“Аға Беһҹәтин һәјатынын башланғыҹы


Ayətullah Behcətin həyatına qısa bir baxış



Yüklə 1,34 Mb.
səhifə2/26
tarix17.06.2018
ölçüsü1,34 Mb.
#49164
1   2   3   4   5   6   7   8   9   ...   26

Ayətullah Behcətin həyatına qısa bir baxış

İRFANDA PARLAYAN YENİ GÜNƏŞ


Möminlərin nəzərinə çatdırmaq istəyirik ki, Allah-təala hər zaman, elə bizim dövrümüzdə də bəzən bəndələrə xüsusi məhəbbət göstərir. “Hər kəs haqq yolunda sadiq olsa, Allah onu hidayət edər.”

Təkamül və insaniyyət yolu bəndələr üçün həmişə açıqdır. Əgər insan zəhmət çəksə, indiki zamanımızda da İmam Zamanın (ə) diqqəti sayəsində Allaha doğru gedən yolun sadiq yolçusuna çevrilər və kamil məqama çatar. Həqiqətən, bunlar bizə ümid verir və imanımızı təkamülə doğru sövq etdirir. Dediklərimiz əfsanə olmayıb, sübuta yetmiş eyni həqiqətlərdir. Bu həqiqətləri dərk edərək qəlblərimizi dünya bağlılıqlarından azad edə bilsək, mənəvi ləzzətlərin maddi ləzzətlərdən qat-qat üstün olduğunu daha yaxşı başa düşərik. Təəssüflər olsun ki, bir tərəfdən mərifət və iman zəifliyi, digər tərəfdən də batini və zahiri şeytani amillərin hücumu üstünlük təşkil etdiyinə görə belə qiymətli xalis incilərə az diqqət edilir. Burada biz o böyük şəxsiyyətlərdən biri ilə yaxından tanış olacağıq.

Böyük arif həzrət Ayətullah-üzma Şeyx Məhəmməd Təqi Behcət Fuməni 1913-cü ildə Gilan vilayətinin Fumən şəhərində dindar bir ailədə dünyaya göz açıb. Atası Kərbəlayi Mahmud Behcət şəhərin hörmətli və tanınmış şəxslərindən olub. O, əkinçilikdən əlavə, şəhər əhalisinə idarə işlərində də yardım edirmiş. Camaatın etimadını qazandığı üçün onun adı sənədlərdə zamin kimi qeyd olunur. Ədəbiyyat sahəsində gözəl zövqə malik olan Kərbəlayi Mahmudun yazdığı şerlərdə Əhli-beyt (ə), o cümlədən İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin adı xüsusi vurğulanır. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şerlər hələ də o diyarın xətib əhli və məddahlarının dillər əzbəridir.1

Behcət bir il dörd aylığında ikən anası vəfat edir.2 Elə körpəlikdən yetim qalaraq çətinliklərlə üz-üzə duran Behcət bu ilahi imtahanda sınanmaq üçün enişli-yoxuşlu yollar keçməli olur.


O, MƏHƏMMƏDTƏQİNİN ATASIDIR


İlahi insanların haqq yola hidayət olunması və onların bu yolda təkamülə çatmasında Allah-təalanın gözəl və aşkar tədbiri vardır. Bu ibrətamiz gözəlliklərdən ariflər şeyxi Ayətullah Behcətin həyatında olduqca çoxdur. Onlardan biri atasının cavanlıqda başına gələn maraqlı əhvalatdır. Həmin əhvalat belədir:

Behcətin atası təqribən on yeddi yaşında olarkən vəba xəstəliyinə yoluxub yatağa düşür. Vəziyyəti ağır olduğundan onun sağ qalacağına heç kimin ümidi qalmır. Behcətin atası özü belə nəql edir: Həmin ağır vəziyyətdə olduğum vaxt, qəribə bir səs eşitdim. Kimsə deyirdi: “Onunla işiniz olmasın. O, Məhəmməd Təqinin atasıdır.”

Elə bu vaxt dərin yuxuya gedir və hamı onun rəhmətə getdiyini güman edir. Amma bir müddət keçəndən sonra yavaş-yavaş tamamilə sağalır. Bu hadisədən bir neçə il sonra evlənmək qərarına gəlir və artıq o əhvalatı (xəstəlik) yadından çıxarır. Evləndikdən sonra ilk övladının adını Mehdi qoyur. İkinci övladı qız olur. Üçüncü uşağının adını Məhəmməd Hüseyn qoyur. Dördüncü övladı dünyaya gələndə ağır xəstə olduğu vaxt eşitdiyi səsi xatırlayır və buna görə də onu Məhəmməd Təqi deyə çağırır. Amma Allah-təala onun bu övladı üçün qəribə alın yazısı yazıbmış. Bu uşaq elə körpə ikən su hovuzuna düşüb boğulur. Allah ona başqa bir övlad da nəsib edir. O, bunun da adını Məhəmməd Təqi qoyur. İllər keçdikdən sonra həmin uşaq zamanımızın ariflər şeyxinə–Ayətullah-Üzma Şeyx Məhəmməd Təqi Behcətə çevrilir.1

MƏHƏMMƏDTƏQİ BEHCƏTİN TƏHSİLİ


Ayətullah Behcət ibtidai təhsilini Fuməndə başa vurduqdan sonra, dini elmləri öyrənməyə başlayır.

Elə uşaq yaşlarından böyük ruha malik olan Məhəmməd Təqi uşaq oyunları oynamaqdan pərhiz edərmiş. Təhsilə olan böyük marağı və istedadı bais olur ki, elə ilk günlərdən şəhərin ruhanilərilə get-gəli artsın.

1927-ci ildə ərəb ədəbiyyatını bitirdikdən sonra, hövzə elmlərini təkmilləşdirmək üçün hicrət etmək qərarına gəlir. Əvvəlcə Qum şəhərinə yollanır. O zamanlar hələ Qum elmi hövzəsi yaranmamışdı. Bir müddət bu şəhərdə qalandan sonra aşiqlər diyarı Kərbəlaya yollanır. Təqribən dörd il bu şəhərdə sakin olan Məhəmməd Təqi dini təhsil almaqla yanaşı nəfsinin islahı ilə də məşğul olur. O, bu diyarın böyük ustadlarından olan Şeyx Əbdül Qasim Xoyinin2 dərslərindən də səmərəli istifadə edir.

Təhsilini davam etdirmək və dini elmlərə daha dərindən yiyələnmək üçün 1931-ci ildə Nəcəf-Əşrəfə hicrət edir. Ali təhsilin son mərhələlərini Nəcəfin yüksək dərəcəli alimlərindən kəsb edərək başa vurur. Onların sırasında Şeyx Mürtəza Taliqani kimi tanınmış şəxslərin adı qeyd olunur.

Ayətullah Behcət Hacı Ziya Əraqi və Mirzə Naininin dərslərini bitirdikdən sonra Şeyx Məhəmməd Qərəvi İsfahaninin çox yüksək səthdə hövzə dərslərinə qatılır, ali fiqh və üsul nəzərlərini beləcə daha da təkmilləşdirir. O, həmin vaxtlar 20 yaşlı bir cavan olmasına baxmayaraq, yüksək qavrama qabiliyyətinə malik imiş. Keçilən hər dərsə tənqidi-təhlili baxımdan yanaşma bacarığı onun çox tez bir zamanda elmi və mənəvi təkamülə çatacağından xəbər verirmiş. Nəcəf alimlərindən biri bu barədə belə deyir: “O, çox vaxt Ayətullah Kompaninin dərslərində bəhsə qatılır və yeri gələndə öz fikrini söyləməyi də çox yaxşı bacarırdı.”

O, eləcə də Seyyid Əbülhəsən İsfahani, Şeyx Məhəmməd Kazim Şirazidən dərs almış və həmçinin Ayətullah Milaninin “məkasib” dərslərində də iştirak etmişdir.

Ayətullah Behcət mərhum Seyyid Hüseyn Badkubinin yanında fiqh və üsul bəhslərini öyrənməklə yanaşı, İbn Sinanın “İşarat və Tənbihat” və Molla Sədranın “Əsfari ərbəə” kitablarını da mənimsəmişdir. O, bu dərslərə məşğul olduğu zaman Nəcəfdə ali səthdə hövzə dərslərini tədris edirmiş. Behcət “kifayə” tədris edən təcrübəli müəllimlərdən hesab olunurmuş. Bütün bunlardan əlavə “Səfinətül-bihar” kitabının yazılmasında Abbas Qummi ilə həmkarlığı olubmuş. Hal-hazırda “Səfinətül-bihar”ın Behcət tərəfindən yazılmış əlyazma nüsxəsinin böyük bir hissəsi mövcuddur.

AYƏTULLAH BEHCƏT VƏ TƏHSİLDƏ TƏLATÜM


Yuxarıda qeyd olunduğu kimi, Ayətullah Behcət elm yolunda rahatlıq nə olduğunu bilməyib. O, islam maarifini kamil mənimsəmək üçün bütün gücünü bu səmtə yönəldibmiş. Nəcəf alimlərindən biri bu barədə deyir: “Siz Behcətin zahirdə bu cür sakit olmasına baxmayın. O, rəhmətlik Qərəvi İsfahaninin (Kompani) dərsində ustada aman vermirdi. Hey irad tutur, məntiqli suallar verirdi. Bu mətləbi Ayətullah Milaniyə deyəndə, razılıq əlaməti ilə gülümsünüb demişdi: Ondakı bu istedadı görüb onu Şeyxin (Kompani) dərslərinə hazırlaşdırdım.” Behcət də ustadı Milaninin sözünə cavab olaraq belə deyir: “Onun (Milani) “Məkasib” dərsləri adi səth dərsləri sırasında yer tutsa da, bu dərsləri çox geniş və dərin izah edirdi. O əksər hallarda kitabdan iki-üç sətir söyləyib, qalan bütün dərsi (vaxtı) uyğun məsələ ətrafında bəhs edirdi. Həqiqətdə onun bu dərsləri “xaric” səthinə (ictihad bölümlərinə) aid idi.”1


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə