Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə54/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
199
rəkkəb məsələlərlə bağ lı olur və bunların arxasında ta rixin 
açılmamış,  sirli  izləri  gizli  olaraq  qalır”.  Sonra  isə  mü əllif 
fikri  təsdiq  üçün  nümu nələr  verir:  gürcü  dilində  –  Xun-
dadze,  Xazaradze,  Tatarişvili...;  erməni  dilində  –  Hun yan, 
Avşaryan, Xalaçyan...; rus dilində – Tatarenko, Tata rin, Ta-
tarskiy,  Saburov...  Heç  şübhəsiz  ki,  təq dim  etdiyimiz  fa-
miliyalardakı  xun  (hun),  hun,  tatar,  avşar,  xa zar  (xəzər), 
xalaç,  sabur  (sabir)  vahidləri  qədim  türk  etno nim ləridir. 
Fik rimizcə, bu etnonimlər əsasında yaranmış famili ya ların 
daşıyıcıları, daha dəqiqi, onların ulu babaları türk olub. Yə-
ni  həmin  familiyaları  daşıyanlar  assimilyasiyaya  uğra mış, 
konkret desək, gürcüləşmiş, ruslaşmış, erməniləşmiş türk-
lərdir  (hal-hazırda  qatı  düşmənimiz  olan  ermənilərin  tor-
paqlarımızı işğal altında saxlaması, bizə qarşı düşmən çi lik 
siyasətindən əl çəkməməsi tam başqa bir möv zu dur). Yəqin 
ki, Afad Qurbanov bu tip adlarla bağlı “mü rək kəb məsələ”, 
“tarixin açılmamış sirli izləri”, “gizli olaraq qal ma” dedikdə 
bunlara işarə edirmiş, bunları nəzərdə  tuturmuş.
Məqalədə türk mənşəli lüğəvi vahidlərdən yad dil lər-
də ye ni antroponimlərin, daha doğrusu, əsl şəxs adları və 
fa mili ya ların yaradılması, onların quruluşu, leksik-se man-
tik qrupları da sistemli şəkildə izah edilir.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
200
AZƏRBAYCAN NİTQ MƏDƏNİYYƏTİ
PROBLEMLƏRİ
1987-ci il dekabrın 18-də APİ-də “Azər  baycan nitq mə-
dəniyyəti  problemləri”nə  həsr  olunmuş  kon frans  keçiril-
miş dir. Bu konfransa da APİ-nin rektoru, AMEA-nın müx-
bir  üzvü,  filologiya  üzrə  elmlər  doktoru,  professor  Afad 
Qurbanov  rəhbərlik  etmişdir.  Konfransın  yüksək  səviy-
yədə  keçirildiyi  onun  çap  edilmiş  material la rının  (“Azər-
baycan nitq mədə niy yəti problemləri”. Bakı, 1988) ilk sə-
hifələrində ay dın şəkildə görünür. Belə ki, məc muədə əv-
vəl cə  Xalq  ya zıçısı  Mirzə  İbrahimovun,  sonra  aka de mik 
Məm  mə dağa  Şirəliyevin,  daha  sonra  isə  akademik  Afad 
Qur banovun məqaləsi verilib. Elə buradaca qeyd edək ki, 
bu konfrans Afad Qurbanovun təşkilatçılığı ilə keçiril miş 
yeganə  konfransdır  ki,  təşkilatçısının  məqaləsi  (“Azər-
baycan nitq mədəniyyəti problemləri”) üçüncü sırada yer 
alıb. Daha doğrusu, Afad Qurbanov özü be lə qərarlaşdırıb. 
İstəməyib ki, məqaləsi nüfuzlu şəxsiy yət lərin – Mirzə İbra-
himov  və  Məmmədağa  Şirəliyevin  mə qalələrindən  əvvəl 
ve ril miş  olsun.  Bu,  Afad  Qur ba no vun  mənəviyyatca  çox 
zən gin bir insan olduğunu sübut edən faktlardandır.
Burada o da vurğulanmalıdır ki, “Azərbaycan nitq mə-
də niy yəti problemləri” adlı məcmuədə (redaksiya he yəti: 
pro fes sor  Afad  Qurbanov  (redaktor),  üzvlər:  pro fes sor 
Zərifə Bu da qo va, professor Əlövsət Abdullayev, pro fes  sor 
Ağamusa Axun dov, professor Tofiq Hacıyev...) professor 
Zemfira  Verdiyeva,  professor  Vaqif  Aslanov,  professor 
Musa Adilov, professor Tür kan Əfəndiyeva kimi görkəmli 
alimlərin məqalələri çap olu nub. Yeri gəlmişkən, Azərbay-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
201
can dilçiliyi tarixində nə 1987-ci ilə qədər, nə də ki bundan 
sonrakı dövrlərdə “Azərbaycan nitq mə dəniyyəti problem-
ləri”nə dair belə bir konfrans ke çi ril ib.  1987-ci ildən sonra, 
konkret  desək,  son  30  ildə Azərbaycan  nitq  mədəniyyəti 
problemlərinə  dair  konf rans ların  keçirlmə mə si  isə  ancaq 
və ancaq təəssüf doğurur. Çünki nitq mə də niyyəti prob-
lemlərini  bir  konfrans  keçirməklə,  yaxud  bir  ne çə  kitab 
və məqalə çap etdirməklə həll etmək mümkün deyil. Belə 
məsələlər daim diqqət mərkəzində durmalı, daim öyrənil-
mə lidir. Afad Qurbanovun “Azərbaycan nitq mədəniyyəti 
prob lem ləri” adlı məqaləsində də bu cəhət xüsusilə qabar-
dılır:  “Nitq  mə də niyyəti  ümumxalq  işidir.  Buna  görə  də 
onun  yayılması  və  təbliği  ümumxalq  xarak te ri  daşımalı-
dır. Bu ümumxalq işinin ba şında dilçi alimlər, pe daqoqlar, 
yazıçılar və başqa yaradıcı ziya lılar dur ma lı dırlar. Onların 
bu  sahədə  fikirlərini  cəmləş dir mək,  mü za kirə  etmək  və 
düzgün  istiqamətləndirmək üçün mün tə zəm olaraq  elmi 
müşavirələr, seminarlar, konfranslar keçiril mə lidir”. Bu fi-
kirlər bu gün də öz aktuallığını  saxlamaqdadır.
Bəllidir  ki,  XX  əsrin  80-ci  illərinə  qədər Azərbaycan 
dil çiliyində nitq mədəniyyəti ilə bağlı tədqiqatlarda, əsa-
sən,  üç  istiqamət  götürülüb:  nitqin  yalnız  şifahi  qolunu 
əsas götürmüş alimlər; nitq mədəniyyəti məsələlərini an-
caq üslublarla bağlı şərh etmiş alimlər; nitq mədəniyyəti-
ni şifahi və yazılı nitqin vəh dəti kontekstində araşdırmış 
alim lər. Afad  Qurbanov  haq qın da  bəhs  etdiyimiz  məqa-
lə sin də  bunların  hər  üçünə  müna si bət  bildirir:  ”...Ancaq 
şifahi nitqə diqqət yetirib, yazılı nitqi unut maq nitq mədə-
niy yətini  birtərəfli  inkişaf  etdirmək  demək dir...  Nitqdə 
yalnız düzgün üslubi fiqurlar işlətməyə çalışmaqla yüksək 
nitq mədəniyyətinə sahib olmaq mümkün deyildir... Dilçi 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
202
alimlərimizin bir qrupu nitq mədəniyyətini şifahi və ya zılı 
nitqin vəhdətindən ibarət götürür. Fikrimizcə, bu mövqe 
həqiqətə daha uyğundur”. Burada təkcə onu qeyd etmək 
kifa yət dir  ki,  Afad  Qurbanov  nitq  mədəniyyəti  ilə  bağlı 
on larca ki tabı saf-çürük etdikdən sonra düzgün elmi nəti-
cələr söyləyə bilib.
Nitq mədəniyyətinin praktik tərəfini də əsas götürən 
mü əl lif  uşaqlara  nitq  mədəniyyəti  elementlərinin  məhz 
məktəbə hazırlıq dövründən aşılanmasının olduqca gərək-
li  olduğunu  əsaslandırır:  “Ən  əsas  məsələ  kiçikyaşlıların 
lü ğət  ehtiyatını  ar tırmaqdır.  Onların  nitqinə  çoxlu  miq-
darda gül, çiçək, bitki, tə biət hadisələri adlarını – bir sözlə, 
yaşa dığımız real mühit və hə yatla bağlı külli miqdarda söz 
və söz birləşmələri, xalq ifa dələri, atalar sözləri və sairəni 
daxil etdirmək lazımdır”.
Afad Qurbanov nitq mədəniyyətini şərtləndirən düz-
gün nitq, kamil nitq kimi anlayışlara münasibət bildirərkən 
onların hər birinin tədris prosesində mənimsədilməsi yol-
larını da gös tərir: əsaslandırır ki, düzgün nitqi şərtləndirən 
fo netik,  orfo epik,  leksik,  onomastik,  semantik,  frazeoloji, 
derivatoloji,  mor fo loji,  sintaktik,  üslubi  və  digər  norma-
lar zəngin dil faktları əsa sın da hərtərəfli izah edilməlidir: 
müəy yənləşdirir ki, ayrıca bir bəhsdə kamil nitqi xarak te-
rizə edən nitqin dəqiqliyi, zənginliyi, ay dınlığı, təmizliyi, 
yığ camlığı,  ifadəliyi  və  s.  amillər  nümu nəvi  nitq  faktları 
əsasında şərh olunmalıdır. 
Məqalədə diqqətçəkən əsas məqamlardan biri və bəl-
kə  də,  birincisi Afad  Qurbanovun  “Nitq  mədəniyyətinin 
əsasları  fən ni”  ilə  bağlı  uzaqgörənliklə  söylədiyi  fikirlər-
dir: “Ölkəmizdə ali təhsilin yenidən qurulması prosesin-
də yük səkixtisaslı kadr ha zırlığı işinin bir tərəfini də nitq 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə