54
Şeyx
(Əli bəyə)
Oğlum, sən allahın qüdrətinə bax.
Əli bəy
Uzun mırıldama satılmış alçaq
Səni də udacaq bu qara torpaq!
Nə oldu, tez gəlsin, deyin cəlladlar.
Şeyx
(ətrafa)
Əstəfurullah!
Kafirə bir bax.
Vaqif
(Qürub etməkdə olan günəşi seyr edərək oğluna)
Günəş qürub edir, donur kainat,
Əzəldən belədir vəfasız həyat.
(Günəşi göstərərək)
O mənim ömrümün timsalıdır, bax!
Sönən bir varlığın xəyalıdır, bax!
Mən də yaradıldım, mən də parladım
Gözəllər ağzından düşmədi adım.
İndisə... yelkənim toxundu daşa
Bir insan ömrünü vurmadım başa.
Oğlum, alışıram, yanıram, aman!
Səni öldürürlər mənim ucumdan.
Qoy uçsun başıma qayalı dağlar!
Əli bəy
Ata!
Sənin günəş boyda bir vicdanın var-
Çiynində el dərdi daşıyacaqdır,
Bu dünya durduqca yaşayacaqdır.
(cəlladlar gəlirlər)
55
Şeyx
Kəlmeyi-şəhadət alın dilinizə!
Vaqif
(oğlunu bağrına basaraq cəllada tərəf)
Nə qədər olsa da, qanın var, cəllad!
İnsanın canından şirindir övlad.
Məni qorxutmayır bu vaxtsız əcəl
İnsaf et, qabaqca məni öldür, gəl.
Gözlərim görməsin övlad qanını!
Uçurma könlümün xanimanını.
Şeyx
(kinayəli)
Yenə rənginizdə bir sarılıq var.
Vaqif
Qafil! Gün batanda rəngi saralar!
Şeyx
Bu fani dünyanı artıq unudun,
İndi yönünüzü qibləyə tutun!
(Uzaqdan cənginin səsi gəlir. Cəllad əvvəl Əlibəyi ar-
xadan vurur)
Vaqif
(Başını əlləri arasına alaraq)
Of... Sənin gözlərin kor olsun, cəllad!
Sənə demədimmi şirindir övlad?!
(Cəllad Vaqifi də vurur, Vaqif yıxılır)
Şeyx
Meyitlər soyusun səhərə qədər.
(Hamı çəkilir. Vidadi pəjmürdə halda gəlir. Vaqifi
görən kimi acı bir fəryadla)
Vidadi
Vaqif!
Vaqif
(zəif səslə)
56
Vidadi! Qardaşım, sənmisən, gəl, gəl...
Bizi ayrı saldı bimürvət əcəl.
Vidadi
(onun başını dizləri üstə qoyaraq)
Gəldim sağlığına görüşək yenə
İnsan aldanırmış xəyal deyənə.
Kor olsun gözlərim nələr görürəm
Günəşi tutulmuş səhər görürəm.
Vaqif
Ağlama, qardaşım! Sən yaşa, yarat
Yaxındır gözlənən azad bir həyat.
(Deyib keçinir. Vidadi onun alnından öpərək)
Vidadi
Söndü...Şerimizin günəşi söndü...
Həqiqət əbədi xəyala döndü.
Susdu bağçamızın şeyda bülbülü,
Saraldı yurdumun qönçə bir gülü.
Vaqif! Gözlərini aç, aləmə bax!
Buludlar qaralır matəm tutaraq
Ölməz böyük dili şerin, sənətin!
Vaqif! Sən oğlusan əbədiyyətin!
(ayağa qalxaraq göylərin dərinliyinə əllərini qaldırır,
dəhşətli bir səslə)
Daşdan yaranmayıb, ətdəndir ürək
Tfu… Sənin təxtinə, ey çərxi-fələk…” (145)
«Vaqif» tamaşaya hazırlanarkən şair müvafiq dəyişikliklər aparmış, teatra faciə
kimi təqdim etdiyi əsəri xalqın qələbəsini əks etdirən drama çevirmişdir. Görünür,
S.Vurğun xalqın qələbəsini göstərməklə həqiqətin təntənəsinə inamını ifadə etmişdir.
Göstərdik ki, «Vaqif»in tədqiqatçıları əsərin tarixi mövzuda yazılsa da, müasirlik
baxımından böyük əhəmiyyətə malik olduğunu xüsusi qeyd etmişlər. Xalqımızın
tarixi keçmişinin çox
57
maraqlı bir dövrünü əks etdirən pyes 1930-1940-cı illərdə olduğu kimi, bu
günümüzlə də səsləşir. Bu özünü, həm hadisələrin ümumi inkişafında, həm də ayrı-
ayrı surətlərin təcəssümündə göstərir. Humanizm, qəhrəmanlıq, yurdsevərlik,
ümumbəşərilik, doğma yurdu işğalçılardan qorumaq səyləri kimi ideyalar müasir
dövrdə öz əhəmiyyətini daha da artırmışdır. Qələmə alındığı dövrdə əsəri «ədəbi bir
hadisə olmaqla bərabər, eyni zamanda siyasi bir hadisə» hesab edən xalq yazıçısı
Mehdi Hüseyn yazırdı: «Vaqif» dramı bizdə öz keçmişimizə, böyük ədəbiyyatımıza,
xalqımızın qəhrəmanlığına, onun azadlıq uğrunda apardığı mübarizəyə dərin bir
məhəbbət oyadır, xarici istilaçılara qarşı amansız olmağa çağırır, Vətənimizi,
xalqımızı daha da dərindən sevdirir. Bu səbəblərə görə «Vaqif» tarixi mövzuya həsr
edilmiş olsa da, son dərəçə aktual bir əsərdir». (108, 37) Professor Cəlal Abdullayev
pyesin müasirliyini Vaqif surətinin müasirliyi ilə əlaqədə götürmüş və öz fikrini
böyük alman şairi Hötenin belə bir fikrinə söykəmişdir ki, şair üçün heç bir tarixi
şəxsiyyət yoxdur. O öz mənəvi aləmini təsvir etmək istəyir və bunun üçün bəzi tarixi
şəxsiyyətlərin boynuna minnət qoyub onların adlarını öz əsərlərinə daxil edir. (8, 7)
Bu baxımdan ədəbiyyatşünas O.Reznikin fikri də maraqlıdır. O yazır: «Vaqif surəti
bizə nədənsə dramatik poemanın öz müəllifini xatırladır. Elə bil ki, poetik ilhamın,
mənəvi saflığın və ehtirasın xırdaca bir hissəciyi yüz il vətən torpağı üzərində
dolaşdıqdan sonra, nəhayət, Azərbaycan xalqının müasir tərənnümçüsü simasında öz
həqiqi varisini tapmışdır». (125, 166)
«Vaqif» pyesinin mərkəzində Azərbaycan durur. Vaqifin yaşadığı XVIII əsr
Azərbaycanı özünün çox mürəkkəb və ağır dövrünü yaşayırdı. Ayrı-ayrı xanlıqlara
parçalanmış Azərbaycan İranla Rusiyanın arasında qalmışdı. Bu ölkələrdən hər biri
ayrı-ayrılıqda Azərbaycana sahib olmaq istəyirdi. Onlar bu istəklərini həyata
keçirmək üçün müxtəlif vasitələrə əl atırdılar. Beləliklə, Azərbaycan iki düşmənlə
üzləşmiş, iki od arasında qalmışdı.
Dostları ilə paylaş: |