44
layevin qeyd etdiyi kimi, «S.Vurğun Vaqifi mütəfəkkir bir şair, dərin fəlsəfi fikirləri
sadə, aydın bir dillə ifadə etməyi bacaran incə lirik, öz dövründə estetik düşüncənin
zirvəsinə çixan, həyat gözəldir idealını təbliğ edən böyük söz bahadırı kimi
qiymətləndirmişdir».(3, 14).
S.Vurğunu M.P.Vaqifin həyatı, taleyi uzun illər boyu düşündürmüşdür. Sonra-
dan özünün yazdığı kimi, şair hələ uşaq ikən Vaqif yaradıcılığının təsiri altında ol-
muş, Vaqifin gözəl şerləri, aydın dili onun yaradıçılığına böyük təsir göstərmişdir.
S.Vurğun ilk şerlərini də Vaqifin qüvvətli poetik cazibə qüvvəsinin təsiri altında
yazmışdır. O, «Vaqif»in Azərbaycan Rus Dövlət Dram Teatrında ilk dəfə tamaşaya
qoyulması münasibətilə buraxılmış vərəqədə yazmışdır: «Azərbaycanın öz azadlığı
uğrunda yadelli işğalçılara qarşı apardığı mübarizə tarixinin qəhrəmanlıq səhifələri
Vaqifin adı ilə bağlıdır. Vaqif Qarabağ xanlığının vəziri olduğu zaman bizim xalqın
yadelli işğalçılara qarşı, İran şahı Qacara qarşı mübarizəsinə başçılıq edirdi. Vaqif
böyük siyasi xadim və diplomat kimi xalqın səadət və azadlığı uğrunda mübarizədə
çox işlər görmüşdür».(135, 119).
S.Vurğun xüsusi olaraq qeyd etmişdir ki,
Azərbaycan xalqının böyük şair oğlu xalqının azadlığı uğrunda öz çanını qurban
vermiş, Azərbaycan dili uğrunda, farsçılığa, ərəbçiliyə qarşı mübarizədə böyük işlər
görmüşdür. S.Vurğunun fikrincə, Vaqif gözəllik şairidir. Lakin onun gözəlləri
«hurilər»,«pərilər» deyil, yer qızlarıdır, həm də Azərbaycan qızlarıdır. Başı
kəlağayılı, toylarda kəklik kimi süzən qız-gəlinlər, real insanlardır.
Şair Vaqifi «saray şairi» hesab edənlərə qarşı kəsgin mövqedə durur və yazır:
«Vaqif sarayda vəzir vəzifəsində çalışmışdır. Lakin onun qəlbi daim öz xalqının qəlbi
ilə çarpmışdır. Onun İran şahı Məhəmməd şah Qacara qarşı apardığı böyük mübarizə
açıq göstərir ki, şair heç kəsə satılmadan öz vətəninin azadlıq və istiqlaliyyəti
uğrunda zindanlara düşmüş, gözü ilə ölümlər görmüşdür».(135, 86).
45
Bütün bunlar S.Vurğunu Vaqif haqqında yazmağa sövq etmişdir. «O, hələ 1934-
cü ildən başlayaraq Molla Pənah Vaqifin həyatına həsr ediləcək bir dram əsəri
yazmaq haqqında düşünməyə başlamışdı. Əslinə qalsa, Vaqifin taleyi haqqında
düşüncələr Səməd Vurğunun varlığına 1926-cı ilin yazından hakim kəsilmişdi».(173,
132).
Şair özü bu barədə belə demişdir: «Bu temada bir poema yazdım,
∗
lakin o məni
təmin etmədi və düşündüyümdən çox zəif çıxdı. Bu zaman mən bu temada dram
yazmağı qərara aldım...» (45).
S.Vurğun bu dramı yazmaq üçün gərgin axtarışlar aparmış, Vaqif dövrünü,
habelə dram sənəti ilə bağlı mənbələri öyrənmişdir. «O (S.Vurğun – A.B.), XVIII əsr
Azərbaycan tarixinə, xüsusən Qarabağ xanlığına dair ədəbiyyatı böyük maraqla
oxuyurdu. Səməd Vurğunun «Qarabağnamə»ni tapdırıb ona göndərməyi Heydər
Hüseynovdan xahiş etdiyi və 1936-cı ildə Vaqifin dövrünə, həyatına, bütünlüklə
Qarabağ xanlığı tarixinə dair Yusif Vəzirlə saatlarla söhbəti yadımdadır. Oxuyurdu,
öyrənirdi».(173,135-136).
Məhz bunun nəticəsində S.Vurğun Vaqif dövrünü dolğun əks etdirən və müasir
zamanla səsləşən bir əsər yaratdı. «Vaqif» tarixi mövzuda yazılsa da, müasirlik
baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan xalqının tarixi keçmişinin çox
maraqlı bir dövrünü canlandıran, qədim Azərbaycan torpağı Qarabağın müdafiəsinə
həsr olunmuş pyes tamaşaya qoyulduğu dövrlə də səsləşirdi. «Vaqif»in müasir
səslənməsinin bir səbəbi də vardı. Bu barədə əsərin tamaşaya qoyulduğu və geniş
şöhrət qazandığı 1938-ci ildə danışmaq olmazdı. Bu müasirlik əsərə 1937-ci ilin
məlum havasının təsiri ilə hopmuşdu.
Şair-hökmdar problemi hər yerdə olduğu kimi, Azərbaycanda da mövcud
olmuşdur. Ə.Xaqani zindana atılmış, İ.Nəsimi diri-diri soyulmuş, M.P.Vaqif...
∗
С.Вурьунун «Шаирин юлцмц» шери нязярдя тутулур. С.Вурьун. Ясярляри, I жилд, сящ. 214-217.
46
M.P.Vaqif 1797-ci ildə İran hökmdarı Ağa Məhəmməd şah Qacarın hüzurunda
dayanmışdı... S.Vurğun «Vaqif» pyesini 1937-ci ildə qələmə almışdır. Elə həmin ildə
S.Vurğun düz dörd dəfə şəxsi məsələsi ilə əlaqədar respublika rəhbərinin yanına
çağırılmışdır.(68).
Şübhəsiz, həmin vaxtlar şair başqa yerlərə də çağırılırdı. Bunları və burada
nədən söhbət getdiyini 1937-ci ildə şairin özündən başqa heç kəs bilmirdi. Məhz
həmin il S.Vurğun «Vaqif» pyesini yazırdı.
Şairin qardaşı Mehdixan Vəkilov yazmışdır: «Bu əsər («Vaqif» – A.B.) 1937-ci
ilin axırlarında heyrətamiz bir sürətlə, 3-4 həftə ərzində yazıldı. Belə böyük bir əsərin
az müddətdə yazılması ona görə mümkün oldu ki, Səməd Vurğun illər uzunu Vaqifin
həyatı və yaradıcılığı üzərində düşünmüşdür... O, yazacağı əsərin mövzusunu, sücet
xəttini xəyalında çoxdan işləyib hazırlamışdı. Səmədin dodaqları daim - oturanda da,
gəzəndə də, məclislərdə də, hətta çörək yeyəndə də tərpənirdi. O, şəxsi söhbətlər
zamanı da bəzən özünü dinləyirmiş kimi göstərir, sadəcə müsahibinin üzünə baxır,
fikrən, xəyalən başqa yerdə, öz aləmində olurdu... Səməd Vurğun «Vaqif» dramının
bütöv bir şəklini aşıq havası üstündə əzbərində bişirirdi və ona görə də bir oturuma
(səhərə qədər) böyük bir səhnə yazılırdı».(173, 133).
Deməli, şair qələmə aldığı müddətdə «Vaqif»lə nəfəs almış, buna görə də əsərin
ayrı-ayrı parçaları müxtəlif yerlərdə, bəzən qeyri-adi şəraitdə meydana gəlmişdir.
Mehdixan Vəkilovun, şairin digər müasirlərinin xatirələrindən, ilk dəfə işıq üzü görən
materiallardan, «Vaqif»in nəşr olunmamış parçalarından, muzey və arxiv
sənədlərindən əsərin ayrı-ayrı misralarının, bütöv parçaların yarandığı «ünvanlar»,
habelə bu parçaların yaranmasına təsir etmiş ovqatlar da məlum olur. Bu gün
əlimizdə olan materiallardan o da məlum olur ki, «Vaqif»in yarandığı şərait və dövr
əsərə ciddi təsir göstərmişdir. Professor Yaşar Qarayev «Vaqif»dən danışanda belə
yazır: «Müstəbid və ziyalı problemi həm Vaqif-İbrahim xan, həm də Vaqif - Qaçar
xətlərində qoşa davam etdiri-
Dostları ilə paylaş: |