62
hiss edirdi ki, elə bir dövr gələr, elə bir şərait yarana bilər ki, İbrahim xan surətinə
görə «Vaqif» kimi sənət incisi zərbəyə məruz qalar. Şairin oğlu Vaqif Səmədoğlu
xatırlayır: «-Ay Vaqif, qoy bir ayağa qalxım, «Vaqif»i təzədən yazacağam. O zaman
çox şeyi düz deyəmmədim. İbrahim xan elə olmayıb...» Bu sözləri mənə Səməd
Vurğun 1956-cı ilin may ayında deyib. Təəssüflər olsun ki, bir neçə gündən sonra
Səməd Vurğun köçdü bu dünyadan. Ancaq yaxşıdır ki, dram yenidən yazılmadı.
«Vaqif» əsəri də, Molla Pənah Vaqif də nağıl dünyamızın bir guşəsində sağ qaldılar».
(160)
Əlbəttə, şairin «o zaman çox şeyi düz deyə bilməməsinin» əsas səbəbi əsərin
yazıldığı dövr olmuşdur.
İbrahim xan surətinin təhriflərindən biri Vaqifin həyat yoldaşı Xuramanla
bağlıdır. Əsərdə göstərilir ki, İbrahim xan Şeyxin təhriki ilə Vaqifə zərbə vurmaq
üçün Xuramana sahib olmaq fikrinə düşür. İbrahim xanın «elçiləri» Xuramanın zəif
damarını tutur, xanın arvadı olmasına razılıq verməsinə nail olurlar.
Xuramanın xəyanəti Vaqifi sarsıdır. Bu hadisə düşmənləri ilə qarşı-qarşıya
durduğu vaxt baş verdiyi üçün daha ağır olur. Lakin o özünü ələ almağı bacarır. Ağır
günlərdə daha çox elin, obanın, yurdun taleyini düşünür. Qarabağın müdafiəsinə
başçılıq edir. Məhz buna görə də oğlu Əli bəy vasitəsilə Eldara belə bir sifariş
göndərir:
Eldar! Bir qulaq as, qulaq as, Eldar!
Basqına keçmişdir Məhəmməd Qacar.
Atam çıxmışsa da vəzirliyindən,
Deyir, yad əllərə keçməsin vətən.
Bilirsən, o yanır pərvanələr tək,
İndi nəyin varsa Əsgərana çək
Qacarla vuruşun arxa tərəfdən,–
Atamın fikrini söyləyirəm mən... (134, 75)
63
Əsərin ən dramatik yerlərindən biri Xuramanın zindana – Vaqifin yanına
gəlməsi səhnəsidir. Şairin bütün tədqiqatçıları belə bir fikrə gəlmişlər ki, Xuraman
Vaqifin yanına özünün bağışlanılması üçün deyil, haqq dünyasına rahat getməsi üçün
müsəlman adətinə uyğun olaraq öz həyat yoldaşından halallıq almağa gəlmişdi:
Uydum bu dünyada nazü-nemətə,
Özüm də bilmədən uydum şöhrətə.
Bilmədim axırı zəhrimarımış,
Hər qızıl xəzinə bir şahmarımış...
İndi öz əlinlə gəl öldür məni,
Nə qədər alçaldım, alçaltdım səni... (134, 97)
Azərbaycanlı üçün həyat yoldaşının xəyanətinin bağışlanılması mümkünsüzdür. Bu,
xalqımızın milli xüsusiyyətləri ilə bağlıdır. Qədimlərdən üzü bəri arvad kişinin
namusunun əsas atributlarından hesab olunur. Çox hallarda bu cür xəyanətin cəzası
çox ağır olmuşdur. Elə buna görə Xuraman istəyir ki, Vaqaf onu öz əlləri ilə
öldürsün. Vaqif isə hər şeydən əvvəl humanist bir insan, şairdir. Ona görə də Əli
bəyin «Ata, qoy öldürüm o mürvətsizi!» sözlərinə cavabı birmənalıdır:
Əli bəy, alçaldar cinayət bizi:
Bir bax əllərinə yaraşarmı qan?
Oğlum, yaşatmağa yaranmış insan. (134, 55)
Əgər Vaqif, yaxud Əli bəy Xuramanı qətlə yetirsəydi, bu, bir obraz kimi onların
bütövlüyünə xələl gətirərdi. Bu problemi isə S.Vurğun çox ustalıqla həll etmişdir.
Xuraman cəzanı özü-özünə verir. Zindanın qapıçısı belə bir xəbər gətirir: «Özünü
qayadan atdı Xuraman!» Lakin bu xəbərdən bir az qabaq Vaqif Xuramanı geri
çağırtdırmışdı. Buradan o nəticə çıxırmı ki, o, xəyanətkar
64
qadını bağışlamaq, əfv etdiyini bildirmək üçün çağırırdı? Əlbəttə, yox! Vaqifin
Xuramanı çağırmasının əsas səbəbkarı isə onun qəmli nəğməsi, yəni poeziyanın
qüdrəti idi və təbii axardan doğurdu:
Bir ceyrandım, ürkütdülər yatağımdan,
Bir quş idim, ayrı düşdüm budağımdan.
Külək əsər, yarpaq düşər, çiçək solar...
Viran qalmış mənim bu can otağımdan. (134, 97)
Həmin hissi Vaqifdə həm də S.Vurğunda Xuramanın bu qəmli nəğməsi
yaratmışdı.
Mərhum Atif Zeynallı Xuramanın hərəkətini nəzərə alaraq onun azərbaycanlı
olmadığı mülahizəsini irəli sürmüş və S.Vurğunun da bu obrazı Azərbaycan qadını
kimi yaratmadığına işarə etmişdir. O, Xuramanın Vaqifə dediyi «...heç, bir az incidir
məni qürbət» sözlərinə işarə edərək yazmışdır: «Niyə qürbət? Qəribə deyilmi?
Xuraman Şuşaya başqa bir məmləkətdənmi gəlib?..Axı S.Vurğun «qürbət» sözünü,
hətta Xuramanın dilindən belə işlədə bilməzdi... Bayaq qeyd etdik ki, Xuraman öz
mənfi çənətlərinə görə nənələrimizə oxşamırdı. S.Vurğun bunu bizdən yaxşı duyurdu.
Bəlkə «qürbət» sözü ilə... axı çoxdilli, çoxləhcəli müsəlman Şərqində Xuraman ən
kütləvi qız adlarından biridir».(179, 210) Bununla birlikdə, A.Zeynallı bu fikrinin
şərti olduğunu da qeyd edir. (179, 210)
Doğrudan da bir sözə görə insanın milli mənsubiyyəti barədə dəqiq fikir
söyləmək çətindir. «Qürbət» xalqımızın çox işlətdiyi sözlərdəndir. Azərbaycanın bu
tərəfində yaşayan yurdun o biri tərəfini qürbət hesab edir. Folklorumuzda buna
istənilən qədər misal gətirmək olar. A.Zeynallının özünün də qeyd etdiyi kimi, vaxtilə
Q.Zakir Bakıda sürgündə olduğu vaxt özünü qürbətdə hiss etmiş və bunu «Durnalar»
qoşmasında göstərmişdir. S.Vurğunun özündə də buna təsadüf olunur. («Ah, bu
qürbət
65
məni dağıtdı, sökdü...»). Bu gün torpaqlarımızın müəyyən hissəsinin ermənilər
tərəfindən işğalı ilə əlaqədar Bakıda, Gəncədə, respublikanın digər yerlərində
məskunlaşmış soydaşlarımız da o yerlər üçün darıxır, «qürbət» sözünü nətta radio və
televiziyadakı çıxışlarında tez-tez işlədirlər...
Xuraman isə öz əməlindən asılı olmayaraq, hətta «nənələrimizə oxşamasa» belə
azərbaycanlıdır. Əgər belə olmasa idi, o, intihar etməsi barədə qərar qəbul etməz,
haqq dünyasına səfəri üstündə ərindən halallıq almağa gəlməzdi. O da «İnsan»
pyesindəki Amaliya kimi başqa cür yaşamaqda davam edərdi...
Vaqifin «hökmdarın hüzurunda», yəni Qacarla görüşündə özünü ləyaqətlə
aparması, ağıllı cavabları ilə düşməni susdura bilməsi onun mənəvi qələbəsi kimi
diqtəti cəlb edir. Qacar Vaqifi bu görüşdən qabaq, ona yazdığı kəskin cavab
məktubundan tanımışdı. Vaqif bu məktubunda Azərbaycan xalqının cəsurluğuna və
qəhrəmanlığına işarə edərək yazmışdı ki, tərlan oylağında sar ola bilmədiyi kimi, bu
ellər də baş əyib xar ola bilməz. Onun Qacardan tələbi də xalqın qəhrəmanlığına
inamı ilə köklənmişdir:
Basma ayağını bizim torpağa,
İlandan, əqrəbdən yar ola bilməz! (134, 63)
Vaqifin öz xalqına və Vətəninə böyük sevgisi bu səhnədə daha qabarıq üzə çıxır.
Bu səhnədə onun milli qüruru ilə ümumbəşəri xüsusiyyətləri birləşir. Bu isə obrazı
daha da canlandırır. Vaqif hökmdarın «Gərək fars dilində yazsın sənətkar» tələbinə
qarşı böyük qürur hissilə «Azəri yurdunun oğluyam mən də, az-az uydururam yeri
gələndə» - deyir. O bununla yanaşı farsların qüdrətli sənətkarlarını da yüksək
qiymətləndirir.
Vaqif özü Qacarın hüzurunda baş əymədiyi kimi, Vidadiyə də məslənət görür
ki, ona yalvarmasın, çünki, «hələ baş əyməmiş bu böyük Vətən...»
S.Vurğunun tədqiqatçıları Vaqiflə Qacarın qarşılaşdığı səh-
Dostları ilə paylaş: |