“Аға Беһҹәтин һәјатынын башланғыҹы


Allah-təalanın Behcətə xüsusi mərhəməti



Yüklə 1,34 Mb.
səhifə7/26
tarix17.06.2018
ölçüsü1,34 Mb.
#49164
1   2   3   4   5   6   7   8   9   10   ...   26

Allah-təalanın Behcətə xüsusi mərhəməti


Ayətullah Behcətin fövqəladə kamal sahibi olduğuna etiqadı olan şəxslərdən biri də əxlaqi və irfani məsələlərdə rəhmətlik Qazinin canişini Şeyx Abbas Quçani idi. Şeyx Abbas Quçaninin oğlu Şeyx Mahmud Quçani atasının dilindən belə nəql edir: “Behcət çox cavan yaşlarında ilahi məqama çatmışdı. Mən onun yaxın dostu olduğuna görə bunları bilirdim. Amma mən Behcətə söz vermişdim ki, onun sağ olduğu müddətdə bu sirri heç kimə açmayım. Həmin vaxtlar təqribən, 17-18 yaşlarında olan Behcət belə böyük məqama çatmışdı.”

Mənə elə gəlir, həmin “ixtiyari ölüm” məsələsini deyirdi. Uzun illər Allah yolunda xalis bəndəlik edən bir şəxs əgər 20 yaşından əvvəl “ixtiyari ölüm” məqamına çatarsa, onun 80 yaşında hansı ilahi dərəcəyə çatdığını güman etmək olar. Behcətin bu mənəvi xüsusiyyətləri hər mömin şəxsin diqqətini özünə cəlb edir. Əlbəttə, nəql etdiyimiz bütün bunlar böyük şəxsiyyətlərin kamal dəryasından bir damladır.


Behcətə xass əlamətlər


Öz mənəvi məqamını başqalarından gizlətmək Behcətə xass olan xüsusiyyətlərdən biridir. Çox nadir hallarda müqabilindəki şəxs onun danışıqlarından və ya rəftarından bu insanın xariqüladə olmasını başa düşərdi. Onunla yalnız uzun illər yaşamış yaxınları onda gözə çarpan o əlamətləri qəti olaraq hiss etmişlər. Onun yanında dərs aldığımız vaxtlar, adətən biz (Misbah Yəzdi) hamıdan qabaq dərsə gələr və bir neçə dəqiqə ustadın əxlaqi söhbətlərindən faydalanardıq. Adətən, dərsə başlamazdan qabaq müxtəlif yollar və çox vaxt da dolayısı ilə bizləri nəsihət edərdi. Söhbətini həmişə bir tarixi hekayə ilə başlayar, nəql etdiyi tarixi əhvalatlar bizim ötən gündəki rəftarımızla çox bağlı olardı. Sanki, bütün dedikləri bizə aid idi. Rəftarımızda olan nöqsanı bir hədis və ya bir şəxs barəsində olan tarixi əhvalat vasitəsilə bizə bildirərdi. Bu dediklərimi başqaları da təsdiq edib deyirdilər ki, biz də eyni şeyləri öz həyatımızda təcrübə etmişik. Behcət qarşı tərəfin ehtiramını gözlədiyi üçün, onun səhvini birbaşa üzünə deməyib, sözünü dolayısı yolla çatdırardı. Çox vaxt onun nəql etdiyi hədislərdə hər kəs öz nöqsanını başa düşər, bu nəsihətin ona da aid olduğunu hiss edərdi.

Qırx beş-qırx altı il bundan əvvəl Behcətlə tanış olandan onun gündəlik xüsusi sübh proqramı var idi. O hər gün sübh azanından gün çıxana qədər Həzrət Məsumənin (ə) hərəmində ibadətlə məşğul olar və gündəlik “Cəfər Təyyar namazı”nı qılardı. Axşam çağı gün batmazdan əvvəl piyada gəzişərək “Səfaiyyə” məhəlləsinə tərəf gedərdi. Axşam namazını Səfaiyyə ətrafındakı əkin sahələrinin kənarında–təbiətin qoynunda qılardı. Onu görmək istəyən dostlardan bəziləri namazlarını Behcətlə birgə qılar və onun namazdakı qəribə halını müşahidə edərdilər.

Dostlardan biri belə nəql edir: Bir dəfə Behcət şam namazını qılandan sonra buyurdu: “Əgər yer üzündəki bütün padşahlar insanın ibadətdən necə ləzzət aldığını bilsəydilər, heç vaxt maddi ləzzətlər dalınca getməzdilər.”

Uzun illər kirayənişin yaşayan Behcət hal-hazırda da çox kiçik və sadə evdə yaşayır. Əhli-beyt yolunda olmaq və şəri qayda-qanuna (ədəb-ərkan) olan xüsusi diqqəti Behcətin tərbiyəvi üsulundakı mühüm xüsusiyyətlərdən biridir. Şəri ədəb-ərkan və Əhli-beyt yolunda olmaqda hamı eyni səviyyədə deyildir. Amma Behcətin öz həyat tərzində və rəftarında bu məsələlərə çox dəqiq yanaşdığı açıq-aşkar özünü büruzə verir. Hətta öz rəftarında elə incəliklərə diqqət edir ki, bunları vəsf etmək belə çox çətindir. Ata yurdundan irs olaraq ona kiçik bir mülk (torpaq sahəsi) çatmışdı. Bu torpaq sahəsində əkilən çəltik (düyü) ailəsinin illik düyü payının çox az bir hissəsini təmin edirdi. Həmin mülkdə əkilən düyüdən qonşulara və yaxın dostlara az da olsa pay verməyi heç vaxt yaddan çıxarmazdı.

İnqilab vaxtı baş verən bəzi hadisələrə görə yaxın dostlarımdan bir neçəsi şahın adamları tərəfindən həbs olunmuşdu. Ələ keçən mühüm sənədlər arasında mənim (Misbah Yəzdi) öz xəttimlə yazılmış bir neçə kağız da var idi. Dostların məsləhəti ilə bir müddət Qum şəhərindən çıxmalı oldum. Müsafirətdə olduğum vaxtlar hətta yaxın adamlarım belə mənim harada olduğumu doğru-düzgün bilmirdilər. Ailəmin yanında olmadığım müddətdə bir dəfə Behcət bir kisə düyü və bir miqdar pulu oğlu ilə xanımına verib bizim evə göndərmişdi. Oğlu küçənin başında durur və Behcətin xanımı düyü ilə pulu mənim ailəmə çatdırır. Mən bunu eşidəndə, əvvəl çox təəccüblənmişdim. Amma Quma qayıdandan sonra başa düşdüm ki, Behcət şəri adət-ənənəyə çox əhəmiyyət verdiyinə görə mən evdə olmadığım vaxt öz xanımını bizim qapıya göndəribmiş. Şəri qayda-qanuna görə əri müsafirətdə olan qadının qapısına naməhrəm şəxsin getməsi düzgün deyil. Ona görə də oğlu küçənin başında durubmuş ki, bu şəri məsələyə riayət olunsun. Onun o vaxtı ailəm üçün göndərdiyi pul elə də çox deyildi. Amma o öz imkanı daxilində və şəri qayda-qanuna dəqiq riayət edərək həmin əmanətləri bizim evə çatdırmışdır.

Allah övliyalarının rəftar və danışıqda incəliklərə dəqiq riayət etməklərini bilməkdən əlavə, onları doğru-düzgün başa düşmək üçün insana böyük elm lazımdır.


Höccətül-islam Fehri ilə müsahibə


Ayətullah Behcət haqqında xatirələrimdən bir-neçəsini burada sizin üçün nəql edirəm.

Birinci əhvalat


Nəcəf-Əşrəfdə olduğum vaxtlar Ayətullah Behcətin mənəvi məqamları barəsində çox eşitmişdim. Qum şəhərinə gələndə onu görmək arzusunda idim. Evləndikdən sonra təsadüfən onunla qonşu olduq. Bacardığım qədər onun camaat namazlarında iştirak etməyə çalışırdım.

Günlərin birində “mehrab şəhidi” Ayətullah Dəstğeyb bizim Qum şəhərindəki evimizə gəlmişdi. Təsadüfən həmin gün Ayətullah Behcət də bizə gəldi. Behcətin başqalarıyla çox get-gəl etmədiyini bildiyimə görə, onun bu gəlişi məni çox təəccübləndirdi. Bu böyük şəxsiyyətin hər ikisi rəhmətlik Şeyx Kazim Şirazinin tələbələrindən olmuşlar. Səmimi salamlaşıb-görüşəndən sonra Behcət oturub zikr deməyə məşğul oldu. Şəhid Dəstğeyb onunla üz-üzə əyləşərək sükut ixtiyar etmişdi. Təqribən on dəqiqədən sonra Behcət sağollaşıb getdi.

Şəhid Dəstğeyblə söhbət əsnasında onun mənəvi kamal və məqamları barəsində danışdıq. Ayətullah Dəstğeybdən soruşdum: Behcətin Nəcəfdə olduğu vaxtlarından hansı xatirə yadınızdadır? Ayətullah Dəstğeyb buyurdu: “Behcətin mənəvi məqamları barəsində danışmağa biz çox acizik. Amma Behcətlə öz haqqımda olan bir hekayəni sizin üçün nəql edərəm. Bir gün Nəcəfin tanınmış və böyük fəqihlərindən olan Şeyx Kazim Şirazinin dərsindən sonra Behcət ustada dedi: Dünən axşam bir yuxu görmüşəm. Əgər izin versəniz, sizin üçün bu yuxunu danışardım. Şirazi soruşdu: Yuxuda kimi görmüsən? “Dəstğeybi” – deyə Behcət cavab verdi. Ustad icazə verdikdə o, belə ərz etdi: Yuxu aləmində Dəstğeybin Nəcəfdən Şiraza getdiyini gördüm. Onun Şiraza gəlişi islam və şiənin daha da güclənməsinə səbəb olur. Şiraz əhalisi üzərində “La ilahə illəllah, Məhəmməd rəsuləllah, Əliyyən vəliyyullah” yazılmış plakatlarla onu qarşılamağa çıxmışdılar. Şirazda böyük müvəffəqiyyətlər qazanır və oranın alimləri onun camaat namazında iştirak edirlər. Camaat arasında bir günəş kimi nur saçan Ayətullah Dəstğeybin bərəkətli vücudundan hamı istifadə edir.

Behcət yuxusunu danışıb qurtarandan sonra Şeyx Kazim Şirazi mənə xitab edərək dedi: “Ağa Dəstğeyb! Mən sizə elə günü bu gün Şiraza getməyi əmr edir və Nəcəfdə qalmağınızı haram bilirəm.”

Bu elə bir vaxtda idi ki, mən Nəcəfə Həzrət Əlinin (ə) hərəminin kənarında həmişəlik qalmaq üçün getmişdim. Şiraza qayıtmaq fikrim belə yox idi. Hətta dünyadan köçərkən məni Nəcəfdə basdırmağı da vəsiyyət etmişdim. Amma şəri hakimin hökmünə əməl etmək vacib olduğu üçün ailəmlə birlikdə Şiraza qayıtmağa hazırlaşdıq. Behcətin dediyi kimi, camaat bizim Şiraza gəlişimizi çox yaxşı qarşıladı. Namaz qılmaq üçün şəhərin “Came” məscidinə getdik. Şirazın alimləri məscidə yığılıb mənimlə birgə namaz qıldılar. Beləliklə, mən Şirazda qalıb öz dini-təbliğati fəaliyyətlərimi davam etdirdim.”

Bəli! Böyük fəqih Şeyx Kazim Şirazi Ayətullah Behcətin yuxusunun sadiq olduğunu bilərək, elə buna əsasən, şəri hökm vermişdir. Amma Dəstğeybə gəldikdə isə, Ayətullah Behcətin yuxuda gördüklərinin hamısı çin oldu. O, Şirazda elmilə böyük ad-san qazandı. Köməyə ehtiyacı olan insanlar onun yanından heç vaxt əli boş qayıtmazdılar.


İkinci əhvalat


İnqilabdan əvvəlki illərdə atam həmişə “Darüs-səlam” məscidində (Tehran) pişnamaz olardı. Bir gün atam zəng edib dedi ki, bir müddət onun yerinə məsciddə camaat namazı qılım. Mən üzürxahlıq edib dedim: Qumdan Tehrana gəlib bir-iki həftə qalmaq mənim üçün çox çətindir. Amma atam da Tehrana gəlməyimi təkid edirdi. Atam narazı olduğumu başa düşüb dedi: Əgər belədirsə, get Behcət istixarə etsin. Behcəti görmək üçün “Fatimiyyə” məscidinə getdim. Namaz qurtarandan sonra onunla salamlaşıb halını soruşdum. Mənim üçün istixarə etməsini xahiş etdim. Behcət istixarə etmədən dedi: Valideynin sözünə itaət etmək vacibdir.

Mən təəccüblə dedim: Hər halda istixarə etməniz yaxşı olardı. Quranla istixarə edib dedi: “Elə mən deyəndir.”

Heç kəsin bilmədiyi bu məsələdən onun xəbərdar olması mənim üçün çox təəccüblü idi. Bu əhvalatı atama nəql edərkən o dedi: Belə məsələlər Behcət üçün çox sadədir. Allah rizasına görə qırx-əlli il riyazət çəkən bir şəxs üçün belə şeyləri bilmək o qədər də çətin deyil.

Üçüncü əhvalat


İnqilabdan əvvəlki illərdə evimi dəyişmək qərarına gəlmişdim. Bu, Behcətlə Ayətullah Dəstğeybin qonaq gəldiyi həmin ev idi. İstixarə etmək üçün Behcətin mənzilinə getdim. O, dəstəmaz alırdı. Dəstəmaz alıb qurtarandan sonra elə həmin dəqiqə belə dedi: “Evi satmayın. Çünki Həzrət Məsumənin (ə) hərəminin yanında xüsusi bərəkət vardır. Oradan uzaqlaşdıqca həmin bərəkətdən də uzaq olacaqsan.”

Sanki, mən istixarə üçün xahiş etməzdən əvvəl onun bu məsələdən xəbəri vardı. Mən Behcətə dedim: Elə bu məsələyə görə sizin yanınıza gəlmişəm. Bir nəfər mənim mənzilimi almaq istəyir. Xahiş edirəm buna görə bir isitixarə edəsiniz. Mənzil şərikli olduğundan, şərik öz payını (səhmini) satmaq istəyir və bir nəfər evi almağa hazırdı. Amma mən evi bu adama və yaxud başqasına satmaqda tərəddüd edirəm. Çünki onun pulunun halal olmadığı barədə bəzi şeylər eşitmişəm. Behcət istixarə edib dedi: “Bu işi görməyin, çünki çox kərahəti var.”

Elə buna görə də evi həmin şəxsə satmadım. Bir müddət keçəndən sonra möhtərəm bir şəxs evi almaq üçün gəldi. Borcumu ödəmək və şərikimin səhmini vermək üçün evi həmin şəxsə satdım.

Dördüncü əhvalat


Etimadlı dostlardan biri belə nəql edirdi: “Bir gün Behcətin həmişə namaz qıldığı məscidə tərəf gedəndə, onun məscid qapısından çölə çıxdığını gördüm. Onun salamatçılığına astadan salavat göndərdim. Behcətə yaxınlaşıb əlini öpmək istəyəndə, dedi: Sizə minnətdaram.”

Sonda xülasə şəkildə ərz edirəm ki, Behcətin hədəfi dinə, şiəliyə, irfana və Əhli-beytə (ə) xidmətdir. Mən onu məsumlarımızın davamçısı hesab edirəm.1



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə