Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə41/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
146
Şair  70  yaşlı  qəhrəmanını,  alim  dostunu  təbrik  edir, 
ona ulu Tanrıdan yüz yaş diləyir. Ana dilinin, ana sözünün 
mü qəd  dəs  tutulmasını,  taledən  qismətinin  düz  olmasını 
diləyir:
Afat müəllim, yetmiş yaşın mübarək,
Fikrim Allahdan yüz dilər-dilər.
Ana dilim, ana sözü deyəndə
Taledən qisməti düz dilər-dilər.
“100 dilər” şeirinin ümumi semantik yükündən aydın 
olur ki, şair dilimiz və xalqımızın tarixi ilə bağlı olan bir sı-
ra sanballı mənbələrə dərindən bələddir. Bu, həmin şeirin 
ikinci bəndində daha qabarıq görünür. Bəri başdan deyək 
ki, bu bənd də ana dilinə – Azərbaycan dilinə sonsuz sevgi 
ifa də olu nub: qoca dünya yaranmışdan gözəl olduğu kimi, 
şairin xalqı da, dili də gözəldir, uludur, qədimdir. Onun 
di li  bu  gün  də  inkişaf  edir,  bu  gün  də  zənginləşir.  Şair 
“Rəh bər  qərar  verdi,  yenə  düzəl di//Balalar  babadan  söz 
dilər-di lər” deməklə ölkə başçısını (Rəhbər qərar verdi...) 
işa rə ləndirir, onun dilimizlə bağlı verdi yi qərarların əhə-
miy  yətli  olduğunu  vurğulayır.  Şairin  qəhrə ma nı  da  dili-
mizi təd qiq, tədris və təbliğ edən alimlərdəndir. Bu məna-
da Afad Qurbanov Azərbaycan dilçilərinin ümumiləş diril-
miş obrazı kimi çıxış edir:
Qoca dünya yaranmışdan gözəldi,
Ulu xalqım, ulu dilim əzəldi,
Rəhbər qərar verdi, yenə düzəldi,
Balalar babadan söz dilər-dilər. 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
147
Afad  müəllim  haqqında  yazılmış  məqalələrdə  onun 
alim liyi  və  müəllimliyi  ilə  yanaşı,  alicənablığı,  qayğı keş-
liyi, səbirli və təmkinli olması, əyilməzliyi kimi key fiy yət-
ləri xüsusilə qa bardılır. Şairin alim qəhrəmanı da hör mət-
lidir, onun qisməti şirin, isməti gözəldir:
Ay Zəki, şirindi alim qisməti,
qədər gözəldi onun isməti,
O rəsul Xudadan haqqın hörməti,
Verilib səbrinə döz, dilər-dilər.
“100  dilər”  şeirində  assonanslar  (incə  saitlərin  as so-
nan sı. Verilib səbrinə döz dilər-dilər...), alliterasiyalar (b-b. 
Balalar  babadan  söz  dilər-dilər...),  zəngin  qafiyələr  (yüz-
düz-söz-döz), epi tetlər (qoca dünya...), “dilər-dilər” sö zü-
nün rədif kimi işlə dil məsi, ədəbi tələffüzün transkrip si yası 
(gözəldi, şirindi...) və s. kimi vasitələrlə poetik məna qüv-
vətləndirilmiş, şeirin daha can lı və daha təbii səs lən məsi 
təmin edilmişdir.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
148
İNSANLIĞIN TACIYDI
Zahid Xəlil Afad Qurbanovla bağlı yalnız xati rələr 
de yil,  həm  də  bir  sıra  maraqlı  şeirlər  yazıb.  Şairin  “O, 
Qur banov Afaddı” şeiri formasına, həm də məz mu  nuna 
görə di gər şeirlərindən fərqlənir. On iki bənd dən ibarət 
bu  şeir də  bəndlərin  yarısı  dörd,  yarısı  isə  üç  misradan 
ibarətdir, həm də burada əvvəlcə dörd, sonra üç misra-
dan ibarət bənd lər verilib. Qarşılaşdırmalar onu deməyə 
əsas verir ki, bənd lər arasında məntiqi bağ lılıq çox güc-
lüdür, semantik dinamika isə məhz üç misralı bəndlərdə 
tamamlanır.
