“Аға Беһҹәтин һәјатынын башланғыҹы


DÖRDÜNCÜ FƏSİL Ayətullah Behcətin kəramətləri



Yüklə 1,34 Mb.
səhifə17/26
tarix17.06.2018
ölçüsü1,34 Mb.
#49164
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

DÖRDÜNCÜ FƏSİL

Ayətullah Behcətin kəramətləri

Namazda ruhun təcərrüdü


Ayətullah Seyyid Əli Qazi, Şeyx Məhəmməd Cavad Ənsari Həmədani və rəhmətlik Həddad kimi böyük şəxsiyyətlərin şagirdi olmuş və burada adının çəkilməsinə razı olmayan Nəcəf elmi-dini hövzəsinin müctəhidlərindən biri belə nəql edir: “1939-cu ildə bir qrup adam–Şeyx Məhəmməd Ağa Tehrani, Ayətullah Nəsrullah Mustənbit, Ayətullah Mirzə Əli Həmədani, Ayətullah Seyyid Həsən Şaluy, Ayətullah Behcət, Məşhədi Həsən adlı bir tacir və mən Nəcəfdən Kərbəlaya piyada yola düşdük. O vaxtlar hamımız cavan idik və hətta Ayətullah Behcət hələ evlənməmişdi. Şam və xiftən namazlarını “Səhlə” məscidində qılıb Kərbəlaya yollandıq. Sübh azanına yaxın “Müsəlla” deyilən məntəqəyə çatdıq və hamılıqla sübh namazını Behcətə iqtida etdik. Ağa Behcət namazda “Qədr” surəsini oxudu. Mən camaat namazında ikinci sırada durmuşdum. Bir anlıq onun ruhunun təcərrüd halını müşahidə etdim. Behcətin ruhu qabaqda durub “Qədr” surəsini oxuyurdu və onun bədəni isə ruhuna iqtida edirdi. Biz bu kəraməti səfərdə olduğumuz vaxt Behcətdə müşahidə etdik. Amma o özü səfər boyu çox sakit halda zikr deməyə məşğul idi.1

Səhlə məscidində nurun müşahidəsi


Ayətullah Hacı Şeyx Abbas Hatif Quçani buyurur: “Ayətullah Behcət əksər hallarda məsciddə namaz qılar, çox vaxt gecələr sübhə qədər oyaq qalıb ibadətlə məşğul olardı.

Bir dəfə yenə gecə yarısı məsciddə olduğu vaxt dəstəmazını təzələməyə ehtiyac duyur. O heç vaxt məsciddə çıraq yandırmaz və qaranlıqda ibadət edərdi. Dəstəmz almaq üçün məsciddən çıxıb su başına gedir. Birdən bu qaranlıq zülmət içində onda azacıq qorxu hissi yaranır. Onda bu qorxu yaranan vaxt, birdən gözü önündə çırağa bənzər bir nur peyda olur. Bu nur onun önündə hərəkət edir və yolu işıqlandırır. Behcət dəstəmaz alıb qayıdana kimi bu nur onunla gedirdi. Amma o, məsciddə ibadət yerinə çatanda həmin nur (işıq) yox oldu.1


Yuxu halında sualın cavabı


Ayətullah Məhəmməd Təqi Behcət misilsiz arif rəhmətlik Mirzə Əli Ağa Qazi Təbrizinin məşhur şagirdlərindən olmuşdur. Nəcəf-Əşrəfdə təhsil aldığı vaxtlarda onda qəribə mükaşifə və qeybi hallar baş verərdi. Elə tələbəlik illərində sükut və müraqibənin ən yüksək məqamına nail olmuşdur.

Seyyid Əli Ağa Qazinin canişini və hal-hazırda Nəcəf-Əşrəfdə yaşayan Şeyx Abbas Quçani deyirdi: Şeyx Məhəmməd Təqi Behcət fiqh və üsul dərslərini Kompani ləqəbiylə məşhur olan Şeyx Məhəmməd Hüseyn İsfahaninin yanında öyrənmişdir. Behcət dərsdən hücrəsinə qayıdanda dərsə aid bəzi sualları olan tələbələr onun yanına gedib suallarına cavab alardılar. Əksər hallarda öz hücrəsində yuxuda olduğu vaxt tələbələr ona sual verər və o da ayıq vaxtı olduğu kimi çox aydın və qaneedici cavablar verərdi. Amma yuxudan ayılan zaman ona bu barədə danışanda deyərdi: “Sizin bu dedikləriniz haqqında heç bir şey yadımda deyil.”1


Etdiklərini söyləyimmi?


Bizim ustadımız həmişə deyərdi: Ariflərin yanına gedəndə ehtiyatlı olun. Çünki onlar sizin batininizi görürlər. Buna misal olaraq dedi: Bir gün bir qoca kişi Behcətin yanına getmişdi. Nəyə görəsə Behcət ona dedi: “Uşaqlıqdan indiyə qədər hansı əməlləri etdiyini bilmək istəyirsənmi? Mən sənin bütün əməllərini bilirəm.”2

Dünyaya bağlılıq


Tanınmış əxlaq ustadlarından biri Behcətin sirlərdən xəbərdar olması barədə deyirdi:

Mənim şagirdlərimdən biri belə nəql edir: Bir müddət olardı ki, qənaət edib pullarımı toplayır və ara-sıra onları sayırdım. Bir dəfə artıq pulların çoxaldığını görüb onları çamadana yığdım. Bir-neçə gün sonra Behcətin hüzuruna getdim. Bizi görüb söhbətə başladı: “Bəli, bu dünya bizi özünə elə bağlayıb ki, buraxmaq belə istəmir. Pullarımızı toplayır, elə hey sayırıq. Onların çoxaldığını görəndə sevinir və sandıqçaya qoyuruq.”

Bəli, xəlvətdə etdiyim işləri görübmüş kimi hamısını bir-bir söyləyərək, məni əməlli-başlı tənbeh etdi.

Hədiyyə sahibini tanımaq


Yüksək vəzifəli dövlət adamları tez-tez Behcətlə görüşərdilər. Bir gün yenə dövlət əmniyyət adamlarından biri onunla görüşmək üçün qabaqcadan vaxt almışdı. Həmin şəxs onunla gələn bir-neçə nəfərlə birgə intizar otağında oturub Ağa Behcəti gözləyirdi. Behcət otağa daxil olanda yüksək vəzifəli şəxsdən soruşdu: “Siz haralısınız?” Dedi: Filan şəhərdən. Behcət yenidən soruşanda, həmin şəxsin yanındakılar dedilər: Tehranda işləyir. Behcət dedi: “Ölkədən xaricdə?” Yenə o şəxsin dostları istehza ilə gülümsünərək dedilər: Bu adam Tehranda olur. Birdən həmin şəxs nə isə xatırlayıb dedi: Amerikanı deyirsiniz? Bəli, orada olmuşam. Ayətullah Behcət buyurdu: “Mənim üçün göndərdiyin məktub və hədiyyə hələ də durur.” O şəxs çox təəccüblə dedi: “Ağa, on yeddi ildən sonra bu şey hələ də yadınızdadır! Mən o hədiyyəni tələbə olduğum vaxtlarda sizin üçün göndərmişdim. Axı bu necə ola bilər? Siz ki, məni bu vaxta qədər görməmisiniz? Onun yanındakı adamlar bu sözləri eşidəndə, heyrətə gəlir və bu ilahi şəxs haqqındakı yanlış fikirlərindən xəcalət çəkirlər.1

Ürəyi Allah nuru ilə işıqlanana, neçə illər bundan əvvəl baş vermiş hadisəni və ya üzünü görmədiyi hədiyyə sahibini tanımaq çətin deyil.


Duanızda israr edin


Nəfsi pak ruhanilərdən biri belə nəql edir: Təqribən 1986-87-ci illərdə işlərimdə bir problem yarandı. Behcətin hüzuruna getdim. Mən hələ bir söz deməmişdim ki, Ağa Behcət problemim haqda danışıb dedi: “Gəl, gəl. Bilirəm nə olub.” Sonra “Xəsaisül-Əimmə” kitabından xüsusi bir tapşırıq verib, buyurdu: “İnşallah problemin həll olar.”

Bu işin üstündən 2-3 ay keçdi. Amma o iş düzəlmədi. Bir gün yuxuda Behcəti gördüm ki, deyir: “Yorulmayın. Mən onun yuxuda dediyi kimi edəndən sonra, işlərim qaydasına düşdü.1


Yaradılışın sirri


Qəlbdən gələn Allah kəlamı ildırıma bənzəyir. Bu ildırım insan varlığına od salaraq, paslanmış qəlbləri çirkinliklərdən təmizləyir. Böyük şəxsiyyətlərdən biri buyurmuşdur: Bir gün dostlarla birlikdə Həzrət Əlinin (ə) hərəmində idik. Yorğun olduğumuzdan bir tərəfdə oturub söhbət edirdik. Elə bu vaxt Ayətullah Behcət də hərəmə daxil oldu. Mənə nə isə demək istədiyini başa düşüb ona tərəf getdim. Behcət yaxınlaşıb yavaşca qulağıma pıçıldadı: “Biz boş yerə (oynamaq üçün) yaranmamışıq.”

Onun bu kəlamı sanki bir od kimi ürəyimə sancıldı. Bu inqilabi kəlam məndə böyük bir dəyişikliyə və həqiqət dalınca getməyimə səbəb oldu. Bunun nəticəsində rəhmətlik Ağa Qazinin dərslərindən bəhrələnmək mənə nəsib oldu.2

Belə rəvayət olunur ki, həzrət Yəhya uşaq olduğu vaxt həmyaşıdları ona deyərdilər ki, gəl birlikdə oynayaq. Kiçik yaşlı Yəhya deyərmiş: “Heç vaxt. And olsun Allaha ki, biz oynamaq üçün xəlq olmamış, Allah tərəfindən təyin olunmuş böyük hədəf üçün yaranmışıq.” Amma Ayətullah Behcətin bu sözü dediyi şəxs həm ata, həm də ana tərəfdən iki böyük mərcəi-təqlidin nəslindən olan Ayətullah Seyyid Əbdülkərim Rəzəvi Kəşmiri idi. Ayətullah Kəşmiri “Ürvətul-vüsqa” kitabının müəllifi, Ayətullah-üzma Seyyid Məhəmməd Kazim Təbatəbai Yəzdinin qızının nəvəsidir. O, uzun illər “Kufə” məscidində pişnəmaz olmuşdur və orada hamı onu “istixarəli Seyyid” kimi tanıyırdı. Bu ilahi arif haqqında belə bir əhvalat nəql olunur ki, bir gün şagirdlərindən biri ondan istixarə etməsini xahiş edərdi. Ayətullah Seyyid Məhəmməd Kazim Təbatəbai Yəzdi (istixarəli Seyyid) təsbehlə istixarə edir. Şagirdi ondan Quranla istixarə etməsini xahiş edəndə, Seyyid deyir: “Təsbehlə də istixarə etsəm, ayəsi mənim üçün mücəssəm olur.”

Bir gün Ayətullah Həsənzadə Amuli ustadlarından birinin qəbrini ziyarət etmək üçün onunla birlikdə qəbristanlığa getmişdi. Ayətullah Həsənzadə ustadının qəbrinin kənarında durduğu vaxt, onun harada və necə olduğunu görməyi arzulayır. Ayətullah Kəşmiri bunu eşidəndə bir işarə ilə deyir: “Gəl bax.” Elə bu vaxt Ayətullah Həsənzadə özünün başqa bir aləmdə olduğunu hiss edir. O aləmdə olduğu vaxt ustadını çox xoşhal və yüksək məqamda görür... Ayətullah Kəmşiri “bəsdir”–deyən kimi o, əvvəlki halına qayıdır.

Hacı Şeyx Əhməd Sibəveyh deyirdi: “Ayətullah Seyyid Əbdülkərim Kəşmiri həmişə ağlar halda olardı. Mən rövzə oxuduğum vaxt adətən minbərin arxa tərəfində oturub Əli-beytə (ə) ağlayardı. İrana gəlməmişdən qabaq onun yanına gedib istixarə etdirdim. Ayətullah Kəşmiri dedi: “Gedin Tehrana, hər şey yaxşı olacaq.” Dedim ki, bəs ev işini neyləyim? Kəşmiri buyurdu: “Sən get Tehrana, ev işin də düzələcək.”

Doğrudan da Ayətullah Kəşmiri deyən kimi oldu. Tehrana gələn kimi ev işim də düzəldi. Hal-hazırda da elə həmin evdə yaşayıram. Sonra Nəcəfdəki evimi satıb, buradakı evin pulunu ödədim.

Şeyx Məhəmməd Təqi Ənsari Həmədani buyurmuşdur: İmam Xomeyni Nəcəf-Əşrəfdə olduğu vaxtlar, onun oğlu Mustafa Xomeyni Ayətullah Kəşmirinin xüsusi əxlaq dərslərinə gedərdi. O öz ustadından İmam Xomeyni üçün çox danışardı. İmam buyurur: “Dediklərin doğrudur, amma mən dəlil istəyirəm. Get, Ayətullah Kəşmiriyə de ki, mən filan tarixdə nə yuxu görmüşəm?” Mustafa bunları ustadına ərz edəndə Ayətullah Kəşmiri deyir: “Atana de ki, həmin vaxt yuxuda rəhmətə getdiyini görmüsən. Cəsədini qəbrə qoyanda başının altındakı bir daş sənə əziyyət edirdi. Həzrət Əli (ə) gəlib başının altındakı o daşı götürdü.” Mustafa ustadının dediklərini atasına danışır. İmam Xomeyni buyurur: “Tamamilə doğrudur. İndi isə get ondan yuxunun təbirini də soruş.” Mustafa Xomeyni yenə də ustadının hüzuruna gəlib atasının sifarişini ona çatdırır. Ayətullah Kəşmiri belə deyir: “Atana deyərsən Nəcəf sizin üçün qəbir misalındadır. Həmin daş işlərinizdə yaranan maneələrdir ki, inşallah həzrət Əlinin (ə) yardımı ilə bu problemlər həll olacaq. İrana qayıdacaq və məqsədinizə çatacaqsınız. İranda da rəhmətə gedəcəksiniz.1

Ayətullah Kəşmiri Behcətin sözündən sonra əvvəlcə Ayətullah Quçaninin yanına gedir. O, Ayətullah Quçaninin verdiyi xüsusi tapşırıqlara və “Vadiüs-səlam”da bəzi ibadətlərə əməl edir. Ağa Qazinin ömrünün son dörd ilini həmişə yanında olar və onun mənəvi-əxlaqi elmindən bəhrələnməyə çalışardı. Əllamə Qazi rəhmətə gedəndən sonra çox vaxt onun məzarı üstə gedər və hətta bəzi gecələr orada qalardı.

Ondan “indiyə qədər İmam Zamanı görmüsünüz”–deyə soruşanda bir söz demədi. Sonra belə ərz etdi: “Bir dəfə Vadiüs-səlamda olanda üç nurani şəxs mənə yaxınlaşıb dedi: “Sizdən dua etmənizi xaşih edirik” və birdən qeyb oldular.

Ayətullah Kəşmiri sükut ixtiyar etməkdə xariqüladə istedada malik idi. Öhdəsindəki vacibata əməl etməkdən başqa bir iş görməzdi.

Ayətullah Seyyid Əbdülkərim Rəzəvi Kəşmiri 1999-cu ildə əbədi dünyaya qovuşaraq həqiqət sorağında olanların qəlblərini öz matəmilə yasa qərq etdi. O, həzrət Məsumənin (ə) hərəmindəki “Şəhid Mütəhhəri” məscidində Əllamə Təbatəbainin qəbrinin kənarında dəfn olunmuşdur.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə