40
ulmuşdur. Kərəm öz adamları ilə Elxanın malikanəsinə hüçum edir. Bu üsyanın
nətiçəsində malikanə dağıdılır və Elxan qətlə yetirilir. Əlbəttə, yazıldığı dövrə görə
bu sonluq təbii səslənirdi və «müsavat hökuməti»nin bəyinin aqibəti də belə olmalı
idi.
Bununla belə şair yaşadığı dövrün tələblərinə uyğun olaraq hadisələrin, xüsusən
obrazların təsvirində bəzən daha tünd boyalar seçmiş, bu isə, hadisələrin reallığına
xələl gətirmiş, süniliyə səbəb olmuşdur.
Bolşevik Kərəmin adamları hücum edərək Elxanın evini yandırır, dağıdır, hətta
əlində Quran onların qarşısına çıxan qocaya belə məhəl qoymurlar. Kərəm, hətta
Elxanın körpə qızını «qurddan olan qurd olar», deyə odun içinə atmaq istəyir və bu
zaman:
Açır gözünü birdən,
Gülür sarı qızcığaz...
Şair, həyatı düz yaz.
Kərəmi heyrət alır,
Kərəm xəyala dalır...(227).
Atif Zeynallı bunu «Üsyan»ın yazıldığı 1930-çu illərdə ədəbiyyatımızda
solçuluq tendensiyasının şairin yaradıcılığına təsiri ilə izah edir: «Kərəm igid olduğu
qədər də amansız və sərt idi. Kənddə sarayı xatırladan yeganə «məğrur bina»nı
müsadirə edib yoxsulların istifadəsinə vermək əvəzinə: «Yan, ey cəllad yuvası» deyib
onu xaraba qoyurdu. Əli Quranlı «tülək qarı»nı gülləborana tuturdu. Ən nəhayət,
Elxanın körpəsini beşikdən götürüb oda atmaq istəyirdi. Bu an S.Vurğun elə bil ayılır
və hiss edir ki, onun yeni bir qəhrəman kimi yaratmağa çalışdığı Kərəm artıq çanlı
görünmürdü, süni təsir bağışlayırdı. Buna görə də: «Şair, həyatı düz yaz!» deyirdi.
(179, 156).
Şair qarşı tərəfi isə zəif, gününü eyş-işrətlə keçirən, «mədəsini südə, qaymağa
tutan» bir hakim kimi təqdim etmişdir. Bu cür təqdimat isə reallıqdan uzaq olmaqla
bərabər tərəflər arasında-
41
kı mübarizənin təsirini və həm də əhəmiyyətini azaldır.
Bəzi tədqiqatçılar (B.Vahabzadə, H.Babayev) «Üsyan»ı şairin «Komsomol
poeması»nın bir fəsli hesab edirlər. Bəxtiyar Vahabzadə yazır: «Üsyan»a ayrıca bir
əsər kimi baxmaq olmaz. O, «Komsomol poeması»nın bir qoludur. «Komsomol
poeması» da «Üsyan» poemasının xronoloci davamı kimi nəzərimizi cəlb edir. İkinci
tərəfdən, «Komsomol poeması»nın «Kənddə teatr» fəslində şair, teatr səhnəsindən
ədəbi üsul kimi istifadə edərək ötən illərə - «Üsyan»da təsvir olunan müsavat illərinə
qayıdır. Poemanın bu fəsli həm dövrün, həm də bir sıra obrazların eyniliyi (Kərəm,
Elxan) etibarilə «Üsyan» poemasını xatırladır. Beləliklə, «Üsyan»ı «Komsomol
poeması»nın ilk fəsli etmək olar». (170, 64)
Doğrudan da hər iki poema arasında bu cür oxşarlıqlar vardır. Lakin S.Vurğunun
«Üsyan»ı «Komsomol poeması»nın bir fəsli (hətta ilk fəsli) kimi qələmə aldığını
qəbul etmək olarmı?
Məlumdur ki, S.Vurğun «Komsomol poeması»nı 1931-ci ildən yazmağa
başlamış, əsərin əsas hissələrini 1931-1934-cü və qismən 1935-1936-cı illərdə
müxtəlif qəzet və curnallarda dərc etdirmişdir. Belə olan halda şair əsərin ilk fəslini
nə üçün 1936-cı ildə qələmə almalı idi? Bundan başqa, şair «Üsyan»ı «Azərbaycan»
epopeyasına daxil etmiş, lakin «Komsomol poeması»nın heç bir hissəsini buraya
daxil etməmişdir.
«Komsomol poeması»nın «Kənddə teatr» fəslindəki Elxanla «Üsyan»dakı
Elxanın eyniliyini söyləmək də olmaz. Birinci Elxan nazir, ikinci Elxan isə
gördüyümüz kimi, olsa-olsa, bir kəndin mülkədarıdır. Nazir Elxan ixtişaşları
yatırtmaq üçün yollar fikirləşir, parlamentin proqramını şərh edir, mülkədar Elxan isə
öz adamlarını başına toplayıb eyş-işrətlə məşğul olur.
Kərəm surətlərinin qoşalığı barədə onu demək olar ki, müəllif hər hansı bir şəxsi
(məhz Çalpapaq Kərəm kimi şəxsləri) bir neçə əsərinə daxil edə bilər və bu
təcrübədən bizim ədəbiyyatda geniş istifadə edilir. Onu da qeyd edək ki, «Üsyan»ın
əlyazmasın-
42
da Kərəm surəti Qəşəm adı ilə verilmişdir.
∗
«Komsomol poeması» da «Üsyan» poemasının xronoloci davamı kimi
nəzərimizi çəlb edir» mülahizəsi (əsərlərin müstəqilliyini inkar etməmək şərtilə)
doğrudur.
Professor Həbib Babayevin «Komsomol poeması» ilə «Üsyan», «Kənd səhəri»
və «Muradxan» poemaları arasında gördüyü yaxınlıq və oxşarlıq da(183, 51)
bu
dediklərimizlə bağlıdır.
∗
Бу барядя С.Вурьунун «Ясярляри»нин III жилдинин «Изащлар вя шярщляр» бюлмясиндя мцвафиг гейдляр едилмишдир.
Бах: С.Вурьун. Ясярляри. Йедди жилддя, III ж., сящ. 583-584.
43
«Vaqif» dramı: Şair və hökmdar problemi.
Sənətkarın faciəsinin inikası
S.Vurğunun 1937-ci ildə qələmə aldığı «Vaqif» dramı onun ilk səhnə əsəridir.
Şair əsərin ilk tamaşası münasibətilə dərc etdirdiyi məqaləsində yazıçıların
vəzifələrindən birinin də qaranlıq keçmişin işıqlı çəhətlərini - böyük insanlarını yax-
ından öyrənmək və xalqa tanıtdırmaqdan ibarət olduğunu göstərmiş və sonra yaz-
mışdır: «Bu məqsədlə də mən «Vaqif» dramını yazdım».(135, 86). Deməli, yenə də
şairin məqsədi Azərbaycan tarixinin hələ əsaslı şəkildə öyrənilməmiş səhifələrini
bədii söz vasitəsilə oxucuya çatdırmaq olmuşdur. Xalqın «böyük insanlarını yaxından
öyrənmək və xalqa tanıtdırmaq» yenə ön plandadır.
1930-cu illərdə SSRİ-də yaşayan ayrı-ayrı xalqların öz tarixi keçmişinə marağı
xeyli artmışdı. 1934-cü ildə SSRİ Xalq Komissarları Soveti və ÜİK/b/P MK «SSRİ-
nin məktəblərində Vətən tarixinin tədrisi haqqında» qərar qəbul etmişlər. (204). Bu
qərarda tarixin öyrənilməsində və tədrisində yol verilmiş nöqsanlar göstərilmiş, tarixi
hadisələrin və tarixi şəxsiyyətlərin düzgün səciyyələndirilməsi qarşıya qoyulmuşdur.
Əlbəttə, bu qərar o vaxtlar tarixi mövzuda bir sıra əsərlərin yazılmasına təsir
göstərmişdir. Məhz bu illərdə tarixi mövzuda «Birinci Pyotr» (A.Tolstoy),
«Yemelyan Puqaçov» (V.Şişkov), «Cəngavər İoan» (İ.Selvinski), «Suvorov» (K.Si-
monov), «Tsusima» (A.Novikov-Priboy), «Abay» (M.Auezov) və başqa əsərlər
meydana çıxmışdır. Azərbaycan yazıçılarından C.Cabbarlının və H.Cavidin pyesləri,
M.S.Ordubadinin bir sıra əsərləri, Y.V.Çəmənzəminlinin «Qan içində» romanı və bir
çox başqa əsərlər də tarixi mövzuda yazılmışdır.
S.Vurğunun tarixi mövzu olaraq XVIII əsrdə yaşamış Azərbaycan şairi
M.P.Vaqifin dövrünü, həyatını və fəaliyyətini seçməsi nə ilə əlaqədardır? Bu, hər
şeydən əvvəl, şairin M.P.Vaqif poeziyasına bağlılığı ilə izah olunmalıdır. Professor
Cəlal Abdul-
Dostları ilə paylaş: |