Maraqlıdır  ki,  şeirdəki  üçmisralı  bəndlərin  ikisin-
də “Bu, Qurbanov Afaddı”, dördündə isə “O, Qurbanov 
Afad  dı” mis rası ilk misra kimi verilir. Bu cür eynilə tək-
rar lanma, heç şüb həsiz ki, birbaşa poetik mənanı qüv vət-
lən dirməyə  xidmət  edir.  Digər  tərəfdən,  onu  da  diqqətə 
çat  dıraq ki, həmin təkrarlan ma ların intonasiyası əlavə mə-
na çalarlarını da reallaşdırır. Bun lar dan bir neçəsini şərti 
olaraq qeyd edək: Bu, rektor Qurbanov Afaddır; O, dekan 
Qurbanov Afaddır; O, Müdafiə Şurasının səd ri Qurbanov 
Afad dır... Fikrimizcə, Zahid Xəlil məhz “Bu, rek tor Qur ba-
nov Afaddır” cümləsinin semantik yükünü nəzərdə tu tur. 
Çünki  Zahid  Xəlil  rektor Afad  Qurbanovun  insanlı ğı nın 
da, qayğıkeşliyinin də, əyilməzliyinin də, kişiliyinin də... 
canlı şahidi olub.
“O, Qurbanov Afaddı” şeirində ardıcıl olaraq veril miş 
dördmisralı və üçmisralı bəndlər, əslində, yeddi misra dan 
ibarət  bir  bənd  kimi  çıxış  edir.  Çünki  dördmisralı  bənd-
lərdə  başlanan  semantik  dinamika  üçmisralı  bəndlər də 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
149
tamamlanır.  Bu  mənada  həmin  şeiri  təhlil  süzgəcindən 
ke çirərkən dördmisralı və üçmisralı bəndlərə birlikdə mü-
na sibət bildirilərsə, bəndlərdəki semanti ka nı da asanlıqla 
dəqiqləşdirmək olar.
Azərbaycan dilçiliyində, eləcə də türkologiyada Afad 
Qurbanov  sanballı  əsərləri  ilə  məşhurdur.  Şair  də  Afad 
Qur  ba novu dilçilik dənizində nəhəng bir qayaya bənzədir, 
onun  cild-cild  kitablarını  yuxusuz  gecələrinin  məhsulu 
kimi dəyərləndirir:
Dilçilik dənizinin
İçində nəhəng qaya
Hayqıran dalğalardan
Qorxmur, dözür qovğaya.
Bu, Qurbanov Afaddı,
Cild-cild kitablar yazdı,
Nə dincəldi, nə yatdı.
Şeirin ikinci və üçüncü bəndlərində fikrin obrazlı ifa-
dəsi  daha  güclüdür.  Dilçiliyi  yaşıl  bir  çəmənə  bənzədən 
şa irin  fikrincə,  yaşıl  çəməndəki  dəstə-dəstə  güllərə  görə 
bülbüllər cəh-cəh vu rur sa, Afad müəllim də yaşıl çəmən-
likdə çiçək əkərək çə mən zarlıq yaradıb. Şübhəsiz ki, şair 
“Nə  qədər  çi çək  əkdi  //  Çə mən zarlıq  yaratdı”  dedikdə 
Afad  müəlli min  çoxsaylı  dərslik  və  mo noqrafiyalarını, 
yaratdığı  “Ono mastika  Mərkəzi”ni,  eyni  zamanda  yetiş-
dirdiyi 70-dən ar tıq elmlər namizədi və elmlər doktorunu 
nəzərdə tutur. Bu bənzətmə və mü qa yisələri şərti olaraq 
belə model ləş dirmək olar: yaşıl çə mən lik – güllər –  cəh-cəh 
vuran bülbüllər; dil çilik – Afad Qur banov – əsərləri və ye-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə