
«Səməd Vurğunun dərindən dərk etməməsi» hökmü ilə çox haqlı olaraq razılaşmır və
«əsərləri zaman qarşısında imtahan vermiş, müxtəlif dillərə tərcümə olunmuş bir
şairin «mədəniyyətsiz» adlandırılmasını ədalətsizlik hesab edir. O yazır: «Quluzadə
bu sözləri yazdığı zaman «Vaqif», «Xanlar», «Fərhad və Şirin» pyeslərini, «Bəsti»,
«Ölüm kürsüsü», «Komsomol poeması» poemalarını, nəhayət müəllifin bütün
yaradıcılığını bir küll halında öz gözlərinin önünə gətirdimi?».(148). Şair onu da qeyd
edir ki, oricinal və qabaqcıl fikirlər deməkdən məhrum, öz mənəvi aləmi yoxsul olan,
bir para «tənqidçilər» yerli-yersiz, vaxtlı-vaxtsız böyük nəzəriyyəçilərdən sitatlar
gətirməklə özlərini «mədəni» bir insan kimi qələmə vermək istəyirlər. Şairə görə, bu
adamlar Belinskinin də, Dobrolyubovun da, Axundovun da mədəniyyətini, hər
şeydən əvvəl, yaradıcı bir mədəniyyət olduğunu unudurlar. Məhz buna görə də
Səməd Vurğun şairin mədəniyyətinin onun yaradıcılığından ayırmağın, təcrid
etməyin özünü «mədəniyyətsizlik», «savadsızlıq» kimi qiymətləndirmişdir.
M.Quluzadə Aygünün öz ailəsini dağıtmamaq, öz eşqini yaşatmaq məqsədilə əri
Əmirxana bir sıra güzəştlər etməsini onun
133
zəifliyi saymış və bunu şairin özünün «qadına qarşı köhnə münasibət bəsləməsi» ilə
izah etmişdir. Əlbəttə, Səməd Vurğun tənqidçinin bu iddiasını da heç cür qəbul
etməmiş və Aygünün keçdiyi mürəkkəb, həm nəşəli, həm iztirablı, getdikcə yüksələn
inkişaf yolunu, nəticə etibarilə onun görkəmli bir bəstəkar olmasını nəzərə çatdıraraq
yazmışdır: «Axı, biz Aygünü mətbəxə, yalnız evdar bir qadın olmağa çağırmadıq,
ona geniş bir ictimai meydan verdik, o, həyatımızla bir nəfəs alan mübariz və
istedadlı bir bəstəkar oldu...».(148).
Şair öz qəhrəmanının yüksəlişinin ifadəsi kimi bu misraları göstərir:
Gəlin sənət ilə yaşadı yalnız,
Ona sirdaş oldu hər bir əsəri.
Dinib danışdığı qələmlə kağız.
Aygünün dağınıq düşüncələri–
Yığışıb bir yerə bir dastan oldu,
Sevindi qəlbində xoşbəxt bir aləm...
O, həyat aşiqi bir insan oldu –
Nə hicran yurd saldı qəlbində, nə qəm.
Sonsuz bir eşq ilə sevdi varlığı,
Sevdi təbiəti, axar suları,
Sevdi hər zəfəri, bəxtiyarlığı,
Yüksək əməlləri, saf arzuları.
Məlum olduğu kimi, M.Quluzadənin əsas iradlarından biri də Əmirxan obrazı ilə
bağlı idi. Tənqidçi belə bir sual verir: «Bəs nə üçün Əmirxanın bu nöqsanlarını orta
və ali məktəb düzəldə bilməmişdir?»(148).
Səməd Vurğunun fikrincə, M.Quluzadə bu sualı ilə həyatda Əmirxanların
mövcudluğunu inkar edir; guya ki, sovet məktəbində oxuyanların hamısı bütün
nöqsan və qüsurlardan azad imiş!..
Şair insan tərbiyəsinin çox mühüm və eyni zamanda çox mürəkkəb bir iş
olduğunu nəzərə alaraq onun yalnız məktəbin,
134
ayrı-ayrı kollektiv və təşkilatların üzərinə atılmasını məqbul saymır, bu işin daha
geniş miqyasda aparılmasını, «ədəbiyyat və sənətin həyata göstərəcəyi aktiv və
tərbiyəvi» təsirdən faydalanmağı tövsiyə edir. O yazır: «Əgər bizim inkişafımıza
əngəl törədən hadisələrin, köhnəliyin və fənalığın ləğv olunması Quluzadənin
düşündüyü kimi çox asan və sadəcə bir ştamp ilə başa gəlsəydi, həyatda ciddi bir
mübarizəyə ehtiyac qalardımı?»(148).
Səməd Vurğun «Aygün» poemasını yazmaqda öz məqsədini belə izah edir:
«Əgər bizim ailələrimizdə və cəmiyyətimizdə ideal uğrunda mübarizə ilə idealsızlığın
toqquşmasını, xalq və vətən səadəti uğrunda yaşayıb yaratmaq meylləri ilə dünyaya
laqeyd baxmağın, insan ömrünün mənasını kefdə, əyləncədə görməyin mübarizəsini,
saf və müqəddəs bir məhəbbətlə qısqanclığın, xudpəsəndliyin çarpışmasını, nəticədə
birincilərin zəfər çalmasını, ikincilərin isə həyatımız tərəfindən rədd edilməsini
tərənnüm edən bir əsərdir». (148).
Əlbəttə, sifarişlə yazılmış məqalənin müəllifi şairin qayəsini dərk edə bilməmiş,
yaxud dərk etmək istəməmiş, poemanın «işıqlı məqsədləri üzərinə qara ləkələr»
salaraq «ikiillik şair zəhmətinin məhsulu olan bir əsər haqda ürək açan» iki kəlmə
belə işlətməmişdir. Səməd Vurğun isə bu qərəzli məqaləyə və onun müəllifinə
özünəməxsus təmkin və ləyaqətlə cavab vermişdir.
135
III FƏSİL
SƏMƏD VURĞUNUN YARADICILIĞINDA
MÜHARİBƏ VƏ İNSAN
Müharibə və şerdə tragik kolliziyalar.
Müharibənin fəlsəfi dərki və «İnsan» pyesi
1941-ci il iyun ayının 22-də alman-faşist qoşunları Sovet İttifaqı üzərinə hücum
etdilər. Elə həmin gün hökumət alman işğalçılarının hücumunu xalqa bildirdi. Xalq
Vətənin müdafiəsinə qalxdı. Böyük Vətən müharibəsi başlandı.
Etiraf etmək lazımdır ki, bu gün həmin müharibəyə heç də hamının münasibəti
birmənalı deyil. İndi müharibənin başlanması, gedişi, hətta səbəbləri və mahiyyəti barədə
müxtəlif, bir-birini inkar edən fikirlər söylənilir. Bəzən ayrı-ayrı müəlliflərin «Böyük
Vətən müharibəsi» əvəzinə «rus-alman müharibəsi» ifadəsi işlətdiyinin şahidi oluruq.
Yaşadığımız demokratiya şəraitində bu, təbiidir. Lakin bu da bir həqiqətdir ki, o
zaman «sovet xalqı» adlanan və müxtəlif millətləri təmsil edən böyük bir xalqın
həyatında bu müharibə ən ciddi sınaqlardan olmuşdur.
O vaxtlar Sovet İttifaqı özünün bütün uğurları və səhvləri ilə birlikdə dinc
quruculuqla məşğul idi. Bu dövrdə yer üzündə dünyanı hədələyən iki müharibə ocağı
əmələ gəlmişdi. Bunlar bədnam irqçilik nəzəriyyəsini həyata keçirərək dünya xalqlarını
qul etməyi öz qarşılarına məqsəd qoymuş faşist Almaniyası və militarist Yaponiyası idi.
Dostları ilə paylaş: |