36
kəri», «döşü medallı» general Sisyanov vasitəsilə həyata keçirir. General öz
ordularını Qafqaza yönəltmiş, bu yerlərin işğalı planını hazırlamışdır. «At üstündə
qıpınc vuran» generalı bütün Qafqazda tanıyırlar, çar da məhz ona arxalanır.
Nə yaxşı ki, bütün Rusiya belə düşünmür. Bu baxımdan poemada rus əsgəri
surəti maraq doğurur. Qarmonda qəmli havalar çalan bu əsgər başqa cür düşünür:
Dərdini söyləyir ötən dillərə:
«Mən niyə gəlmişəm bu yad ellərə?» (133, 179)
O, evdən çıxanda anbar başalmışdı. Mülkədar onu da talamış, bütün taxıl vergiyə
getmişdi.
Əsgərin düşüncələrində Rusiyanın işğalçılıq siyasətinə qarşı etiraz nidaları ifadə
olunmuşdur. Neçə-neçə günahsız insanın qətlə yetirilməsi, nahaq qanların axıdılması,
anaların göz yaşları-şahidi olduğu bütün bu ədalətsizliklər əsgəri qəti qərara gəlməyə
məcbur edir:
Yox!.. Düz atmayacaq əlim gülləni...
Qarı son nəfəsdə gözləyir məni. (133, 180)
Əlləri nahaq qanlara batmış general bu əsgərin də qətlinə fərman verir...
S.Vurğun poemada Aslan obrazını sevərək yaratmışdır. Aslan xalq içərisindən
çıxmışdır. O öz xalqana bağlıdır, xalq da onu sevir və inanır. Knyaz Sisyanovun
qoşunları Bakını mühasirəyə alanda camaat üzünü Aslana tutur:
Tez çağırın Aslanı,
Yığsın eli, obanı...
Aslan öz Vətəninin azadlığını hər şeydən üstün tutur. Elə bu-
37
na görə də şəhərin açarını Sisyanova təqdim edərkən xəncəri onun köksünə sancır:
Al!-deyir-payını, soruşma nədir-
Çara «qullarından» ilk hədiyyədir... (133, 181)
Şair isə öz qəhrəmanının şücaətini belə səciyyələndirir:
Alqış tarixdəki o şanlı günə! (133, 181)
Bu misralar Azərbaycanın öz müstəqilliyini asanlıqla vermədiyinə, bu yolda
qanlar töküldüyünə işarədir.
Əsər kiçik bir epiloqla bitir. Burada Vətən torpağının azadlığı və ümumən insan
azadlığı tərənnüm olunur.
Qeyd etdiyimiz kimi, S.Vurğun «Aslan qayası» poemasını da «Azərbaycan»
epopeyasına daxil etmişdir. Əlyazmada «Aslan qayası»nın son hissəsi diqqəti cəlb
edir. Bu hissəni şair özü qeyd etməsə də, poemanın epiloqu hesab etmək olar.
S.Vurğun həmin parçanı çap etdirməmiş, kitablarına da daxil etməmişdir. Şairin
yeddi cildlik «Əsərləri»nin III cildinin «İzahlar və şərhlər» bölməsində poemanın
əvvəllər çap olunmamış on iki bəndi verilmiş (139, 579), altı bənd isə yenə «işıq üzü»
görməmişdir.
Poemanın haqqında danışdığımız hissəsində Bakı şəhəri çar ordusu tərəfindən
işğal olunduqdan sonra, yəni Azərbaycanın şimal hissəsi Rusiyaya birləşdirildikdən
sonra burada baş verən məhrumiyyətlər, talanlar, yadellilərin soyğunçuluğu...
oxucuya çatdırılır. «Cüt başlı qartalın bayrağı» yurdumuzun üstündə titrəyəndən
sonra Azərbaycan kəndlisinin xırmanı boşaldı, aşığın sazı ağladı, ipəyimiz, neftimiz
Rusiyaya daşındı, din-şəriət yad qanunlara baş əydi...
Tər içdi, qan uddu motal papaqlar,
Son dana, son çuval getdi vergiyə...
38
Bağlandı qapılar, söndü ocaqlar,
Qarılar, qoçalar yalvardı göyə...
O gündən titrədi yurdun üstündə
Cüt başlı qartalın qanlı bayrağı.
Tarixin doğduğu o qara gündə
Böyük bir ölkənin söndü çırağı. (139, 579)
Son misralarda Azərbaycanın öz müstəqilliyini itirdiyi, Rusiyanın əsarəti altına
düşdüyü göstərilmişdir. Şair bu parçada Azərbaycan Rusiyanın müstəmləkəsinə
çevriləndən sonra ədəbiyyatımızın və dilimizin təzyiqlərə məruz qaldığını, dilimizə
xalqımızın mənəviyyatı ilə uyuşmayan sözlərin gəldiyini, ölkənin sərvətlərinin
daşındığını ürək ağrısı ilə qələmə almışdır:
Yüz il biz ayrıldıq ana dilindən
Məktəbin adına dedik «uşkola»...
Yüz il Füzuliyə həsrət qalaraq
Doğma anamıza söylədik «mama».
Yüz illik yuxuya birdən dalaraq,
Yatdıq gözümüzdən qan dama-dama.
...Axdı Rusiyaya neft kəmərləri
Daşıdı onları ilk dəmir yolu..
Tarixə hökm edən o gündən bəri
Çalışdı yadlara Azərin oğlu.
O gündən yayıldı siflis, süzənək,
Eşitdik ilk dəfə «fahişə» sözü...
Bunları nəzm ilə artıqdır demək
Tarixə şahiddir tarixin özü (144).
«Aslan qayası» poeması yüksək vətəndaşlıq mövqeyindən qələmə alınmışdır.
Burada Azərbaycan xalqına, onun adət-ənənələrinə, tarixi abidələrinə, hətta xalqın
yaratdığı əfsanələrə böyük məhəbbət duyulur.
39
Əsərdə yurd sevgisi, torpaq təəssübü güclü verilmişdir. Yurdun üstünü qara
buludlar alanda hamı xan sarayının qarşısına toplaşır, şəhərin müdafiəsi üçün yollar
arayır, hamı bir nəfər kimi yurdun müdafiəsinə hazırlaşır:
Sel olsa da qanımız
Qurban olsun canımız
Bu sünbüllü çöllərə,
Bu mehriban ellərə.
S.Vurğunun 1936-cı ildə qələmə aldığı və «Azərbaycan» epopeyasına daxil
etdiyi «Üsyan» poemasının mövzusu yaxın tariximizdən götürülmüşdür. Əsərdəki
hadisələr 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verir.
Şair əlyazmada poemanın adını «Üsyan və Quran» kimi göstərmişdir ki, bu da əsərin
ruhu ilə daha yaxın səsləşir. Əsərin ilk adlarından biri də Azərbaycan Xalq
Cümhuriyyətinin Dövlət Bayrağına işarə olaraq «Üç rəngli bayraq» olmuşdur.
Əsər birinci şəxsin dilindən-şairin öz sevgilisinə müraciəti şəklində yazılmışdır.
Poemanın əvvəlində ölkədə baş verən hərc-mərcliklər göstərilir. Aclıq, xəstəlik,
soyğunçuluq, talançılıq adi hal almışdır:
Aclıq! Çəkilmişdir göylərə çörək,
Susuzluq!.. Quruyur bağlarda tənək.
Gölmə sularının rəngi sapsarı,
Xəstəlik çürüdür ağaclıqları.
Dərin bir sükuta dalır təbiət,
Beləydi sevgilim, bizim köhnə kənd. (133, 222).
Bu kəndin ağası Elxan zəngin var-dövlət sahibidir. Qoçuları başına toplayıb eyş-
işrətlə məşğul olur.
Bolşevik Kərəm isə öz əqidəsinə uyğun olaraq ona qarşı qoy-
Dostları ilə paylaş: |