Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə39/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   35   36   37   38   39   40   41   42   ...   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
138
BİR QARTAL ŞIĞIYIB
QONDU ZİRVƏYƏ
Afad Qurbanov 1983-cü ildə Azərbaycan SSR Elm lər 
Akademiyasının müxbir üzvü seçiləndə Firudin Şimşək 
bu münasibətlə “Sevindi” adlı şeir yazır. 9 bənd dən ibarət 
bu şeirin hər misrası Afad Qurbanova mə  həb bət dən yoğ-
rulub, hər misrasında Afad müəl li min ideal bir insan olma-
sı, bən zər sizliyi, böyüklüyü ob raz lı şəkildə can landırılıb. 
Afad  Qur  banovun  elmdə  çox  böyük  uğur  qazanmasını 
metafo rik-metonimik bir dillə, həm də müqayisələr kon-
tekstində ifa də edən şai rin fikrincə, zirvəyə qonmuş qar-
tala görə dağ sevinirsə, ali mə görə də elmin taleyi, bəxti 
sevinir. Elə bura da ca qeyd edək ki, şairin Afad müəllimi 
qartala bənzətməsi olduqca təbii qarşılanır:
 
Bir qartal şığıyıb qondu zirvəyə,
Dağlar, ulu dağlar baxdı, sevindi.
– Hər alim qəhrəman balamdır! – deyə,
Elmin də taleyi, baxtı sevindi.
 
Azərbaycan  filoloqlarına,  ümumən  xalqımıza  yaxşı 
mə lumdur ki, Afad müəllim bu yüksək elmi ada layiq gö rü-
ləndən bir neçə il əvvəl ustadı Ədüləzəl Dəmirçizadə dün-
yasını dəyiş miş di. Bu mənada Ə.Dəmirçizadənin yox luğu 
şairi narahat edir, təsirləndirir. Çünki Ə.Dəmirçizadə kimi 
böyük bir alim öz tə lə bəsi Afadın sevincinə şərik ola bilmir:
 
Eh, kaş sağ olaydı Dəmirçizadə,
Sevinci, şadlığı həddən ziyadə.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
139
Gələrdi, bəlkə də, əlində badə,
Deyərdi: – Dilçilik taxtı sevindi!
Afad  Qurbanov  təkcə  türkologiyaya  deyil,  həm  də 
ümu mi dilçiliyə dair çap etdirdiyi kitablarında “türkolo-
gi yanın bahadırı” adlanan M.Kaşğariyə geniş yer ayırmış, 
onun  bütün  dünyada  məş hur  olan  “Divan”ı  barədə  dol-
ğun fikirlər söyləmişdir. Bu fikirlərdən birini eynilə təqdim 
etmək lazım gəlir: “Mahmud Qaş qarlının “Lüğəti”i hazırkı 
lüğətlərdən  olmayıb,  linqvistik-nə zəri  məlumatlarla  zən-
gin dilçilik əsəridir. Bu əsərdə leksik-semantik məsələlərlə 
ya naşı, dilin fonetik xüsusiyyətlərinə, qram matik qurulu-
şuna dair də fikirlər irəli sürülür. Buna görə də haqlı olaraq 
dil çilik  ədəbiyyatında  bu  əsər  “türkoloji  ensik lo pediya” 
ad lan dırılır” (Afad Qurbanov. Ümumi dilçilik. I cild, Ba-
kı, 2004, səh.51). Taleyə bax! F.Şimşək də Afad Qurbanova 
çox yüksək dəyər verərkən onu məhz Mahmud Kaşğariyə 
bənzədir, şairin nəzərində sanki Mahmud Kaşğari sağdır:
Sağdır nəzərimdə Kaşğarlı Mahmud,
Tufandan güclüdür ondakı sükut.
Deyir: – Dağ çiynini daim uca tut!
Qəbrinə hansı nur axdı, sevindi.
“Mahmud Kaşğari” antroponimik modeli yuxarıda-
kı bən din birinci misrasında “Kaşğarlı” şəklində verilib. 
Ma raq lıdır ki, Afad Qurbanovun əsərlərində də “Kaşğa-
ri” ya zılış şəkli nis bə tən fərqli, konkret desək, “Qaşqarlı” 
forma sın da təqdim edi lir. Deməli, şair də, onun qəhrəma-
nı da ərəb mənşəli “-i” şəkil çi morfeminin əvəzinə türk 
mənşəli “-lı” morfemini işlədir. Bu isə onu deməyə əsas 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
140
verir ki, şair həmin formanı öz qəhrə ma nı nın istəyinə uy-
ğun  şə kildə  işlətməklə  yaratdığı  obrazı  fər di ləş dirməyə 
çalışıb.
Şair “idrak ildırımı çaxdı, sevindi” deməklə Afad Qur -
ba novun yüksək intellektini, geniş erudisiyasını mə caz lar 
kontekstində canlandırır, onu Nizami zəkalı, Tusi şöhrətli 
bir alim kimi təqdim edir:
 
Nizami zəkalı, Tusi şöhrətli
Bu yurd əzəl gündən güclü, qüdrətli.
Elmin yolçuları səma xislətli,
İdrak ildırımı çaxdı, sevindi.
Afad  müəllim  Elmlər Akademiyasının  müxbir  üzvü 
seçildikdə, heç şüb  həsiz ki, APİ-nin tələbələri, professor-
mü əllim he yəti daha çox qürur hissi keçirib, fəxr edib, se-
vi nib. Maraq lı dır ki, bu hadisə də həssas qəlbli şairin diq-
qə tindən yayınmayıb, onu poetik təfəkküründən keçirərək 
mənalandırıb:
Layiqdi APİ-miz onun adına,
Qartal gücü gəlir qol-qanadına.
Onu bürüyən var ürək oduna,
Mərdlər mərd əlini sıxdı, sevindi.
Şeirdə  diqqətçəkən  məqamlardan  biri  də  budur  ki, 
şair Azər baycanda elmin yüksələn xətlə inkişafını, həm də 
bu şə rəfl i və müqəddəs işdə Afad Qurbanov kimi alimlərin 
yorulmaq  bilmədən  çalışmalarını  “Yaranır,  yüksəlir  təzə 
loğmanım”, – deyərək vəsf edir:


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
141
Ey mənim müqəddəs Azərbaycanım,
İzin ver oduna yenidən yanım.
Yaranır, yüksəlir təzə Loğmanım,
Fərhadım bir dağ yıxdı, sevindi.
“Sevindi”  şeirinin  son  misrası,  daha  dəqiqi,  “Fakül-
təm yo luna çıxdı, sevindi” misrasının poetik semantikası 
da  maraq  do ğurur.  Qeyd  edək  ki,  buradakı  “fakültəm” 
sözü APİ-nin Riyaziyyat fakültəsini və o dövrlərdə həmin 
fakültənin dekanı olmuş şair Firudin Şimşəyi işarələndirir:
 
Şimşəyəm, ilhamım oxşayır selə,
Dostum kimə bənzər? – Yanar məşələ.
Ən gözəl, ətirli güldəstələrlə
Fakültəm yoluna çıxdı, sevindi.
F.Şimşək “Sevindi” şeirində emosionallıq və ekspres-
siv lik yaradan bir sıra vasitələrdən ustalıqla istifadə et miş-
dir.  Mə sələn,  şair  alliterasiyalardan  (d-d-d.  Deyir:  –  Dağ 
çiy nini daim uca tut!..), assonanslardan (incə saitlərin as so -
nansı. Ən gözəl, ətirli güldəstələrlə...), zəngin qafiyələr dən 
(sıxdı-yıxdı-çıx dı...), təşbehlərdən (Günəşə bənzəyir Aka-
demiya...), metoni mi ya lardan (Elmin də taleyi, baxtı sevin-
di...), mübaliğələrdən (Fər hadım bir dağ yıxdı, se vindi...) 
və s. kimi bədii təsvir və ifadə vasitələrindən mə ha rətlə is-
tifadə etməklə Afad Qurbanov obrazının bütün tərəflərinə 
işıq sala bilmişdir.


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə