“Аға Беһҹәтин һәјатынын башланғыҹы



Yüklə 1,34 Mb.
səhifə15/26
tarix17.06.2018
ölçüsü1,34 Mb.
#49164
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

“Peyğəmbərsayağı əxlaq.”


Tehran alimlərindan biri belə nəql edirdi: Bir gün Ayətullah Behcətin mənzilinə getmişdim. Qapını çox sadə bir qoca kişi açdı. Dedim: Ayətullah Behcətlə işim var. Həmin yaşlı kişi dedi: “Buyurun.” Dedim ki, onun özü ilə işim var. Yenə cavab verdi: “Buyurun.” Mən o şəxsin Behcət olduğunu güman belə etməzdim. Öz-özümə fikirləşdim ki, yəqin onunla görüşməyə icazə vermirlər. Sözümü demədən geri qayıtdım. Bir dəfə onun camaat namazında iştirak etmək üçün məscidə gedəndə qapını açan şəxsin Ayətullah Behcət olduğu mənim üçün aşkar oldu. O zahirdə adi adamlardan heç seçilmir. Ağa Behcətin bu əməli Peyğəmbərə xas olan əxlaq və rəftarını mənim zehnimdə canlandırdı.1

Ayətullah Behcətin dostlara diqqəti


İmanlı tələbələrdən biri gördüyü sadiq röyanı (yuxu) belə danışır: Yuxuda Ərdəbildə bir şəxsin can verdiyini gördüm. Yuxu aləmində həmin şəxsi tanıdım. Elə bu vaxt Behcətin Qumda məsciddə oturub istixarə etdiyini gördüm. Birdən Behcət Ərdəbildə can verən şəxsin halından xəbərdar oldu. Dərhal özünü həmin şəxsə çatdırıb onu müalicə etməyə başladı. Can verən şəxsin yanındakılar Behcəti görmürdülər. Ustadımın2 yanına gedib gördüyüm yuxunu ona danışdım. O dedi: “Doğrudan da bu cürdür. Ayətullah Behcət kimi böyük şəxsiyyətlər onlara məhəbbəti olan adamlara xüsusi qayğı göstərirlər. Yuxuda gördüyün şəxsin ihtizar (can verən) halı, onun mənəvi cəhətdən zəifləməsi idi ki, Behcət ona köməyə getmişdir.”

İmam Xomeynini xatırlarkən


İmam Xomeyninin Ayətullah Behcətə xüsusi rəğbəti vardı. Behcətin Quma gəldiyi ilk vaxtdan İmam Xomeyni onunla get-gəl əlaqəsi yaradan birinci şəxs idi. İmam Xomeyninin Əllamə Qazi haqqında soruşduğu suallar əsnasında Behcət onun da “seyri-süluk” məqamında olduğunu dərk edir. Behcətin imamla rabitəsi o qədər yaxın idi ki, hətta müsafirətə getdiyi vaxt yanında olan əmanətləri İmam Xomeyniyə tapşırardı.

İmam Xomeyni sürgündə olan vaxtı Qumda olduğu üç il müddətində məşğuliyyətinin çox olmasına baxmayaraq, vaxt tapan kimi Behcəti görməyə gedərdi. O bu müddət ərzində təqribən səkkiz dəfə onunla görüşmüşdü.


Sadiq yuxu


Ayətullah Behcətə xas sevgisi olan və onun dərslərindən bəhrələnən bir şəxs belə nəql edir:

Ağa Behcətin İmam Xomeyni ilə necə əlaqə saxlaması sualı uzun müddət mənim zehnimdə həkk olmuşdu. İmam Xomeyninin çoxlarını məsləhət almaq üçün Behcətin yanına göndərdiyini eşitmişdim. Bir dəfə ramazan ayının onuncu gecəsi İmam Xomeynini yuxuda gördüm. Ondan Behcətlə olan rabitəsi barədə soruşanda belə cavab verdi: “Mən onunla qırx il bundan əvvəl, oğlum Mustafanın doğulduğu tarixdən bəri tanışam.” Dedim: Deyilənə görə siz Behcət haqqında belə bir söz demisiniz: “Gedin Behcətin namazında iştirak edin. Namaz halında ona ilahidən feyz inayət olur ki, siz də o feyzə şərik olun.” İmam dedi: “Eynilə bu cümləni yox, amma bu məzmunda bir şey demişəm.” Elə bu vaxt yuxudan ayıldım. Bir müddət sonra Behcətin yanına gedəndə İmam Xomeyni haqqında xəbər söylədi. Mən gördüyüm yuxunu Behcətə danışdım. O bunu təsdiq edib dedi: “Bəli, tamamilə doğrudur.”


Bu şəxsə ehtiramı vacib bilirəm.


İmam Xomeyninin şagirdlərindən olan Ayətullah Xaifi öz xatirələrinin birində belə nəql edir: “1958-ci ildə İmam Xomeyni zindandan azad olub Quma gəldi. Qum şəhərinin bütün məhəllələri İmamın gəlişini bayram edirdi. İmamın Qumdakı mənzili hər gün adamla dolu olardı. Hər gün İmam Xomeyninin görüşünə gələnlərdən biri də Behcət idi. O, hücrələrdən birinin qapısı ağzında ayaq üstə bir az dayandıqdan sonra qayıdıb gedərdi. Ona deyəndə ki, sizin kimi böyük bir şəxsiyyətin burada durması yaxşı deyil, heç olmasa keçib içəridə əyləşin. Behcət belə cavab verərdi: “Mən bu böyük şəxsiyyətə hörmət əlaməti olaraq hər gün bura gəlib onun hüzurunda bir-neçə dəqiqə ayaq üstə durmağı özümə borc bilirəm.”1

Bil ki, sadə bir tələbə övladısan


Ayətullah Behcətin oğlu belə bir əhvalat nəql edir: “Mənim kiçik uşağım hələ yazıb-oxumağı bilmədiyi vaxt, bəzən mənim iş otağıma gələr, özü üçün dəftərində nə isə cızma-qara edərdi. Bir dəfə dəftərində çəkdiyi xətləri babasına (Behcət) göstərəndə, babası ondan soruşur ki, burada nə yazmısan? Uşaq deyir: “Bu sirri ancaq özüm bilirəm.” Atam deyir ki, indi yazdıqlarını mənim üçün oxu. Uşaq oxumağa başlayır və orada bu cümləni işlədir: “Həzrət Ayətullah-Üzma Behcət...” Atam bunu eşidəndə çox narahat olur, amma uşağa bir söz demir. Sonra məni otağına çağırıb çox narahat halda belə dedi: “Sən özünü nə hesab edirsən et, amma bunu bil ki, sadə bir tələbənin övladısan.” Dedim: Ağa, nə olub? Niyə narahatsınız? Buyurdu: “Bax gör övladın nə deyir? Bu nə ləqəblərdir ki, uşağa öyrətmisiniz?” Dedim: Mən ona heç bir şey öyrətməmişəm. Narahat halda dedi: “Sənin övladındır, tərbiyəsi ilə də sən maraqlanmalısan.”

Xülasə, Ayətullah Behcət həmişə ad-sandan, şan-şöhrətdən qaçar və belə hallara qarşı çox həssasdır.


İndoneziyalı qadının hidayət olunması


Qum elmi hövzəsindəki xarici tələbələrin ustadlarından biri belə nəql edir:

Xarici tələbələrdən biri indoneziyalı cavan bir qadın haqqında (indi tələbədir) mənim üçün belə danışdı: “O qadın deyir ki, İrana gəlməzdən əvvəl yuxuda Behcət adlı bir şəxsin mənimlə söhbət etdiyini gördüm. Bu nurani şəxsin söhbətləri mənə böyük təsir etdi. Gördüyüm bu yuxudan sonra İrana gedib həmin ilahi şəxsi görmək arzusunda idim. İrana gəldiyim vaxt birbaşa Qum şəhərinə yollandım. Behcəti görmək üçün həmişə camaat namazı qıldığı məscidə getdim. Onu (Behcət) görəndə yuxudakı şəxsin elə özü olduğu mənim üçün aydınlaşdı. Təhsil üçün Qum şəhərinə gələn bu indoneziyalı xanım namazdan sonra Behcətin yanına gedir. Behcət başqalarıyla çox az hallarda söhbət etməsinə baxmayaraq bu xanımla bir az söhbət edir.

Allah-təala bu qəlbi nurlu şəxsin kölgəsini İslam ümmətinin başı üstündən əskik etməsin.

Aza qane insan


Behcət heç vaxt vücuhatdan (beytül mal) istifadə etmirdi. Ailəsinin xərcini İranın şimalındakı ata irsi olan əkin sahələrindən ödəyirdi. Şah zamanında torpaq islahatları aparılarkən bu preses onun torpaqlarına aid olmadı. Buna baxmayaraq bu islahatlar zamanı onun torpaqlarının bir qismi əldən çıxdı. Qalan torpaqları da başqa bəhanələrlə ondan aldılar. Maraqlısı budur ki, Behcət bu torpaqlar əldən çıxmazdan əvvəl bu haqda qabaqcadan xəbər vermişdi. O vaxtlar deyirdi: “Şah yalan deyir, bütün torpaqları alacaq.” Məhəmməd Əraqinin atası deyir: “Mən bu sözü eşidəndə gedib bütün torpaqlarımı satdım. Amma mənim üçün çox təəccüblü idi ki, o bunları qabaqcadan bilə-bilə özü üçün bir şey etmədi. Həmin vaxtlar onun ailəsi çox çətinlik çəkirdi.”

Ağır maddi durumda olduğu günlərin birində bir şəxs Behcət üçün min tümən pul gətirdi. O şəxs başqa müctəhidin müqəllidi idi. Bu həmin pullara gözucu belə baxmadı. Bu macəranın şahidi olduğuma görə mənimlə əhd bağladı ki, əgər bu haqda bir söz deməsən sənə bir şey verəcəyəm. Mən onunla razılaşdım. Behcət bu pulları həmin şəxsin təqlid etdiyi mərcəi-təqlid üçün göndərdi. Bu əhvalatdan bir müddət keçəndən sonra Behcətə dedim: Ağa, mənə verdiyiniz söz nə oldu? O belə cavab verdi: “Məgər verdiyim söz üçün müəyyən vaxt təyin eləmişdim? Hələ ki, gecikməyib. Gəl o xalçanın kənarını qaldır.” Xalçanın altında tümən var idi. Mənə dedi: “O pulu götür.”1

Ayətullah Behcətin oğlu belə nəql edir: Atamızdan bir şey istəyəndə, heç vaxt yox deməzdi. Amma xüsusi bir tərzdə bizim fikrimizi istədiyimiz şeydən yayındırardı. Yadımdadır, bir dəfə dondurma almaq üçün ondan pul istədim. Mənə dedi: “Yandırma istəmirsən?” Bir az keçəndən sonra yenə ondan pul istədim. Bu dəfə dedim: Eybi yox, pul ver gedib yandırma alım. Dedi: “Yandırmanı ki, satmırlar.” Nəhayət, çox hazırcavablıqla öz sözünü sona çatdırardı.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə