Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə50/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   46   47   48   49   50   51   52   53   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
184
ONOMASTİK TƏDQİQATLARIN
YENİ İSTİQAMƏTLƏRİ
“VI Onomastika problemləri konfransının mate rial-
la rı”nda  (Azərbaycan  onomastikası  problemləri.  Bakı, 
1996, səh.3-23) Afad Qurbanovun iki məqaləsi çap olu-
nub:  “Ono mas tik  tədqiqatların  yeni  isti qa mət   lə ri”  və 
“Türk  xalqları  antroponimlərinin  tədqiqi  tari xin dən”. 
Həcmcə nisbətən kiçik olan birinci məqalədə XX əsrin II 
ya rısında onomastik tədqiqatların zəngin olması, Azər-
baycan elmində xüsusi onomastika mək tə binin fəaliyyət 
göstərməsi, təsviri ono ma lo giya əsasında mü qayisəli və 
tarixi onomalogiya növlərinin formalaş ma prosesini ke-
çirməsi kimi məsələlərdən ümumi şə kildə bəhs edilir.
Afad Qurbanov türkoloji dilçilikdəki onomastika mə-
sələ lə  rini saf-çürük edərkən maraqlı mülahizələr irəli sü-
rür: “... Türkdilli xalqların onomastikasına dair geniş ümu-
miləşdirmələr aparmaq və bəşər tarixində türk dünyasının 
yeri və rolu haq
 
qın da bir çox qlobal problemləri həll et mək 
olar”. Eyni zamanda oğuz, qıpçaq, bulqar, karluq, tuk yuy 
dil  yarımqruplarının  ayrı-ay rılıqda  onomastikasının  öy-
rənilməsinin vacibliyini xüsusi ola  raq vurğulayır. Ali min 
Azərbaycan  onomastikası  ilə  bağlı  mü əyyənləşdirdiyi 
problemlər isə aşağıdakılardan ibarətdir:
–  onomastik  tədqiqatlardakı  termin  hərc-mərcliyi  ara-
dan qaldırılmalıdır. Məsələn, dil vahidinin cəmi kimi 
ono mas tika, antroponimika, etnonimika, toponimika, 
hid ro ni mika və s. işlə dilir sə, elm sahəsi kimi onomalo-
gi ya, antro po nimiya, etnoni mi ya, toponimiya, hidro-
nimiya işlədil mə lidir;


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
185
–  etnonimlərin yazılışı da xüsusi adların orfoq ra fi ya sına 
tabe olmalıdır. Yəni bu cür adlar xüsusi adlar qru pu-
na daxil edil məli və ilk hərfi işarələri də böyük veril-
mə li dir;
–  dilimizdəki bir sıra onomastik vahidlər hələ də səhv 
iş   lə  dilir. Məsələn, Ermənistan, Yerevan... Halbuki bu 
ad la rı  Ər mə nistan,  İrəvan  şəklində  işlətməliyik.  Ya-
xud erməni yox, ər məni deməliyik...
Məqalənin  sonunda  müasir  onomastik  tədqiqatların 
for ma və məzmunca tamamilə yeni istiqamətdə inkişaf et-
diyi də qeyd olunur.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
186
TÜRK XALQLARI ANTROPONİMLƏRİNİN
TƏDQİQİ TARİXİNDƏN
Qeyd  etdiyimiz  kimi,  Afad  Qurbanovun  “Türk 
xalq  ları antroponimlərinin tədqiqi tarixindən” adlı mə-
qaləsi  “VI  onomastika  kon fran sının  materialları”nda 
(Bakı, 1996) çap olunub. Bəri baş dan deyək ki, Afad Qur-
banovun  15  səhi fədən  ibarət  olan  bu  mə qaləsi  ümum -
türk  antropo ni mi yası  tarixi,  ümumtürk  mə də niy yəti 
baxımından əhəmiy yət lidir.
“Türk  adları  özünün  bir  sıra  təkrarolunmaz  key fiy-
yət ləri ilə fərqlənir. Hər şeydən öncə, bu adların sadəliyi, 
ahəng darlığı, zahiri gözəlliyi və cəlbediciliyi əvəzsiz əla-
mət  və  cəhətlərdir  ki,  bunu  bir  çox  başqa  xalqlarda  gör-
mək  qeyri-mümkündür”,  –  de yən  Afad  Qurbanov  türk 
antropo nim lərinin formalaşma və inki şaf dövrlərini dörd 
isti qa mət də  qruplaşdırır:  İslamdan  əvvəlki  dövr,  İslamın 
yayıl dığı dövr, İslamın məhdudlaşdırıldığı dövr, milli türk 
an tro ponimlərinin  vüsəti  dövrü.  Bu  dövrləri  əhatə  edən 
ümum türk antroponimlərinin tədqiqi tarixini isə düzgün 
ola raq iki böyük dövrə bölür: XIX əsrdə ümumtürk antro-
po nim lərinin  öyrənilməsi;  XX  əsrdə  ümumtürk  antropo-
nim lərinin tədqiqi. Müəllif hər iki dövrün ən səciyyəvi cə-
hətlərini konkret faktlar kontekstində araşdırmışdır ki, bu 
da həmin dövrlərdəki tədqiqatlar barədə dolğun təəssürat 
yaradır.
Məqalədə XIX əsrin II yarısında üç böyük alimin an-
tro  po nimlərə dair sanballı əsərlərinin olduğu diqqətə çat-
dırılır: gös tərilir ki, A.Bakıxanov 1843-cü ildə yazdığı “Ad-
lar və titullar” əsərində antroponimik anlayışlarla əla qəli 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
187
olan 34 lek sik vahidin (ağa, xan, bəy, sultan, məlik, mir-
zə,  yüzbaşı...)  linq vistik  xüsusiyyətləri,  antropo nim lə rin 
dil mənsubiyyəti, adların konkret və ümumi məna ifadə 
etmələri kimi məsələləri sistemli şəkildə araşdırıb; müəy-
yən ləşdirilir ki, N.F.Katanov “Türk tayfalarının xalq ədə-
biyyatı nümunələrinin I–II cildlərində tə sadüf edi lən xü-
susi adların əlifba göstəricisi” əsərində qədim türk ad  larını 
türk xalqlarının dini görüşləri, inamı, zəngin adət- ənə nələri 
müstəvisində izah edib; dəqiqləşdirilir ki, V.V.Rad lov “Uy-
ğur xanlarının titul və adları” (1891) əsərində uy ğur xan-
la rının ad və titullarının linqvistik əlamətlərini araş dırıb, 
eyni  zamanda  bəzi  adların  qədim  yazılışını  bərpa  edib. 
Bütün bunlar isə ümumtürk antroponimikasının tə mə linin 
qoyulması baxı mın dan əhəmiyyətli hesab olunur. 
Afad Qurbanova görə, XX əsr ümumtürk antro po nim-
lə rinin tədqiqi tarixini iki əsas mərhələyə bölmək olar: XX 
əs rin I yarısında ümumtürk antroponimlərinin tədqiqi; XX 
əs rin  II  ya rı sında  ümumtürk  antroponimlərinin  tədqiqi. 
Müəllif haq lıdır. Belə ki, bu mərhələlərdəki antroponimik 
tədqiqatlarda, həm çi nin tərtib edilmiş antroponimik lüğət-
lər də kifayət qədər fərqli cəhətlər özünü göstərir.
Hər bir dil faktına xüsusi diqqət yetirən müəllif “XX 
əsrin I yarısında ümumtürk antroponimlərinin tədqiqi mə-
sə lələri”n dən bəhs edərkən V.V.Radlovun 1905-ci ildə çap 
etdirdiyi lü ğət də bəzi türk adlarının səciyyəvi cəhətlərinə 
nəzər salındığını göstərir, V.A.Qordlevskinin “Uşağın ana-
dan olması və onun tərbiyə edilməsi” (1910), eləcə də “Os-
manlılarda şəxs adlarına dair” (1913) adlı əsərlərində türk 
adlarının mənası, mənşəyi, ad vermə ənənələri və s. ba rədə 
maraqlı  və  dolğun  şərhlərin  ve rildiyini  diqqətə  çat dırır, 
A.N.Samoyloviçin “Türk tayfalarında advermə mə sə ləsinə 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə