“Аға Беһҹәтин һәјатынын башланғыҹы


Ayətullah Behcətin müəllimləri



Yüklə 1,34 Mb.
səhifə6/26
tarix17.06.2018
ölçüsü1,34 Mb.
#49164
1   2   3   4   5   6   7   8   9   ...   26

Ayətullah Behcətin müəllimləri


Ayətullah Behcət əsasən, fiqh dərsini Mirzə Məhəmməd Təqi Şirazinin şagirdi Şeyx Məhəmməd Kazim Şirazidən dərs almışdı. Üsul dərsini isə rəhmətlik Ayətullah Naininin, sonra isə Ayətullah şeyx Məhəmməd Hüseyn Kompani İsfahaninin yanında oxumuşdu. Daha çox Ayətullah Kompanidən dərs almış, əxlaqi cəhətdən də bu ustadın ona mühüm təsiri olmuşdu. Bəzən ustadından eşitdiyi mətləbi qəribə bir tərzdə bəyan edər və onun nümunələrini biz Behcətin rəftarında görərdik. Bu ustadın (Kompani) onun mənəvi formalaşmasında da böyük rolu olduğu aşkar gözə çarpırdı. Çox yaxşı yadımdadır ki, Ayətullah Behcət həmişə deyərdi: “Rəhmətlik Şeyx Məhəmməd Hüseynin (Kompani) elmi fəaliyyətlərinə diqqət edən hər bir şəxs onun gecə-gündüz mütaliə və tədqiq işlərindən başqa heç bir iş görmədiyini güman edər. Amma onun ibadi proqramlarından xəbərdar olsaydılar, ibadətdən başqa bir işi olmadığına əmin olardılar. Elmi fəaliyyətlərə olduqca məsuliyyətli idi. Hətta bu barədə belə nəql edirlər: Mən (Kompani) on üç il “Kifayə” kitabının müəllifi rəhmətlik Axund Xorasanidən dərs almışam. Bu on üç il ərzində cəmi bir dəfə onun dərsinə gedə bilmədim (gecələr tədris edərmiş). Onun da səbəbi bu idi ki, Kazimeynə ziyarətə getmişdim. Qayıdarkən bir müşkül ortaya çıxdı. Elə buna görə də vaxtında dərsə çata bilmədim. Yolda qayıdarkən ustadın bu gecə hansı dərsi deyəcəyini zənn etdiyim üçün qabaqcadan həmin mətləbi yazdım. Nəcəfə qayıdandan sonra dostlarımdan dərs haqqında soruşanda məlum oldu ki, mənim qabaqcadan yazdığım mətləbi ustad bəyan edibmiş.

Elmi baxımdan belə yüksək məqam sahibi olmasına baxmayaraq (ustadın deyəcəyi yeni dərsi qabaqcadan bilmək), dərslərinə qarşı olduqca məsuliyyətli idi. Şeyx Məhəmməd Hüseyn İsfahani on üç il tamam rəhmətlik Axundun yanında dərs aldı.”

Onun elm sahəsində çox mühüm fəaliyyətləri olmuşdur. O cümlədən, “Kifayə” və Şeyxin “Məkasib” kitablarına yazdığı haşiyələr daha dəqiq və dərin haşiyələrdən hesab olunur. Adi adamların bəzən 50-60 yaşına qədər müvəffəq olmadıqları bu elmi işi o, 27 yaşına qədər yazıb qurtarmışdı. Bütün bunlar Ayətullah Behcətin öz ustadı haqqında nəql elədikləridir.

Ayətullah Qərəvi və ibadət


Ayətullah Behcət bu barədə belə nəql edir:

“Ayətullah Qərəvi mühüm elmi fəaliyyətləri ilə yanaşı ibadətə də çox əhəmiyyət verərdi. Kənardan baxana elə gələrdi ki, onun ibadət etməkdən başqa bir işi yoxdur. Hər gün “Aşura” ziyarətnaməsini oxumaq və “Cəfər Təyyar” namazı qılmaq onun gündəlik və adi proqramlarından idi. Nəcəf alimləri arasında olan adətə görə həftənin hər cümə axşamı və ya cümə günü “rövzə” məclisi qurulardı. Belə məclislər bir növ ustadların, tələbələrin və dostların görüşməsinə şərait yaradırdı. Şeyx Məhəmməd Hüseyn İsfahani bu məclislərdə çay vermək və ayaqqabıları səliqəyə salmaq işlərini həmişə öz öhdəsinə götürərdi. Ayaqqabıları səliqəyə sala-sala dodaqaltı hansısa zikri zümzümə edər və çox tez-tez dediyindən biz onun hansı zikri dediyini başa düşməzdik. Bizə çox maraqlı idi ki, görən bu hansı zikrdir və ayaqqabıları düzəldərək onu təkrar edir. Günlərin birində onun yaxın dostlarından olan şeyx Məhəmməd Əli Bürucerdi Qərəvidən soruşur: Bu nə zikrdir ki, ona bu qədər əhəmiyyət verirsiniz? Hətta salam verib hal-əhval tutanda da diliniz bu zikrdən dayanmır? O gülümsünüb deyir: Çox yaxşıdır ki, insan hər gün min dəfə “Qədr” surəsini oxusun.”

Bəli, Behcət elə ustadlardan dərs almışdır. Onlar elmi fəaliyyətləri müqəddəs saymaqla namaz, ziyarət və dualara da böyük əhəmiyyət verərdilər. Bir çox böyük ustadların, o cümlədən Naininin yanında əxlaq dərsi alsa da, Behcətin əxlaqi və mənəvi formalaşmasında xüsusi rol oynayan ustadı hacı Mirzə Əli Qazi olmuşdur. Rəhmətlik Əllamə Təbatəbai, Şeyx Məhəmməd Təqi Amuli, Şeyx Əli Məhəmməd Bürucerdi, digər böyük alimlər və hətta mərcəi-təqlidlərdən bir çoxu onun bu dərslərindən faydalanmışlar. Tez-tez yad etdiyi ustadlardan biri də rəhmətlik Şeyx Mürtəza Taliqani idi.

Ayətullah Behcətin şəxsiyyətində müxtəlif cəhətlər


Yuxarıda qeyd etdiyimiz kimi Behcət elmi və mənəvi cəhətdən üstün olan böyük ustadlardan dərs almışdır. Bütün bunların onun hərtərəfli formalaşmasında əvəzsiz təsiri olmuşdur. Mənəviyyata daha çox ehtiyac duyulan bir zamanda Behcət kimi şəxsiyyətlər Allahın insanlara bəxş etdiyi böyük nemətlərdən sayılır. Onun bərəkətli ömrünün hər anından səmərəli istifadə edərək, belə gözəl nemətlərə görə Allaha həmd etməliyik.

Allah-təala ona xass xüsusiyyət və zati istedad əta etmişdir. O fövqəladə iti zehnə malik bir insandır. İstər fərdi və ictimai, istərsə də siyasi məsələlərə özünəməxsus uzaqgörənliklə yanaşır. Elmi-ibadi işlərə qərq olan bir şəxsin belə dəqiq məsələlərə olan diqqəti və onu gözəl dərk etməsi, çoxlarına təəccüblü gəlir. Behcəti ibadət və ya tədris halında görən hər bir şəxs, onun siyasi-ictimai məsələlərə çox əhəmiyyət vermədiyini fikirləşər. Onu da qeyd edək ki, məni (Misbah Yəzdi) ictimai-siyasi məsələlərə əhəmiyyət verməyə təşviq edən şəxs Ayətullah Behcət olmuşdur. Tədris etdiyi vaxtlarda öz tələbələrinə bu haqda sifariş edib deyərdi: Elmi-mənəvi məsələlərə etiqadı olan hər bir şəxs siyasi-ictimai məsələlərə də ciddi yanaşmalıdır. Əks təqdirdə bir gün gələr cəmiyyətin siyasət işləri səriştəsiz insanların əlinə düşə bilər və islam cəmiyyətini azğınlığa sürükləyər. Hətta İmam Xomeyniyə də siyasi məsələlər barədə xüsusi sifarişlər edərdi. Bir dəfə də İmam Xomeyniyə göndərəcəyi belə sifarişlərdən birini çatdırmağı dostlardan biri ilə mənə tapşırmışdı.


İxtiyari ölüm məqamı


İmam Xomeyninin Behcətə xüsusi rəğbəti vardı. Mən bunu bilavasitə onun özündən eşitməmişəm. Çünki ustadları suallarımla zəhmətə salmağı özümə icazə verməzdim. Sizə nəql edəcəyim bu xatirələrin bəzisini özüm şəxsən müşahidə etmiş, bəzilərini də ustadların özləri buyurmuşlar. Rəhmətlik hacı Mustafa (İmam Xomeyninin oğlu) onun haqqında İmam Xomeyninin dilindən belə nəql edirdi: İmam Xomeyninin rəhmətlik Bürucerdi ilə get-gəl etdiyi vaxtlar idi. Behcətin olduqca sadə və kasıb yaşadığını bilən İmam Xomeyni onun ailəsinə kömək etmək niyyətilə Ayətullah Bürucerdidən bir miqdar pul alır. Məsələnin nə yerdə olduğunu bilən Behcət pulu götürməkdən boyun qaçırır. İmam Xomeyni aldığı pulu bir də geri qaytarmaq istəmədiyi üçün ona deyir: Bu pulu mən öz malımdan sənə verirəm. Behcət bu pulu İmam Xomeyninin hədiyyəsi kimi qəbul edir. İmam Xomeyni ilə yaxın dost olan cənab Məsudi nəql edirdi ki, İmam Xomeyni bəzən çətin vaxtlarda və ya evdə xəstəsi olanda məni Behcətin yanına göndərərdi. Belə vaxtlarda bəzən Behcət qurbanlıq kəsməyi tövsiyə edərdi. Bir neçə dəfə Behcətin sifarişi ilə İmam Xomeyninin tərəfindən qoyun alıb qurbanlıq kəsmişəm. İmam Xomeyni onun böyük mənəvi məqam sahibi olduğunu təsdiqləyirdi. İmam Xomeyninin dediyinə görə, Behcət ixtiyari ölümə malik idi. Yəni istədiyi vaxt ruhunu bədəndən çıxarır və yenidən geri qaytara bilir. Bu ilahi şəxsiyyətlərin mənəviyyat yolunda ələ gətirdikləri böyük məqamlardan biridir. Allah övliyalarının ələ gətirdikləri elə ali məqamlar vardır ki, onu hətta düzgün dərk etmək belə bizim üçün çox çətindir.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə