Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə43/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   39   40   41   42   43   44   45   46   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
155
mas tikası Mək tə bi”nin banisi” kimi şöhrətlənib. Şair Afad 
Qur ba novun  böyüklüyünü,  Azərbaycan  dilçiliyinin  in-
kişafı  yo lunda  bütün  var lığı  ilə  çalışdığını  ifadə  edərkən 
məhz bu cür faktlara söykənib:
Böyüklük dediyin budur əslində,
Yarada-yarada bilmirdi, ancaq
Dilçilik elminin üfüqlərində
Afad adında bir məktəb qalacaq!
Bəllidir ki, Afad Qurbanov hələ gənc yaşlarında dili-
mizin sirli-sehirli dünyasına daxil olaraq tədqiqatlar apar-
mağa  başla yıb.  Akif  Azalpın  yaratdığı  Afad  obrazı  da 
gənc lik illərindən Bor çalı, Göyçə kimi qədim türk elləri ilə 
bağlı  həqiqətləri  məhz  tarixi  adlara,  faktlara  söykənərək 
araşdırıb:
Gənclik illərindən aradı hələ
Gerçəyi tarixi adlar izindən
Borçalıdan belə, Göyçədən belə
Xalqın taleyini xalqın sözündən!
Afad  Qurbanovun  Azərbaycan  onomastik  vahidləri 
ilə bağ lı çap olunmuş əsərlərində dağ adlarının (oronim lə-
rin) təd qiqi xüsusi yer tutur. Burada xüsusi olaraq vurğu-
la yaq ki, hə min araşdırmalarda təkcə Azərbaycan Respub-
li ka sındakı  dağ  adları  yox,  həm  də  Borçalıdakı  Şindi, 
Yas tıq ar,  Sənəyuçan  (Sə hən guçan),  Şamdüyə  kimi,  Qərbi 
Azər baycandakı Aladağ, Ma ral dağı, Dəli dağ kimi dağ ad-
ları da tarixi-linqvistik priz ma dan təhlil edilir. Heç şüb hə-
siz ki, Akif Azalp Afad Qurbanovun bu tip tədqiqatları ilə 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
156
yaxından tanışdır. Əgər belə olmasa idi, o, öz qəhrə ma nını 
“…yurdun adlar elmində Afad adında bir dağ uca la caq!”, 
– deyərək vəsf edə bilməzdi. Maraqlıdır ki, həmin bənddə 
şairin yaratdığı bənzətmə və müqayisələr də ol duqca tə bii 
görünür: dağ adlarını tədqiq etdiyinə görə adlar elmində 
Afad adında dağ ucalacaq:
Dağ adlarını yozub tər qələmində,
Sirlər kəşf edəndə bilmirdi ancaq
Vaxt gələcək, yurdun adlar elmində
Afad adında bir dağ ucalacaq!
Şairin qəhrəmanı mərddir, mətanətlidir, səbirlidir, qə-
dim  tarixi  mənbələrdəki  adları  müxtəlif  bucaqlar  altında, 
həm  də  zərgər  dəqiqliyi  ilə  araşdırıb.  Burada  şairin  “Çay 
ad ları  üstdə  tər  axıdanda”  misrası  ilə  bağlı  bəzi  detalları 
açıq lamaq, daha doğrusu, onun yaranma səbəblərini müəy-
yən ləşdirmək lazım gəlir. Məlumat üçün qeyd edək ki, Afad 
Qurbanov Azərbaycan dilçiliyində təkcə çay adlarını deyil, 
həm də göl, dəniz adlarını, ümumən hidronimləri ilk dəfə 
olaraq sistemli şəkildə araş dır mış alimlərdəndir. O, Tərtər-
çay,  Qarqarçay,  Bolqarçay,  Qıp çaq çay  kimi  türk  mən şəli 
hidronimlərin etimologiyası ilə bağlı dolğun fikir lər söylə-
mişdir. Deməli, “Çay adları üstdə tər axı danda” mis rası ilə 
başlanan bənd heç də təsadüfi olaraq ya ran mayıb:
Çay adları üstdə tər axıdanda, 
Qurban verə-verə bilmirdi, amma
Dalğa-dalğa coşub xalqın yadında
Dərya kükrəyəcək Afad adında!


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
157
Tədqiqatçılar Afad Qurbanovun türk xalqlarının ortaq 
mədəni və mənəvi dəyərləri ilə bağlı gördüyü işləri, xüsu-
sən də ortaq türk dili məsələlərinə dair fikirlərini müxtəlif 
prizma lar dan izah ediblər. Şair də öz qəhrəmanını “Dilin-
dən qoymurdu or taq türkcəni” deyərək vəsf edib:
Amalının uca səngəri kimi
Dilindən qoymurdu ortaq türkcəni,
Bir göyqurşağının rəngləri kimi
Birliyə can atan türfə ləhcəni!
Akif Azalpa görə, keçmişinə təşnə (susuz, susuz luq-
dan yanan...) olan elin qəlbində Afad adında qala yüksə-
lə cək. Çünki Afad Qurbanov şəhərlərimizə, kəndlərimizə 
qalatək  baxıb,  qüdrət  arayıb.  “İzlər”  şeirinin  səkkizinci 
bəndinə istinadən söy lə diyimiz bu fikirlər də birbaşa Afad 
Qurbanovun Azərbaycan  toponimləri  ilə  bağlı  çap  etdir-
diyi  kitablarla  səsləşir.  Şair  bu  cür  kitab lara  söykəndiyi, 
da ha doğrusu, onları dərindən mə nim sə yərək poetik təfək-
küründən keçirdiyi üçün misraları da təbii qar şılanır, ob-
razlı desək, sanki bu misraların hər biri Afad Qur banovun 
monoqrafiyalarından süzülüb gəlib:
Qalatək baxıb hər şəhərə, kəndə,
Qüdrət arayanda bilmirdi, amma
Keçmişinə təşnə elin qəlbində
Qala yüksələcək Afad adında!
Türk mənşəli Azərbaycan kişi adlarının daha çox igid-
lik,  mübarizlik,  qeyrət,  cəsarət  və  s.,  qadın  adlarının  isə 
gözəllik  anlamlı  apelyativlər  əsasında  yaranması  bir  sıra 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
158
araşdırmalarda,  o  cümlədən  Afad  Qurbanovun  yara dı-
cılığında dönə-dönə vur ğu lanıb. Şair də öz qəhrəmanının 
kişi (hər igid adından qey rət...) və qadın (hər gözəl adın-
dan iffət...) adlarının yorulmaz təd qiqatçısı olduğuna işarə 
edir:
Yolunu sardıqca yurda məhəbbət,
Hər yerdən ləyaqət gəzirdi fəqət.
Hər gözəl adından iffət, nəzakət,
Hər igid adından qeyrət, cəsarət!
Afad  Qurbanovun  onomastikaya  dair  araşdır ma la-
rında təkcə müasir yox, həm də bir sıra qədim mənbə lər də-
ki adların tarixi-linqvistik müstəvidə təhlilinə rast gəlinir 
ki, bu da tarixi onomastika baxımından xüsusi əhəmiyyət 
kəsb edir. Maraqlıdır ki, Akif Azalpın “İzlər” şeirində də 
ali min bu istiqamədə gör düyü işlər obrazlı şəkildə can lan-
dırılır:
Qəlbində tükənməz mətanət, səbir,
Üz tutmadan dinsiz gərdişə doğru,
Müqəddəs adların ardınca bir-bir
Yol gedirdi şanlı keçmişə doğru! 
Azərbaycan dilçiliyi tarixində Afad Qurbanov həm də 
yet mişdən artıq fəlsəfə doktoru yetişdirmiş bir alim ki mi 
də yərləndirilir.  Şair  də  bu  tip  faktları  yaddaşlarda  uzun 
müddət qala biləcək bir bəndə çevirə bilib ki, bu da onun 
sənətkarlığını şərtləndirən detallardan biri kimi çıxış edir:


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə