Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə46/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   42   43   44   45   46   47   48   49   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
169
Müəllifə  görə,  1986-cı  ilə  qədərki  onomastik  təd qi-
qat  lar da  toponimlərlə  müqayisədə  antroponimlər  çox  az 
öyrənilib.  Tək cə  bu  fakt  onu  deməyə  əsas  verir  ki, Afad 
Qur banov Azər bay can onomastik vahidlərinin tədqiqi və-
ziy yəti ilə bağlı ən kiçik detalı belə nəzərdən qaçırmayıb.
Məqalədə qədim yazılı mənbələrdə müşahidə olunan 
Azər baycan  onomastik  vahidləri  barədə  müəyyən  məlu-
mat lar  ve rilir  ki,  bu  da  maraqla  qarşılanır.  Məsələn,  yu-
nan tarixçisi Stra bonun əsərlərində işlənmiş Kaspi, Araz, 
Kür, Alazan, Sa kasen və s. kimi toponimlərə, yaxud “Al-
ban ta rixi” (VII əsr) ki ta bındakı Qazan, Avçı, Tarxan kimi 
an tro ponimlərə  qədim  Azər baycan  onomastik  vahidləri 
priz ma sından münasibət bildirilir. Heç şübhəsiz ki, bütün 
bunlar  Azərbaycan  onomastikasının  tarixi  barədə,  az  da 
olsa, təəssürat yarada bilir.
Afad  Qurbanov  Azərbaycan  onomastikası  ilə  bağlı 
prob lemlərdən bəhs edərkən dilçiliyimizdə bu sahədə gö -
rüləcək işlərin ilkin konturlarını cızır, konkret desək, belə 
tədqiqatların  dörd  istiqamətdə  aparılmasının  zəruriliyini 
əsaslandırır: birinci istiqamət – toponimlərin mənşəyi qə-
dim  mənbələrə,  lüğətlərə,  dialekt  və  şivə  materiallarına 
isti nad  olunmaqla  tarixi-linqvistik  müstəvidə  araşdırıl-
ma lıdır; ikinci istiqamət – toponimik vahid lərin morfoloji 
və sintaktik xüsusiyyətləri mövcud normalara uy ğun şə-
kildə təd qiq olunmalıdır; üçüncü istiqamət – Azər bay can 
to ponim ləri ilə bağlı çap edilmiş lüğətlər müasir dilçiliyin 
tələb lərinə cavab vermədiyi üçün yeni və daha sanballı lü-
ğətlər çap olunmalıdır; dördüncü istiqamət – Azərbaycan 
toponimləri geniş və sistemli şəkildə tədqiq olunarkən Er-
mənistan, Gür cüs tan və Dağıstan ərazilərindəki türk mən-
şəli toponimlər mütləq nəzərə alınmalıdır.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
170
Məqalənin sonunda göstərilir ki, 1986-cı ildə  APİ-nin 
Azərbaycan dilçiliyi kafedrası nəzdində ya ra dıl mış “Ono-
mastika Mərkəzi” vasitəsilə 40 mindən artıq ono mastik va-
hi  din toplanaraq pasportlaşdırılması Azər bay can ono ma-
lo gi ya sının inkişafına təkan verəcəkdir.
Təqdirəlayiq haldır ki, Afad Qurbanovun Azərbaycan 
ono  malogiyasının inkişafı ilə bağlı uzaqgörənliklə müəy-
yən ləş dir diyi bu istiqamətlərin hər biri sonrakı dövrlərdə 
öz elmi həllini tapdı.
* * *
1986-cı  ildə  keçirilmiş  “Azərbaycan  onomastikası 
prob lemlərinə dair” I konfransın materialları 1987-ci ildə 
çap olunduqdan sonra onun haqqında müxtəlif yazılar ya-
zıl dı. Mən də “Xüsusi adların hərtərəfli tədqiqi” adlı kiçik 
bir məqalə çap etdirdim. Həmin yazı bu kitabın, eyni za-
manda bu bölmənin ümumi ruhuna tamamilə uyğun gəl-
di yi üçün onu eynilə təqdim etməyi gərəkli hesab edirəm.
Xalqın  tarixi,  məişəti,  mədəniyyəti,  dünyagörüşü, 
psi xo logiyası və dilini yaşadan onomastik vahidlərin təd-
qiqi  mühüm  əhəmiyyət  kəsb  edir.  Respublikamızda  bu 
nəcib və xeyirxah işə 60-cı illərdən başlanmış, bu sahəyə 
aid müx təlif məqalə, mo noq rafiya və namizədlik disserta-
si ya ları  yazılmışdır.  Lakin  ono  mastik  vahidlərin  mühüm 
prob lemlərini həll etmək üçün konfrans keçirməyə ehtiyac 
du yulurdu. 1986-cı ilin noyabrında V.İ.Lenin adına APİ-də 
Azər  baycan onomastikasının problemlərinə həsr olunmuş 
ali məktəblərarası respublika konfransının keçirilməsi də 
belə bir zərurətə bağlı idi.
Həmin konfransın materialları institutumuzun nəş riy-
yatı tərəfindən çap olunmuşdur (redaksiya heyəti: pro fes-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
171
sor A.M.Qur banov  –  elmi  redaktor,  professor  B.Buda qov, 
profes sor Y.Yusifov, dosent T.Əhmədov, dosent Ə.Şü  kürov, 
filolo gi ya elmləri namizədi A.Hacıyev – məsul ka tib).
Məcmuə Azərbaycan SSR EA-nın müxbir üzvü, pro-
fessor  A.M.Qurbanovun  “Azərbaycan  onomastikası  təd-
qiqinin vəziy yəti və dilçiliyin qarşısında duran vəzifələr” 
adlı  məqaləsi  ilə  başlanır.  Burada Azərbaycan  onomasti-
ka sının  tarixi,  inkişaf  prob lemləri,  onomastik  vahidlərin 
tədqiqində qədim tarixi mən bələrə istinad və s. məsələlər 
geniş şəkildə şərh olunmuş, eləcə də toponimlərin tədqiqi 
məsələsinə xüsusi diqqət yetirilmiş, on ların konkret həlli 
yolları  müəyyənləşdirilmişdir.  Toponimlərin  an tropoto-
po nim,  etnotoponim,  hidrotoponim,  zootoponim,  fitoto-
po nim,  ictimai-siyasi  xarakterli  toponim,  kosmotoponim, 
təs viri toponim kimi qruplaşdırılmasının məqsədəuyğun-
luğu da öz əksini tapmışdır.
142  məqalədən  ibarət  olan  konfrans  materialları  an-
tro po ni mika, etnonimika, toponimika, hidronimika, zooni-
mi ka, po etik onomastika, digər onomastik problemlər adlı 
bölmələrdə verilib.
“Antroponimika” adlanan birinci bölmə 30 məqalədən 
iba  rətdir. Burada əsl şəxs adları, eləcə də ləqəb və təxəllüs 
kimi kö məkçi ad kateqoriyalarının ən səciyyəvi cəhətləri 
işıq landırılıb.
“Etnonimika”  bölməsindəki  məqalələrdə  xalqımızın 
et no ge ne zində xüsusi rol oynamış qamər “kimmer”maq, 
qıp  çaq, təklə, tulus, qacar, kəngərli, şatırlar və s. etno nim-
lər (tayfa adları) ba rədə daha ətraflı məlumat verilmiş və 
onların  linqvistik  xüsu siyyətləri  aşkar  edilmişdir.  Etno-
nim lərin struktur-linqvistik təh lilinə həsr olunmuş mə qa-
lədə (E.Ə.Əhmədova) etnonimlərin lek sik (abdal, alpoud, 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə